Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə28/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   24   25   26   27   28   29   30   31   ...   93

 
83 
Әdalət dünyada görünsün aşkar.  
7. Cəlaləddin Rumi həzrət Mehdini (ə) belə nəzmə çəkir:  
Kişilər sərvəri Әliyə salam,  
Әrənlər hünəri Әliyə salam... 
Haqqı yer üzündə bərpa edəsi  
Mehdi adlı diri vəliyə salam.  
8.  Sədrəddin  Qəvnəvi  şagirdlərinə  belə  vəsiyyət  etmişdir: 
“Dünyadan  köçəcəyim  gecə  qəlb  iştirakı  ilə  70000  dəfə  “la  ilahə 
illəllah” deyin və salamımı həzrət Mehdiyə (ə) çatdırın”.  
9. Әhməd ibn Yusif Әbül-Әbbas Qurmani Hənəfi deyir: “Höccət 
Məhəmmədin,  Saleh  Xələfin  atasını  dünyadan  köçəndə  5  yaşı  vardı. 
Allah-təala  Yəhyaya  uşaq  yaşında  hikmət  öyrətdiyi  kimi,  ona  da  az 
yaşında hikmət təlim etdi. Alimlər yekdil olaraq bu rəydədir ki, Mehdi 
(ə) dünyanın sonunda zühur edəcək qaimdir...” 
 
Sual:113.  Məhdəviyyət  hədislərini  nəql  edən  müəlliflər  hansı 
mənbələrə istinad edib? 
Cavab:  Bəziləri  deyirlər  ki,  qədim  müəlliflər  tarixi  məsələlər, 
eləcə  də,  Məhdəviyyət  mövzusu  ilə  bağlı  hədisləri  mənbəni 
araşdırmadan  nəql  etmişlər.  Sonra  yeni  bir  yanaşma  nəzərə  çarpır. 
Sonradan  rəvayətlər  araşdırılmış,  “səhih”,  “həsən”,  “qəvi”,  “zəif” 
qruplarına  ayrılmışdır.  Amma  belə  bir  yanaşma  tarixi  rəvayətlərə,  o 
cümlədən, Məhdəviyyət rəvayətlərinə aid deyil... 
Uyğun iradları cavablandıraq:  
1.  Qədim  imamiyyə  hədisçiləri  son  həddə  səy  göstərərək  bu 
məsələyə  ehtiyatla  yanaşmış  və  hədislər  toplamışlar.  Bu  alimlərdən 
biri də Kuleynidir. Kuleyni hədisçilər arasında öz diqqət və ehtiyatı ilə 
seçilir.  Şeyx  Tusinin  də  uyğun  istiqamətdə  ciddi  səyləri  olmuşdur.  O 
istinad  etdiyi  şəxslərə  çox  diqqətlə  yanaşmışdır.  Şeyx  Səduq  istinad 
etdiyi  şeyxləri  yaxşı  tanımış,  onların  iman  və  ədaləti  haqqında 
məlumat  toplamışdır.  Bu  alim  tanımadığı  kəsdən  rəvayət  nəql 
etməmişdir.  
2.  Biz  əminik  ki,  Məhdəviyyət  hədislərini  nəql  edən  bu  böyük 
alimlər  nəql  etdikləri  hədislərin  düzlüyünə  inanmışlar.  Onlar  zəif 
cəhətləri  aradan  qaldıra  bilən  mötəbər  dəlillərə  əsaslanaraq  uyğun 
hədisləri  əminliklə  nəql  etmişlər.  Şeyx  Səduq  və  Tusi  kimi  alimlərin 
həqiqəti  sübuta  yetirməkdən  başqa  məqsədi  olmamışdır.  Uyğun 
mövzunu araşdırmaqda Şeyx Səduqun yeganə məqsədi Məhdəviyyətlə 
bağlı şübhələri aradan qaldırmaq olmuşdur.  


 
84 
3.  İlk  üç  əsrdə  yazılmış  və  Məhdəviyyət  mövzusunu  açıqlayan 
mənbələr şeyx Səduq, Tusi və Nemaninin istinadgahı olmuşdur.  
4. Rəvayətlərin dörd yerə bölünməsi son dövrə aid olsa da, Şeyx 
Tusi öz dövründə hədislərə xüsusi üslubda yanaşmışdır.  
Şeyx Bəhayi hədisləri dörd qismə böldükdən sonra deyir: “Qədim 
alimlər  belə  bir  bölgü  aparmamışdır.  Onlar  əminlik  yaradan  dəlillərə 
malik hədisləri səhih (düzgün) saymışlar. Bu dəlillərə nəzər salaq:  
a) Hədisin rəvayətçilər arasında məşhur400 qaynaqdan nəqli.  
b) Hədisin iki və ya daha artıq mötəbər qaynaqda təkrarı.  
v)  Hədisin  imam  səhabələri  və  səhabələr  icması    tərəfindən 
təsdiqlənən qaynaqda mövcudluğu.  
q)  Hədisin  imamlara  təqdim  olunmuş  və  imamlar  tərəfindən 
təsdiqlənmiş  kitabda  mövcudluğu.  Übeydullah  ibn  Әli  Hələbinin 
imam Sadiqə (ə) təqdim etdiyi kitabı misal göstərmək olar.
1
  
