221
dünya həqiqidir, məntiqə arxalanır. Meşənin meşə qoxusu, çəmənli-
yin çəmənlik, almanın alma, limonun limon qoxusu var, benzin benzin
qoxuyur. Kosmos isə başqa bir varlıqdır. Ora aparan yol uzundur və
bəzən xoşa gəlməyən iylərlə örtülür. Kosmonavt namizədlərinin se-
çim qrupuna düşəndə, heç fikirləşə bilməzdim ki, Kosmosun ətri ilə
tanış olacağam. İlk iylər heç də xoş deyildi, adi, banal xəstəxana iylə-
ri, Mronqava və Zakopanada gimnastika zallarında məşqlərin qoxusu
idi. Ulduz şəhərciyində oradakı meşənin, göbələk, ağaclar və güllərin
unudulmaz təmiz ətirlərini kəşf etdim. Məşq laboratoriyalarının qoxu-
su əbədi olaraq yaddaşımda həkk olundu – dərmanların iyi ilə texniki
mazların, cərəyanın, alətlərdə olan hidravlik mayelərin, çalışmalar və
yorğunluğun iyləri qarışmışdı. Bəzən uzun davam edən fırlanmalar,
dövriyyələr, yelləncək, sentrifuqa və fırlanan kreslolarda tərs dönmələr
zamanı elə vəziyyətə gəlib çatırdım ki, vestibülyar aparatım çətinliklə
dözürdü. Bir gün namizədlərdən biri dözmədi və laboratoriyada başqa
bir qoxu da yayıldı, bu, məğlubiyyət qoxusu idi. Start
istilənmiş beton,
qum, çöllük, yovşan iylənir – bunlar məni Kosmosa yaxınlaşdırırdı,
oradakı həqiqiliyə aparan yolun dəhlizidir. Metal, plastik, lak, rezin
və ya bütün metal hissələr örtülmüş döşəmələrin iyi hər yeri bürü-
müşdü. Nə havatəravətləndiricilər, nə də ətirlərdən istifadə edilmirdi.
Darısqal otaqda tualetin mövcudluğu hiss olunmurdu. Çox dəqiq inşa
edilmişdi. Hava dəfələrlə filtrlə təmizlənirdi və oradan heç bir qoxu
gəlmirdi. Səhər əl-üzümüzü yuduqda iyləri hiss etmək olurdu – kos-
metika ətri saçırdı. Səhərlər dezinfeksiyaedici vasitələrlə zənginlənmiş
qəhvəyi dəsmallarla yuyunurduq. Bu, ümumi istifadə üçün kosmetika-
nın erkən inkişaf zamanı idi, buna görə dəsmallar sadəcə pis qoxurdu,
lakin dezinfeksiyaedici vasitə olaraq çox effektiv idi. Yer kürəsindəki
orbital stansiyanın simulyatorunda hər bir otağın öz qoxusu var idi.
Kosmosda bütün hissələr boyu xüsusi ventilyatorlar çəkmişdik, buna
görə iylər qarışırdı. Ventilyasiyanın intensivliyini azaldanda, burunla
duyulan fərqləri artıq aydın hiss etmək olurdu.
Özümüz hazırladığımız yeməklər evdə bişirilən gözəl təamların
qoxularına malik deyildi. Bankadakı ət – hətta qızdırılmış halda – evdə
qızardılan ətin tam ətrini verə bilmirdi. Bu çatışmazlığı təkrarolunmaz
dad və ətrə malik çay əvəz edirdi. Bunun, digər yeməklər, ümumiy-
yətlə, dadsız və iysiz olduğuna görə, yoxsa çayda həqiqətən qeyri-adi
nəyinsə olduğundan baş verdiyini tapmaq itəyirdim. Sonralar məlu-
mat aldım ki, sirr çayın Yer kürəsində hazırlanma üsulundadır. Pinse-
tin köməyi ilə budaqdan ən zərif yarpaqlar götürülürdü. Kosmik çayın
ətri, dadı və iyi onu ömrümdə içdiyim ən nəcib içki kimi yaddaşda sax-
lamağa səbəb olmuşdu. Bir gün Yer kürəsindən məlumat aldım ki, ”+y
KOSMOSUN QOXUSU