Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

 
65 
yanlışdır.  İxtilafsız  məsələ  olmadığından,  belə  çıxır  ki,  etiqadi 
məsələləri də qəbul etməməliyik.  
İkincisi,  ziddiyyət  yaradan  istənilən  bir  məsələyə  münasibətdə 
sübuta  yetiriləsi  həqiqət  var.  Bu  səbəbdən  də  fikir  ayrılığı  məsələnin 
həqiqəti üçün sübut ola bilməz.  
 
Sual: 83. Məhdəviyyət hədisləri yalnız şiə mənbələrindədirmi? 
Cavab:  Sünnə  əhlindən  bəzi  şəxslər  elə  güman  edirlər  ki, 
Məhdəviyyət  hədisləri  bütünlüklə  şiələr  tərəfindən  quraşdırılmışdır. 
Onlar  bu  hədisləri  nəql  edənləri  şiəlikdə  ittiham  edərək  onların 
dediyini əsassız sayırlar.  
Doktor  Bəstəvi  öz  iradını  bildirdikdən  sonra  deyir:  “Rəvayətin 
qəbul  olunma  meyarı  rəvayətçinin  ədalətli  olmasıdır.  Onun  əqidəsi 
nəql  etdiklərinə  şübhə  yaratmamalıdır.  Yalnız  İslamdan  xaric  olmuş 
rəvayətçi  mötəbər  sayılmaya  bilər.  Әksər  müasir  və  qədim  alimlər 
belə  düşünür.”  Sonra  Әli  ibn  Mədyənin  dilindən  nəql  edir  ki,  əgər 
yalnız şiə olduqları üçün kufəlilərin nəql etdiyi rəvayətlər inkar olunsa, 
kitablar puçа çıxar.”
1
  
Müəllif sözünə belə davam edir:  
“Rəvayətlərə  münasibətdə  onu  nəql  edənin  şiə  olması  ölçü 
götürülə  bilməz.  Axı  bir  çoxları  şiə  olmadıqları  halda  bu  mövzuda 
hədis  nəql  etmişlər.”  Sözünün  sonunda  müəllif  deyir:  “Mehdi  (ə)  ilə 
bağlı  rəvayətlərin  çoxu  şiə  olmayanlar  tərəfindən  nəql  olunmuşdur. 
Şiələr  tərəfindən  nəql  olunan  rəvayətlərin  də  digər  məzhəblərdən 
şahidləri var. Demək, bu mövzuya şübhələr aradan qalxır.”
2
 
 
Sual:  84.  Yalançı  Mehdilik  iddiaları  Məhdəviyyət  etiqadının 
mənfi təsiri deyilmi? 
Cavab:  Әhməd  Әmin  deyir:  “Məhdəviyyət  etiqadının  mənfi 
təsirindən  tarix  boyu  müsəlman  inqilabları  baş  vermişdir.  Hər  bir 
əsrdə  özünü  Mehdi  adlandıran  bir  şəxs  xalqı  özünə  itaətə  çağırmış, 
İslam cəmiyyətində bir çox problemlər yaratmışdır...”
3
  
Әvvəla,  kimlərinsə  özünü  Mehdi  elan  etməsi  bir  həqiqətdir. 
Amma  bunun  günahı  həzrət  Mehdinin  (ə)  xüsusiyyətlərini  yetərincə 
xalqa  çatdırmamış  alimlərin  üzərinə  düşür.  Bu  həm  də  fırıldaqçılara 
                                                 
1
 “Әl-Məhdiyyul-Muntəzər fil-əhadisul-səhihə”,s. 380. 
2
 Həmin mənbə. 
3
 “Zəhyul-İslam”, c. 3, s. 244. 


 
66 
aldanan  xalqın  günahıdır.  Әslində  Məhdəviyyət  inancının  böyük 
bərəkətləri var.  
İkincisi,  kimlərinsə  Mehdilik  iddiasına  düşməməsi  üçün  uyğun 
əqidəni  inkar  etmək  düz  olmaz.  Әgər  bu  yol  seçilsə,  kimlərsə 
peyğəmbərlik  iddiasına  düşməsin  deyə  peyğəmbərlik  məsələsi  də 
inkar olunmalıdır.  
Üçüncüsü, Mehdilik iddiasına düşənlər xalqı  yalnız bir neçə gün 
aldada  bilər.  Amma  Allahın  lütfü    və  həzrət  Mehdinin  yardımı  ilə, 
eləcə  də,  həqiqi  alimlərin  zəhmətləri  sayəsində  fırıldaqçılar  ifşa 
olunub cəmiyyətdən rədd edilir.  
 
Sual: 85. Məhdəviyyətə etiqad insanı əməldən çəkindirmirmi? 
Cavab:    Bəziləri  deyirlər  ki,  Məhdəviyyətə  inamın  zərərli 
təsirlərindən biri xalqın mübarizədən çəkilib, yalnız Allahdan qurtuluş 
gözləməsidir.  
Әslində həzrət Mehdinin  (ə) zühuru intizarı müsəlmanların əlini 
yanına  salıb  oturması  üçün  səbəb  ola  bilməz.  İntizar  insanları  dini 
vəzifələrinin icrasına və zühur üçün hazırlıq görməyə sövq edir.  
Bu  səbəbdən  də  fərəc  intizarı  ən  üstün  əməllərdən  sayılmışdır. 
Məlum olur, intizarın əməli yönümləri var və intizar çəkən şəxs özünü 
əməl baxımından da xilaskarın zühuruna hazırlamalıdır.  
 
Sual:  86.  Məhdəviyyətə  etiqad  İslam  cəmiyyətindəki  siyasi 
təzyiqlərin nəticəsində yaranmamışdırmı? 
Cavab:  Bəzi  qərb  yönümlü  müsəlman  ziyalıları  iddia  edirlər  ki, 
Məhdəviyyət inancı cəmiyyətdəki siyasi təzyiqlərdən qaynaqlanır.  
Şərqşünas Fan Floten deyir: “Abbasilərin zülm-sitəmi əməvilərin 
zülm-sitəmindən  az  olmamışdır.  Sıxıntılar  nəticəsində  əzilən  sinif 
özünü  ümidvar  etmək  istəyi  ilə  Məhdəviyyət  inancına  bağlanmışdır. 
Onlar bu yolla ruhi sarsıntılarını yüngülləşdirməyə çalışmışlar...”
1
  
Digər  bir  şərqşünas  Donaldson  deyir:  “Çox  ehtimal  ki,  Bəni-
üməyyə  hakimlərinin  ciddi  siyasi  sıxıntıları  nəticəsində  Məhdəviyyət 
nəzəriyyəsi formalaşmışdır.”
2
 
Әhməd Әmin Misri deyir: “Məhdəviyyət əqidəsinin əsas yaranış 
amili  həzrət  Әlinin  (ə)  şəhadətindən  və  Müaviyənin  hakimiyyətə 
gəlməsindən  sonra  şiələrin  üzləşdiyi  sıxıntılar  olmuşdur.  Bu  sıxıntı 
                                                 
1
 “Әs-səyadətul-ərəbiyyə”, s. 132. 
2
 “Әqidətuş-şiə”, s. 213. 


 
67 
Həsən  ibn  Әlinin  (ə)  Müaviyəyə  beyəti  və  Hüseyn  ibn  Әlinin  (ə) 
şəhadətindən sonra daha da güclənmişdir. Həmin vaxt şiələr taktikanı 
dəyişərək aşkar dəvətdən çəkinmiş və zülmə qarşı gizli mübarizə yolu 
seçmişlər...”
1
  
Məhəmməd Әbdül-Kərim Әtfəm deyir: “Әslində Mehdiyə etiqad 
imamın  qeybindən  öncə  yaranmışdır.  Bu  əqidə  Kərbəla  hadisəsindən 
sonra,  əməvi  hökumətinin  şiələri  sıxıntıya  salması  nəticəsində  ortaya 
çıxmışdır.  Bütün  bu  sıxıntılar  şiələrin  Məhdəviyyət  əqidəsi  üçün 
zəmin hazırlamışdı. Məhdəviyyət şiələri mövcud vəziyyətdən qurtarsa 
da, bir arzu olaraq onların həyatına mənfi təsir göstərmişdir.”
2
 
İradlarımızı bildirək:  
1.  Tarix  boyu  istər  müsəlman,  istər  qeyri-müsəlman  məzlumlar 
siyasi təzyiqlərə məruz qalmışlar. Amma bu o demək deyil ki, sıxıntı 
keçirənlər Məhdəviyyət etiqadını uydurmuşlar. Әksinə, Allah-təala Öz 
məsləhətinə  uyğun  olaraq,  yer  üzündə  ədaləti  bərpa  etmək  üçün  Öz 
xilaskarının zühurunu müəyyənləşdirmişdir.  
2.  Öncə  qeyd  etdiyimiz  kimi,  Məhdəviyyət  mövzusu  bəşər 
fitrətinin tələbidir. Әql, Quran və rəvayətlər bu həqiqəti təsdiqləyir və 
müsəlman  icması,  bəzi  qərb  yönümlü  ziyalılar  istisna  olmaqla, 
Məhdəviyyətə inanırlar.  
3.  Məhdəviyyət  və  həzrət  Mehdinin  (ə)  zühuru  intizarı  kamil 
şəkildə dərk olunduqda heç bir mənfi təsirə malik olmur. Bu inancın 
yetərincə müsbət  təsirləri  var.  İntizar  insanda  ümid  ruhiyyəsi  yaradır, 
cəmiyyət həzrətin zühuru üçün münasib zəmin yaratmağa çalışır.  
 
Sual:  87.  Xilaskara  əqidə  və  Məhdəviyyət  inancı  təkcə  şərqə 
məxsusdurmu? 
Cavab:  Fan  Floten  deyir:  “Şərq  ruhiyyəsi  ümumi  şəkildə  qeybi 
xəbərlər  sorağındadır.  Onlarda  qeyb  pərdələrinin  açılmasına, 
gələcəkdən  xəbər  tutmağa  meyl  böyükdür.  Bəli,  xilaskarın  zühuruna 
etiqad  şərq  təbiətinə  uyğundur  və  bu  etiqad  cəhalət  və  istibdad 
nəticəsində yaranmışdır.”
3
  
Sualı cavablandıraq: 
1. Bu əqidə təkcə şərqə aid deyil, əksər dinlərdə, məktəblərdə və 
ayinlərdə onun oxşarı var.  
                                                 
1
 “Zəhyul-İslam”, c. 3, s. 241. 
2
 “Әn-nəzəriyyətul-siyasiyyətul-məasirətuş-şiətul-imamiyyə”, s. 86. 
3
 “Әs-səyadətul-ərəbiyyə”, s. 107. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə