Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə19/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

 
56 
başına  oturacaq.”
1
 Merqis  İncilində  deyilir:  “Bundan  öncə  bütün 
aləmə müjdə verilməsi vacibdir.”
2
  
İslami  rəvayətlərdə  də  bu  mövzuya  işarə  olunmuşdur.  İmam 
Baqir  (ə)  buyurur:  “Qaim  bizdəndir,  onun  hökuməti  şərqdən  qərbə 
aləmi əhatə edəcək.”
3
  
Әbu-Davud  həzrət  Peyğəmbərin  (s)  dilindən  belə  nəql  edir: 
“Allah  onun  (Mehdinin)  dövründə  müsəlmanlardan  savay  bütün 
millətləri məhv edəcək.”
4
  
 
Sual:  72.  İncil  kitablarında  xilaskarın  yardımçıları  necə 
tanıtdırılır? 
Cavab:  Məsihilərin  incil  kitablarında  bəşəriyyətin  xilaskarın 
yardımçılarını tanımaq üçün bəzi xüsusiyyətlər bəyan olunur:  
1.  İtaət  –  Merqis  İncilində  deyilir:  “Hər  kəs  bir  körpə  kimi 
Allahın  ərşini  qəbul  etməsə,  oraya  daxil  olmayacaq.”  Uşaq  kimi 
dedikdə mütləq itaət nəzərdə tutulmuşdur.  
2.  Hökmlərə  əməl  –  Mətta  İncilində  deyilir:  “Hər  “ya  Rəbb,  ya 
Rəbb” deyən Allahın ərşinə daxil olmayacaq. Yalnız Allahın istəyinə 
əməl edənlər səmalardadır.”  
3.  Yoxsulluq  –  Luqa  İncilində  deyilir:  “Xoş  olsun  halınıza,  ey 
fəqirlər!  Sizin  üçündür  Allahın  ərşi.  Xoş  olsun  halınıza,  ey  aclar! 
Gələcəkdə  tox  olacaqsınız.  Xoş  olsun  halınıza,  ey  ağlayanlar!  Çünki 
gələcəkdə  güləcəksiniz.”  Səma  mülkü  (ərşi)  dedikdə  zühur  dövrünün 
nəzərdə tutulması lazımdır.” 
 
Sual:  73.  İncil  kitablarında  xilaskarın  əlamətlərinə  işarə 
olunmuşdurmu? 
Cavab:  Mətta  İncilində  deyilir:  “İsa  zeytun  bağında  əyləşdiyi 
vaxt şagirdləri onun yanına gəlib sual verdilər: “Bu hadisə nə vaxt baş 
verəcək, sənin gəlişinin və dünyanın sonunun əlamətləri nədir?” Suala 
cavab olaraq deyilir: “Tezliklə savaşların xəbərini eşidərsiniz. Məbada, 
şikayətlənəsiniz. Çünki bu hadisələr qətidir.”
5
  
                                                 
1
 Luqa İncili 13:242:29. 
2
 “Merqis İncili” 13:166:10. 
3
 “Kəmalud-din”, s. 330. 
4
 “Sünəne-Әbu-Davud”, c. 2, s. 319. 
5
 “Mətta İncili”, 24:102:6. 


 
57 
Başqa  bir  yerdə  deyilir:  “İnsan  övladı  əzəmətə  çatdıqda, 
mələklərin  ona  yoldaşlıq  etdiyi  halda  ərşə  oturar  və  bütün  ümmətlər 
onun yanında toplanar...”
1
  
Luqa İncilində deyilir: “Fərisiyyun ondan soruşdu: Allahın ərşi nə 
zaman gələr?” O cavab olaraq buyurdu: “Allahın ərşi qəfildən gələr.”
2
  
Eyni  mənbədə  oxuyuruq:  “Müharibələr  və  fitnələr  haqqında 
eşitdikdə şikayətlənməyin. Çünki öncə bu işlər baş verməlidir. Amma 
bu  hələ  dünyanın  sonu  deyil.”  Sonra  buyurdu:  “Tezliklə  ümmət 
ümmətə,  məmləkət  məmləkətə  qiyam  qaldırar.  Şiddətli  zəlzələlər, 
aclıqlar  və  qəhətliklər  çox  yeri  əhatə  edər.  Tezliklə  dəhşətli  işlər  və 
böyük nişanələr görünər.”
3
  
 
Sual: 74. Әgər hər bir din xilaskarı öz ardıcılı sayırsa, bu ixtilaf 
necə həll ola bilər? 
Cavab: Dünyanın xilaskarının kim olması barədə dinlər arasında 
fikir ayrılığı var. Hər kəs öz din başçısını həmin zühurun rəhbəri sayır. 
Әsas ixtilaflara nəzər salaq:  
1.  Səmavi  müjdələr  qeybi  xəbər  olduğundan  hər  bir  dinin 
tərəfdarları təəssüb göstərərək xilaskarı öz dinlərinə aid edirlər.  
2.  Müxtəlif  din  və  məktəblərin  alimləri  həzrət  Mehdinin  (ə) 
şəxsiyyətini  tanımadıqlarından  xilaskarın  onlardan  olacağını 
düşünürlər.  
Bu ixtilafın qarşısını almaq üçün bir sıra tədbirlər görülməlidir: 
1.  Müjdələrin  və  müqəddəs  kitablarda  xilaskarla  bağlı  bəyan 
olunmuş mötəbər kəlamların fərqləndirilməsi. 
2.  Ehtimallara  yer  vermədən  xilaskarın  müqəddəs  kitablarda 
bəyan olunmuş sifətlərinin araşdırılması. 
3.  Tarixi  həqiqətlərin  araşdırılması  və  bu  həqiqətlərin  müqəddəs 
kitablarda  qeyd  olunmuş  sifətlərlə  müqayisəsi;  bu  yolla  xilaskarın 
həqiqi sifətlərinin müəyyənləşdirilməsi.  
4. Başqalarının da həqiqəti əldə etməsi üçün həzrət Mehdinin (ə) 
tanıtdırılması;  müşahidə  edirik  ki,  bəzi  məsihilər  xilaskarın  İslam 
mənbələrindəki  təsviri    ilə  tanış  olduqdan  sonra  İslam  və  şiəliyə  üz 
tutur,  Məhdəviyyət  mövzusunu  qəbul  edirlər.  Belə  nümunələrdən 
bəzilərini nəzərdən keçirək:  
                                                 
1
 “Mətta İncili”. 
2
 “Luqa İncili”, 17:252:20. 
3
 Həmin mənbə. 


 
58 
1.  Qazi  Sabati  Məsihi  –  Bu  şəxs  həzrət  Peyğəmbərin  (s)  uyğun 
mövzu  ilə  bağlı  müjdəsini  araşdırdıqdan,  yəhudi  və  məsihilərin 
təfsirlərindəki  ziddiyyətləri  üzə  çıxardıqdan  sonra  deyir:  “Nəticə 
budur  ki,  nəzərdə  tutulan  şəxs  İslamın  tanıtdırdığı  həzrət  Mehdidir. 
Çünki  uyğun  mənbələrdə  xilaskar  haqqında  belə  deyilir:  “O  təkcə 
eşitməklə  cəzalandırmır.”  Bu  məlumat  müsəlmanların  mövqeyi  ilə 
uyğun  gəlir.  Onlar  deyirlər  ki:  “Bu  sifət  həzrət  Mehdinin  (ə) 
xüsusiyyətlərindəndir.” İmamiyyə şiələrinin əqidəsi budur ki, xilaskar 
imam  Həsən  Әsgərinin  (ə)  övladıdır,  hicri  255-ci  ildə  dünyaya 
gəlmişdir, anasının adı Nərcisdir. O sonradan qeybə çəkilər və bir gün 
Allahın izni ilə zühur edər. Bütün bunlar həqiqətə daha yaxındır.”
1
  
2. Әllamə Məhəmməd Sadiq Fəxrul-İslam – Bu şəxs öncə məsihi 
olmuş,  sonra  uzun  araşdırmalar  aparıb  müsəlmanlığın  şiə  məzhəbini 
qəbul  etmişdir.  O,  yəhudi  və  məsihilərə  qarşı  yazdığı  “Әnisul-İslam” 
kitabında  bütün  müjdələrin  həzrət  Mehdinin  (ə)  zühuruna  aid 
olduğunu bildirir.  
3. Әllamə Məhəmməd Riza Rizai – Bu şəxs öncə yəhudi olmuş, 
sonradan  İslamı  qəbul  etmişdir.  O,  öz  “Mənqule-Rizai”  kitabında 
xilaskar müjdəsinin həzrət Mehdiyə (ə) aid olduğunu bildirir.  
 
Sual: 75. Tövrat və İncil təhrif olduğu halda bu mənbələrə hansı 
əsasla istinad olunur? 
Cavab:  1.  Məhdəviyyət  mövzusu  ilə  bağlı  elə  ayə  və  rəvayətlər 
mövcuddur  ki,  bu  mövzunun  isbatı  üçün  digər  mənbələrə  ehtiyac 
qalmır.  
2.  Digər  səmavi  kitablara  müraciət  edilməsinin  səbəbi  mövzunu 
isbata yetirmək yox, təsdiqləməkdir.  
3.  Digər  müqəddəs  kitablardakı  müjdələrə  müraciət  etməkdə 
məqsəd həmin din ardıcıllarını haqq olan İslam dininə yönəltməkdir.  
4. Kimsə iddia etmir ki, digər müqəddəs kitablar bütünlüklə təhrif 
olunmuşdur. Həmin kitabların yalnız müəyyən hissələrinin təhrifindən 
danışılır.  
5.  Digər  səmavi  kitablarda  uyğun  mövzu  ilə  bağlı  məlumatların 
təhrif  olunmamasının  sübutu  həmin  məlumatlara  İslam  mənbələrində 
də işarə olunmasıdır.  
6.  Müqəddəs  kitabların  bəzi  müjdələri  tarixi  gerçəkliklə  uyğun 
gəlir. Məsələn, dünyanın xilaskarı İsmail nəslindən və ən üstün qadın 
                                                 
1
 “Әlbərahinus-Sabatiyyə”, s. 207, 208. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə