Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə30/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   26   27   28   29   30   31   32   33   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
89 
yaşı olardı. Bəlkə də, mənə belə göründü. Mənə  buyurdu: “Ey Kamil 
ibn  İbrahim!  Onun  xitabı  bədənimi  lərzəyə  gətirdi.  İlhamlanıb, 
“eşidirəm, mənim ağam” dedim. Həzrət buyurdu: “Sən Allahın vəlisi, 
höccəti, qapısının yanına gəlmisən.”
1
  
7.  Әmr  Әhvazi  deyir:  “İmam  Әskəri  (ə)  öz  övladını  mənə 
göstərdi və buyurdu: “O, məndən sonra sizin sahibinizdir.” 
Şeyx  Hürr  Amili  deyir:  “Kuleyni  və  başqa  müəlliflər  mötəbər 
sənədlərə  əsasən  nəql  edirlər  ki,  bir  çox  insanlar  mövludundan  sonra 
həzrət  Mehdi  (ə)  ilə  görüşmüşdür.  Məhəmməd  ibn  İsmail  ibn  Musa 
ibn  Cəfər,  Həkimə  binti  Məhəmməd,  Әbu-Әli  ibn  Mutəhhər,  Xadim 
İbrahim ibn Әbdə, Әbu-Әbdüllah ibn Saleh,  İbrahim ibn  İdris, əmisi 
Cəfər  ibn  Әli,  Әmr  Әhvazi,  Zərif  Xadim,  Farsi,  Mədaini  həzrət 
Mehdini (ə) görən şəxslərdəndir.”
2
  
8.  Müaviyə  ibn  Həkim,  Məhəmməd  ibn  Әyyub  ibn  Nuh  və 
Məhəmməd  ibn  Osman  Әmri  deyir:  “İmam  Әsgəri  öz  mənzilində 
övladını bizə göstərdi. Biz 40 nəfər idik. Həzrət buyurdu: “Bu məndən 
sonra  sizin imamınız,  mənim canişinimdir. Ona  itaət  edin  və  məndən 
sonra parçalanmayın...
3
  
 
Sual:  118.  Həzrət  Peyğəmbər  (s)  həzrət  Mehdinin  (ə) 
mövludundan xəbər vermişdirmi? 
Cavab:  Bəli,  bu  barədə  107  hədisdə  məlumat  verilir.  İbn  Abbas 
həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Allah-təala  yer üzünə nəzər 
saldı. Məni seçdi, peyğəmbər qərar verdi. Sonra ikinci dəfə nəzər saldı. 
Әlini  seçdi  və  onu  imam  qərar  verdi.  Mənə  əmr  etdi  ki,  onu  özümə 
qardaş, canişin, xəlifə və vəzir seçim. Әli məndəndir, mən də Әlidən. 
O  qızımın  əri,  iki  nəvəm  Həsən  və  Hüseynin  atasıdır.  Agah  olun! 
Allah-təala  məni  və  onları  öz  bəndələri  üçün  höccət  qərar  vermişdir. 
Eləcə  də,  Hüseyndən  olan  imamlar  müəyyənləşdirilmişdir  və  onlar 
qiyam  edib  mənim  vəsiyyətimi  qoruyacaq.  Onlardan  dоqquzuncusu 
mənim əhli-beytimin qaimi, ümmətimin Mehdisidir. Görünüş, danışıq 
və hərəkət baxımından mənə ən çox oxşayan da odur. Uzun qeybətdən 
və azdırıcı heyrətdən sonra zühur edər...”
4
 
 
 
                                                 
1
 Həmin mənbə, s. 247. 
2
 “İsbatul-Hudat”, c. 3, s. 442. 
3
 “Kəmalud-din”, s. 435. 
4
 “Kəmalud-din”, s. 257. 


 
90 
Sual:  119.  Həzrət  Әli  (ə)  imam  Mehdinin  (ə)  mövludunu  xəbər 
vermişdirmi? 
Cavab:  Әsbəğ  ibn  Nəbatə  deyir:  “Həzrət  Әmirəl-mömininin  (ə) 
yanına  getdim.  Dərin  fikrə  gedib,  əlindəki  çubuğu  yerə  vururdu.  Әrz 
etdim: “Ya Әmirəl-möminin, nə olub bu qədər fikrə getmisiniz, yoxsa 
yerə  rəğbətiniz  artıb?”  Həzrət  buyurdu:  “Yox,  and  olsun  Allaha  mən 
bir  gün  olsun  belə,  dünyaya  rəğbət  göstərməmişəm.  Məndən  olası 
birinin  mövludu  haqqında  düşünürəm.  O,  mənim  övladlarımdan  оn 
birincisidir.  Adı  Mehdidir.  Yer  üzü  zülm-sitəmə  büründükdən  sonra 
ədaləti bərpa edəcək. Onunla bağlı heyrət və qeyb dövrü var. Həmin 
vaxt kimi yolunu azar, kimi haqqı tapar...”
1
 
 
Sual: 120. İmam Həsən (ə) həzrət Mehdinin (ə) mövludunu xəbər 
vermişdirmi? 
Cavab:  Bəli,  hədislərdən  birində  imam  Həsən  (ə)  Müctəba  belə 
buyurur:  “Həzrət  Peyğəmbərdən  (s)  sonra  imamlar  12  nəfərdir. 
Qardaşım  Hüseyndən  (ə)  doqquz  imam  qərar  verilər  və  ümmətin 
Mehdisi (ə) onlardan olar.”
2
  
 
Sual:  121.  İmam  Hüseyn  (ə)  həzrət  Mehdinin  (ə)  mövludunu 
xəbər vermişdirmi? 
Cavab:  Şeyx  Səduq  imam  Hüseynin  (ə)  dilindən  belə  nəql  edir: 
“Övladlarımın  doqquzuncusunda  Yusifin,  Musa  ibn  İmranın  sünnəsi 
var.  O  biz  əhli-beytin  qaimidir.  Allah-təala  onun  işini  bir  gecədə 
gerçəkləşdirər.” (“Kəmalud-din”, s. 317; “Bihar”, c. 51, s. 132,133) 
Başqa  bir  rəvayətdə  belə  nəql  olunur:  “..Bu  ümmətin  qaimi 
mənim doqquzuncu övladımdır. Odur qeyb sahibi. Odur sağ vaxtında 
mirası bölünən kəs.” (Həmin mənbə)  
Әbdürrəhman  ibn  Suləyt  imam  Hüseynin  (ə)  dilindən  belə  nəql 
edir:  “On  iki  Mehdi  bizdəndir.  Onların  birincisi  Әmirəl-möminin  Әli 
ibn Әbu-Talib, sonuncusu mənim doqquzuncu övladımdır. Odur qaim 
imam.  Allah-təala  yer  üzü  məhv  olduqdan  sonra  onu  Mehdi  (ə) 
vasitəsi ilə dirildəcək...”
3
 
 
 
                                                 
1
 “Kafi”, c. 1, s. 338; “Kəmalud-din”, s. 289. 
2
 “Bihar”, c. 36, s. 383. 
3
 Həmin mənbə. 


 
91 
 
Sual:  122.  İmam  Səccad  (ə)  həzrət  Mehdinin  (ə)  mövludu 
haqqında məlumat vermişdirmi? 
Cavab: İmam Zeynəl-Abidinin (ə) övladı ondan soruşdu: “Ey ata! 
Nə  üçün  qardaşımı  “Baqir”  adlandırdın?  Həzrət  bu  vaxta  qədər 
görmədiyim şəkildə gülümsündü və buyurdu: “Ey övladım! Həqiqətən, 
imamlar onun övladlarıdır. Onlardan olan bizim qaim qiyam edər, yer 
üzünü  zülm-sitəm  bürüdükdən  sonra  ədaləti  bərpa  edər.  Odur  imam, 
odur imamların atası, odur elm mədəni, elm qaynağı. Odur elmi yaran. 
And  olsun  Allaha!  Allahın  rəsuluna  ən  çox  oxşayan  da  odur.”  Әrz 
etdim: “Ondan sonra yeddi imam var? Həzrət buyurdu: “Ondan sonra 
yeddi imam var və dünyanın sonunda qiyam edəcək Mehdi (ə) onların 
arasındadır.”
1
 
 
Sual:  123.  İmam  Baqir  (ə)  həzrət  Mehdinin  (ə)  mövludu 
haqqında məlumat vermişdirmi? 
Cavab:  Bəli,  Şeyx  Səduq  imam  Sadiqdən  (ə)  nəql  olunmuş 
müfəssəl bir hədisdə onun dilindən belə nəql edir: “Həqiqətən, tezliklə 
mənim  altıncı  övladım  qeybə  çəkilər.  O,  həzrət  Peyğəmbərdən  (s) 
sonra  on  ikinci  imamdır.  Onların  birincisi  Әmirəl-möminin, 
sonuncusu Qaim, yer üzündə Bəqiyyətullah və Sahibəz-zamandır...”
2
 
Başqa  bir  hədisdə  imam  Sadiqin  (ə)  belə  buyurduğu  nəql  edilir: 
“Hər  kəs  bütün  imamları  qəbul  edib  Mehdini  (ə)  inkar  etsə,  bütün 
peyğəmbərləri  qəbul  edib  həzrət  Məhəmmədi  (s)  inkar  edən  kəs 
kimidir.”  Ondan  soruşuldu:  “Ey  peyğəmbər  övladı,  övladlarından 
hansı Mehdidir?” 
Həzrət  buyurdu:  “Yeddinci  övladdan  sonra  beşincisi.  O  sizdən 
qeybə çəkilər və onun adını çəkmək halal deyil.”
3
 Әbu Bəsirdən nəql 
olunmuş  hədisdə  belə  nəql  olunur:  İmam  Sadiqə  (ə)  ərz  etdim:  “Ey 
peyğəmbər övladı! Siz əhli-beytin (ə) qaimi kimdir?” Həzrət buyurdu: 
“Ey  Әbu-Bəsir!  O,  övladım  Musanın  beşinci  övladıdır.  O  çox  üstün 
qadının  övladıdır.  Qeybə  çəkilər  və  batil  əhli  ona  şəkk  edər.  Allah-
təala onun zühurunu qərar verib, onun əli ilə yer üzünü şərqdən qərbə 
fəth edər...”
4
 
 
                                                 
1
 “Bihar”, c. 36, s. 388. 
2
 “Kəmalud-din”, s. 33; “Bihar”, c. 42, s. 79. 
3
 “Kəmalud-din”, s. 333. 
4
 “Kəmalud-din”, s. 345; “Bihar”, c. 51, s. 146 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə