195
lazımsız mühərrik və orbital hissələr enmə kapsulundan ayrıldılar
və Yer kürəsi tərəfə öz trayektoriyaları ilə uçdular ki, atmosferdə
yansınlar. İki uzaqlaşan obyekti gördüyümü məruzə etdim. Peris-
kopun ekranından artıq lazımsız linzanı çıxardım və sağ yan divar-
da xüsusi cibə qoydum. Təəssüf ki, ilgək qopdu və bir andan sonra
böyük şüşə parçası kabinədə uçurdu. Təhlükəni aradan qaldırmaq
üçün onu yenidən qablaşdırdım, yastıqla basdım və dizimlə saxla-
dım. Yer kürəsinə məruzə verdim ki, ilgək qopdu. Qayıtdıqdan son-
ra əsasən də UNO ovçularına hansı ildırım haqqında danışdığımı və
hansı obyektləri gördüyümü dəfələrlə izah edirdim.
Saniyədə 8 kilometr sürətlə uçan meteoritə çevrildik. Lap özümə
qısılmışdım, kreslonun kəmərlərini və ayaqlarımı saxlayan kəmər-
ləri bir az da bərkitdim. Ayaqlarımı yığmış, təhlükəsizlik kəmərləri
ilə bərkidilmiş, həyat verən oksigen və Yer kürəsindən ruhlandırıcı
sözləri çatdıran cihazlarla “göbək”lə birləşdirilmiş halda illümina-
tordan Liviya səhrasının ölü səthini müşahidə edirdim.
Kapsul yavaş-yavaş odadavamlı tərəfini uçuş istiqamətində fır-
ladırdı. Kiçik mühərriklər qısa impulslar atırdı ki, atmosferə daxil
olduğumuz zaman tələb edilən mövqeyi qoruyub saxlayaq. Bunu
yandırılmış yanacağın qalıqları olan, dairəvi yayılıb nəhəng çəhra-
yı sabun köpükləri kimi məkanda itən sakit tüstü burumları müşa-
yiət edirdi. Aralıq dənizini keçirdik, aşağıda Krit və Kipri gördüm.
Artıq aşağıda idik – Yer kürəsindən 100 km aralıqda. Şlemin şüşəli
örtüyünə hansısa kiçik qırıntılar yaxınlaşırdı. Önümdə ATMOSFER
siqnalizatoru yandı. Bu, atmosferdə əyləcləmə prosesinin başlan-
ğıcı işarəsi idi. Birdən cihazlar cədvəlinin altından missiyanın ilk
günlərində itirdiyim və Leonovdan xatirə olan qələm çıxdı. Bunu
müsbət işarə kimi qəbul etdim və qələmi tez kombinezonun cibinə
qoydum. İllüminatordan baxdım – altımızda sağ tərəfdə Türkiyəni,
bir andan sonra isə Qafqazın qarlı dağlarını gördük. Evlə bizim ara-
mızda 1500 kilometr var – və məhz bu an ilk, ürkək alovu gördük,
əvvəl kapsulanı sanki çəhrayı duman bürüdü və atmosferin daha
dərinliyinə keçdikcə qatılaşdı. Öz bədənimin ağırlığını hiss etdim.
Görünməyən qüvvə döş qəfəsimi sıxırdı və hiss etdim ki, sanki bo-
ğazım daralır. Getdikcə nəfəs almaq daha da çətinləşirdi və böyük
səylər tələb edirdi, danışmaqsa, demək olar ki, mümkün deyildi.
Alov artıq əməlli-başlı görünürdü, illüminatorun odadavamlı şüşə-
sinin arxasında, sifətimin yanında yanırdı. Buna baxmayaraq, bir
neçə dəfə diksindim, çünki bu, xoş rəngdə olan, on beş milyon selsi
dərəcəsinədək istilənmiş plazma idi! Düz belimin arxasında odada-
vamlı örtük 1750 Selsi dərəcəsinədək qızdı. Artan yüklənmə məni
“YUMŞAQ” ENİŞ
196
BEŞINCI HISSƏ
boğmağa başladı, buna görə diafraqma ilə nəfəs almağa çalışdım.
Kömək etdi. Yer kürəsinə məruzələri zorla edirdim. İllüminatorun
şüşəsi istiləşməyə başladı, birinci sarı, sonra isə açıq qəhvəyi rəng
aldı. Tezliklə yanğının hisi şüşənin şəffaflığını tamamilə bağladı.
Ancaq yağışdan sonraki izlərə oxşar zolaqlar görünürdü. Bu zolaq-
lar konstruksiyanın ərimiş hansısa xarici elementlərindən qızğın
metal damlalarını çıxarırdı. Dəhşətli yüklənməyə dözmək çox çə-
tin idi. Hiss edirdim ki, bədənim yastılaşır. Havanı suda boğulanlar
kimi udum-udum alırdıq, sanki ehtiyat üçün saxlamaq istəyirdik.
Radio rabitəsi kəsildi, çünki istilənmiş plazma radiodalğaların axı-
nını dayandırdı. Buna baxmayaraq, dayanmadan, artıq qışqıraraq
göyərtədəki vəziyyət haqqında məruzə edirdik. Lakin qəbul yox
idi. Özümü narahat hiss etdim. Qəflətən kapsul yellənməyə başladı
və artan, xoş olmayan və narahatedici böyük tezlikdə titrəmələr və
dartılmalar başladı. Hiss edirdim ki, sanki dəli olmuş atların daşlıq-
la dartdığı çəlləkdə idim. 35 Max sürətlə atmosferin sahəsinə daxil
olurduq, atmosfersə Yer kürəsini müdafiə edərək, bizi yad cisim
kimi qəbul edirdi. Yüklənmə ilə bizi əzmək, temperaturla isə yan-
dırmaq istəyirdi.
Qəflətən Yer kürəsini eşitdik. Rahatlandıq. Bizə məlumat verildi
ki, Yer kürəsindən 40 kilometr aralıqdayıq və eniş “normal” davam
edir. Paraşütün açılmasına qalmış vaxtı hesablamağa başladım. Kap-
sulun titrəməsi ritmik azalan yellənməyə keçdi, yüklənməsə böyük
dərəcədə azaldı. Kapsul istilənmiş metal meteorundan aerodinamik
daşa çevrilməyə başladı. Turbulent axın laminat axına çevrildi. Yer
kürəsi xatırlatdı ki, kəmərlərimizi lap sıxmalıyıq, bərkidilməmiş əş-
yalarısa yaxşıca bağlamalıyıq. Bunların hamısını çoxdan eləmişdik.
Mənim fikrim paraşütdə qalmışdı. Olduqca mürəkkəb missiyanın
uğuru və həyatımız bu ənənəvi və müəyyən mənada primitiv nəq-
liyyat vasitəsindən asılı idi. Paraşütün açılmasına bir yarım dəqiqə
qalmış, saniyələri uca səslə geri saymağa başladım. Vaxt bitmək bil-
mirdi. Əminəm ki, paraşütü açılmayan Komarovun üzünü gördüm.
Ağlıma ən pis fikirlər gəlirdi və məhz bu an küt partlayış və şiddətli
sıçrayış səsini eşitdik. Ardıcıl üç dəfə təkrarlandı. Bu, növbəti para-
şütlərın açılmasına işarədir: dartıcı, əyləcləyən, növbəti dartıcı və
daha qüvvətli sıçrayış – min kvadrat metr sahəli əsas paraşüt bizi
öz ağuşuna alır.
Süküt çökdü və yavaş yellənirik. Düşmə sürətini hesablamağa
çalışırdım ki, ehtiyat paraşütün açılmasına ehtiyac olub-olmamasını
dəqiqləşdirək. Əla idi. Lakin hara enəcəyimizə dair bəzi narahat-
lıqlar yarandı, bu, dağ, meşə, tayqa, bəlkə də bataqlıq ola bilər. Bu-
Dostları ilə paylaş: |