Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə8/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

 
23 
düzgündür. Dönəmin inkişafı xarici amillərlə bağlıdırsa, bu materialist 
bir baxışdır.  
Digər bir tərəfdən, haqqında danışılan nəzəriyyə xarici gerçəkliyə 
ziddir.  Çünki  bəşər  həm  mənəvi,  həm  də  maddi  baxımdan 
təkamüldədir.  Hər  bir  əsr  özündən  əvvəlki  əsrin  təcrübələrindən 
faydalanır və onu inkişaf etdirərək irəli aparır.  
 
Sual: 22. Materialistlər dünyanın sonu haqqında nə düşünür? 
Cavab:  Materialistlər  bəşər  tarixinin  gələcəyi  ilə  bağlı  dörd 
nəzəriyyə  irəli  sürmüşlər.  Bu  nəzəriyyələrin  hər  birinin  bəşəriyyəti 
səadətə çatdıracağı bildirilir:  
1.  Bəşəriyyətin  elmi-texniki  tərəqqinin  vasitəsi  ilə  xoşbəxtliyə 
çatması; 
2. Qanunları dəyişmək yolu ilə parlaq gələcəyin əldə olunması; 
3. Yer üzünün birqütblü edilməsi yolu ilə xoşbəxtliyin təmini; 
4. Materializm baxımından parlaq gələcəyin təsviri. 
 
Sual:  23.  Bəşəriyyət  yeni  texnologiyalar  vasitəsi  ilə  xoşbəxt  ola 
bilərmi? 
Cavab:  Bəziləri  belə  düşünürlər  ki,  bəşəriyyətin  yalnız  maddi 
dirçəlişi  cəmiyyətin  səadətə  və  rifaha  çatmasını  təmin  edə  bilər.  Bu 
baxışa  əsasən,  bir  o  qədər  də  uzaq  olmayan  gələcəkdə  bəşəriyyət 
xoşbəxtliyə qovuşasıdır.  
Uyğun  baxışa  cavab  olaraq  deyə  bilərik  ki,  elm  bəşəriyyəti 
xoşbəxt  etmək,  ədaləti  təmin  etmək  gücündə  deyil.  Bəli,  elm  və 
texnika inkişafdadır. Amma bu inkişaf insanı  yalnız maddi baxımdan 
təmin  edə  bilər.  Amma  ədalətli  bir  quruluşda  maddi  təminat  varsa, 
xoşbəxtlik  də  var.  Әdalətsiz  qurluşda  isə  maddi  təminat  həlledici  rol 
oynamır.  
Bəşəriyyət öz yolunu təkcə maddi baxımdan azmamışdır. Әlbəttə, 
problem təkcə maddi durum olsaydı, elm və texnika məsələni həll edə 
bilərdi.  Әslində  isə  tamam  başqa  amillər  var:  Cilovlanmayan  nəfs 
istəkləri;  şəhvət  və  qəzəb;  tamahkarlıq;  məqampərəstlik;  üstünlük 
istəyi; ləzzət ardınca qaçmaq.  
Bir  sözlə,  bütün  bəşərin  yoluxduğu  nəfspərəstlik!  Buna  görə  də 
elm bəşəriyyətin ən böyük düşməninə çevrilmişdir. Doğurdan da, elm 
çıraqdır. Amma bu çıraqdan hansı yolda istifadə olunması mühümdür. 
Elm  yanacağı  ağıl  olan  bir  çıraqdır.  O  hədəfi  müəyyənləşdirmir, 
sadəcə, hədəfə çatmaq üçün vasitədir.  


 
24 
Yenə  də  Vill  Dorantın  məşhur  sözü  yada  düşür.  “Biz  texnika 
baxımından güclənmişik, məqsəd baxımından yoxsullaşmışıq.” 
Bu  səbəbdən  də  elm  və  texnologiya  zalım  hökumətin  ixtiyarına 
verildikdə  bəşəriyyət  bir  sıra  problemlərlə  üzləşir.  O  cümlədən  bu 
hökumət: 
1. Bəşərin məhvinə aparır; 
2. Yalnız varlı təbəqənin rifahı üçün sə`y göstərir; 
3.  Әdalətsiz  olduğundan  elm  bəşəriyyətə  zülm  üçün  vasitəyə 
çevrilir.  
 
Sual: 24. Dünyanın sonunda liberalizm hakim ola bilərmi? 
Cavab:  Bəzi  qərb  mütəfəkkirləri  iddia  edirlər  ki,  bir  gün  bütün 
yer  üzündə  liberalizm,  yəni  hərcəhətli  azadlıq  hakim  olacaq.  Onlar 
liberalizmi  bəşəriyyət  üçün  yeganə  xilas  yolu  bilirlər.  Liberalizmin 
mədəni,  siyasi  və  iqtisadi  növləri  varsa  da,  adətən,  birinci  mənadakı 
liberalizm nəzərdə tutulur.  
 
Sual: 25. Tarixin sonu barədə Fokoyama nə düşünür? 
Cavab:  Amerikada  yaşayan  müasir  Yapon  yazıçısı  Fokoyama 
tarixin  sonunda  Hegel  tarixinə  əsaslanan  bir  nəzəriyyənin  hakim 
olacağını  bildirir.  O  deyir:  Tarix  kamilləşməkdədir;  Bu  təkamül  həm 
mənəvi,  həm  də  maddidir;  hər  iki  kamilləşmə  tarixin  sonuna  aparır; 
mənəvi  kamillik  1806-cı  ildə  Napoleonun  məğlubiyyət  dövrünə 
təsadüf  edir;  maddi  kamillik  təxirə  düşmüşdür,  hazırkı  liberalizm 
dövrü hegel tarixinin sonudur və bəşər xoşbəxtliyinin qaynağıdır.
1
  
Bu baxışa münasibətdə belə deyə bilərik: 
1.  Bu nəzəriyyə tarixin  sonu  ilə  bağlı  İslam  baxışlarını  nəzərdən 
qaçırmışdır.  
2.  Bu  irqçi  düşüncə  Amerikanın  öz  xarici  və  daxili  siyasətində 
xoşbəxtliyə  çatdığına  və  bu  xoşbəxtliyi  bütün  dünyaya  dadıracağına 
inanır.  
3. Bu nəzəriyyəyə əsasən,kim qalibdirsə, o da üstündür. Hansı ki, 
tarixdə bir çox qaliblər zalımlar zümrəsindən olmuşdur.  
 
Sual:  26.  Marşal  Mak  Lovhan  liberalizm  hakimiyyətini  necə 
təhlil edir? 
Cavab: O dünyanın gələcəyi və liberalizm  haqqında belə deyir:  
                                                 
1
 “Xarici siyasətdə nəzəri araşdırmalar”, s. 182. 


 
25 
a)  Әməliyyat  və  informasiya  inqilabı  bəşəriyyətin  bir-biri  ilə 
rahatca əlaqə saxlamasına səbəb olmuşdur.  
b)  Belə  bir  yaxınlıq  təbii  olaraq  vahid  ümumdünya  hökumətinin 
təşkilini zəruriləşdirir.  
v)  Bu  məntəqənin  mədəniyyəti  və  ictimai  quruluşu  öz 
hakimiyyətini müəyyənləşdirir.  
q)  Liberalizm  düşüncəsi  bütün  ideologiyalardan  daha  çox  maraq 
doğurmaqdadır.  
d)  Qalib  düşüncə  tərzi  yayıldıqca  digər  ideologiyalar  və 
düşüncələr onda həll olacaq.  
Nəticə:  Tarixin  sonunda  liberal  demokratiya  ideologiyası  qalib 
ideologiya olacaq.
1
  
Yuxarıdakı  mülahizələrə  cavab  olaraq  deyə  bilərik  ki,  böyük 
informasiya  inqilabına  heç  bir  şübhə  yoxdur.  Amma  bunu  da  qeyd 
etməliyik  ki,  hamının  bir-biri  ilə  əlaqə  saxlaya  bilməsi  xoşbəxtlik 
deyil. Xoşbəxtliyin digər amilləri və dəlilləri mövcuddur.  
Liberalizm  vahid  dünya  hökumətinin  ehtiyaclarına  cavab  verə 
bilmədiyindən belə bir hakimiyyətə iddialı ola bilməz. Demək olar ki, 
bütün  dünya  mütəfəkkirləri  yalnız  dünya  və  insan  həqiqətini  özünə 
ehtiva  edən  bir  məktəbin  ümumbəşəriliyinə  inanırlar.  Tarixin 
sonunadək  yaşamaq  istəyən  məktəb  dünya  və  insanı  olduğu  kimi 
tanımalı, onları düzgün dəyərləndirməlidir.  
Liberalizmin  də  Marksizm  kimi  problemləri  var.  Bu  iki  məktəb 
insan  fitrəti  ilə  bir  araya  sığmır.  Onlar  insanın  əslini  görməməzliyə 
vurub, işə ortadan başlamaq istəyirlər.  
Bu  gün qərbin  aparıcı ideologiyalarında mövcud  olan  nöqsanları 
üzə  çıxarmaq  asan  deyil.  Çünki  qərbin  bər-bəzəkli  zahiri  insanların 
göz və qulağını tutmuşdur.  
Olsun ki, dünyada ən çox nailiyyət qazanmış dövlət Amerikadır. 
Maddi  baxımdan  bu  ölkə  digərlərindən  öndədir.  Amma  doğurdanmı 
Amerika  idealdır?  Amerika  və  qərbin  bir  çox  problemləri  var.  Bu 
problemlərdən bəzilərini nəzərdən keçirək: 
1.  Məqsədsizlik  –  liberalist  ölkələrdə,  hətta  Amerikada  etiraf 
olunur ki, cəmiyyətə puçluq ruhiyyəsi hakimdir. Yəni gündəmdə “biz 
hara  gedirik”,  “biz  nə  axtarırıq”  kimi  suallar  durur.  Bu  sayaq  ciddi 
sualları  doğuran  hakim  ideologiyaların  cəmiyyət  və  insanı  düzgün 
dəyərləndirməməsi, mənəviyyata diqqətsizliyidir.  
                                                 
1
 Həmin mənbə, s. 271. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə