214
ALTINCI HISSƏ
kosmonavt və astronavt görüşmüşdü.
İlk günlərdə amerikalı və rusiyalı komandalara bölünmə çox aydın
görünürdü. Səudiyyə Ərəbistanından olan astronavt, kral ailəsinin üzvü
Əl-Saud Sultan bin Salman bin Əbdüləziz amerikalıların tərəfini tuturdu.
Rusların dəstəyi daha böyük idi – biz, yəni İnterkosmos proqramının sək-
kiz kosmonavtı və fransalı Kretyen (“Soyuz-T6” və “Salyut-7” missiyaları)
onların tərəfindəydik.
Tarixdə ilk görüş Mixail Qorbaçovun – beynəlxalq siyasətin yüksələn
ulduzunun Fransaya səfərinə təsadüf etdi. ”Perestroyka” sözü dünya kar-
yerasını qurmağa başlayırdı. Həmçinin amerikalılarla rusların birgə uçuşu
olan Apollo-Soyuz proqramından on il keçirdi.
Görüşümüzün məqsədi nizamnamənin hazırlanması və təsdiq edil-
məsi, ASE birliyinin həyata keçirilməsi idi. Hər hansı siyasi konteksdən
qorxurduq və buna görə Assosiasiyanın nizamnaməsində Kosmosun hər-
bi məqsədlərə xidmət edə bilməyəcəyi qeydini əlavə etməmişdik. Daha
təhlükəsiz formulu işlətdik – kosmik sahənin tədqiqatları insanlara xid-
mət etməlidir. Assosiasiyanın rəsmi dilləri kimi ingilis və rus dilləri seçil-
di, ASE-nın bərabərhüquqlu qərargahları isə San-Fransiskoda və AUKP
Moskvada fəaliyyət göstərəcəklər.
Mitçellər bizi evlərində qalma şəraiti ilə təmin etdilər. Məsləhətləş-
mələr gecə yarısınadək davam edirdi. Zirvə toplantımız ancaq oktyabrın
4-dən 5-nə keçən gecə Qurultaya çevrildi. Uzun davam edən, gərgin mü-
zakirələrdən sonra etibarsızlıq divarı aşdı. Gecə saat üçdə nizamnaməni
təsdiqlədik və Kosmos Tədqiqatçıları Assosiasiyasının çağırılması haqqın-
da qərar qəbul etdik. Bu andan kosmonavtlar və astronavtların təşkil et-
dikləri icmaya çevrildik. Şampan verildi. Hadisədən xatirə olaraq təsadüfi
bir plakata öz imzalarımızı çəkdik. Bu, ənənəyə çevrildi – hər bir qurultay-
dan növbəti bu cür xatirə gətirirəm. Artıq iyirmi beş ədəddir. ASE bağlı
dairə deyil – kosmik sahədə olanlar, Yer kürəsi ətrafında heç olmasa bir
dəfə fırlananlar, çəkisizlik təcrübəsinə malik və Yer kürəsini uzaq məsafə-
dən görənlər üçün qapımız açıqdır.
Sübh çağınadək gözəl əhvalımız var idi. Abbatlığın böyük yemək ota-
ğında növbəti qurultaylara məşhur şəxsləri, bəşəriyyətin sülh yolu ilə inki-
şafına yaxşı təsir göstərən nüfuzlu şəxsləri dəvət etməyi qərara aldıq. Ker-
neydə son banketdə bu xüsusi qonaq qeyri-adi şəxs olmuşdu – Jak Kusto,
dəniz dərinliklərinin tədqiqatçısı, səyahətçi və yazıçı. Fəxri qonaq hansısa
anlamda bizə yaxın adam idi. Həqiqətdə okeanın dərinliyi Yer kürəsin-
dən xaricdəki vakuumdan fərqlənir, lakin eynilə insana qarşi ədavətli idi.
Dərinlik dalğıcları da təklik mühiti ilə tanışdırlar – astronavtlar kimi öz
intellekti və zəhməti ilə sualtı dünyanın kəşfiyyat şəraitini yaradan in-
sanlar piramidasının zirvəsində dayanıblar. Kusto öz çıxışında dərinlik-
215
də çəkisizliyin əvəzedicilərinin üzəçıxma faktını qeyd etdi. Onun çıxışı
böyük maraqla qarşılandı, çünki kəşfləri Kosmosdakı təcrübəmizə yaxın
idi. Şveytskart qonağa mükafat təqdim etdi və onun haqqında belə sözlər
dedi: ”İnsanlardan heç biri bəşəriyyətdə ətraf mühitin qorunması üçün
belə ciddi məsuliyyət duyğusunu Sizin kimi oyada bilməmişdir”.
Vida axşamı ”son et lumiere” (işıq və səs ) üslubunda qeyri-adı tama-
şa ilə bitdi. Zamana səyahət etdik. Min illər əvvələ, bu möhtəşəm divar-
larda qurulan zamanlara qayıtdıq, məşəllər və səslərlə bizə orta əsrlərdə
baş verənləri və ov səhnələrini göstərirdilər. Kosmos insanlarının ilk bey-
nəlxalq görüşü gözəl atəşfəşanlıqla sona çatdı.
ASE-nın ilk Qurultayının şüarı belə idi: ”Yer kürəsi – Bizim Evimizdir”,
çünki Assosiasiyanın ən əsas məqsədi bu günün və Yer kürəsinin qayğısı-
na qalmaqdır. Assosiasiyanın üzvlərini kosmik məkanı tədqiq və istifadə
etmək sahəsində beynəlxalq əməkdaşlığı təbliğ etmək, cəmiyyəti insanın
kosmik məkana çıxmasının tarixi mənası barədə məlumatlandırmaq və
dünya ictimaiyyətini Kosmik kəşfiyyatlarda əldə edilmiş nailiyyət-
lərin mənasını daha asan başa düşmək üçün birləşdimək niyyətin-
dəyik.
Assosiasiyanın öz qrafik işarəsi var – bu, Kosmosun qaranlığı fo-
nunda şüşəsində Yer kürəsinin təsviri əks edilən kosmonavtın şle-
midir.
ASE-nin ilk Qurultayının vacib amillərindən biri dövlət başçı-
larına və hakimiyyətə Kosmosa soyuq müharibə baxışı ilə deyil,
başqa bir nəzərdən baxmaq, sülh, gələcək nəsil və bəşəriyyət na-
minə kosmik məkanın birgə istifadəsi üçün alimlərin cəhdlərini bir-
ləşdirməkdir. Hər növbəti Qurultay başqa dövlətdə həmin dövlətin
kosmonavt və ya astronavtının dəvəti ilə keçirilir. Konqreslər artıq
Macarıstanda, Meksikada, Bolqarıstanda, Səudiyyə Ərəbistanında,
Hollandiyada, Almaniyada, ABŞ-da, Rusiyada, Polşada, Kanadada,
Kosta-Rikada, Rumıniyada, Belçikada, İspaniyada, Şotlandiyada,
Avstriyada və Yaponiyada keçirilib. 2009-cu ildə Praqada, sonra isə
Malayziyada görüşməyi planlaşdırırıq. 1995-ci ildə Polşada ASE-nin
Qurultayı zamanı fəxri qonaq Polşa Prezidenti cənab Lex Valensa
olmuşdu, şüarı isə ”Kosmos və müasir cəmiyyət” idi.
Kosmos insanlarını birləşdirən bağlar çox güclü və təbiidir, buna
görə tez-tez Ulduz şəhərciyinə gedirəm. Bunun üçün səbəb boldur,
ya elmi simpoziumların təşkili, Qaqarinin uçuş ildönümü, missi-
yamızın ildönümü və ya yubileylər: Klimukun 60 illiyi, Valya Te-
reşkovanın 70 illiyi. Həmçinin səbəb olmadan da Şəhərciyin mühiti
və ya dostlarım üçün darıxanda oraya gedirəm. Orada uşaqlarım
və qız nəvələrimlə olmuşdum, müəllimlər, həkimlər, təlimatçılar və
KOSMİK AİLƏ
Dostları ilə paylaş: |