5
ölkədə demokratik təsisatların rolunun artması, dövlət orqan-
larının fəaliyyətində özbaşınalığa yol verilməməsi üçün vətən-
daşların öz hüquq və mənafelərinə toxunan aktlardan, hərəkət və
hərəkətsizlikdən məhkəməyə müraciət
etmək hüququnun təsbit
edilməsi və real imkanının olmasıdır. Real məhkəmə nəzarə-
tinin mövcudluğu hakimiyyət səlahiyyətlərinə və ictimai təsir
gücünə malik olan inzibati orqanlara qarşı vətəndaşın əsas
güvənc yeri hesab olunur.
Hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan res-
publikamızda aparılan məqsədyönlü və ardıcıl islahatlar prose-
sində insan və vətəndaş hüquqlarının müdafiəsinə maneçilik ya-
radan süründürməçiliyə və bürokratik yanaşmalara, köhnəlmiş
idarəçilik üsullarına, özbaşınalığa, korrupsiya və rüşvətxorluqla
mübarizəyə mühüm önəm verilir. İdarəetmənin sadələşdirilmə-
si, vətəndaşların dövlət orqanlarına müraciətlərinin vaxtında və
lazımi qaydada cavablandırılması, inzibati orqanların öz səla-
hiyyətlərindən sui-istifadə etməsinin qarşısının alınması, vətən-
daşların hüquq və mənafelərinin əsassız müdaxilələrdən qorun-
ması üçün real təminat mexanizminin formalaşdırılması prioritet
məsələlərdən biri kimi çıxış edir. Qanunvericilikdə hakimiyyət
səlahiyyətinə malik olan inzibati orqanın qanunsuz inzibati
aktından və hərəkətindən (hərəkətsizliyindən) vətəndaşların hü-
quqlarının müdafiəsinin bir neçə mexanizmi nəzərdə tutul-
muşdur ki, onlardan biri də inzibati məhkəmə icraatıdır.
Dövlət məhkəmə icraatının bu forması vasitəsilə vətəndaş-
ların hüquqlarının və maraqlarının hakimiyyətin əsassız müda-
xilələrindən qorunmasına zəmanət verir. Müasir dövrdə vətən-
daşların və hüquqi şəxslərin hüquq və azadlıqlarını təmin edən,
yüksək səviyyədə təşkil olunmuş inzibati məhkəmə icraatının
mövcudluğu hüquqi dövlətin mühüm əlamətlərindən biri kimi
6
xarakterizə olunur. Hüquqi dövlətin məzmunu və prinsipləri ilə
qırılmaz əlaqədə olan inzibati məhkəmə icraatı inzibati orqan-
ların qanun çərçivəsində fəaliyyət göstərməsini, özbaşınalığa və
süründürməçiliyə, korrupsiya hallarına yol verməməsini təmin
etməyə yönələn hüquqi müdafıə vasitəsi kimi çıxış edir.
Həyata keçirilən islahatlar dövlətlə cəmiyyət, inzibati
orqanlar ilə vətəndaşlar arasındakı münasibətlərin qurulmasına
dair müasir təsəvvürlərə əsaslanır. İslahat tədbirləri müvafiq
olaraq “dövlət -vətəndaş” münasibətlərinə yeni yanaşma, sosial
narazılıqların aradan qaldırılmasına, inzibati orqanların qanuni
və səmərəli fəaliyyətinin yeni həlli yollarının müəyyənləşdi-
rilməsinə zərurəti də üzə çıxardı və ona müasir yanaşma tərzinin
labüdlüyü qəbul olundu. Bununla əlaqədar olaraq qanunveri-
cilikdə köklü dəyişikliklər edildi, mühüm normativ aktlar qəbul
olundu, məhkəmə sistemi yenidən quruldu, inzibati məhkəmə
icraatı məhkəmə icraatının müstəqil vasitələrindən biri kimi
formalaşdırıldı. İnzibati məhkəmə icraatının məhkəmə icraatının
müstəqil vasitələrindən biri kimi formalaşdırılması inzibati or-
qanların cəmiyyət qarşısında məsuliyyət mexanizmini, onların
qəbul
etdikləri hər bir qərara, hərəkətə və ya hərəkətsizliyə görə
qaldırılan inzibati iddiada cavabdeh olmaq ehtimalının real icra
mexanizmini təşkil edir. İnzibati məhkəmə icraatı inzibati or-
qanların fəaliyyətində qanunçuluğun, şəffaflığın və səmərə-
liliyinin təmin olunması, korrupsiyanın qarşısının alınması üçün
əhəmiyyətli vasitədir. Belə bir potensiala malik
hüquqi müdafiə
və nəzarət mexanizminin tədqiqat mövzusu qismində tədqiqi bu
baxımdan xüsusi aktuallıq kəsb edir.
Beləliklə, ölkənin demokratikləşmə, insan hüquq və azad-
lıqlarının təminatı sahəsində yüksək nailiyyətlər qazanması bila-
vasitə vətəndaş cəmiyyəti quruculuğuna hesablanmış məhkəmə-