Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə23/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

 
68 
2. Məhdəviyyət insan fitrətindən qaynaqlanan bir əqidədir. 
3. Qeyd olunduğu kimi, Məhdəviyyət ayə və rəvayətlərə, icmaya 
və bütün din və məktəblərə uyğun əqidədir.  
İngilis filosofu Bertrand Rassel deyir: “Dünya hamını birləşdirib, 
bir bayraq və bir şüar ətrafında toplayacaq xilaskarın intizarındadır.”
1
  
Nisbilik  nəzəriyyəsinin  banisi  Eynşteyn  deyir:  “Sülh-səfanın 
bütün  yer  üzünü  bürüyəcəyi  və  insanların  dost  və  qardaşcasına 
yaşayacağı gün bir o qədər də uzaq deyil.”
2
  
 
Sual:  88.  “Məhdəviyyət  əqidəsi  digər  cəmiyyətlərdən  və 
əqidələrdən götürülməyibmi? 
Cavab:  Bəziləri  Məhdəviyyət  əqidəsini  İslama  kənardan  gəlmiş 
əqidə kimi qəbul edirlər.  
Culd  Zeyher  deyir:  “Mehdi  (ə)  əqidəsinə  qayıdış  qeyri-islami 
prinsiplərdəndir. Әslində bu əqidə əfsanə və qeyri-real işlərdəndir.”
3
  
Saih  Әli  Hüseyn  deyir:  “Qeyb  və  qayıdış  əqidəsi  və  nəzəriyyəsi 
yəhudilər və məsihilər arasında müştərək əqidədir. Şiə məzhəbi yalnız 
bu iki mənbədən təsirlənə bilər...”
4
  
Doktor  Әbdür-Rəhman  Bədəvi  deyir:  “Müsəlmanlar  arasında 
Mehdi (ə) əqidəsini Kəbul-Әhbar yaymışdır”.
5
  
Bütün bu iddiaların cavabı var:  
1.  Quran  və  mütəvatir  rəvayətlərə  əsasən  həzrət  Mehdinin    (ə) 
zühuruna  inam  əsl  İslam  əqidəsidir.  Bu  məsələyə  digər  dinlərdə  də 
işarə  olunmuşdur.  Uyğun  əqidəni  əfsanə  saymaq  üçün  heç  bir  əsas 
yoxdur.  
2. Bu əqidə təkcə şiələrə aid deyil. Peyğəmbər səhabələri də  ayə 
və  rəvayətlərə  əsasən  Məhdəviyyətə  inanmışlar.  Bütün  İslam  tarixi 
boyu  şiə  və  sünni  məzhəbindən  olan  böyük  alimlər  Məhdəviyyəti 
qəbul etmişdir.  
3.  Belə  əqidənin  yəhudilərə  və  məsihilərə  aid  olması  o  demək 
deyil  ki,  İslamda  bu  əqidə  ola  bilməz  və  o  hökmən  başqa  dinlərdən 
götürülmüşdür.  Әksinə,  digər  səmavi  dinlərdə  də  uyğun  əqidənin 
mövcudluğu  Məhdəviyyətin  insan  fitrətindən  qaynaqlandığını    və 
Allah tərəfindən təqdir olunduğunu göstərir.  
                                                 
1
 “Elmin cəmiyyətə təsiri”, s. 56. 
2
 “Nisbiyyət anlayışı”, s. 35. 
3
 “Әl-əqidə vəş-şəriə”, s. 218. 
4
 “Tərasəna və məvazinul-nəqd”, s. 184. 
5
 “Məzahibul-İslamiyyin”, c. 2, s. 76, 77. 


 
69 
4.  İslam  cəmiyyətində  Məhdəviyyət  əqidəsi  Kəbul-əhbar 
tərəfindən  yayılmamışdır.  Allah  və  Onun  peyğəmbərləri,  xüsusi  ilə 
İslam  peyğəmbəri  (s)  və  onun  məsum  əhli-beyti  (ə)  cəmiyyəti 
Məhdəviyyət məsələsindən məlumatlandırmışlar.  
 
Sual:  89.  Məhdəviyyət  İslamın  dünyaya  hakim  ola  bilməsindən 
qaynaqlanırmı? 
Cavab: İordaniya universitetində fəlsəfə bölməsinin rəisi Doktor 
Səlman  Büdur  Məhdəviyyət  haqqında  deyir:  “İslam  peyğəmbərinin 
hökuməti  İslam  və  digər    dinlərin  müjdə  verdiyi  ədalət  hökumətinin 
mücəssəməsi  idi.  Bir  çox  müsəlmanlar  elə  həmin  dövrdə  ədalət 
hökumətinin dünyaya yayılmasını arzulayırdı. Bu arzu gerçəkləşmədi. 
Amma  hələ  də  İslam  mütəfəkkirləri,  xüsusi  ilə  imamiyyə  şiələri  bu 
arzu ilə yaşayır.”
1
  
Həzrət  Peyğəmbərin  (s)  dövründə  İslam  bütün  yer  üzünə 
yayılmasa da, əvvəla, İslam haqqında bir din olaraq bütün dünya xəbər 
tutdu və həzrət Peyğəmbər (s) bütün yer əhlini İslama dəvət etdi.  
İkincisi, Quran və həzrət Peyğəmbər (s) İslamın bütün yer üzünə 
yayılacağına xəbər vermişlər. Müsəlmanların bu amaldan məyus olub 
Məhdəviyyətə üz tutması fikri yanlışdır.  
Doktor  Әbdül-Cəbbar  Şərarə  deyir:  “Elm  və  mərifət  iddiasında 
olan  bir  qrup  insanın  elə  qədim  dövrdən  hazırkı  dövrədək  İslam 
cəmiyyətində  şübhə  yaratması  təəccüb  doğurur.  Әslində,  onların 
iddiası düşüncələrinin darlığını göstərir. Culd Zeyher, Fəlhauzen, Fan 
Floten, Mak Donald, Bernard Levis, Monteqri, Vat və Masinyon kimi 
şərqşünaslar  və  onların  şagirdləri  şərq  təfəkküründən  qidalandıqları 
halda  heç  bir  dəlil  gətirmədən  Məhdəviyyət  məsələsini  şübhə  altına 
alırlar.  Hansı  ki,  aşkar  və  qəti  dəlillər  onların  nəzərinə  çatdırılır. 
Fundamental şəkildə sübut olunmuşdur ki, dünyanın axırlarında həzrət 
Mehdi  (ə)  zühur  edəcək.  Bu  əqidəni  sünnə  əhlindən  olan  Bərzənçi, 
Şövkani və başqaları mütəvatir hədislərə əsaslanaraq qəbul edirlər...”
2
  
 
Sual:  90.  Müsəlmanlar  yekdil  olaraq  Məhdəviyyət  əqidəsini 
qəbul edirlərmi? 
Cavab: Müsəlmanlar arasında müxtəlif məzhəbi ixtilaflar olsa da, 
onlar  Məhdəviyyət  əqidəsinə  münasibətdə  yekdildirlər.  Bu  əqidə 
                                                 
1
 “Dirasətu ənil-firəq fi tarixul-muslimin”, s. 222. 
2
 “Bəhsun həvləl-Məhdi”, s. 16, 17. 


 
70 
hansısa məzhəbə aid deyil. İmamiyə, zeydiyyə, maliki, hənəfi, şafeyi, 
hənbəli,  hətta  vəhhabi  firqəsində  də  Məhdəviyyət  məsələsi  qəbul 
olunur. Bütün məzhəblər inanır ki, peyğəmbər nəslindən olan bir şəxs 
qiyam edib, yer üzünü bürümüş zülm kökünü kəsəcək və ədaləti bərpa 
edəcək.  
Әksər  sünni  alimləri  bu  əqidənin  bütün  müsəlmanlara  aid 
olduğunu bildirir. Hətta bəzi sünni fəqihləri bu əqidəni inkar edənlərin 
qətlini vacib saymışlar.  
Әhməd Әmin Misri Məhdəviyyət məsələsini prinsipcə inkar etsə 
də, onu sünnə əhlinin aşkar əqidələrindən sayır.
1
  
 
Sual: 91. Hansısa sünni alimi Məhdəviyyət hədislərini mütəvatir 
(yetərli) sayırmı? 
Cavab:  Hədis  elmində  ixtisas  sahibi  olan  bir  qrup  sünni  alimi 
Məhdəviyyət  hədislərini  mütəvatir,  yetərli  sayırlar.  İbn  Qəyyim 
Cоvziyyə, Cəlaləddin Süyuti, Әbül-Həsən Məhəmməd ibn Hüseyn ibn 
Asim Səhəri, Әllamə Minavi, Hafis ibn Həcər Әsqəlani, Qazi Şəvkani, 
ibn  Həcər  Heytəmi,  Təftazani,  Qurmani  Dəməşqi,  Məbar  Kəfuri, 
Әhməd  ibn  Məhəmməd  ibn  Siddiq,  Səfarini  Hənbəli,  Seyyid 
Məhəmməd  Siddiq  Həsən,  Әbül-Xətib  Məhəmməd  Şəmsül-Həqq 
Әzim  Abadi,  Şeyx  Әbül-Hüseyn  Abiri,  Bərzənçi,  Şeyx  Məhəmməd 
Xızr Hüseyn, Әbül-Әla Məvdudi, Әhməd Zeyni Dehlan, Şeyx Mənsur 
Әli  Nasif,  Şeyx  Nəsirəddin  Әlbani  kimi  məşhur  sünni  alimləri 
Məhdəviyyət hədislərini mütəvatir sayırlar.  
 
Sual: 92. Mütəvatir olmayan bir hədisə inanmaq olarmı? 
Cavab: Sünnə əhli Məhdəviyyət mövzusunu həzrət Peyğəmbərin 
(s)  müjdələrindən  saydıqları  üçün,  eləcə  də  bu  mövzu  ilə  bağlı 
mötəbər  rəvayətlər  olduğundan,  hətta  rəvayətlər  mütəvatir  həddə 
çatmamışsa belə, uyğun etiqadı vacib sayırlar.  
Həmud  ibn  Әbdüllah  Təvicəri  deyir:  “Peyğəmbərin  (s)  aşkar 
şəkildə bəyan etdiklərinə iman gətirmək hər bir müsəlmana vacibdir. 
Belə  bir  iman  həzrətin  peyğəmbərliyinin  etirafı  və  ona  şəhadətdir...” 
Sonra  müəllif  Әhməd  ibn  Hənbəl və  Әbu  Məhəmməd  Müqəddəsidən 
eyni iddiaları nəql edir.
2
  
                                                 
1
 “Әl-Məhdi vəl-Məhdəviyyə”, s. 110. 
2
 “İthaful-Cəmaət”, c. 1, s. 6. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə