Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   8   9   10   11   12   13   14   15   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
35 
yetkinləşməsi;  7.  Bütün  yer  üzündə  abadlıq;  8.  Dünya  ədalət 
hökumətinin sayəsində savaşlara son qoyulması; 9. Yeni ayin və üsul; 
10. Bütün cəmiyyətlərdə tövhid prinsipinin yayılması.  
 
Sual: 37. İnsanların təkamül yolu parlaq gələcəyə ümid verirmi? 
Cavab: Şübhəsiz ki, səthi nəzər saldıqda dünyanın faciəyə doğru 
getdiyini  görürük.  Amma  diqqətlə  baxdıqda  uzaq  üfüqlərdə  qurtuluş 
sahilinin nişanələri gözə dəyir.  
İnsan özünü tanıdığı gündən heç vaxt aram həyat sürməmişdir. O, 
daxili bir amilin təhriki ilə özünü və yaşadığı cəmiyyəti irəli aparmağa 
çalışmışdır. Bu böyük amil insanı aram buraxmayıb həmişə təkamülə 
sövq  edəsidir.  O,  insandakı  qüvvələri  problemlərlə  mübarizəyə 
səfərbər edir, insanı maddi kamilliklərlə yanaşı əxlaqi kamilliklərin də 
mövcud olduğu cəmiyyətə doğru çağırır. Həmin cəmiyyətdə savaşdan, 
çəkişmədən, viranlıqdan, bir sözlə, təkamülə zidd olan bir şeydən əsər 
yoxdur.  Həmin  cəmiyyətdə  yalnız  sülh  və  ədalət  hakimdir.  Həmin 
cəmiyyətdə  yaşayan  insanda  maddi  və  mənəvi  təkamülə  mane  olan 
təcavüz və istismar ruhundan əsər yoxdur.  
 
Sual:  38.  Yaranış  nizamı  bəşəriyyətə  parlaq  gələcək  üçün  ümid 
verirmi? 
Cavab:  Varlıq  nizamı  müxtəlif  nizamlar  məcmusudur.  Bütün 
varlıq aləminə hakim olan nizamlı və ümumi qanunların mövcudluğu 
bütün  varlıq  aləminin  vahid  bir  tam  olduğunu  göstərir.  Varlıq 
aləmindəki nəzm, qanun və hesab onun əsas xüsusiyyətlərindən sayılır.  
Bu  aləmin  tərkib  hissəsi  olan  insan  ümumi  yoldan  çıxıb,  istisna 
bir yol tuta bilərmi? 
Әgər bütün varlıq aləmi vahid proqram əsasında hərəkətdədirsə, 
bəşər cəmiyyəti hərc-mərclik, zülm-sitəm yolunu seçməklə bu yoldan 
kənara çıxa bilərmi? 
Görən aləmdəki ümumi vəziyyət bəşəriyyəti ümumi nizama tabe 
olmaq 
barədə 
düşündürməməlidir? 
İnsan 
ətrafdakı 
qanunauyğunluqları nəzərə alıb öz fitri yoluna qayıtmağa, varlıq aləmi 
ilə həmrəng olmağa borclu deyilmi? 
Nəticə:  Yaranış  nizamı  insanların  düzgün  bir  ictimai  quruluşu 
qəbul etməsi üçün dəlildir.  
 
 
 


 
36 
Sual:39.  Təsirin  əks  təsir  doğurması  təkcə  fizikaya  aid  qanun 
deyil. Divara vurulan cisim həmin qüvvə ilə üstümüzə qayıdır. Uyğun 
qanun  cəmiyyət  üçün  də  öz  gücündə  qalır.  İstənilən  bir  inqilabı 
doğuran amil inqilabdan öncə həmin cəmiyyətdəki təzyiqlərdir.  
Bu qanun bizə deyir: Dünyanın bugünkü durumu inqilab vəd edir. 
Müharibələr,  zülm-sitəmlər,  ayrı-seçkiliklər,  ədalətsizliklər  və 
təzyiqlər bir gün öz cavabını tapmalıdır. Bir gün baş verəcək inqilab, 
şübhəsiz ki, dünyanın bu gün qarşılaşdığı zora cavab verəsidir.  
Sonda,  zora  cavab  istəyi  millətlərin  günbəgün  artan  agahlığı 
sayəsində  cəmiyyətlərin  batinindən  vulkan  kimi  püskürəcək,  bu  gün 
dünyada  hakim  olan  quruluşlar  yenisi  ilə  əvəzlənəcək.  Yeni  nizamda 
nə  silahlanma  yarışı  olacaq,  nə  də  bugünkü  yorucu  dartışmalar.  O, 
bəşər  cəmiyyətinin  xoşbəxt    gələcəyindən  xəbər  verən  digər  bir 
işartıdır.  
 