d)  Hədisin  qədim  alimlər  tərəfindən  etibarlı  sayılan  kitabda 
nəqli.
2
  
5. Rical (hədis) alimləri məchul hədisləri iki qismə ayırırlar: 
a)  İstilahi  məchul:  Bu  qrupa  rical  alimləri  tərəfindən  cəhalati 
qeyd olunanlar daxildir.  
b)  Lüğəvi  məchul:  Bu  qrupa  vəziyyəti  məlum  olmayan,  rical 
kitablarında adı  çəkilməyənlər  daxildir.  Birinci  qrupdan olan  hədislər 
zəif sayılır və onları araşdırmağa ehtiyac  yoxdur. İkinci qrupdan olan 
hədislərin  araşdırılmasına  ehtiyac  var.  Müəyyənləşdirilməlidir  ki, 
həmin rəvayətçinin adı nə üçün kitablarda qeyd olunmamışdır? Bunun 
səbəbi həmin şəxsin həm məşhurluğu, həm də cəhaləti ola bilər.
3
  
6.  Olsun  ki  qədim  alimlər  rəvayətçinin  sədaqət  və  ədalətini  əsas 
götürmüşlər.  Yəni  öncə  rəvayətçinin  ədalətli  olması  yox,  ədalətsiz 
olması  sübut  olunmalıdır.  Bu  səbəbdən  də  ədalətin  sübutuna  ehtiyac 
duyulmur. Az adamların ədalətini sübuta yetirmək olar. Mütəfəkkirlər 
bu üsulu qəbul edir.  
7.  Rəvayətin  etibarlı  olmasının  müəyyənləşdirilməsi  üçün  yalnız 
qaynağı araşdırmaq bəs etmir. Әminlik müxtəlif yollarla yarana bilər. 
Nəzərdə saxlamalıyıq ki, əksər şiə alimlərinin mənbələrində rəvayətin 
düzlüyü müxtəlif baxışlardan öyrənilmişdir. 
                                                 
1
 “Ricale-Nəccaşi”, s. 230. 
2
 “Vəsailuş-şiə”, c. 30, 197, 198. 
3
 “Mirdamad”, “Әr-rəvaşeh”, s. 60, 61. 


 
85 
 Sual:  114.  Həzrət  Mehdinin  (ə)  mövludunu  xəbər  verən 
rəvayətlər zəifdirmi? 
Cavab: 
Bəziləri 
deyirlər 
ki, 
müəlliflər 
Mehdinin 
(ə) 
mövludundan    danışan  rəvayətlərin  zəif  olduğunu  bildikləri  halda, 
onları nəql etmişlər.  
Uyğun iradlara cavab verək: 
1.  Bu  mövlud  haqqında  yetərincə  etibarlı  sənədlər  olduğundan 
zəif  rəvayətləri  araşdırmağa  ehtiyac  yoxdur.  Bu  əqidə  şiə  və  sünni 
hədisçiləri tərəfindən qəbul olunmuşdur.
1
  
2.  Aşkar  etiqadi  və  kəlami  məsələlərlə  bağlı  hədislər  şiələr 
tərəfindən  etibarlı  sayılır.  Bu  məsələləri  ağıl  da  təsdiqləyir.  Aşkar 
etiqadi məsələlərin hədislərin araşdırılması yolu ilə təsdiqi zəruri deyil. 
Məhdəviyyət də bu qəbil məsələlərdəndir.  
3. Həzrət Mehdinin (ə) mövludundan xəbər verən hədislər təvatir 
(yetərlilik) həddindən çoxdur. Bu baxımdan da onların araşdırılmasına 
ehtiyac  yoxdur.  Mütəvatirlik  əksəriyyət  tərəfindən  meyar  qəbul 
olunmuşdur.  Mütəvatir  xəbəri  nəql  edən  rəvayətçilərinin  hər  birinin 
ədalətli olması şərt deyil.  
4.  İmam  Әsgərinin  (ə)  yaşadığı  dövrdəki  siyasi  vəziyyəti 
araşdıran  şəxs  anlayır  ki,  məhz  həmin  dövrün  siyasi  sıxıntıları 
səbəbindən  bir  çox  rəvayətçilər  həzrət  Mehdinin  (ə)  mövludundan 
xəbərsiz  qalmışdır.  Bir  çox  hədisçilər  rəvayəti  nəql  edərkən  adlarını 
gizlətmiş, mövcud rejimin təzyiqlərindən çəkinmişlər.  
 
Sual:  115.  Həzrət  Mehdinin  (ə)  mövluduna  əminlik  yaradan 
hansı amillər var? 
Cavab:  Bir  xəbərin  mütəvatir  olması  yəqinlik  yaradır.  Həzrət 
Mehdinin  (ə)  mövluduna  yəqinlik  yaradan  bəzi  mövzuları  nəzərdən 
keçirək:  
1. 214 hədis həzrət Mehdinin (ə) mövludunu təsdiqləyir.
2
  
2. Həzrət Mehdinin (ə) doğum ilini göstərən rəvayətlər.
3
  
3.  Həzrət  Mehdinin  (ə)  fərdi  xüsusiyyətlərindən  danışan 
rəvayətlər.
4
  
4. Həzrət Mehdinin (ə) imamlığını təsdiqləyən rəvayətlər.
5
 
                                                 
1
 Nasirəddin Әlbani, “Silsilətul-əhadisul-səhihə”, c. 4, s. 358. 
2
 “Kəmalud-Din”, s. 407. 
3
 “Bihar”,c. 51. 
4
 “Kəmalud-din”, s. 475. 
5
 “Kəmalud-Din”, s. 435. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə