Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə29/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   25   26   27   28   29   30   31   32   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
86 
5. Müqəddəs nahiyə (imamın nümayəndəliyi) tərəfindən çıxarılan 
fərmanlar.
1
  
6. Bəni-Abbas hökuməti tərəfindən imam Mehdinin (ə) qətli üçün 
görülən tədbirlər.  
7.  Kiçik  qeyb  dövründə  həzrət  Mehdi  (ə)  tərəfindən  dörd  səfirin 
təyin olunması.  
8.  Müxtəlif  ölkə  və  şəhərlərdə  müqəddəs  nahiyənin  (imamın 
nümayəndələrinin) vəkilləri.  
9. Həzrət Mehdi (ə) ilə baş tutmuş görüşlər.  
10. Həzrət Mehdinin (ə) kitablarda qeyd olunmuş möcüzələri.  
11.  Tarixçi  alimlərin  imam  Әsgərinin  (ə)  övladı  olmasını  etiraf 
etmələri.  
12. İmam Mehdinin (ə) mövludunun şiə icması tərəfindən qəbulu.  
13.  Genetika  mütəxəssislərinin  imam  Әsgərinin  (ə)  övladı 
olmasını təsdiqləməsi. 
14. Yalançı səfirlərin mövcudluğu. 
15.  Hər  bir  məsum  imamın  həzrət  Mehdinin  (ə)  mövludunu 
təsdiqləməsi.  
 
Sual:  116.  Həzrətin  mövludunu  bildirən  hədislər  arasında  səhih 
(düzgün) qaynağı olan hədis varmı? 
Cavab:  Həzrət  Mehdinin  (ə)  dünyaya  gəlişini  bildirən  hədislər 
arasında etibarlı qaynağı olan hədislərdən bəzilərini nəzərdən keçirək: 
1.  Kuleyni  “səhih  sənəd”  sayılan  Məhəmməd  ibn  Әbdüllah  və 
Məhəmməd ibn Yəhyadan, onlar da öz növbəsində Әbdüllah ibn Cəfər 
Həmiridən nəql edir: “Mən Şeyx Әbu Әmr – Osman ibn Səid Әmri ilə 
birlikdə  Әhməd  ibn  İshaqın  hüzurunda  idik.  Әhməd  ibn  İshaq  mənə 
işarə  etdi  ki,  Әbu-Әmrdən  imam  Әsgərinin  (ə)  canişini  haqqında 
soruşum.  Әbu-Әmrə  dedim:  “Səndən  heç  bir  şəkkim  olmayan  bir 
məsələ  haqqında  soruşmaq  istəyirəm.  İnanıram  ki,  yer  üzü  heç  vaxt 
höccətsiz (ilahi rəhbərsiz) qalmır. Yalnız qiyamətdən öncə 40 gün belə 
ola  bilər.  Həmin  gün  çatdıqda  höccət  götürülər  və  tövbə  qapısı 
bağlanar.  Amma  əminliyimi  artırmaq  istəyirəm.  İmam  Әsgərinin 
canişinini görmüsənmi?” Әbu-Әmr buyurdu: “Bəli, and olsun Allaha, 
                                                 
1
 Bu barədə ətraflı danışılacaq. 


 
87 
boyu  belə  idi.”  Sonra  gördüyü  canişinin  boyunu  əli  ilə  göstərdi...”
1
 
Hazırkı hədisi səhih sənədlə Şeyx Səduq da nəql etmişdir.
2
 
2.  Kuleyni  səhih  bir  sənədlə  Hüseyn  ibn  Әladan  belə  nəql  edir: 
“İmam Sadiqə (ə) ərz etdim: “Yer üzü imamsız qala bilərmi?” Həzrət 
buyurdu: “Heç vaxt.”
3
 
3.  Müəllif  digər  bir  sənədə  əsasən  imam  Sadiqdən  (ə)  belə  nəql 
edir: “Həqiqətən, yer üzü heç vaxt imamsız qalmaz.”
4
  
4.  Digər  bir  sənədə  əsasən,  Həsən  ibn  Әli  Vəşaya  istinadən  nəql 
edir  ki,  imam  Sadiqdən  (ə)  soruşdum:  “Yer  üzü  imamsız  qala 
bilərmi?” Həzrət buyurdu: “Heç vaxt.” Әrz etdim ki, biz nəql etdik ki, 
yer  üzü  yalnız  Allah  öz  bəndələrinə  qəzəbləndikdə  höccətsiz  qala 
bilər.” Həzrət buyurdu: “Yer heç vaxt höccətsiz olmur.”
5
 
5. Başqa bir səhih sənədlə Әbu-Haşim Cəfəridən belə nəql olunur: 
“İmam  Әskəriyə  (ə)  ərz  etdim  ki:  “Ey  mənim  ağam!  Sizin  övladınız 
varmı?”  Həzrət  buyurdu: “Bəli.” Әrz etdim:  “Әgər  sizə  bir  hadisə üz 
versə, harada ona müraciət edim?” Buyurdu: “Mədinədə.”  
6. Başqa bir səhih sənədə əsasən Məhmməd ibn Әli ibn Bilaldan 
belə nəql olunur: “İmam Әsgərinin (ə) şəhadətindən iki il öncə ondan 
bir  məktub  aldım.  Məktubda  həzrət  öz  canişini  haqqında  məlumat 
verirdi. Şəhadətindən üç gün öncə başqa bir məktub gəldi. Yenə həzrət 
canişini haqqında yazırdı.”
6
 
7.  Kuleyni  səhih  sənədə  əsasən  Zürarənin  imam  Sadiqdən  (ə) 
eşitdiklərini  nəql  edir:  “Həqiqətən,  o  uşaq  üçün  qiyamdan  öncə  qeyb 
dövrü  var...  Ey  Zürarə!  Bu  həmin  Müntəzirdir  ki,  dünyaya  gəlişinə 
şübhə olunar....”
7
  
8.  Şeyx  Səduq  mötəbər  sənədə  əsasən  Davud  ibn  Qasim 
Cəfəridən imam Hadinin (ə) belə bir buyuruğunu nəql edir: “Məndən 
sonra  canişinim  övladım  Həsəndir.  Ondan  sonrakı  canişini 
görməzsiniz. Onun adını çəkmək sizə halal deyil.” Onu necə çağırmaq 
haqqında soruşdum. Buyurdu: “Ali-Məhəmməd höccəti”;
8
 
                                                 
1
 “Kafi”, c. 1, s. 329-330. 
2
 “Kəmalud-din”, s. 441. 
3
 “Kafi”, c. 1, s. 178. 
4
 Həmin mənbə. 
5
 Həmin mənbə. 
6
 Həmin mənbə. 
7
 “Həmin mənbə”. 
8
 “Kəmalud-din”, s. 381. 


 
88 
Sual:  117.  İmam  Mehdinin  (ə)  dünyaya  gəlişi  haqqında  daha 
hansı yollarla məlumat verilir? 
Cavab: İmam Әsgərinin (ə) səhabələrindən bir çoxu və başqaları 
imam  Mehdinin  (ə)  dünyaya  gəlişi  haqqında  xəbər  vermişlər.  Onun 
kiçik və böyük qeyb dövrlərində görənlər də var. Onlardan bəzilərinin 
adını çəkək:  
1.  Әbul-Fəzl  Hüseyn  ibn  Həsən  Әləvi  deyir:  “Samirada  imam 
Mehdinin  (ə)  mövludunu  təbrik  etmək  üçün  imam  Әsgərinin  (ə) 
yanına getdim.”
1
 
2.  Әhməd  ibn  Məhəmməd  deyir:  “Zübeyri  öldürdükdən  sonra 
imam  Әskəridən  (ə)  məktub  aldım.  O  yazırdı:  “Bu,  Allah  və  Onun 
övliyasına  iftira  yaxanın,  canişinim  olmamış  məni  öldürə  biləcəyini 
düşünənin cəzasıdır. Allahın qüdrətini necə gördü?!” Hicri 255-ci ildə 
həzrətin oğlu oldu və ona Məhəmməd (ə) adı verildi.”
2
 
3. Әbu-Haşim Cəfəri deyir: “İmam Әskəriyə (ə) ərz etdim: “Sizin 
övladınız varmı?” Həzrət buyurdu: “Bəli...”
3
 
4. Şeyx Sadiq imam Әsgərinin (ə) xidmətçisi Nəsiminin dilindən 
belə nəql edir: “Həzrət Mehdi (ə) anadan olandan bir gün sonra onun 
yanına  getdim.  Yanında  olduğum  vaxt  səbir  vurdum.  Həzrət  (ə) 
buyurdu:  “Yərhəməkəllahu”  (“Allah  sənə  rəhm  etsin”)  Bu  söz  məni 
sevindirdi. Sonra həzrət buyurdu: “Sənə səbir vurmaq haqqında müjdə 
verimmi?  Bil  ki,  səbir  vurmaq  insanı  üç  gün  ölümdən  amanda 
saxlayar.”
4
  
5. Şeyx Tusi Nəsim və Mariyəyə istinadən belə nəql edir: “Həzrət 
Mehdi  (ə)  anasının  bətnindən  çıxdıqdan  sonra  iki  dizi  üstə  oturdu, 
şəhadət barmağı ilə səmaya işarə etdi, sonra səbir vurdu və buyurdu: 
“Әlhəmdulillahi Rəbbil-aləmin və səlləllahu əla Muhəmmədin və alihi 
əbədən və daxərən ğəyri-mustənkəfə və la mustəkbər.” Sonra həzrət (ə) 
sözünə  belə  davam  etdi:  “Zalımlar  güman  etdilər  ki,  Allahın  höccəti 
gəlməyəcək. Әgər bizə danışmaq izni verilsəydi,  bütün şəkk-şübhələr 
aradan qalxardı.
5
  
6. Şext Tusi Kamil ibn İbrahim Mədənidən bir rəvayət nəql edir. 
Kamil  imam  Әskəri  (ə)  ilə  görüşündən  danışır:  “Külək  əsdi,  pərdə 
kənara çəkildi. Qəfildən ay tək nur saçan bir uşaq göründü. Onun dörd 
                                                 
1
 “Bihar”, c. 51, s. 17. 
2
 Həmin mənbə. 
3
 “Kafi”, c. 1, s. 328. 
4
 “Kəmaluddin-din”, c. 430. 
5
 “Әl-ğeybət”, Tusi, s. 245. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə