15
ver. 1.0.6. date 03.07.17
göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə
tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir.
3.12.
Birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən
ödəniş tarixdən sonra 7 (yeddi) gün ərzində ödəniş olmadığı təqdirdə, Müştəri müvafiq ərizə
formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir.
3.13.
Birdəfəlik kredit üzrə, Müştəri tərəfindən Banka Kreditin əsas məbləği və ona hesablanmış faizlər
üzrə aylıq ödəniş hər əmək haqqının köçürüldüyü gün əməkhaqqı hesabından avtomatik olaraq
silinməsi yolu ilə həyata keçirilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata
keçirilir
3.14.
Azərbaycan manatının
, Müqavilə imzalandığı günə olan Azərbaycan Mərkəzi Bankının
məzənnəsinə nisbətən, ABŞ dollarına qarşı məzənnəsinin hər 10% (on) faiz həcminədək aşağı
düşməsi halında birtərəfli qaydada Kredit üzrə faiz dərəcəsi 2% (iki) faizədək artırılır
.
4.
Kreditin təminatı
4.1.
Bu müqavilənin şərtlərinə əsasən Kredit təminatla və ya təminatsız verilə bilər. Kredit təminatla
verilərkən “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən təminat
predmeti ilə təmin olunur.
4.2.
Təminatı müəyyənləşdirən sənəd bu Müqaviləyə əlavə kimi qəbul edilir və onun ayrılmaz hissəsi
hesab edilir.
4.3.
Qiymətləndirmə keçirildiyi təqdirdə, Müştəri “Əmlakın qiymətləndirilməsi xidməti” formasını
dolduraraq Banka təqdim edir.
4.4.
Qiymətləndirmə üzrə yaranan xərclər Müştəri tərəfindən ödənilir.
4.5.
Müqavilənin IV.2.1.9. bəndində qeyd olunan hal baş verdikdə, yenidən qiymətləndirmə üzrə
yaranmış xərclər Müştəri tərəfindən ödənilir və ya hesabından akseptsiz qaydada tutulur.
5.
Kreditin müddəti, vaxtından əvvəl geri qaytarılması
5.1.
Bu Müqavilə əsasında verilmiş Kredit üzrə 1 (bir) il 360 (üç yüz altmış), 1 (bir) ay isə 30 (otuz)
təqvim günü kimi hesablanır.
5.2.
Bu Müqavilə çərçivəsində Bank aşağıdakı hallarda Müştəriyə verilən Krediti vaxtından əvvəl
ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər:
5.2.1.
Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə;
5.2.2.
Kreditdən “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan
məqsədlər
üçün istifadə edilmədikdə;
5.2.3.
Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda;
5.2.4.
Müqavilənin IV.2.4. bəndində göstərilən şərtlər Müştəri tərəfindən pozulduqda;
5.2.5.
Qanunvericiliklə və bu Müqavilə ilə nəzərdə tutulan digər hallarda.
V.
ÖDƏNİŞ KARTI
1.
Ödəniş kartı barədə məlumat
1.1.
Bank, Müştərinin müraciəti əsasında ona müxtəlif ödəniş kartları təqdim edə bilər. Bu kartlara
Debet kartı, Depozitlə təmin edilmiş Kredit kartı və digər kartlar aiddir.
1.2.
Debet kartının şərtlərinə uyğun olaraq, Bank, əmək haqlarının nağdsız qaydada ödənilməsi üçün
xüsusi kart hesabları açmağı və hesablardakı pul vəsaitinin ATM və POS terminalları vasitəsilə
hesabdan çıxarmaq və ödənişlər etmək üçün “Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün
ərizə” formasında göstərilən növdə və valyutada Debet kartını Müştəriyə verməyi, Müştəri isə bu
xidmət üzrə nəzərdə tutulan haqları Banka ödəməyi öhdəsinə götürür.
Debet kart növü üzrə
Müştəriyə overdraft da açıla bilər.
16
ver. 1.0.6. date 03.07.17
1.3.
Kredit kartı Müştəriyə Bank tərəfindən təyin olunmuş kredit xətti çərçivəsində vəsaiti xərcləmək
imkanı verir. Kredit kartları ATM və POS terminalları vasitəsilə hesabdan çıxarmaq və ödənişlər
etmək üçün istifadə edilir. Kredit xəttinin bütün əsas şərtləri “Ödəniş kartları üzrə xidmətlərin
göstərilməsi üçün ərizə”sində
qeyd olunur.
1.4.
Bu xidmət çərçivəsində V.1.1.-V.1.3. bəndlərində qeyd olunan kartlar xüsusi istisna olmadığı
halda ümumilikdə Kart adlandırılacaq.
1.5.
Bank tərəfindən Kartların istifadəsi barədə məlumat Müştəriyə ayrılıqda təqdim olunur.
2.
Karta dair ümumi şərtlər
2.1.
Bank tərəfindən buraxılmış Kart Bankın xüsusi mülkiyyətidir.
2.2.
Kart üzrə əməliyyatlar, həmçinin digər xidmətlər üçün komissiyalar və haqlar Bankın qüvvədə
olan müvafiq tariflərinə əsasən tutulur.
2.3.
Bankın özünün və digər bankların quraşdırdığı ATM-lərdən nağd pul vəsaitinin çıxarılmasına
görə Bankın qüvvədə olan daxili tarifləri ilə müəyyən olunduğu halda xidmət haqqı tutulacaqdır.
Depozitlə təmin edilmiş Kredit
kartından istifadə zamanı, çıxarılan vəsait kredit xəttinin
valyutasından fərqli valyutada olarsa, əməliyyat Bankın həmin tarixə müəyyən etdiyi
məzənnəsinə uyğun həyata keçirilir.
2.4.
Müştəriyə telefon vasitəsilə Kartla bağlı xidmət göstərilməsi üçün Müştəri tərəfindən Banka
müvafiq şifrə (bundan sonra “Şifrə” adlanacaq) təqdim olunur.
2.5.
Kart itirildikdə Müştəriyə onun yazılı müraciəti əsasında Bankın qüvvədə olan daxili tarifləri ilə
müəyyən olunan xidmət haqqını ödəməklə yeni Kart verilir.
2.6.
Kartın PİN kodu Müştəri tərəfindən 3 (üç) dəfə düzgün yığılmadıqda Kart bloklaşdırılır. Müştəri
Bankla telefon vasitəsi ilə əlaqə saxlayaraq identifikasiya prosesini uğurla keçməklə və ya öz
şəxsiyyətini təsdiq edən sənədlə Banka müraciət etməklə Kartın
PİN kodunu bərpa
edə bilər.
2.7.
Müştəri Kartın PIN kodunu tamamilə unutduğu halda, Kartın dəyişdirilməsi barədə ərizəni
doldurur və Bankın qüvvədə olan daxili tarifləri ilə müəyyən olunan xidmət haqqını ödədikdən
sonra ona təzə kart və təzə PIN kod verilir. Bu zaman yeni Kartın etibarlılıq müddəti əvvəlki ilə
eyni qalır.
2.8.
Kart üzrə əməliyyat hər-hansı səbəbdən dayandırıldıqda (Kartın müddəti uzadılmadıqda və s.)
hesabdakı qalıq Müştəriyə verilir və ya ən geci yeddi təqvim günü ərzində başqa hesaba
köçürülür. Kart üzrə əməliyyatlar dayandırıldıqdan sonrakı 30 (otuz) təqvim günü ərzində
Müştəri Banka heç bir göstəriş vermədiyi, və ya iradəsini hər-hansı formada bildirmədiyi halda,
hesabın qalığı Bankda mövcud olan “Bağlanmış müştəri hesabları” adlı hesaba köçürülür və
Müştəriyə bu barədə yazılı məlumat verilərək hesab bağlanır.
2.9.
Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa
keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri
tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş
verdiyi gündən hesablanmağa başlayır.
2.10.
Kartın Müştərinin faktiki sahibliyində olub-olmamasından asılı olmayaraq, Kart ilə aparılan
bütün əməliyyatların nəticələrinə görə Müştəri məsuliyyət daşıyır.
2.11.
Bank Müştəri tərəfindən İnternetdə kart vasitəsilə ilə aparılan ödənişlərə görə Müştəri qarşısında
heç bir məsuliyyət daşımır.
2.12.
Kart üzrə hər-hansı faiz və ya nəzərdə tutulan komissiyalar Kartın hesab valyutasında
hesablanaraq tutulur. Kart çoxvalyutalı olduğu təqdirdə, müvafiq komissiya məbləği Kartın əsas
hesabının valyutasında və ödəniş gününə Mərkəzi Bankın (və ya MasterCard/Visa-nın) müəyyən
etdiyi rəsmi məzənnə ilə tutulur.
2.13.
Mobil bankçılıq xidməti çərçivəsində əməliyyatlar Azərbaycan manatından başqa digər
valyutada həyata keçirildikdə, Müştəriyə SMS məlumatlandırma vasitəsi ilə bildirilən balansda
konvertasiya məzənnəsi nəzərdə tutulmur. Konvertasiya məzənnəsinin də əks olunduğu balans 3
(üç) iş gün ərzində Müştərinin hesabında öz əksini tapır.