Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə33/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

 
98 
belə  bir  iddiada  deyil.  Məgər  peyğəmbər  xəbər  verməmişdimi  ki, 
ondan sonra ümməti 73 firqəyə bölünəcək?! 
 
Sual:  137.  Bir  şəxsin  dünyaya  gəlişini  fəlsəfi  dəlillərlə  sübut 
etmək olarmı? 
Cavab:  Həzrət  Mehdinin  (ə)  dünyaya  gəlişinin,  varlığının  dəlili 
əslində mütəvatir həddə çatmış nəqli məlumatlardır. Uyğun mövzu ilə 
bağlı  səhih  sənədli  rəvayətlər  mövcuddur.  Bundan  əlavə,  bir  çoxları 
imam Mehdi (ə) ilə görüşmüşlər.  
Şiə  alimləri  nəqli  dəlillərdən  əlavə  həzrətin  mövludunun  sübutu 
üçün əqli və fəlsəfi dəlillər də göstərmişlər. Bu dəlillər uyğun mövzu 
ilə bağlı rəvayətlərlə analogiya təşkil edir. Demək, bu sayaq dəlillərin 
heç bir eybi yoxdur.  
 
Sual: 138. Həzrət Mehdinin (ə) mövluduna və onun bu vaxtadək 
sağ olmasına etiqad zəruridirmi? 
Cavab: İmamət prinsipinə etiqad baxımından həzrət Mehdinin (ə) 
mövluduna  və  varlığına  etiqad  zəruridir.  Şiəliyə  görə  imamət  dinin 
üsuludur,  yer  üzü  heç vaxt  höccətsiz  (imamsız)  qala  bilməz. Belə  bir 
etiqadda  olan  insan  həzrət  Mehdinin  (ə)  mövluduna  da  inanır. 
Peyğəmbərdən nəql olunmuş mötəbər rəvayətlərə əsasən ondan sonra 
12  imam  var.  Bu  silsilə  qiyamətədək  davam  edəcək.  Bundan  əlavə, 
hər bir imam özündən sonrakı imamı təsdiqləmişdir.  
Tarixi baxımdan da şiə cəmiyyəti həzrət Mehdinin (ə) imamətini 
qəbul  etmişdir.  Digər  bir  tərəfdən,  bilirik  ki,  imam  Mehdini  (ə) 
tanımaq  hamının  vəzifəsidir.  Ona  beyət  etmək  zəruridir.  Beləliklə, 
imam Mehdi (ə) qeybdə olsa da, onun mövluduna və varlığına etiqad 
vacibdir.  
 
Sual: 139. Nə üçün Quranda həzrət Mehdinin (ə) dünyaya gəlişi 
və varlığı məsələsi aşkar bəyan olunmur? 
Cavab:  Әvvəla,  Quranda  bir  çox  əqidə  və  əməllə  bağlı 
məsələlərə  işarə  olunmamışdır.  Bu  iş  peyğəmbərin  öhdəsinə 
düşmüşdür. Bununla belə, bütün əqidə və əməllərin qaynağı Qurandır. 
İkincisi, Quranın bəzi ayələrindən məlum olur ki, hər bir dövrdə 
Allahın  kamil  və  məsum  bir  höccəti  mövcuddur.  Bu  ayələr  haqqında 
növbəti söhbətlərimizdə danışacağıq.  
Sual:  140.  Nə  üçün  uzaq  gələcək  üçün  nəzərdə  tutulmuş  insan 
uzaq keçmişdə dünyaya gəlməlidir? 


 
99 
Cavab:  Bəzən  soruşurlar  ki,  əgər  Allah-təala  yer  üzündə  ədaləti 
tarixin  sonunda  bərpa  etmək  istəyindədirsə,  nə  üçün  ümumdünya 
ədalət hökumətinə rəhbərlik edəcək şəxsi xeyli müddət əvvəl yaratsın? 
Nə üçün həmin şəxs ehtiyac duyulan zamanda xəlq olunmamalıdır? 
Uyğun iradları cavablandıraq:  
1.  Әqli  və  nəqli  dəlillərdən  aydınlaşır  ki,  dövr  heç  vaxt  ilahi 
höccətsiz,  imamsız  olmur.  Burada  həm  şəri,  həm  də  yaranış  amilləri 
rol oynayır. Bu məsələni qarşıdakı söhbətlərimizdə isbat edəcəyik.  
2.  Artıq  alimlər  tərəfindən  qəbul  olunmuşdur  ki,  varlıq  tədrici 
hərəkət  üzərində  qurulmuşdur.  İstisnasız  olaraq  hər  şey  tədrici 
hərəkətdədir. Bu tədricilik Allahın qüdrətinə zidd deyil. Çünki Allah-
təala göyləri və yeri bir anda yox, altı gün müddətində xəlq etmişdir.  
Məgər  Allah  varlıq  aləmini bir  anda  yarada  bilməzdimi? Әlbəttə 
ki, yarada bilərdi! Nə üçün insanın nütfəsi ana bətnində 9 ay qalmalı, 
təbii bir yol keçib insan formasına düşməlidir? Məgər Allah insanı bir 
anda xəlq edə bilməzdimi? Әlbəttə ki, O, buna qadirdir! Ümumdünya 
ədalət hökumətinə münasibətdə də eyni halla rastlaşırıq. Allah tarixin 
sonunda baş verəcək işləri öncədən hazırlayır.  
3.  İntizar  fəlsəfəsini  nəzərdən  qaçırmaq  olmaz.  Dünyaya  gəldiyi 
halda  qeybə  çəkilən  kəslə  hələ  ki  dünyaya  gəlməmiş  kəsin  intizarı 
arasında böyük fərq var. Qeybdə olan şəxsin intizarı daha böyük təsirə 
malikdir.  
 
Sual: 141. Әgər həzrət Mehdinin (ə) dünyaya gəlişi gizli şəkildə 
baş  vermişsə,  mütəvatir  (yetərli  sayda)  hədislər  və  icmanın  rəyi  xas 
götürülə bilərmi? 
Cavab:  Mütəvatir  dedikdə  öncədən  yalan  danışmağa  razılığa 
gəlməsi  mümkün  olmayan  bir  çoxlarının  eyni  bir  xəbəri  nəql  etməsi 
başa  düşülür.  Həzrət  Mehdinin  (ə)  dünyaya  gizli  şəkildə  gəlişi  bu 
mövzuda  mütəvatir  hədislərin  mövcudluğuna  zidd  deyil.  Çunki  bu 
mövzuda  imam  Әsgəridən  (ə)  və  başqalarından  xeyli  rəvayət  nəql 
olunmuşdur. Eləcə də, həzrət Mehdi (ə) ilə görüşənlərin sayı az deyil.  
Bəzi  şiələrin  ixtilafı  da  bu  hədislərin  mütəvatir  olmasına  zidd 
deyil. Çünki bu mövludun hansı şəkildə baş verməsi ilə bağlı ixtilaflar 
təbiidir.  Şeyx  Müfid  bildirir  ki,  həzrət  Mehdinin  (ə)  mövluduna 
müxalif  olanlar  alimlərin  və  səhabələrin  izahatı,  eləcə  də,  həzrətin 
möcüzələri vasitəsi ilə haqqı qəbul etdilər.
1
  
                                                 
1
 “Әl-füsulul-muxtarə”. 


 
100 
 
Sual: 142. Həzrət Mehdinin (ə) mövludu ilə bağlı müxalifət şəkk-
şübhə yaratmırmı? 
Cavab:  Әhməd  Katib  həzrət  Mehdinin  (ə)  mövludu  ilə  bağlı 
ixtilaflardan  istifadə  edərək  bu  məsələyə  biganəlik  yaratmaq 
istəmişdir.  
Cavab olaraq deməliyik: Әvvəla, hər hansı mövzu ilə bağlı ixtilaf 
onun  batilliyini  yox,  mövcudluğunu  təsdiqləyir.  Әgər  ixtilaf 
olmasaydı,  heç  bir  məsələ  sübuta  yetməzdi.  İstənilən  bir  mövzuya 
münasibətdə müxtəlif baxımlardan ixtilaf düşmüşdür.  
Məgər  İslam  ümməti  həzrət  Peyğəmbərin  (s)  buyurduğu  kimi 
onun  vəfatından  sonra  73  firqəyə  bölünmədinmi?!  Elə  düşünmək 
olardı  ki,  bu parçalanma  İslamı  sarsıdar. Әslində  isə  belə olmadı.  Bu 
parçalanmalar İslama münasibətdə heç bir şəkk-şübhə yarada bilmədi.  
İkincisi,  həmin  dövrün  siyasi  təzyiqləri  nəticəsində  imamın 
dünyaya gizli gəlişinin müxtəlif  münasibətlərlə üzləşməsi təbiidir.  
Üçüncüsü,  Şeyx  Müfidin  dediyinə  əsasən,  şiə  cəmiyyəti  çox 
keçməmiş  həzrət  Mehdinin (ə) mövludu ilə  bağlı  yekdil qərara  gəldi. 
Alim  deyir:  “Həmin  firqələrdən  hazırda,  hicri  373-cü  ildə  12  imamçı 
şiə firqəsindən başqa firqə qalmamışdır...”
1
  
Bəzilərinin  həzrət  Mehdinin  (ə)  mövludunu  inkar  etməsi  əhli-
beytin  nəzərindən  yayınmamışdır.  Bu  səbəbdən  də  uyğun  məsələyə 
rəvayətlərdə  işarə  olunmuşdur.  Şeyx  Səduq  səhih  sənəd  əsasında 
imam  Musa  (ə)  ibn  Cəfərdən  (ə)  belə  nəql  edir:  “Sahibəzzaman  o 
kəsdir ki, onun haqqında “hələ doğulmamışdır” deyilər.”
2
  
 
Sual:  143.  İmam  Әsgərinin  (ə)  vəfatından  sonrakı  əsr  heyrət  və 
şübhə əsri idimi? 
Cavab:  Әhməd  Katib  deyir:  “İmam  Әsgərinin  (ə)  vəfatından 
sonra  şiə  cəmiyyətində  imamət  və  həzrətin  övladının  mövludu  ilə 
bağlı şəkk-şübhə yarandı.” Müəllif yaranmış fikir ayrılığından istifadə 
edərək  həzrətin  mövludunun  icma  tərəfindən  qəbul  olunmamasını 
sübuta yetirmək istəyir.  
Әvvəla,  avam  xalq  arasında  şəkk-şübhə  təbii  bir  məsələdir. 
Həmin dövrün siyasi durumu və həzrətin qətlə yetirilmə ehtimalı tələb 
edirdi ki, bu mövlud gizli qalsın. Yalnız imam Әsgərinin (ə) ən yaxın 
                                                 
1
 “Әl-füzulul-muxtarə”, s. 321; “Bihar”, c. 37, s. 23. 
2
 “Kəmalud-din”, s. 360; “Bihar”, c. 51. s. 159. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə