Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə31/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   27   28   29   30   31   32   33   34   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
92 
 
Sual:  125.  İmam  Kazim  (ə)  həzrət  Mehdinin  (ə)  mövludu 
haqqında məlumat vermişdirmi? 
Cavab:Yunis  ibn  Әbdür-Rəhman  deyir:  “Musa  ibn  Cəfərin 
yanına  gedib  ərz  etdim:  “Ey  peyğəmbər  övladı!  Qaim  sizsinizmi?” 
Həzrət  buyurdu:  “Mən  qaiməm,  amma  yer  üzünü  Allahın 
düşmənlərindən təmizləyəcək qaim mənim övladlarımdan beşincisidir. 
Onun uzun müddətli qeyb dövrü olacaq...”
1
  
Şeyx Səduq həzrət Musa ibn Cəfərin (ə) dilindən belə nəql edir: 
“Bir vaxt yeddinci övladımın beşinci övladı qeybə çəkilər...”
2
 
 
Sual: 126. İmam Riza (ə) həzrət Mehdinin (ə) mövludu haqqında 
məlumat vermişdirmi? 
Cavab:  Hüseyn  ibn  Xalid  bir  hədisdə  deyir:  “İmam  Rizaya  (ə) 
ərz olundu: “Siz əhli-beytdən olan qaim kimdir?” Övladımın dördüncü 
övladı,  çox  üstün  qadının  övladı!  Allah  onun  vasitəsi  ilə  yer  üzünü 
zülm-sitəmdən  təmizləyər.  Anadan  olmasına  şəkk  edilən  kəs  odur. 
Odur zühurundan öncə qeybə çəkilən...”
3
 
Dəbəl  Xəzai  deyir:  “Mövlam  imam  Әli  ibn  Musa  Riza  (ə)  üçün 
bir qəsidə oxudum:  
Şübhə yox ki, zühur edəcək imam,  
Allahın adıyla qopacaq qiyam.  
Haqqı ayıracaq batildən hökmən,  
Ləyaqətin qədər alasısan sən. 
İmam Riza (ə) şeri dinləyib ağladı. Sonra başını qaldırıb buyurdu: 
“Ey  Xəzai!  Ruhul-Qüds  sənin  dilinlə  danışdı.  Bilirsənmi,  bu  imam 
kimdir  və  nə  vaxt  qiyam  edəcək?”  Әrz  etdim:  “Xeyr,  ey  mənim 
mövlam.  Yalnız  bunu  bilirəm  ki,  sizlərdən  bir  imam  qiyam  qaldırar, 
yer üzündə zülmün kökünü kəsib ədaləti bərpa edər.” Həzrət buyurdu: 
“Həqiqətən,  məndən  sonra  övladım  Məhəmməd  imamdır. 
Məhəmməddən  sonra  Həsən,  Həsəndən  sonra  onun  övladı  qaim 
imamdır. O, qeybə çəkiləndə intizar, zühur edəndə firavanlıq olar...”
4
 
 
 
 
                                                 
1
 “Elamul-vəri”, s. 433. 
2
 “Kəmalud-din”, s. 359. 
3
 “Bihar”, c. 52, s. 321. 
4
 “Yənabiul-Məvəddət”, c. 3, s. 309; (“Bihar”, c. 49, s. 237. 


 
93 
Sual:  127.  İmam  Cəvad  (ə)  həzrət  Mehdinin  (ə)  mövludu 
haqqında xəbər vermişdirmi? 
Cavab:  Bəli,  90  hədisdə  imam  Cəvad  (ə)  həzrət  Mehdinin  (ə) 
dünyaya  gəlişinə  işarə  etmişdir.  Şeyx  Səduq  Әbdül-Әzim  Həsənidən 
belə nəql edir: “Mən Məhəmməd ibn Әlinin yanına getdim. Soruşmaq 
istəyirdim  ki, Mehdi odur,  yoxsa başqası?  Həzrət  öncə  belə  buyurdu: 
“Ey  Әbül-Qasim!  Həqiqətən,  bizim  qaim  Mehdidir.  Onun  qeybi 
dövründə intizar çəkmək, zühuru vaxtı itaət etmək vacibdir. O mənim 
üçüncü övladımdır.”
1
 
Səduq  Səqər  ibn  Әbu-Delfdən  imam  Cavadın  (ə)  belə  bir 
buyurduğunu  nəql  edir:  “Məndən  sonra  imam  övladım  Әlidir.  Onun 
əmri  mənim  əmrim,  onun  sözü  mənim  sözümdür.  Ona  itaət  mənə 
itaətdir. Ondan sonra övladı Həsən imamdır. Onun əmri atasının əmri, 
sözü atasının sözü. Ona itaət atasına itaətdir.” Sonra imam susdu. Mən 
Həsəndən  (ə)  sonra  kimin  imam  olacağı  barədə  soruşdum.  İmam 
ağladı  və  buyurdu:  “Həqiqətən,  Həsəndən  sonra  onun  övladı,  zühuru 
gözlənilən qaimdir...”
2
  
 
Sual: 128. İmam Hadi (ə) həzrət Mehdinin (ə) mövludu haqqında 
məlumat vermişdirmi? 
Cavab:  Səqər  ibn  Әbu  Delf  deyir:  “İmam  Hadi  (ə)  buyurdu: 
“İmam məndən sonra Həsən, Həsəndən sonra övladı qaimdir. О,  yer 
üzünü zülm-sitəmə büründükdən sonra ədaləti bərpa edəcək.”
3
 
Davud  ibn  Qasim  Cəfəri  deyir:  İmam  Әbül-Həsən  Hadi  (ə) 
buyurdu:  “Məndən  sonra  canişini  görməzsiniz  və  onun  adını  çəkmək 
halal deyil...”
4
  
 
Sual: 129. İmam Həsən Әsgəri (ə) həzrət Mehdinin (ə) mövludu 
haqqında məlumat vermişdirmi? 
Cavab: Bəli, çoxsaylı rəvayətlərdə bu məsələ öz əksini tapmışdır: 
Musa  ibn  Cəfər  ibn  Vəhəb  Bağdadi  deyir:  “İmam  Әsgəri  (ə) 
buyurdu:  “Sanki  sizin  məndən  sonra  canişinimlə  bağlı  ixtilaf 
salacağınızı  görürəm.  Agah  olun!  Həqiqətən,  hər  kəs  peyğəmbərdən 
                                                 
1
 “Kəmalud-din”, s. 377; “Bihar”, c. 51, s. 156. 
2
 “Elamul-Vəri”, s. 436; “Bihar”, c. 50, s. 239. 
3
 “Bihar”, c. 50, s. 239. 
4
 “Kəşful-Ğəmmə”, c. 2, s. 406» 


 
94 
sonra  imamları  təsdiqləyib  onların  övladını  inkar  etsə,  bütün 
peyğəmbərləri qəbul edib İslam peyğəmbərini inkar etmiş kimidir...”
1
 
Osman  ibn  Səid  Әmri  deyir:  İmam  Әsgərinin  (ə)  yanında 
olduğum  vaxt  ondan  qiyamət  gününədək  yer  üzünün  höccətsiz 
qalmayacağı  barədə  atalarından  nəql  olunmuş  rəvayət  haqqında 
soruşdular.  Rəvayətdə  deyilirdi  ki,  hər  kəs  öz  zamanının  imamını 
tanımamış  dünyadan  köçsə,  cahiliyyət  dövründə  ölmüş  kimi  sayılar. 
Həzrət  buyurdu:  “Bu,  gün  kimi  həqiqətdir.”  Həzrətə  ərz  etdilər:  “Ey 
peyğəmbər  övladı!  Sizdən  sonra  höccət  və  imam  kimdir?”  Həzrət 
buyurdu:  “Övladım  Məhəmməd  məndən  sonra  imam  və  höccətdir. 
Onu  tanımamış  dünyadan  köçən  cahiliyyət  dövründə  ölmüş 
kimidir...”
2
 
Әhməd ibn İshaq deyir: “İmam Həsən Әsgəridən (ə) belə eşitdim: 
“Həmd  olsun  canişinimizi  tanıtdırmamış  bizi  dünyadan  aparmayan 
Allaha!  O  (canişinimiz),  xilqət  və  əxlaq  baxımından  peyğəmbərə  ən 
çox oxşayan şəxsdir...”
3
 
 
Sual:  130.  Nə  üçün  imamlardan  heç  biri  həzrət  Mehdinin  (ə) 
şəxsiyyətini açıqlamamışlar? 
Cavab:  Әvvəla,  həzrət  Peyğəmbərdən  (s)  başlamış  imam 
Әsgəriyədək (ə) bütün məsumlar imkan həddində həzrət Mehdinin (ə) 
şəxsiyyətini tanıtdırmışlar.  
İkincisi,  bir  çox  rəvayətlərdən  məlum  olur  ki,  həzrət  Mehdi  (ə) 
siyasi baxımdan çox təhlükəli vəziyyətdə idi. Zalım hakimlər onun yer 
üzündə  zülmə  son  qoyacağını  bildiklərindən  onu  aradan  götürməyə 
çalışırdılar.  
Bu  səbəbdən  də  məsum  Әhli-beyt  (ə)  həzrət  Mehdinin  (ə) 
dünyaya gəlişi məsələsinə çox ehtiyatla yanaşırdılar. Onlar həm həzrət 
Mehdini  (ə)  xalqa  tanıtdırmalı,  həm  də  onun  üçün  təhlükə 
yaratmamalı idilər.  
 
Sual:  131.  İmam  Әsgərinin  (ə)  dövründə  və  həzrət  Mehdi  (ə) 
dünyaya gələn vaxt siyasi durum necə idi? 
Cavab:  İmam  Әsgəri  (ə)  hicri  232-ci  ilin  rəbiul-əvvəl  ayında 
dünyaya göz açmışdır. O, üç Bəni-Abbasi hakimi ilə müasir olmuşdur: 
                                                 
1
 “Bihar”, c. 51, s. 160. 
2
 “Bihar”, c. 51, s. 160. 
3
 “Kəmalud-din”, s. 408; “Bihar”, c. 51, s. 161. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə