Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə18/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   14   15   16   17   18   19   20   21   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
53 
Şeyx Səduq “Kəmalud-din” kitabında İmam Sadiqin (ə) dilindən 
belə  nəql  edir:  “Bəli,  Allah  həzrət  Qaim  (Mehdi  (ə))  üçün  uzun  bir 
ömür  müəyyənləşdirəndə  bilirdi  ki,  bu  həqiqət  bəndələri  tərəfindən 
inkar  olunacaq.  Ona  görə  də,  Qaimin  (ə)  ömrünün  uzunluğuna  dəlil 
olsun deyə, saleh bəndəsinin ömrünü uzatdı...”
1
  
 
Sual:  66.  Ümumdünya  ədalət  hökumətinin  təşkilində  həzrət 
Məsihin iştirakının səbəbi nədir? 
Cavab:  Həzrət  Məsihin  həzrət  Mehdinin  (ə)  təşkil  edəcəyi 
hökumətdə iştirakının bir sıra səbəbləri var: 
1.  Məsihilər  (xristianlar)  dünya  əhalisinin  böyük  bir  hissəsini 
təşkil edir. Ona görə də həzrət Məsihin səmadan nazil olması və həzrət 
Mehdiyə (ə) iqtida etməsi bütün məsihilərin həzrət Mehdiyə (ə) təslim 
olması ilə nəticələnəcək.  
2.  Həzrət  Məsihin  bu  hökumətin  təşkilində  iştirakı  və  bütün 
məsihilərin həzrət Mehdiyə (ə) tabe olması ilə ədalət qiyamı daha tez 
və  asan  qələbə  qazanacaq.  Məsihilər  həzrət  Mehdiyə  (ə)  iman 
gətirdiyindən yer üzünün böyük bir hissəsində qan tökülmədən ədalət 
bərqərar olacaq.  
 
Sual: 67. Həzrət İsa yerə qayıdacaqmı? 
Cavab:  Quran  və  İncilin  buyuruqlarına  əsasən  səmaya  qalxmış 
həzrət İsa tarixin sonunda yerə enəcək.  
Yuhanna İncilində deyilir: “Sizə deyirəm eşidin: Mən gedirəm və 
yenidən sizə doğru qayıdacağam.
2
 
Quranda da həzrət İsanın qayıdışına işarə olunmuşdur:  
1. “O (İsa) beşikdə və qoca vaxtında xalqla danışar.”
3
 
Bildiyimiz kimi, həzrət İsa göyə qalxdığı vaxt onun 30 yaşı vardı. 
Onun qoca yaşında xalqla danışması səmadan enəcəyinə işarədir.  
2. “Bütün məsihilər ölümündən qabaq ona (məsihə) iman gətirər 
və qiyamət günü (İsa) onlara şahid olar.”
4
  
Ayədəki  “bihi”  və  “məvtihi”  əvəzlikləri  həzrət  İsaya  işarədir. 
Ayədən  aydın  olur  ki,  həzrət  İsa  dünyanın  axırlarında  səmadan  nazil 
olacaq və xalq ona iman gətirəcək.
5
 
                                                 
1
 “Kəmalud-din”, s. 357. 
2
 “Әhdi-cədid”, Yuhanna İncili, s. 339. 
3
 “Ali-İmran”, 46. 
4
 “Nisa”, 159. 
5
 “Səhihe-buxari”, c. 4, s. 143. 


 
54 
3.  Həqiqətən,  İsa  qiyamət  üçün  aşkar  bir  əlamətdir.  Ona  şəkk 
etməyin.”
1
  
Şiə  və  sünni  rəvayətlərində  də  həzrət  İsanın  qaydışına  işarə 
olunmuşdur: 
Buxari  həzrət  Peyğəmbərin  (s)  dilindən  belə  nəql  edir:  “İmam 
aranızda  olduğu  halda  Məryəm  övladı  yanınıza  enən  zaman  nə 
edəcəksiniz?!”
2
 
Şeyx  Səduq  Məhəmməd  ibn  Müslim  Səqəfiyə  istinad  edərək 
imam Baqirin (ə) dilindən belə nəql edir: “Qaim (xilaskar) bizdəndir... 
İsa ibn Məryəm enib onun arxasında namaza duracaq”.
3
  
 
Sual: 68. Həzrət İsa haraya enəcək? 
Cavab:  Rəvayətlərdən  məlum  olur  ki,  həzrət  İsa  dünyanın 
axırlarında Dəməşq ərazisinə enəcək.  
Təbərani həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “İsa ibn 
Məryəm Dəməşqdə bəyaz minarənin kənarında enəcək.”
4
  
İbn-Kəsir deyir: “Dəccal (zalım hakim) meydana çıxar və həmin 
vaxt  həzrət  Məsih  səmadan  enər.  O  sübh  namazı  vaxtı  Dəməşqdə 
bəyaz minarənin kənarında nazil olar.”
5
  
 
Sual: 69. Məsihilər kimi xilaskar sayır? 
Cavab:  Həzrət  İsa  xalqa  müjdə  vermək  üçün  gəlmişdi.  “İncil” 
yunan  sözüdür  və  “xoş  xəbər”  mənasını  bildirir.  Bu  müjdə  ilahi  bir 
qiyamdan, başqa sözlə, yer üzünə hakim olacaq tövhid hökumətindən 
danışırdı.  
Müqəddəs  kitabda  oxuyuruq:  “Bütün  şəhərləri  ilahi  hökumətlə 
müjdələmək mənə vacibdir və mən bundan ötrü göndərilmişəm.”
6
  
Mətta  İncilində  deyir:  “Həzrət  İsa  bütün  şəhərləri  və  kəndləri 
gəzirdi və xalqa təlim verir, onları müjdələyirdi.”
7
  
Həzrət  Məsihin  kəlamlarında  “insan  övladı”  təbiri  tez-tez  gözə 
dəyir. Mətta İncilində deyilir: “Burada olanların arasında elələri var ki, 
göyə çəkilən insan övladını görməyincə ölümü dadmazlar.”
1
 
                                                 
1
 “Zuxruf”, 61. 
2
 “Səhihe-Buxari”, c. 4, s. 143. 
3
 “Kəmalud-din”, 331. 
4
 “Әl-Məcəmul-Kəbir”,c. 1, s. 217. 
5
 “Әl-fətn vəl-məlahim”, s. 172. 
6
 “Әhdi-Cədid”, s. 205. 
7
 “Mətta İncili”, 9:62:35. 


 
55 
Kitabın başqa bir yerində deyilir: “Günəş şərqdən doğub hər yeri 
işıqlandırır. İnsan övladının gəlişi də belədir.”
2
  
Eyni mənbədə oxuyuruq: “Hazır olun, onu gözləmədiyiniz saatda 
insan övladı gələcək.”
3
  
“İnsan övladı” dedikdə nə nəzərdə tutulur? (Məsihilər bu ifadəni 
Həzrət  Məsihə  aid  etmək  istəyir.  Amma  bütün  dəlillər  uyğun  təbirin 
həzrət Məsihə yox, həzrət Mehdiyə (ə) aid olduğunu göstərir:  
a) Yuhənna İncilində həzrət Məsihin dili ilə deyilir: “Mən əzəmət 
tələbində deyiləm. Onu tələb edən və hökm verəcək kəs var.”
4
  
b)  Mətta  İncilində  deyilənlərdən  aydın  olur  ki,  “insan  övladı” 
Məsih deyil. Həmin şəxs dünyanın axırlarında zühur edəcək və İsa ibn 
Məryəm ona tabe olacaq.  
 
Sual:  70.  İncil  kitablarında  xilaskarın  nə  vaxt  zühur  edəcəyi 
bildirilirmi? 
Cavab:  İncil  kitablarından  belə  görünür  ki,  ümumdünya  ədalət 
hökuməti yer üzündə dünyanın axırlarında qurulacaq.  
Həzrət  İsa  bu  hökumətin  qurulması  üçün  müqəddimə  haqqında 
deyir: “Tezliklə müharibələr və şayiələr haqqında eşidərsiniz. Məbada 
şikayətlənəsiniz.  Çünki  bu  hadisələr  qətidir,  amma  dünyanın  sonunu 
bildirmir.”
5
  
Eyni  mənbədə  oxuyuruq:  “Sonadək  qalacaq  kəs  xilas  olar.”
6
 
Deyilənlər həzrət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətə uyğundur 
və  həzrət  Mehdinin  (ə)  dünyanın  axırlarında  zühur  edəcəyinə 
işarədir.”
7
  
 
Sual: 71. Həzrət Mehdinin (ə) hakimiyyəti genişdirmi? 
Cavab:  “Әhde-Cədid”  kitabından  məlum  olur  ki,  insan  övladı 
üçün  “Allahın  ərşi”  kimi  təbir  olunan  həzrət  Mehdinin  hakimiyyəti 
bütün  yer  üzünü  bürüyəcək.  Luqa  İncilində  deyilir:  “Gələcəkdə  şərq 
və  qərbdən,  şimal  və  cənubdan  insanlar  gəlib  Allahın  ərşində  süfrə 
                                                                                                                   
1
 “Әhde-Cədid”, “Mətta İncili”, s. 82-84. 
2
 Həmin mənbə, s. 104. 
3
 Həmin mənbə, 24:105:44. 
4
 “Həmin mənbə, “Yuhanna İncili”, s. 317. 
5
 “Mətta İncili”; 102. 
6
 “Həmin mənbə, 24:103:13. 
7
 “Әl-Ğeybət”, Tusi, s. 178» 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə