Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə20/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

 
59 
nəslindən olan 12-ci imamdır. Onun dünyaya gəlişi siyasi çaxnaşmalar 
dövrünə  təsadüf  edir.  Bu  səbəbdən  də  Allah  həmin  xilaskarı  zühur 
dövrünədək zalımlardan qoruyur.  
Sual: 76. Nə üçün əvvəlki səmavi dinlərin qanunları tam şəkildə 
icra olunmayıb? 
Cavab: Cəmiyyətdə ədalətin və ilahi qanunların bərpası üçün iki 
mərhələdən keçmək zəruridir: 
1.  İctimai  qanunların  alim  və  adil  kəs  tərəfindən  tənzimlənməsi 
mərhələsi:  bu  mərhələ  peyğəmbərlərin  və  kitabların  göndərilməsi  ilə 
gerçəkləşmişdir.  
2. İlahi qanunların tətbiq mərhələsi: bu mərhələnin gerçəkləşməsi 
üçün bəşər cəmiyyətində iki şərt ödənməlidir:  
a)  Bəşər  cəmiyyətinin  düşüncə  baxımından  kamala  çatması  və 
həmin qanunları dərk edib iman gətirməsi; 
b) Bu qanunları icra edən şəxs alim, iqtidarlı və məsum olmalıdır 
ki, həmin qanunları bütün yer üzündə işə sala bilsin.  
 
Sual:  77.    Nə  üçün  İslam  peyğəmbərinin  dövründə  ümumdünya 
tövhid hökuməti qurulmamışdır? 
Cavab: Bəşəriyyət bir körpə kimi öncə təhsil almağa ehtiyaclıdır. 
Yetərincə məlumatlandıqdan sonra insan son təkamülə çata bilər.  
Bu  səbəbdən  də  ilahi  rəhbərlər  nəzərdə  tutulan  hədəfin  həyata 
keçməsi  üçün  şərait  yaranmamış  dünya  ədalət  hökuməti  ilə  bağlı 
addım  atmırlar.  Bu  onların  yox,  hələ  ki  hazırlıqsız  cəmiyyətin 
nöqsanıdır.  
 
Sual:  78.  İslamın  zühurundan  sonra  hüzur  hadisəsi  necə  təsvir 
olundu? 
Cavab:  Bu  sualı  cavablandırmaq  üçün  öncə  müqəddiməyə 
ehtiyac var:  
1.  İslam  dini  ümumdünya  ədalət  hökumətinin  tarixin  sonunda 
qurulması  üçün  ən  kamil  proqram  təqdim  edir.  Çünki  İslam  son 
səmavi  şəriətdir.  Digər  bir  tərəfdən,  İslam  dini  bütün  dünyanı  dəvət 
edir. İslamdan öncə bəşəriyyətin bu proqramı dərk etmək gücü yox idi. 
Bu  səbəbdən  də  uyğun  mövzu  İslamın  zühuru  dövründə  aktuallaşdı. 
İslam  peyğəmbəri  ümumdünya  ədalət  hökuməti  haqqında  yalnız 
bəşəriyyətin düşüncəsi yetkinləşdikdən sonra bəyanat verdi.  
2.  İslam  peyğəmbəri,  ondan  sonrakı  məsum  imamlar  və  bir  çox 
səhabələr  zühur  proqramı  haqqında  xalqa  müjdə  vermişlər.  Çünki  bu 


 
60 
proqramın əsl icraçıları onlardır. Bu böyük şəxsiyyətlər var gücləri ilə 
çalışıb, xalqın düşüncəsini hazırlamaq üçün uyğun mövzunu müxtəlif 
yollarla sübuta yetirdilər. O cümlədən:  
a) Ümumdünya  ədalət hökumətinin qurulmasında  əsas məqsədin 
bəyanı;  
b)  Bu  hökumətin  rəhbəri  kimi  İslam  peyğəmbəri  nəslindən  olan 
məsum imamın tanıtdırılması; 
v)  Zühurdan  öncə  bütün  yer  üzünü  bürüyəcək  zülm-sitəm 
haqqında məlumat. 
3. Xalqın hazırlanmasında həzrət Mehdinin (ə) özünün də xüsusi 
payı var. O da həzrət Peyğəmbər (s) və sair imamlar kimi bu məqsəd 
yolunda  çalışmışdır.  Xalqla  təkrar-təkrar  görüşməklə  öz  mövludu  və 
varlığını  sübuta  yetirmiş,  qeyb  və  zühur  mövzularını  tam  şəkildə 
açıqlamışdır.  
Məhdəviyyətin müdafiəsi 
Sual: 79. Müsəlmanlar arasında Məhdəviyyətə şəkk edən ilk şəxs 
kim olmuşdur? 
Cavab:  Tarixi  mənbələrdə  bildirilir  ki,  Müaviyə  Bəni-Haşimdən 
olan bir dəstəyə xitabən  dedi: “Haşimi padşah və Qaim Mehdinin (ə) 
sizdən  olması  barədə  gümanınız  batil əqidədir. Mehdi  əslində  İsa  ibn 
Məryəmdir. Hakimiyyət ona verilənədək bizim əlimizdədir.”
1
 
Həmin  məclisdə  iştirak  edənlərdən  biri  də  İbn-Abbas  olmuşdur. 
O,  Müaviyəni  tarixi  təhrif  etməsinə  və  İslam  əqidəsi  ilə  əylənməsinə 
qarşı  çıxaraq  dedi:  “Sən  dedin  ki,  biz  Mehdinin  (ə)  hakim  olacağını 
güman  edirik.  Güman  şirkdir,  necə  ki,  Allah-təala  buyurur:  “Kafirlər 
düşünürlər ki, heç vaxt ayağa qaldırılmayacaqlar.”
2
  
Hamı  şəhadət  verir  ki,  bizim  üçün  mülk  və  hökumət  var. 
Dünyanın  ömründən  bir  gün  qalmış  olsa,  Allah-təala  bizlərdən  birini 
yer üzü zülmə qərq olduqdan sonra ədaləti bərpa etmək üçün göndərər. 
Sən  deyirsən  ki,  Mehdi  İsa  ibn Məryəmdir.  İsa  Dəccala  qarşı çıxmaq 
üçün göndərilir.  Dəccal  onu görəndə  məhv olar.  Bizim  imamımız  isə 
İsa ibn Məryəmin iqtida edəcəyi kəsdir...
3
  
 
                                                 
1
 “Bihar”, c. 33, s. 256. 
2
 “Təğabun”, 7. 
3
 “Bihar”, c. 33,s. 257. 


 
61 
Sual:  80.  Sünni  alimlərindən  Məhdəviyyət  əqidəsini  inkar  edən 
varmı? 
Cavab:  Sünni  alimlərindən  bəziləri  Məhdəviyyət  əqidəsini 
açıqlayan  rəvayətləri inkar  etmişlər.  Belə  alimlərdən  bəziləri ilə  tanış 
olaq:  
1.  İbn  Xəldun  –  Bu  şəxs  Məhdəviyyət  mövzusunu  İslamın 
məşhur mövzularından saysa da, “rəvayətçini şübhə altına almaq onu 
təsdiqləməkdən  öndə  gəlir”  prinsipini  əsas  götürərək  Məhdəviyyət 
rəvayətlərini etibarsız saymışdır.
1
  
2.  Məhəmməd  Әbu-Zöhrə  -bu  şəxs  də  İbn-Xəldunun  yolunu 
davam  etdirmiş  və  demişdir:  “Sünni  alimləri  arasında  bu  hədislərin 
doğruluğu haqqında tərəddüd var. Bu səbəbdən də uyğun əqidə sünnə 
əhli tərəfində təsdiqlənmir.”
2
  
3.  Səd  Məhəmməd  Həsən  (Әzhər  şeyxlərindən)  –  Bu  şəxs  də 
Məhdəviyyət  hədislərini  tənqid  edərək  əvvəlki  alimlərin  yolunu 
getmişdir.
3
  
4.  Məhəmməd  Fərid  Vəcdi  –  O  deyir:  “Bir  çox  hədis  alimləri 
Məhdəviyyət hədislərini zəif saymışdır...”
4
  
5. Әhməd Әmin Misri – Bu şəxs də ibn-Xəldunun münasibəti ilə 
razılaşmışdır.
5
 
6. Şeyx Cəbəhan – Bu şəxs də Məhdəviyyət hədislərini etibarsız 
sayanlardandır.
6
  
8.  Şeyx  Saih  Liviyayi  –  Bu  şəxs  də  Məhdəviyyət  hədislərini 
tənqid edənlərdəndir.
7
  
Məhdəviyyət  hədislərinə  müxaliflərin  ümumi  istinadgahı  İbn-
Xəldun olduğundan onun sözlərinə xülasə şəkildə cavab veririk:  
1. İbn-Xəldun Məhdəviyyət hədislərini tənqid edərkən yalnız bəzi 
rəvayətləri  nəzərdə  tutur.  Hansı  ki,  mötəbər  mənbəsi  olan  başqa 
hədislər  də  var.  Doktor  Bəstəvi  öz  kitabında  Məhdəviyyət 
mövzusunda 46 etibarlı hədis nəql edir.
8
 
                                                 
1
 “Tarixe-ibn Xəldun”, c. 1, s. 311, 322. 
2
 “Әl-İmamus-Sadiq”, s. 239. 
3
 “Әl-Məhdiyyə fil-İslam”, s. 69. 
4
 “Dairətul-Məarif, Qərne Әşrin”, c. 10, s. 481. 
5
 “Әl-Məhdi vəl- Məhdəviyyət”, s.108» 
6
 “Təbdidul-Zülam”, s. 479, 480. 
7
 “Tərasəna və Məvazinul-Nəqd”, s. 187. 
8
 “Әl Məhdiyyul-Muntəzər Fi-əhadisul-səhihə”. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə