65
Qrup xarici valyutada kreditlər və avanslar vermişdir. Borcalanın gəlir axınından və xərc
strukturundan asılı olaraq, Azərbaycan manatına qarşı xarici valyutaların dəyərinin artması
borcalanın ödəniş qabiliyyətinə mənfi təsir göstərə bilər və bu səbəbdən gələcəkdə kreditlər üzrə
mümkün zərərlərin artması ilə nəticələnə bilər.
Valyuta riskinə qarşı həssaslıq
Aşağıdakı cədvəldə manatın müvafiq xarici valyutalarına qarşı mübadilə məzənnəsinin 10%
dərəcəsində artması və ya azalması halına qarşı Qrupun həssaslığını göstərən təfərrüatlar açıqlanır.
Xarici valyuta riski Qrup daxilində əsas rəhbərlik heyətinə məruzə olunarkən 10%-lik həssaslıq
dərəcəsinə istinad edilir və bu dərəcə rəhbərliyin xarici valyuta məzənnələrində kifayət qədər
mümkün dəyişikliklərin baş verməsinin qiymətləndirilməsini göstərir. Həssaslığın təhlilli yalnız xarici
valyutada ifadə edilmiş qalıq monetar vəsaitləri ehtiva edir və xarici valyuta məzənnələrində 10%-lik
dəyişiklik nəzərə alınmaqla onların dövrün sonundakı valyuta mövqeyinin bir valyutadan digərinə
çevrilməsinə düzəliş edir. Həssaslıq təhlili, xarici valyutanın denominasiyasının borc verən və ya
borca alanın funksional valyutasında olan Qrupla xarici kreditləri eyni zamanda xarici əməliyyatlar
üzrə olan kreditləri özündə birləşdirir.
Mənfəət və ya zərərə və kapitala təsiri:
ABŞ dollarının təsiri
AVRO-nun təsiri
Rusiya rublunun təsiri
2012
2011
2012
2011
2012
2011
10% gücləndikdə
(5,445)
28,695
(24,405)
22,239
4,901
(4,814)
10% zəiflədikdə
5,445
(28,695)
24,405
(22,239)
(4,901)
4,814
Rəhbərlik hesab edir ki, həssaslığın təhlili aidiyyatı xarici valyuta mübadiləsi riski üçün səciyyəvi
deyil, çünki, ilin sonuna olan itkilər riski il ərzindəki itkilər riskini əks etdirmir.
Faiz dərəcəsi riski
Qrup bazar faiz dərəcələrinin dəyişməsinin onun konsolidə edilmiş maliyyə vəziyyətinə və konsolidə
edilmiş pul vəsaitlərinin hərəkətinə təsiri ilə əlaqədar riskə məruz qalır. Bu cür dəyişikliklər
nəticəsində faiz marjaları arta bilər, lakin faiz dərəcələri üzrə gözlənilməyən dəyişikliklər baş verdiyi
təqdirdə faiz marjaları həmçinin azala və ya müəyyən zərərin yaranmasına səbəb ola bilər. Rəhbərlik
faiz dərəcələrinin dəyişməsinin qəbul edilə bilən səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə
hər gün nəzarət edir.
Hazırda Qrup faiz dərəcəsi mümkün olduğu dərəcədə ödəmə müddəti və/və ya faiz dərəcələrinə
yenidən baxılması mövqelərini qarşılıqlı uyğunlaşdırmaqla tənzimləyir. Bundan əlavə, Qrupun aylıq
faiz marjaları lazım olduqda onun aktivlərinin faiz dərəcələrinə yenidən baxılması məqsədilə, davamlı
olaraq nəzərdən keçirilir. Əməliyyat prosedurlarına görə faiz dərəcələrinin qəbul edilən minimum
səviyyəsi adətən 5% təşkil edir. AÖİK və Mühasibatlıq və Büdcə Proqnozlaşdırılması Departamenti
mütəmadi olaraq bu marjanın qorunmasına nəzarət edir. AÖİK həmçinin faiz dərəcələrindəki
dəyişikliklər haqqında hesabatların və proqnozların hazırlanması üçün məsuliyyət daşıyır.Hazırda
faiz dərəcələrinə yenidən baxılması və Qrupun fəaliyyət göstərdiyi bazarlardakı nisbətən yüksək faiz
marjaları üzrə uyğunlaşdırma siyasəti nəticəsində Qrup artıq bu riski aktiv şəklində idarə etmir.
AÖİK və Mühasibatlıq və Büdcə Proqnozlaşdırılması Departamenti faiz dərəcələri riskinin
tənzimlənməsi, Risklərin İdarə Edilməsi Departamenti risklərə nəzarət üçün məsuliyyət daşıyırlar.
İdarə Heyəti isə bu sahədəki bütün təlimatları və aktiv/öhdəliklərin faiz dərəcələrinə yenidən
baxılması hesabatlarını təsdiqləyir.
Aşağıda göstərilən həssaslıq təhlili hesabat dövrünün sonunda həm derivativ, həm də qeyri-derivativ
alətlər üzrə faiz riskinə məruzqalma əsasında müəyyən edilmişdir. Üzən faiz dərəcəsi daşıyan
öhdəliklər üzrə təhlil dövrün sonunda öhdəliyin ödənilməmiş məbləğinin bütün il üzrə ödənilmədiyini
hesab etməklə həyata keçirilir. Qrup daxilində faiz dərəcəsi riski barədə əsas idarə heyətinə məlumat
verildikdə 50 baza dərəcəsində artım və ya azalmaya istinad edilir ki, bu da rəhbərliyin faiz
dərəcələrində mümkün dəyişikliklərin qiymətləndirilməsini əks etdirir.
Faizlərin 50 baza dərəcəsində azaldığı/artdığı və bütün digər dəyişən göstəricilər sabit saxlanıldığı
təqdirdə, Qrupun 31 dekabr 2012-ci il tarixinə bitən il üzrə məcmu zərərin ümumi məbləği 15,694 min
manat məbləğində artır/azalır (2011-ci ildə: 6,872 min manat məbləğində azalır/artır). Bu isə əsasən
Qrupun dəyişən və sabit faiz dərəcəli kreditlər üzrə faiz risklərinə məruz qalmasına aid edilir.
66
Qrup öz maliyyə alətləri üzrə faiz dərəcələrinə nəzarət edir. Qrupun baş rəhbərliyi tərəfindən təhlil
edilmiş hesabatlara əsaslanan faiz dərəcələri aşağıdakı cədvəldə göstərilir:
2012
2011
ABŞ
Dolları
AZN
Avro
Rus
rublu
Digər
ABŞ
Dolları
AZN Avro
Rus
rublu
Digər
Aktivlər
Pul vəsaitləri və onların
ekvivalentləri
0.2
-
-
-
-
-
-
0.3
-
-
Rezident banklardan alınacaq
vəsaitlər
3.0
0.8
-
-
-
3.1
5.0
-
-
-
Qeyri-rezident banklardan
alınacaq vəsaitlər
1.5
-
-
-
-
1.2
-
-
-
-
Fiziki şəxslərə verilmiş kreditlər
və avanslar
19.1
21.0
16.3
15.9
14.0
20.3
21.4
16.4
-
18.0
Hüquqi şəxslərə verilmiş
kreditlər və avanslar
11.2
12.3
10.5
16.1
17.0
13.8
17.0
11.4
-
17.5
Ədalətli dəyəri mənfəət və ya
zərərdə tanınan maliyyə aktivləri
-
-
-
8.2
-
-
-
-
11.2
-
Other debt securities
-
12.5
-
-
-
-
-
-
-
-
Öhdəliklər
Fiziki şəxslərin müştəri
hesabları
11.5
10.9
8.2
5.4
5.9
12.1 11.4
8.9
-
7.9
Hüquqi şəxslərin müştəri
hesabları
4.9
7.6
5.7
2.0
-
9.0 14.6
13.9
-
-
Digər banklara ödəniləcək
vəsaitlər
5.1
1.5
5.0
-
-
0.5
-
2.2
-
-
Buraxılmış borc qiymətli
kagızları
0.1
0.3
-
-
-
15.0 25.0
-
-
-
Borc alınmış digər vəsaitlər
4.5
1.0
2.9
-
-
4.2
0.1
0.9
-
-
Subordinasiya borcu
6.0
6.0
-
-
-
8.4
-
-
-
-
Yuxarıdakı cədvəldə “-” işarəsi Qrupun müvafiq valyutada aktiv və öhdəliklərə malik olmadığını
bildirir.
Coğrafi risk
31 dekabr 2012-ci il tarixinə Qrupun konsolidə edilmiş maliyyə aktiv və öhdəliklərinin coğrafi təhlili
aşağıda göstərilir: