30.6.
Banka icazəni verdikdə
Mərkəzi Bank
iştirak payının əldə edilməsinin maksimum
müddətini müəyyən edir.
30.7.
Bank icazəsi olmadan mühüm iştirak payı əldə etdikdə və ya iştirak payı əldə etmək
üçün müəyyən edilmiş müddətləri gözləmədikdə,
Mərkəzi Bank
həmin banka yazılı
sərəncam göndərərək onun öz iştirak paymı sərəncamda göstərilən tarixədək ləğv etməyini
və ya icazənin qüvvədən düşdüyünü bildirir.
30.8.
Xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən
həmin banka lazımi nəzarət həyata keçirilmədikdə və ya bu orqan
Mərkəzi Bank
la
əməkdaşlıqdan imtina etdikdə
Mərkəzi Bank
banka hüquqi şəxsin kapitalında mühüm iştirak
payının müəyyən etdiyi müddətdə özgəninkiləşdirilməsi və ya geri alınması barədə yazılı
göstəriş verir.
IV fəsil
BANKLARIN FƏALİYYƏTİNƏ DAİR TƏLƏBLƏR
M a d d ə 3 1. Bankların etibarlı fəaliyyətinə dair tələblər
31.1.
Banklar idarəetməni və cari fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının,
Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun, digər normativ hüquqi aktların,
habelə bu Qanunun,
Mərkəzi Bank
ın normativ xarakterli aktlarının, bankın nizamnaməsinin
tələblərinə, onlara verilmiş bank lisenziyasında və ya icazədə göstərilən bütün
məhdudiyyətlərə müvafiq surətdə etibarlı və prudensial qaydada həyata keçirməlidirlər.
x[10]
31.2.
Banklar məcmu kapitalmı və likvid ehtiyatlarını daimi olaraq müəyyən olunmuş
səviyyədə saxlamalı, öz öhdəliklərini yerinə yetirmək və zərərə yol verməmək üçün
aktivlərin qiymətdən düşməsinə qarşı zəruri tədbirlər görməli, mühasibat sənədlərini və
digər zəruri sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etməli, bankın
fəaliyyətinə nəzarət mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi
riskini
maksimal
şəkildə
azaltmaq
məqsədi
ilə
aktivlərin
diversifikasiyasını
(bölüşdürülməsini) təmin etməlidirlər.
M a d d ə 3 2. Bankların fəaliyyət növləri
32.1. Banklar,
Mərkəzi Bank
dan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə,
aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:
32.1.1.
tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb
edilməsi;
32.1.2.
kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və
ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq,
forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri;
32.1.3.
fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının
açılması və aparılması;
32.1.4.
klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş
vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;
32.1.5.
ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank
köçürmə vekselləri) buraxılması;
32.1.6.
öz hesabına və ya müştərilərin hesabına maliyyə vasitələrinin (o cümlədən
çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit sertifikatlarının), xarici
valyutanın qiymətli metalların və qiymətli daşların, valyuta və faiz vasitələrinin, səhmlərin
və digər qiymətli kağızların, habelə forvard kontraktlarının, svoplara dair sazişlərin,
fyuçerslərin, opsionların və valyutalara, səhmlərə, istiqrazlara, qiymətli metallara və ya faiz
dərəcələrinə aid digər törəmə vasitələrin satın alınması və satılması;
xi[11]
32.1.7.
qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi;
32.1.8.
öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz
hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması;
32.1.9.
qiymətli kağızlar bazarında peşəkar fəaliyyət;
32.1.10.
maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi;
32.1.11.
kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və
xidmətlər göstərilməsi;
32.1.12.
sənədləri və qiymətliləri, o cümlədən pul vəsaitlərini saxlanca qəbul etmək
(xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq);
32.1.13.
qiymətlilərin, o cümlədən banknotların və sikkələrin inkasasiya edilməsi və
göndərilməsi;
32.2.
Banklar bu Qanunun 32.1-ci maddəsində sadalanan fəaliyyət növlərindən başqa bu
Qanunun 33-cü maddəsində göstərilən fəaliyyət növləri istisna olmaqla, digər qanunlarla
nəzərdə tutulmuş fəaliyyət növlərini də həyata keçirə bilərlər.
32.3.
Bu Qanunun 32.1-ci maddəsində göstərilmiş hər hansı fəaliyyət növü üçün
qanunvericiliyə əsasən əlavə olaraq xüsusi razılıq (lisenziya) tələb edildikdə banklar yalnız
müvafiq xüsusi razılıq (lisenziya) aldıqdan sonra onları həyata keçirə bilərlər.
M a d d ə 3 3. Banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri
33.1.
Bu Qanunun 32-ci maddəsində icazə verilmiş fəaliyyət növləri istisna olmaqla, heç
bir bank topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yataqların
işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna
olmaqla tərəfdaş, şərik və ya payçı kimi bunlarda iştirak edə bilməz.
33.2.
Öhdəlik üzrə tələblərini ödəmək məqsədilə bank yalnız
Mərkəzi Bank
ın icazəsi ilə və
yalnız icazədə göstərilən müddət ərzində bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulan
fəaliyyət növlərini həyata keçirə və ya həmin fəaliyyət növlərini həyata keçirən hüquqi
şəxslərdə tərəfdaş, şərik və ya payçı ki-mi iştirak edə bilər.
M a d d ə 3 4. Prudensial normativlər və tələblər
34.1. Banklar fəaliyyətləri dövründə öz aktivləri, balansarxası öhdəlikləri və kapitalının
miqdarı ilə bağlı
Mərkəzi Bank
ın müəyyən etdiyi prudensial normativlərə və tələblərə, o
cümlədən açıq valyuta mövqeyinə riayət etməlidirlər.
Mərkəzi Bank
tərəfindən müəyyən edilmiş yeni normativlər və tələblər, onlarda
dəyişikliklər banklara rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə və
məcmu kapitalın minimum miqdarına aid tələblərə dəyişikliklər isə banklara rəsmən
bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin
və tələblərin geriyə qüvvəsi yoxdur.
34.2.
Mərkəzi Bank
bankların və xarici bankların yerli filiallarının maliyyə sabitliyini təmin
etmək məqsədilə aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edir:
- nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına
bərabər tutulmuş vəsaitin) minimum miqdarmı;