Sual: 40. İctimai zərurətlər cəmiyyəti sülh və ədalət çalarlı həyata 
sövq etmirmi? 
Cavab:  İctimai  zərurət  dedikdə  bəşər  cəmiyyətinin  elə  bir 
mərhələyə  çatması  nəzərdə  tutulur  ki,  həmin  mərhələdə  nəyəsə  ciddi 
bir ehtiyac yaransın. Amma bu zərurət o qədər ciddi olmalıdır ki, onu 
ən  azı  mütəfəkkirlər  və  rəhbərlər  qəbul  etsinlər.  Uyğun  hal  ictimai 
şüurun yuxarı səviyyəyə çatmasından asılıdır. Daha sonra cəmiyyətdə 
elə bir durum yaranmalıdır ki, artıq əvvəlki kimi yaşamaq mümkünsüz 
olsun. 
XVII  və  XVIII  əsrlərdə  elm  və  texnikanın  sürətli  inkişafını 
müşahidə  edən  insanlar  elə  düşünürdülər  ki,  XX  əsr  behişt  olacaq. 
Kimsənin  ağlına  gəlmirdi  ki,  texnologiya  dövrünün  insanı  yoxsulluq 
içində  yaşayacaq.  Bəli,  elm  və  texnologiya  inkişaf  etdikcə  yeni 
problemlər  yarandı.  Dünya  müharibəsi    ifriti  elm  və  texnologiya 
tərəqqisini  öz  dəhşətli  kölgəsi  altında  qoydu.  Həyatın  nə  dərəcədə 
təhlükəli  olduğunu  insanlar  yalnız  indi  anlamağa  başlamışdır.  Artıq 
insanlar  anlayırlar  ki,  gözlənilən  təhlükələrin  qarşısını  almaq  üçün 
mövcud qanunlar yetərsizdir və yeni bir nizama ehtiyac var.  
Artıq  bir  zaman  çatıb  ki,  dünyadakı  silahlanma  yarışına, 
günbəgün artan çaxnaşmalara son qoymaq, dünyanı növbəti müharibə 
təhlükəsindən  xilas  etmək  üçün  ümumdünya  ədalət  hökumətinin 
varlığı zərurətə çevrilir. Artıq hamı hiss edir ki, saxta sərhədlər aradan 
götürülməli,  bütün  dünya  əhli  vahid  bir  bayraq  altında  vahid 
qanunlarla yaşamalıdır.  


 
37 
Təsirin əks təsir doğurması qanunu ümumdünyəvi bir hökumətin 
zəruriliyini göstərən digər bir amildir. Bu amil dünya əhalisini sülh və 
ədalət dolu bir həyata çağırır.  
 
Sual:  41.  Cəmiyyəti  dəyişmək  üçün  tədrici  islahatlar  bəs  edir, 
yoxsa köklü inqilab lazımdır? 
Cavab:  İctimai  islahatların  hansı  yolla  həyata  keçirilməsi  fərqli 
münasibətlər  doğuran bir  məsələdir.  Bir  çoxları  “reformizm” adlanan 
tədrici  islahatların  tərəfdarıdır.  Digər  bir  qrup  cəmiyyətlərdəki 
çaxnaşmaların  qarşısının  yalnız  inqilab  yolu  ilə  aradan  qaldırılmasını 
mümkün  sayır.  Digərləri  isə  belə  deyir:  “Cəmiyyətlərdəki  fəsad 
dərəcəsi  fərqlidir.  Tamamilə  fəsada  uğramış  cəmiyyətlərdə  tədrici 
islahatlar səmərə verə bilər. Amma fitnə ağuşuna düşmüş cəmiyyətdə 
vəziyyəti  yalnız  köklü  inqilab  dəyişə  bilər.  Üçüncü  baxışın  daha  çox 
tərəfdarı var. Bu baxışa əsasən:  
1.  Tədrici  islahatlar  həmişə  sağlam  bünövrə  və  nümunələr 
üzərində  qurulur.  Әks-təqdirdə  yeni  nümunələr  və  bünövrələr 
soraqlamaq lazım gəlir.  
2.  Tədrici  islahatlar  yalnız  sağlam  yolla  gerçəkləşir  və  bu 
prosesdə  cəmiyyətdən  düşüncə  hazırlığı  tələb  olunur.  Belə  bir  zəmin 
olmadıqda inqilab, qüdrət məntiqi ilə danışmaq lazım gəlir.  
3.  Fəsadın  kök  atdığı  cəmiyyətdə  qüdrət  ünsürləri  islaha  mane 
olur.  Cəmiyyətin  bütün  həssas  mərkəzləri  onların  əlindədir  və  onlar 
istənilən bir tədrici proqramı asanlıqla müvəffəqiyyətsizliyə uğradırlar. 
Belə bir nizamı yalnız qəfil inqilabla dağıtmaq mümkündür.  
4. Әzəmətli inqilabi qüvvəni, adətən, uzun müddət eyni hərarətdə 
saxlamaq  olmur.  İnqilabi  qüvvədən  vaxtında  istifadə  olunmadıqda  o 
öz gücünü itirir.  
5.  Tarixdən  məlum  olur  ki,  fəsadın  kök  atdığı  cəmiyyətlərdə 
həmin  cəmiyyətin  düşüncə  sahibləri,  xüsusi  ilə  peyğəmbərlər  və 
övliyalar inqilab yolunu seçmişlər.  
Dünyanın  zülm-sitəm  üzərində  qurulmuş  bugünkü  vəziyyətini 
islah etmək üçün ədalətli bir quruluşun canişinliyinə ehtiyac var. Belə 
bir dəyişiklik üçün əzəmətli bir inqilab qaçılmazdır.  
 
Sual:  42.  Ümumdünya  ədalət  hökumətinə  çatmaq  üçün  hansı 
hazırlığa ehtiyac var?  
Cavab:  Biz  nə  qədər  nikbin  və  ümüdvar  olsaq,  bilməliyik  ki, 
dünyada  kök  atmış  siyasi  oyunbazlığı  və  istismarçılığı  aradan 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə