"Prudensial" - bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş
normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış,
idarəetmə və nəzarət üsuludur.
Bankın məcmu kapitalı (öz vəsaiti) - prudensial hesabatlıq məqsədləri üçün istifadə
olunan kapital olmaqla,
Mərkəzi Bank
ın normativ xarakterli aktları ilə müəyyən etdiyi I
dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi
və onlardan tutulmaların fərqidir.
M a d d ə 2 . Bank sistemi və onun hüquqi əsasları
2.1. Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının
Mərkəzi
Bank
ından (bundan sonra mətndə -
Mərkəzi Bank
) və kredit təşkilatlarından ibarətdir.
2.2.
Mərkəzi Bank
dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan
Respublikasının Konstitusiyası, "Azərbaycan Respublikasının
Mərkəzi Bank
ı haqqında"
Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu
Qanun və bunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
2.3.
Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan
Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” “Bank olmayan kredit təşkilatlan
haqqında” və “Kredit İttifaqları haqqında” Azərbaycan Respublikası qanunları, Mərkəzi
Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının
digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə tənzimlənir.
iii[3]
2.4.
Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət
hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının
fəaliyyətinə qarışa bilməz. Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid
edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz.
2.5.
Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa, bütün
digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün
məsuliyyət daşımır.
M a d d ə 3 . Bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar
3.1.
Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları
bank fəaliyyətini
Mərkəzi Bank
ın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirə
bilər.
3.2.
Depozit əməliyyatları yalnız banklar və poçt" rabitəsinin milli operatoru tərəfindən
həyata keçirilə bilər.
iv[4]
3.3.
Bu Qanunun 3.1-ci, 3.4-cü maddələri, 35.4-cü maddənin üçüncü abzası və 42-ci
maddəsi istisna olmaqla digər müddəaları “Bank olmayan kredit təşkilatları haqqında” və
“Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər
qanunvericiliyə müvafiq olaraq lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və
başqa bank olmayan kredit təşkilatlarına şamil olunmur.
v[5]
3.4.
Bu Qanunun 3.3-cü maddəsində göstərilən bank olmayan kredit təşkilatlarının bank
fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi qüvvədə olan qanunvericilik və
Mərkəzi
Bank
ın normativ xarakterli aktları ilə həyata keçirilir. Bank olmayan kredit təşkilatlarına
rəhbərlik edən işçilərin peşə ixtisasına və təcrübəsinə dair tələblər
Mərkəzi Bank
tərəfindən
müəyyən edilir.
vi[6]
3.5.
Mərkəzi Bank
hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci maddəsində
göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, həmin şəxsə bu fəaliyyətinə xitam
verilməsi haqqında tələb göndərir və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir.
M a d d ə 4 . Bankın adı
4.1. Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada
"bank" sözü olmalıdır. Heç bir bank istənilən sənəddə, elanlarda və ya reklamda özünün
nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.
4.2.
"Bank" sözünün işlədildiyi mətndən bu sözün bank fəaliyyətinə aid edilmədiyi tam
aydın olduğu hallardan başqa, bank fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxsin adında
"bank" sözünün ("bank" sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.
4.3.
Bankın törəmə banklarının adında əsas bankın adı göstərilməlidir. Bankların
filiallarının, şöbələrinin və ya nümayəndəliklərinin adında bank sözü hüquqi bağlılıq və
mənsubiyyət mənasında göstərilməlidir.
4.4.
Bank lisenziyası ləğv olunmuş bankların adına "ləğv prosesində olan" sözləri əlavə
edilir.
4.5.
Bankın adında "Azərbaycan Respublikası", "dövlət", "milli" sözlərindən istifadə
edilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.
4.6.
Banklar eyni addan istifadə edə bilməz.
M a d d ə 5 . Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirakı
5.1.
Azərbaycan Respublikasının bank sistemində xarici bank kapitalının iştirak limiti
Mərkəzi Bank
tərəfindən müəyyən edilir.
5.2.
Xarici bank və ya xarici bank holdinq şirkəti istisna olmaqla, əcnəbilərin və xarici
hüquqi şəxslərin yerli banklarda iştirakına
Mərkəzi Bank
tərəfindən limit müəyyən edilir.
5.3.
Mərkəzi Bank
xarici bankların və xarici bank holdinq şirkətlərinin yerli törəmə
banklarının, filiallarının və nümayəndəliklərinin, habelə yerli bankların xarici filiallarının və
nümayəndəliklərinin fəaliyyətinin tənzimlənməsini və onlara nəzarəti həyata keçirdikdə
müvafiq xarici bank tənzimləməsi və nəzarəti orqanları ilə qarşılıqlılıq əsasında və
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayaraq (o cümlədən Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq) öz nəzarət
funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatı ala bilər.
Mərkəzi Bank
xarici
bank tənzimlənməsi və nəzarəti orqanları ilə məlumat mübadiləsini bu məlumatın
məxfiliyini təmin etməklə həyata keçirə bilər. Bu məqsədlə
Mərkəzi Bank
xarici bank
tənzimləməsi və nəzarəti orqanları ilə əməkdaşlıq haqqında sazişlər bağlaya bilər.
5.4.
Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil olmaqla, siyahısı
Mərkəzi
Bank
tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış əcnəbilər və xarici
hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola bilməz, habelə yerli törəmə
banklar təsis edə bilməz, yerli filiallar və ya nümayəndəliklər aça bilməzlər.
II fəsil
BANK FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN
LİSENZİYA VƏ İCAZƏLƏRİN VERİLMƏSİ
M a d d ə 6 . Bank lisenziyaları və icazələr
6.1.
Mərkəzi Bank
bank lisenziyalarının verilməsində və ləğv edilməsində, habelə filiallar,