Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə25/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   21   22   23   24   25   26   27   28   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
74 
İmamiyyə alimləri Məhdəviyyətlə bağlı mövzunu üç növdə bəyan 
etmişlər:  
a)  Şiələr  tərəfindən  nəql  olunmuş  hədislərə  istinad  edilmişdir. 
Misal olaraq “Kifayətul-muhtədi fi mərifətul-Məhdi”, “Biharul-ənvar” 
kitablarını göstərmək olar.  
b)  Şiə  rəvayətlərinin  sünnilər  tərəfindən  nəql  olunmuş 
rəvayətlərlə  təsdiqi.  Nümunə  olaraq  “Kəşful-ğəmmə”,  “Әttəraif”, 
“İsbatul-hudat” kitablarını göstərmək olar.  
v)  Sünnilərə  Məhdəviyyət  mövzusunu  qəbul  etdirmək  üçün 
yalnız  sünni  rəvayətlərinə  istinad  edilmişdir.  Nümunə  olaraq  “Әl-
Məhdi”,  “Әl-Məhdiyyul-Məvludul-Muntəzər”  kitablarını  göstərmək 
olar.  Sünnə  əhli  də  uyğun  məsələyə  münasibətdə  müxtəlif  üsullardan  
istifadə etmişdir: 
a)  “Әxbarul-Məhdi”,  “Cаmiul-əhadisul-varidə  fil-Məhdi”  kimi 
kitablarda yalnız sünni mənbələrinə istinad olunmuşdur.  
b)  Şiə  və  əhli-beyt  rəvayətləri  nəql  olunmuşdur.  “Әl-Məlahim”, 
“Әqdud-durər  fi  əxbarul-müntəzər”,  “Әl-bürhan  fi  əlamətu  Məhdi 
axiruz-zəman” kitablarını misal göstərmək olar. 
v)  İmamiyyə  əqidəsinin  sübutu  üçün  Məhdəviyyət  məsələsində 
əhli-beyt (ə) rəvayətlərinə istinad olunmuşdur. “Yənabiul-məvəddət”, 
“Fəraidul-səmteyn” kitablarını misal göstərmək olar.  
2. Dəlil və kəlam  yolu – Bu yolla gedən müəlliflər Məhdəviyyət 
mövzusunu  dəlillər  əsasında  bəyan  etmişlər.  Uyğun  yanaşmanın 
məqsədi  Məhdəviyyətlə  bağlı  şübhələri  aradan  qaldırmaqdır.  Misal 
olaraq  Şeyx  Müfidin  kitablarını  göstərmək  olar.  Seyyid  Mürtəzanın 
“Әl-Müqniə  fil-ğeybə”,  Şəhid  Seyyid  Mühəmməd  Baqir  Sədrin 
“Bəhsun hоvləl-Məhdi” kitabları da bu qəbildəndir.  
3.  Әlaqələndirmə  yolu  –  Məhdəviyyət  mövzusundakı  üsullardan 
biri  şiə  əqidəsi  ilə  digər  İslam  məzhəbləri  arasındakı  yaxınlıq 
mövzusudur.  Bu  sayaq  söhbətlərə  Şeyx  Müfidin,  Seyyid  Mürtəzanın, 
Şeyx Tusinin kitablarında rast gəlmək olar. Sırf bu mövzuda yazılmış 
kitablar  arasında  yeddinci  əsr  alimlərindən  olan  Әbu  Әbdüllah 
Hümeydan  ibn  Yəhya  Qasimi  Həsəni,  Şeyx  Mehdi  Fətlavi, 
Nəcməddin Әsgərinin kitabları mühüm yer tutur.  
4.  Tarixi  təhlil  yolu  –  Bu  yolu  seçən  müəlliflər  Məhdəviyyət 
mövzusunu  müxtəlif  tarixi  yönümlərdən  işıqlandırmışlar.  Şəhid 
Seyyid  Məhəmməd  Sədrin  “Tarixul-ğeybətul-Suğra”,  «Tarixul-
ğeybətul-kubra», «Tarix ma bədəl-zühur» kitabı uyğun üsulla yazılmış 
mühüm kitablardandır.  


 
75 
5. Dinlərarası  yaxınlıq üsulu – Bəziləri Məhdəviyyət mövzusunu 
bəyan edərkən daha böyük miqyas götürmüş, müxtəlif dinlərdə uyğun 
mövzu  ilə  bağlı  məlumatlara  əsaslanmışdır.  Doktor  Sadiqinin 
“Bəşarətul-əhdeyn”,  Sеyyid  Әyyubun  “Әl-məsihul-Dəccal”  kitabları 
uyğun üsulda yazılmış kitablardandır.  
6. Tarixi fəlsəfə təhlili yolu – Bəziləri bu mövzuya tarixi təkamül 
prizmasından  yanaşmışlar.  Şəhid  Mütəhhərinin  “Tarixi  fəlsəfə 
baxımından Mehdi (ə) qiyamı” kitabı həmin qəbildəndir.  
 
Sual:  99.  Mehdilik  iddiasının  ortaya  çıxması  həmin  zühurun 
labüdlüyünü göstərmirmi? 
Cavab:  Məhdəviyyət  əqidəsi  İslam  cəmiyyətinə  o  qədər  nüfuz 
etmişdir  ki,  hətta  bəziləri  bu  əqidədən  istifadə  edərək  Mehdilik 
iddiasına düşmüşlər. Xoşbəxtlikdən zaman ötdükcə belə yalan iddialar 
aradan qalxmışdır.  
Әhməd Әmin Misri “Әl-Məhdiyyə fil-İslam” kitabında bildirir ki, 
Mehdilik  iddiası  bu  əqidənin  puçluğunu  göstərir.  Әslində  isə  belə 
deyil.  Tarix  boyu  kimlərinsə Mehdilik  iddiasına düşməsi  bu əqidənin 
düzlük  göstəricisidir  və  cəmiyyətdə  uyğun  əqidənin  nüfuzundan 
danışır.  
Bir  sahədə  yalançı  iddiaçıların  olması  sübut  götürülərsə, 
peyğəmbərlik  məsələsi  də  şübhə  altına  düşər.  Məgər  tarixdə 
peyğəmbərlik iddiası edən yalançılar az olmuşdur?!  
 
Sual: 100. Kimlər Mehdilik iddiasına düşmüşlər və kimlər Mehdi 
(ə) kimi tanıtdırılmışdır? 
Cavab: Bu sayaq iddia edənlər çox olmuşdur. Məsələn:  
1.  Muxtar  tərəfindən  Mehdi  (ə)  olması  iddia  edilən  Məhəmməd 
ibn Hənəfiyyə;  
2. Xalqın Mehdi (ə) kimi tanıtdırdığı Musa ibn Təlhə; 
3.  Bir  çoxlarının  Mehdi  (ə)  kimi  tanıdığı  Әbu-Haşim  ibn 
Məhəmməd ibn Hənəfiyyə; 
4. Ömər ibn Әbdül-Әziz; 
5. Әbdüllah ibn Müaviyə ibn Әbdüllah ibn Cəfər; 
6.  İmam  Sadiqin  (ə)  oğlu  İsmail  (Bəziləri  onun  ölümünü  inkar 
etmiş və Mehdi (ə) olduğunu bildirmişlər); 
7.  Mötəzililərin  Mehdi  (ə)  kimi  tanıtdırdığı  Məhəmməd  ibn 
Әbdüllah ibn Həsən. Әbül-fərəc İsfəhani deyir: “Kimsə onun Mehdi (ə) 


 
76 
olmasına  şəkk  etmədi.  Hətta  Bəni-haşimdən  olanların  bir  dəstəsi  ona 
beyət etdi.” 
8.  Mənsur  Abbasinin  oğlu  Mehdi  Abbasi.  (Atası  ona  “Mehdi” 
ləqəbi vermişdi ki, bu bəhanə ilə xalqdan beyət ala bilsin). 
 
Sual: 101. Zeydiyyə əqidəsində olanlar Mehdini (ə) inkar edirmi? 
Cavab: Әhməd Әmin Misri “Zəhiyul-İslam” kitabında iddia edir 
ki, zeydiyyə əqidəsində olanlar Mehdini (ə) inkar etmişlər.  
Әhməd Әminin iddiası kökündən yanlışdır. Zeydiyyə kitablarına 
müraciət etdikdə görürük ki, onlar da digər İslam firqələri kimi həzrət 
Mehdinin (ə) qiyamına inanırlar.  
Zeydiyyə  firqəsinin  böyük  alimlərindən  olan  Məcdəddin  ibn 
Məhəmməd  ibn  Mənsur  Həsəni  “Ləvamiul-ənvar”  kitabında 
“Әxbarul-Məhdi” adı altında fəsil tərtib etmiş və həzrət Mehdi (ə) ilə 
bağlı bir çox hədislər nəql etmişdir.  
O  uyğun  fəsildə  yazır:  Məhəmməd  (s)  ailəsindən  olan  imamlar 
həzrət  Mehdi  (ə)  haqqında  müjdə  vermişlər.  Onlar  Mehdinin  (ə) 
intizarını çəkirdilər.  Hər  bir  imam özündən  sonrakı  imama  bu  barədə 
vəsiyyət etmişdir.”
1
 
Bu  şəxs  həzrət  Mehdi  (ə)  haqqında  bir  çox  rəvayətlər  nəql 
etdikdən sonra deyir: “Həzrət Mehdi (ə) və onun əhli-beytdən olması 
ilə bağlı rəvayətlər təvatir (yetərli) həddədir.”
2
 
Kitabın  başqa  bir  bölməsində  oxuyuruq:  Son  imamla  bağlı 
peyğəmbərdən  və  ələvi  imamlardan  yetişmiş  xəbərlər  qeyd 
olunanlardan  çoxdur.  “Nəhcül-bəlağəni”  şərh  edən  ibn  Әbil-Hədidin 
uyğun  mövzu  ilə  bağlı  söylədikləri  həqiqətdir.  Bütün  müsəlman 
firqələri  yekdil  olaraq  düşünür  ki,  dünya  yalnız  onun  zühurundan 
sonra sona çatır.”
3
  
Eyni  fikirlər  zeydiyyə  imamı  İbn-Həmzənin  “Әş-şafi”  kitabında 
nəql olunmuşdur.
4
  
İbn  Həmzənin  dediklərindən  məlum  olur  ki,  o  hətta  həzrət 
Mehdinin (ə) dünyaya gəlişinə də inanır.
5
  
Zeydiyyə  alimlərindən  olan  Qazi  Hüseyn  ibn  Nasir  Məühəlla 
“Mutməhul-amal”  kitabında  Məhdəviyyət  hadisəsindən  söz  açır.  O 
                                                 
1
 “Ləvamiul-Әnvar”, c. 1, s. 57. 
2
 Həmin mənbə. 
3
 Həmin mənbə. 
4
 “Kitabul-Şafi”, c. 1, s. 78. 
5
 Həmin mənbə, s. 79. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə