Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə16/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

 
47 
 
Sual: 57. Uzun-uzadı fərəc intizarı yorucu deyilmi? 
Cavab: Әgər intizar kamil bir hazırlıqla müşayiət olunsa, nəinki 
yorucu  olmaz,  hətta  insanda  daimi  bir  ümid  yaradar.  İntizarda  olan 
mömin  daim  xilaskarın  yolunu  gözləyir.  Belə  bir  insan  daim  öz 
məhbubuna çatmaq eşqi ilə gecədən gündüzə, gündüzdən gecəyə çıxır.  
Digər  bir  tərəfdən,  həqiqi  xilaskarın  intizarı  insanı  imam 
tərəfindən hər an feyzlərdən qidalandırır və yorğunluğu aradan aparır.  
Әsrin  imamının  intizarında  bir  çox  təsirlər  və  bərəkətlər  var. 
Vaxtı çatanda bu barədə danışacağıq.  
 
Sual: 58. Xilaskarın intizarının hansı təsirləri var? 
Cavab: İntizarın zəruriliyi və əhəmiyyətini müxtəlif baxımlardan 
araşdırmaq olar: 
1.  İntizar  ümumdünyəvi  bir  hərəkat  üçün  hazırlıqdır.  Belə  bir 
hazırlıq  dövrünə  malik  olmayan  istənilən  bir  inqilab  naqis  və 
səmərəsizdir.  
2.  İntizarın  əhəmiyyətindən  danışarkən  yalnız  bunu  qeyd  etmək 
kifayətdir ki, düşmənlər onu öz istismarçı hökmranlıqları üçün təhlükə 
sayırlar.  Mişel  Foker  və  Kler  Beryer  Mehdi  təfəkkürü  ilə  mübarizə 
haqqında  danışarkən  öncə  imam  Hüseynin  (ə)  qiyamını,  sonra  həzrət 
Mehdinin  (ə)  intizarını  şiəliyin  iki  möhkəm  sütunu  kimi  tanıtdırırlar. 
Teləviv konfransında Bernard Luis, Maykl Emci, Cenşer, Bronberq və 
Martin  Kramer  kimiləri  bu  məsələ  üzərində  ciddi  dayanmışlar.  Onlar 
şiələr  haqqında  danışarkən  deyirlər:  “Şiələr  imam  Hüseynin  adı  ilə 
qiyama başlayır, imam Mehdinin (ə) adı ilə qiyamlarını qoruyurlar.”
1
 
Alman tədqiqatçısı Marvin deyir: “Şiələrə ümid verən mühüm ictimai 
məsələlərdən  biri  onların  əsrin  imamına  etiqadları  və  bu  imamın 
zühurunu gözləməlidir.”
2
  
Rus  tarixçisi  Petruşevski  bu  barədə  yazır:  “13-cü  əsrin 
qiyamlarını İranda bərpa edən Mehdi intizarına inam yetərincə uca bir 
məqamdır.” 
3. İntizar dövrü fitnə-fəsad, problemlər dövrüdür. Belə bir dövrdə 
şiələrə ruh verən diri və hazır imamın İntizarına bağlılıqdır.  
4.  Çirkin  sifətlərdən  uzaqlıq,  əxlaqi  fəzilətlərin  əldə  olunması 
intizarın  digər  faydalarındandır.  İmam  Sadiq  (ə)  buyurmuşdur: 
                                                 
1
 “Məcəlleyi-baztabe-əndişe”, xordad, 80, c. 193. 
2
 “İslam Siyasəti”, Marvin, s. 49, 50. 


 
48 
“Həzrət  Qaimin  (ə)  (Mehdinin)  yaxınlarından  olmaq  istəyən  hər  kəs 
intizar çəkməli, eyni zamanda pəhrizkar və əxlaqlı olmalıdır.” 
5. Düşüncənin işə salınması və bəsirət intizarın nəticələrindəndir. 
Fitnə-fəsad  insanları  qəflətdə  saxlamaqdan  əlavə,  cəmiyyətin 
düşüncəsində  şəkk-şübhə  yaradır.  Yalnız  həqiqi  intizarda  olan  kəs 
yetkin agahlığa çatdığından oyaqdır və şübhələrə təslim olmur.  
İmam Sadiq (ə) buyurmuşdur: “Xoş o insanların halına ki, bizim 
Qaimimizin  (ə)  qeybəti  dövründə  göstərişlərimizə  əməl  edir  və 
nəticədə qəlbi hər növ batildən uzaq olur.”
1
 
6.  İntizar    insanı  əmələ  sövq  etdiyindən  və  cəmiyyəti  hərəkətə 
gətirdiyindən  şəriətin  qorunmasında  dəyərli  bir  amildir.  İntizar  fərdi 
və ictimai islah amilidir.  
7.  İntizar  insanı  əmələ  sövq  etdiyindən  xilaskarın  zühuru  üçün 
zəmin yaradır.  
Başqa dinlərin xilaskarın zühuruna baxışı 
Sual: 59. Digər dinlər və millətlər xilaskarın zühuruna inanırmı? 
Cavab:  Xilaskarın  zühuruna etiqad  reallıq, ədalətin  davamı, fitri 
bir  həqiqət  olduğundan  bütün  millətlərdə  və  dinlərdə  belə  bir  inanc 
mövcuddur.  
Məhəmməd  Әmin  Zeynəddin  deyir:  “Cəmiyyətin  islahına  etiqad 
bəşər  tarixi  boyu  düşüncələrdə  yer  tapmışdır.  Bu  inanc  təkcə  İslama 
aid  deyil.  Hələ  islamdan  öncə  səmavi  dinlərdə  bu  məsələyə 
toxunulmuşdur. Hətta xilaskarın xüsusiyyətləri və onun görəcəyi işlər 
haqqında  açıqlamalar  verilmişdir.  Onlar  xilaskarı  “Mehdi”,  onun 
islahçı  dəvətini  “Məhdəviyyət”  adlandırmasalar  da,  belə  bir  əqidə 
mövcuddur. Bu əqidə hətta zərdüştilikdə və brahmançılıqda da nəzərə 
çarpır...” 
Səmavi və qeyri-səmavi dinlərdə belə inanclarla rastlaşırıq: 
1.  Yəhudilər  Üzeyrin  və  ya  Minhas  ibn  Azir  ibn  Harunun 
qayıdışına inanırlar;  
2. Məsihilər İsanın qayıdışını gözləyirlər; 
3. Zərdüştilər Bəhram şahın qayıdacağı ümidindədirlər; 
4. Hindular Fişnovanın qayıdışını gözləyirlər; 
5. Məcusilər Uşidrin qayıdacağına inanırlar; 
6. Buddistlər Buddanın zühuru intizarındadırlar... 
 
                                                 
1
 Həmin mənbə, s. 123. 


 
49 
Sual: 60. Zühur gününün təsviri nə vaxtdan mövcuddur? 
Cavab:  Zühur  gününün  təsviri  yaranışın  başlanğıcından 
verilmişdir.  Çünki  bu  gün  o,  yaranışın  əsas  hədəfidir.  Bu  məsələnin 
aydınlaşması üçün bəzi nöqtələri nəzərdən keçirək: 
1.  Ümumdünya  ədalət  hökumətinin  qurulması  üçün  iki 
ödənməlidir: geniş mənada ədalət məfhumu ilə tanışlıq və yer üzündə 
ədalətin 
bərpası 
yolunda 
fədakarlığa 
hazırlıq. 
Yaranışın 
başlanğıcından  bəşəriyyətdə  bu  iki  şərt  xüsusiyyət  olmamışdır. 
Peyğəmbərlərə  bəşəriyyətdə  məhz  bu  iki  xüsusiyyəti  tərbiyə  etmək 
tapşırılmışdır.  Peyğəmbərlər  ədalətin  tanıtdırılması  məsələsində 
müvəfəqiyyətə  çatsalar  da,  tarix  boyu  insanlarda  zəruri  fədakarlıq 
hissini 
tərbiyə 
edə 
bilməmişlər. 
İkinci  şərtin  ödənməməsi 
peyğəmbərlərin yox, xalqın təqsiridir.  
2.  Peyğəmbərlər  tarix  boyu  xalqın  nəzərinə  çatdırmışlar  ki, 
yaranışın  əsas  məqsədi  həmin  ümumdünya  ədalət  hökumətinin 
qurulmasıdır.  Allah-təala  buyurur:  “Zikrdən  (Tövratdan)  sonra 
Zəburda  yazdıq  ki,  saleh  bəndələrin  yer  üzünə  (hakimiyyətə)  varis 
olacaqlar.”
1
  
Digər  bir  ayədə  oxuyuruq:  “Biz  yer  üzünün  müstəzəflərinə 
minnət  qoyub, onları  yer üzünün rəhbərləri  və  varisləri  qərar  vermək 
istəyirik.”
2
  
Başqa  bir  ayədə  buyurulur:  “O,  müşriklər  xoşlamasalar  da,  öz 
peyğəmbərini  bütün  dinlərə  qalib  etmək  üçün  hidayət  və  haqq  dinlə 
göndərən kəsdir.”
3
  
3.  Heç  bir  peyğəmbərin  ümumdünya  ədalət  hökuməti  qurmaq 
üçün  şəraiti  olmamışdır.  Çünki  belə  bir  hökumətin  qurulması  üçün 
zəruri olan iki şərt ödənməmişdir: 
a)  Peyğəmbərlər  ədalət  məfhumunun  geniş  mənasını  xalqa 
aydınlaşdırsalar  da,  bəşəriyyətin  belə  bir  həqiqəti    dərk  etmək  üçün 
ağıl  gücü  olmamışdır.  Ona  görə  də  keçmiş  peyğəmbərlərin  məqsədi 
xalqın  əqidəsini  möhkəmləndirmək  olmuşdur.  Həzrət  Musadan  İslam 
peyğəmbərinin besətinədək olan dövrdə, xüsusi ilə İslam hökumətində 
bu məsələ ətraflı şəkildə bəyan olunmuşdur.  
b)  Hazırkı  dövrədək  heç  bir  ümmətdə  ümumdünya  ədalət 
hökuməti  yolunda  tam  fədakarlıq  göstərmək  hazırlığı  olmamışdır. 
                                                 
1
 “Әnbiya”, 105. 
2
 “Qəsəs”, 5. 
3
 “Saf”, 9. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə