Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə11/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   7   8   9   10   11   12   13   14   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
32 
«xüsusi  təfəkkür  tərzini»  nəzərdə  tuturuq.  Bu  tarix  “tarixi 
materializm” adlandırılmışdır...”
1
  
Dialektik  üsulla  tarixin  təkamülünə  don  geyindirilməsinə 
müəyyən iradlarımızı bildiririk: 
1. Təkamülə istehsal vasitələri baxımından qiymət vermək olmaz. 
Çünki  istehsal  vasitələrinin  təkmilləşdirilməsi  öz  növbəsində  fitri 
kamillik hissindən qaynaqlanır və insanın ixtirası əsasında gerçəkləşir.  
2.  Tarixi  təkamülə  istehsal  vasitələri  prizmasından  baxış  bütün 
dini,  əxlaqi  və  insani  dirçəlişləri  təhrif  edir.  Bu  nəzəriyyə  insanlıq 
məqamına xəyanət kimi dəyərləndirilir.  
3.  Tarixi  gerçəkliklər  bu  nəzəriyyənin  puçluğunu  sübuta  yetirir. 
Bir əsr öncə bəzi ölkələr kapitalizm mərhələsini keçməmiş sosializmə 
adladılar. Bir sıra kapitalist ölkələr isə kapitalizmin zirvəsinə çatsalar 
da, sosializmə keçmədilər.  
4.  Tarixə  dialektik  baxış  problemlər  və  böhranlar  yaratmaq 
məqsədi ilə aranı qarışdırır. 
5. Dialektik baxışa əsasən, tarixin təkamül prosesi məcburidir və 
qarşısıalınmazdır. Yəni hər bir cəmiyyət növbəti mərhələyə keçməklə 
kamilləşir.  Hansı  ki,  bu  baxış  yanlışdır.  Çünki  uyğun  hərəkətin  əsas 
amili  insandır  və  insan  azad  varlıqdır.  Tarix  bəzən  irəli  gedir,  bəzən 
geri  qalır.  Bəşərin  sivilizasiya  tarixi  bir  silsilə  tərəqqi,  sonra 
tənəzzüldən başqa bir şey deyil.  
6.Bəşəriyyətin təkamül yolu maddi təbiətin əsarətindən qurtuluşa, 
iman  və  ideologiyaya  doğru  uzanmışdır.  Seyyid  Məhəmməd  Sədr 
deyir:  “Hərəkət  daim  inkişafa  doğru  olmur.  Bəzən  geriyə  hərəkət  də 
müşahidə  olunur.  Necə  ki,  dəmir  rütubətə  düşdükdə  torpağa  çevrilir. 
Bəzən  də  hərəkət  heç  bir  səmərə  vermir.  Necə  ki,  qədim  cəmiyyətin 
bəzi qalıqları hələ də inkişaf etməmişdir...”
2
 
 
Sual: 32. Tarixin təkamülünə insani-fitri baxış nədir? 
Cavab:  İnsani-fitri  baxış  alət-dialektik  baxışla  daban-dabana 
ziddir. İnsani-fitri baxışa  əsasən istər  fərd, istər  cəmiyyət  üçün  insani 
dəyərlər  əsasdır.  Bu  baxışa  əsasən,  insanın  daxilində  bir  silsilə 
münasibətlər mövcuddur. İnsanın xaricə ehtiyacı ağacın torpağa, suya 
və  işığa  olan  ehtiyacı  kimidir.  Ağac  sadalanan  xarici  amillərdən 
                                                 
1
 Tarixi fəlsəfə baxımından Mehdi (ə) qiyamı”, s. 18, 21. 
2
 “Әlyəvmul-məvud”, s. 83. 


 
33 
kömək  alaraq  öz  yolunu  gedir.  Demək,  insan  yenidən  qurulmamalı, 
sadəcə, inkişaf etdirilməlidir.  
Bu  baxışa  əsasən,  tarix  də  təbiət  kimi  öz  xarakterinə  uyğun 
kamilləşməkdədir.  Təkamül  həm  təbiətin,  həm  də  tarixin  içindən 
qaynaqlanır.  İnsan  hərtərəfli  təkamülə  malik  olduğundan  tədricən 
mühitə  bağlılıqlardan  xilas  olur.  Onun  maddi  bağlılıqları  zaman 
keçdikcə əqidə bağlılıqları ilə əvəz olunur. Nəhayət, bir gün insan sırf 
ideoloji  bağlılıqlara  malik  olur.  Daxili  fərdi  ziddiyyət  insanın 
xüsusiyyətlərindəndir.  Onun  daxilindəki  maddi  yönümlə  ruhani 
yönüm  mübarizədədir.  Bu  hisslərdən  biri  insanı  aşağı,  digəri  yuxarı 
çəkir. Fərdi istəklər insanı tənəzzülə uğradırsa, ideoloji istəklər insanı 
yüksəyə  qaldırmaqla  fərd  çərçivəsindən  çıxarır.  Yuxarıya  meyl 
bəşəriyyəti əxlaqi, dini, elmi və əqli məqsədlərə yönəldir.  
Keçmiş  və  gələcək  tarix  boyu  insanın  çəkişmələri  tədricən 
ideoloji  xarakter  alır.  İnsan  zaman  keçdikcə  öz  kamal  mərhələsinə, 
“ideal  insan,  ideal  cəmiyyət”  mərhələsinə  yaxınlaşır.  Bu  təkamülün 
son  istəyi  İslamın  “Mehdi  (ə)  hökuməti”  adlandırdığı  kamil 
hökumətdir.  Həmin  mərhələdə  insan  üçün  heç  bir  batil,  heyvani, 
eqoist hökumətdən əsər qalmır.  
Demək,  insan  ilahi  xaraktera  malik  bir  mövcuddur.  Onun 
haqpərəst,  özünəhakim,  təbiət  və  mühitin  məcburiyyətindən  azad  bir 
təbiəti  vardır.  Marksizm  isə  insanın  zatən  şəxsiyyətli  olduğunu  qəbul 
etmir,  onu  hiss  və  meyl  baxımından  fərqli  mövcud  saymır.  Bu 
səbəbdən  də  marksizm  ideologiyasına  əsasən,  insan  maddi,  zora 
məhkum  bir  mövcuddur,  maddi  şəraitin  əsarətində  olan  istehsal 
vasitəsindən  başqa  bir  şey  deyil.  Guya  insanda  mövcud  olan 
müqəddəslik onun daxilindən yox, mühitdən gəlir.  
 
Sual:  33.  Ümumdünyəvi  ədalət  hökumətində  rəhbərliyə  nə 
ehtiyac var? 
Cavab:  Hər  bir  islahatçı  hökumətin  hərəkatın  əvvəlindən 
sonunadək onun önündə getmiş rəhbərə ehtiyacı var. Heç bir qiyam və 
hərəkat  rəhbərsiz  həyata  keçib  yaşamır.  Әgər  ən  kiçik  hərəkatlarda 
rəhbərə  bir  bu  qədər  ehtiyac  varsa,  bütün  dünyanı  bürüyəcək 
islahatçılığın,  şübhəsiz  ki,  rəhbərə  ehtiyacı  qaçılmazdır.  Böyük  ilahi 
məqsədi  həyata  keçirəcək  qurumun  yaradılması  və  ona  nəzarət  üçün 
bütün  zəruri  şərtlərə  malik  rəhbərə  ehtiyac  var.  Bütün  yer  üzündə 
ədaləti bərpa edə biləcək bu rəhbər yalnız zühuru vəd olunmuş həzrət 
Mehdidir (ə).  


 
34 
Sual:  34.  Yer  üzündə  ədaləti  bərpa  edəcək  şəxsin  hansı 
xüsusiyyətləri olmalıdır? 
Cavab: Ağıl hökm edir ki, bütün yer üzündə ədaləti bərpa edəcək 
şəxsin  bu  mühüm  vəzifəni  həyata  keçirə  bilməsi  üçün  müəyyən 
xüsusiyyətləri  olmalıdır:  Öz  dəvətində  doğruçu  olmalı;  düzgün  və 
yığcam  plan  əsasında  hərəkət  etməli;  heç  bir  zəif  nöqtəsi  olmamalı; 
pak  məqam  sahibi  olmalı;  Allah  tərəfindən  təsdiqlənməli;  fədakar 
köməkçilərə malik olmalıdır.  
Məşhur  Fransa  ədibi  Volter  deyir:  “Әgər  insana  saleh  bir  şəxs 
hakim olsa, o sanki vətənindədir. Qeyri-saleh şəxs hakim olduqda isə 
o insan vətənsiz kimidir.”
1
  
Məşhur  İrlandiya  mütəfəkkiri  Bernard Şou  bəşəriyyətin  xilaskarı 
haqqında deyir: “O diri, böyük qüvvə və kamil ağıl sahibi, xalqı özünə 
cəzb  edə  biləcək  ən  ali  insan  olmalıdır.  Onun  ömrü  uzundur,  üç  yüz 
ildən çox...”
2
  
 
Sual: 35. Quran tarixin təkamülünü necə qiymətləndirir? 
Cavab:  Qurani-Kərimi  nəzərdən  keçirdikdə  görürük  ki,  bu  ilahi 
kitab  tarixin  təkamülündə  insani-fitri  prinsipi  əsas  götürür.  Quranda 
bildirilir  ki,  yaranışın  əvvəlindən  haqq  və  batil  arasında  savaş 
olmuşdur.  Quran  bir  tərəfdən  İbrahim,  Musa,  İsa,  Məhəmməd  (ə)  və 
onun  mömin  ardıcıllarının  mübarizəsini  xatırladır,  digər  bir  tərəfdən 
Nəmrud, Firon, yəhudi zalımları, Әbu-Süfyan kimilərinin müxalifətini 
yada salır. Bu mübarizədə bəzən haqq, bəzən batil qalib gəlir. Әlbəttə 
ki,  bu  qələbə  və  məğlubiyyətlərin  bir  sıra  ictimai,  iqtisadi  və  əxlaqi 
amilləri olmuşdur.  
Quran  baxımından,  tarixin  əvvəlindən  mövcud  olmuş  cihad 
maddi yox, mənəvi və insani mahiyyətə malik olmuşdur.  
 
Sual: 
36. 
Quran 
baxımından 
parlaq 
gələcəyin 
hansı 
xüsusiyyətləri var? 
Cavab: İslamda parlaq gələcəyin bir sıra xüsusiyyətləri var:  
1. Bəşəriyyətin gələcəyinə nikbinlik; 2. Әdalətin genişlənməsi; 3. 
İnsanın  insanla  rabitəsi;  4.  Qanuna  münasibətdə  insanlar  arasında 
kamil  bərabərliyin  yaranması;  5.  Təbii  sərvətlərdən  bəhrələnmə  və 
beytül-malın  bölüşdürülməsi;  6.  Bəşəriyyətin  düşüncə  baxımdan 
                                                 
1
 “İslam və əql”, s. 210. 
2
 “Bernard Şou”, “Abbas Mahmud İqad”, s. 124, 125. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə