www.ehlibeyt-aka.com/kitabxana
SonUmidTV
7
Hərfi tərcümə
De: pənah aparıram camaatın yaradanına,
camaatın padşah, sultan, və malikinə, camaatın
məbuduna
(ibadət
etdikləri
varlığa)
şeytanın
vəsvəsəsinin şərrindən, o şeytan ki, insanların
sinəsində vəsvəsə edər. O vəsvəsə edən ki, insan və
cindən ola bilər.
“Nas” surəsinin təfsiri
Qurani - Kərimin axırıncı surəsi olan bu surədə
Allah-Təala Peyğəmbər (s)-i rəhbər kimi çamaata
göstərərək buyurur: “De pənah aparıram çamaatı
yaradan və tərbiyə edənə”
سﺎﻨﻟا بﺮﺑ ذﻮﻋا ﻞﻗ
Belə fikrləşmək olur ki, Allah-Təala Peyğəmbər
(s) kimi bir şəxsiyyətə pənah aparmağı və Allaha
sığınmağı əmr edirsə, bizə lazımdır ki, bu məsələdə
daha çox diqqət edək və bir an da Allaha pənah
aparmaqdan qafil olmayaq.
Ardıyca
buyurur:
“Camaatın
malik
və
padişahına”
ﻚﻠﻣ
سﺎﻨﻟا
“Camaatın məbuduna”
سﺎﻨﻟا ﻪﻟا
Diqqət etməli budur ki, burada Allah-
Təalanın böyük sifətlərindən olan üç sifəti (Rəbb,
www.ehlibeyt-aka.com/kitabxana
SonUmidTV
8
Malik və Məbud) gətirilir və bildirilir ki, bu sifətlər
insanın tərbiyəsində böyük rol oynayaraq onu vəsvəsə
edənlərin caynağından xilas edə bilir.
Əlbəttə pənah aparmaqdan məqsəd bu deyil ki,
insan təkcə bu sözləri dili ilə desin. Bəlkə (əksinə
olaraq - red.) lazımdır ki, onu əməli surətdə həyata
keçirsin. Əməldə də Allaha pənah aparsın. Şeytani
yollardan uzaq olsun. Şeytani məclislərə getməsin,
şeytani fikrlərin yerini, ilahi fikrlərlə dəyişdirsin.
Yoxsa əmələn şeytani işləri edib, dildə bu sözləri
ifadə etməklə insan hər bir təhlükədən xilas ola
bilməz.
Surənin davamında Allah-Təala buyurub:
“xənnasın vəsvəsəsinin şərrindən ”
سﺎﻨﳋا ساﻮﺳﻮﻟاﺮﺷ ﻦﻣ
“O, kəsdən ki, insanların sinələrində vəsvəsə edir”
سﺎﻨﻟا روﺪﺻ ﰱ سﻮﺳﻮﻳ ىﺬﻟا
Bu vəsvəsə edən elə bir imkana malikdir ki,
insanın qəlbini öz yuvasına çevirir, onun ixtiyarını ələ
alır, imanını oğurlayır və nəhayət insanın abrını,
qeyrət və namusunu, mal və dövlətini, daxili
rahatlığını bərbad edir.
“Cindən və insandan olan vəsvəsə edən”
سﺎﻨﻟاو ﺔﻨﳉا ﻦﻣ
Bəli pənah aparıram Allaha, çox ziyanlı, fəsadlı
olan bir mövcuddan ki, şeytan adlanır. İstər bu şeytan
cin tayfasından olsun ya insan, istər gözə görünən
www.ehlibeyt-aka.com/kitabxana
SonUmidTV
9
olsun ya görünməyən məhsus (hiss olunan – red.) bir
varlıq olsun ya hiss olunmayan. Bir sözlə hər nə məni
Allah-Təaladan uzaqlaşdıracaq, məni Allahın izzət
kölgəsindən çıxarıb, şeytan və şeytan sifətli
məxluqatın zillət kölgəsinə salacaqsa ondan böyük
olan Allaha pənah aparıram.
“Nas” surəsinin hədəfi
1- Bu surədən belə alınır ki, ən əzəmli insanlar
da daimi Allaha pənah aparmalıdır.
2- Bu surənin ali hədəfi əvvəlcə insani həqiqi
məbudun tərəfinə yönəlməkdir. Sonraki mərhələdə isə
təhlükə elan edilərək insanlar iki böyük şərr qüvvədən
- şeytanlar və şeytan sifət insanlardan qorunmağa
cağırılır.
3-
سﺎﻨﻟاو ﺔﻨﳉا ﻦﻣ “Cinlərdən və insanlardan ” ibarət
olan vəsvəsə edənlər cümləsindən belə məlum olur ki,
vəsvəsə etmək təkcə Allah dərgahından qovulmuş
iblisə məxsus deyil. Bu sözün geniş mənası vardır.
Hər bir fəsad törədən mövcudlara da aid olur (mikrob
kimi). “Xənnas” deyəndə həm o şeytana həmdə onun
kimi olan insanlar və cinlər də nəzərdə tutulur.
İlahi! Bizi şeytan və şeytana xidmət edən bütün
məxluqatın şərrindən qoru; onların şərrindən sənə,
rəbbimizə,
padşahımıza,
məbudumuza,
pənah
gətiririk!
Amin, ya Rəbbəl aləmin.
www.ehlibeyt-aka.com/kitabxana
SonUmidTV
10
“Nas” surəsinin xüsusiyyətləri
1- İnsan daim şeytanların vəsvəsəsilə üzləşir.
İnsanlardan və cinlərdən olan şeytanlar çalışırlar ki,
onu azdırsınlar. İnsanın məqamı yüksəldikcə onun
düşmənləri də böyüyür. Onun çaşmasına əvvəlkindən
artıq vaxt və güc sərf edirlər. Bu sürədə Allah-Təala
göstəriş verir ki, şeytanların şərrindən ona pənah
aparaq.
“Nas” surəsinin Məkkədə və Mədinədə nazil
olması bərədə fikir ayrılığı vardır. Amma Məkkədə
nazil olmasına ehtimal daha artıqdır.
2- Bu surənin fəziləti barədə çoxlu rəvayətlər
vardır. İmam Baqir (ə) buyurub: hər kəs “vətr”
namazında bu surəni, “Fələq və İxlas” surəsini oxusa
onun namazı qəbul olunar və ona bu barədə mələklər
müjdə verərlər. Başqa bir rəvayətdə deyilir:
Peyğəmbər (s) xəstə olan Cəbrail və Mikayil gəlib
“Nas” və “Fələq” surələrini onun başı üzərində
oxudular və o, Həzrət şəfa tapdı.
3. Bu surə ona görə “Nas” adlanıb ki, “nas”
kəlməsi onda bir neçə dəfə təkrar olunub.
Sual və tapşırıqlar.
1. Bu sürənin adları nədir və nə üçün bu adla
tanınır?
2. “Nas” surəsi harada nazil olub?
3. “
ﷲا ” (Allah) kəlməsinin mənası nədir?
Dostları ilə paylaş: |