32
«xüsusi təfəkkür tərzini» nəzərdə tuturuq. Bu tarix “tarixi
materializm” adlandırılmışdır...”
1
Dialektik üsulla tarixin təkamülünə don geyindirilməsinə
müəyyən iradlarımızı bildiririk:
1. Təkamülə istehsal vasitələri baxımından qiymət vermək olmaz.
Çünki istehsal vasitələrinin təkmilləşdirilməsi öz növbəsində fitri
kamillik hissindən qaynaqlanır və insanın ixtirası əsasında gerçəkləşir.
2. Tarixi təkamülə istehsal vasitələri prizmasından baxış bütün
dini, əxlaqi və insani dirçəlişləri təhrif edir. Bu nəzəriyyə insanlıq
məqamına xəyanət kimi dəyərləndirilir.
3. Tarixi gerçəkliklər bu nəzəriyyənin puçluğunu sübuta yetirir.
Bir əsr öncə bəzi ölkələr kapitalizm mərhələsini keçməmiş sosializmə
adladılar. Bir sıra kapitalist ölkələr isə kapitalizmin zirvəsinə çatsalar
da, sosializmə keçmədilər.
4. Tarixə dialektik baxış problemlər və böhranlar yaratmaq
məqsədi ilə aranı qarışdırır.
5. Dialektik baxışa əsasən, tarixin təkamül prosesi məcburidir və
qarşısıalınmazdır. Yəni hər bir cəmiyyət növbəti mərhələyə keçməklə
kamilləşir. Hansı ki, bu baxış yanlışdır. Çünki uyğun hərəkətin əsas
amili insandır və insan azad varlıqdır. Tarix bəzən irəli gedir, bəzən
geri qalır. Bəşərin sivilizasiya tarixi bir silsilə tərəqqi, sonra
tənəzzüldən başqa bir şey deyil.
6.Bəşəriyyətin təkamül yolu maddi təbiətin əsarətindən qurtuluşa,
iman və ideologiyaya doğru uzanmışdır. Seyyid Məhəmməd Sədr
deyir: “Hərəkət daim inkişafa doğru olmur. Bəzən geriyə hərəkət də
müşahidə olunur. Necə ki, dəmir rütubətə düşdükdə torpağa çevrilir.
Bəzən də hərəkət heç bir səmərə vermir. Necə ki, qədim cəmiyyətin
bəzi qalıqları hələ də inkişaf etməmişdir...”
2
Sual: 32. Tarixin təkamülünə insani-fitri baxış nədir?
Cavab: İnsani-fitri baxış alət-dialektik baxışla daban-dabana
ziddir. İnsani-fitri baxışa əsasən istər fərd, istər cəmiyyət üçün insani
dəyərlər əsasdır. Bu baxışa əsasən, insanın daxilində bir silsilə
münasibətlər mövcuddur. İnsanın xaricə ehtiyacı ağacın torpağa, suya
və işığa olan ehtiyacı kimidir. Ağac sadalanan xarici amillərdən
1
Tarixi fəlsəfə baxımından Mehdi (ə) qiyamı”, s. 18, 21.
2
“Әlyəvmul-məvud”, s. 83.
33
kömək alaraq öz yolunu gedir. Demək, insan yenidən qurulmamalı,
sadəcə, inkişaf etdirilməlidir.
Bu baxışa əsasən, tarix də təbiət kimi öz xarakterinə uyğun
kamilləşməkdədir. Təkamül həm təbiətin, həm də tarixin içindən
qaynaqlanır. İnsan hərtərəfli təkamülə malik olduğundan tədricən
mühitə bağlılıqlardan xilas olur. Onun maddi bağlılıqları zaman
keçdikcə əqidə bağlılıqları ilə əvəz olunur. Nəhayət, bir gün insan sırf
ideoloji bağlılıqlara malik olur. Daxili fərdi ziddiyyət insanın
xüsusiyyətlərindəndir. Onun daxilindəki maddi yönümlə ruhani
yönüm mübarizədədir. Bu hisslərdən biri insanı aşağı, digəri yuxarı
çəkir. Fərdi istəklər insanı tənəzzülə uğradırsa, ideoloji istəklər insanı
yüksəyə qaldırmaqla fərd çərçivəsindən çıxarır. Yuxarıya meyl
bəşəriyyəti əxlaqi, dini, elmi və əqli məqsədlərə yönəldir.
Keçmiş və gələcək tarix boyu insanın çəkişmələri tədricən
ideoloji xarakter alır. İnsan zaman keçdikcə öz kamal mərhələsinə,
“ideal insan, ideal cəmiyyət” mərhələsinə yaxınlaşır. Bu təkamülün
son istəyi İslamın “Mehdi (ə) hökuməti” adlandırdığı kamil
hökumətdir. Həmin mərhələdə insan üçün heç bir batil, heyvani,
eqoist hökumətdən əsər qalmır.
Demək, insan ilahi xaraktera malik bir mövcuddur. Onun
haqpərəst, özünəhakim, təbiət və mühitin məcburiyyətindən azad bir
təbiəti vardır. Marksizm isə insanın zatən şəxsiyyətli olduğunu qəbul
etmir, onu hiss və meyl baxımından fərqli mövcud saymır. Bu
səbəbdən də marksizm ideologiyasına əsasən, insan maddi, zora
məhkum bir mövcuddur, maddi şəraitin əsarətində olan istehsal
vasitəsindən başqa bir şey deyil. Guya insanda mövcud olan
müqəddəslik onun daxilindən yox, mühitdən gəlir.
Sual: 33. Ümumdünyəvi ədalət hökumətində rəhbərliyə nə
ehtiyac var?
Cavab: Hər bir islahatçı hökumətin hərəkatın əvvəlindən
sonunadək onun önündə getmiş rəhbərə ehtiyacı var. Heç bir qiyam və
hərəkat rəhbərsiz həyata keçib yaşamır. Әgər ən kiçik hərəkatlarda
rəhbərə bir bu qədər ehtiyac varsa, bütün dünyanı bürüyəcək
islahatçılığın, şübhəsiz ki, rəhbərə ehtiyacı qaçılmazdır. Böyük ilahi
məqsədi həyata keçirəcək qurumun yaradılması və ona nəzarət üçün
bütün zəruri şərtlərə malik rəhbərə ehtiyac var. Bütün yer üzündə
ədaləti bərpa edə biləcək bu rəhbər yalnız zühuru vəd olunmuş həzrət
Mehdidir (ə).
34
Sual: 34. Yer üzündə ədaləti bərpa edəcək şəxsin hansı
xüsusiyyətləri olmalıdır?
Cavab: Ağıl hökm edir ki, bütün yer üzündə ədaləti bərpa edəcək
şəxsin bu mühüm vəzifəni həyata keçirə bilməsi üçün müəyyən
xüsusiyyətləri olmalıdır: Öz dəvətində doğruçu olmalı; düzgün və
yığcam plan əsasında hərəkət etməli; heç bir zəif nöqtəsi olmamalı;
pak məqam sahibi olmalı; Allah tərəfindən təsdiqlənməli; fədakar
köməkçilərə malik olmalıdır.
Məşhur Fransa ədibi Volter deyir: “Әgər insana saleh bir şəxs
hakim olsa, o sanki vətənindədir. Qeyri-saleh şəxs hakim olduqda isə
o insan vətənsiz kimidir.”
1
Məşhur İrlandiya mütəfəkkiri Bernard Şou bəşəriyyətin xilaskarı
haqqında deyir: “O diri, böyük qüvvə və kamil ağıl sahibi, xalqı özünə
cəzb edə biləcək ən ali insan olmalıdır. Onun ömrü uzundur, üç yüz
ildən çox...”
2
Sual: 35. Quran tarixin təkamülünü necə qiymətləndirir?
Cavab: Qurani-Kərimi nəzərdən keçirdikdə görürük ki, bu ilahi
kitab tarixin təkamülündə insani-fitri prinsipi əsas götürür. Quranda
bildirilir ki, yaranışın əvvəlindən haqq və batil arasında savaş
olmuşdur. Quran bir tərəfdən İbrahim, Musa, İsa, Məhəmməd (ə) və
onun mömin ardıcıllarının mübarizəsini xatırladır, digər bir tərəfdən
Nəmrud, Firon, yəhudi zalımları, Әbu-Süfyan kimilərinin müxalifətini
yada salır. Bu mübarizədə bəzən haqq, bəzən batil qalib gəlir. Әlbəttə
ki, bu qələbə və məğlubiyyətlərin bir sıra ictimai, iqtisadi və əxlaqi
amilləri olmuşdur.
Quran baxımından, tarixin əvvəlindən mövcud olmuş cihad
maddi yox, mənəvi və insani mahiyyətə malik olmuşdur.
Sual:
36.
Quran
baxımından
parlaq
gələcəyin
hansı
xüsusiyyətləri var?
Cavab: İslamda parlaq gələcəyin bir sıra xüsusiyyətləri var:
1. Bəşəriyyətin gələcəyinə nikbinlik; 2. Әdalətin genişlənməsi; 3.
İnsanın insanla rabitəsi; 4. Qanuna münasibətdə insanlar arasında
kamil bərabərliyin yaranması; 5. Təbii sərvətlərdən bəhrələnmə və
beytül-malın bölüşdürülməsi; 6. Bəşəriyyətin düşüncə baxımdan
1
“İslam və əql”, s. 210.
2
“Bernard Şou”, “Abbas Mahmud İqad”, s. 124, 125.
Dostları ilə paylaş: |