Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə27/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

 
80 
Әbu-Səid  Xidri  deyir:  “Həzrət  peyğəmbərdən  (s)  eşitdim:  “Yer 
üzünü  zülm-sitəm  bürüməmiş  qiyamət  qopmaz.  Sonra  ailəmdən  olan 
bir şəxs qiyam qaldırar və yer üzündə ədaləti bərpa edər.”
1
  
İmam 
Baqir 
(ə) 
buyurmuşdur: 
“Mehdi 
(ə) 
Fatimə 
övladlarındandır.”
2
  
 
Sual:  108.  Həzrət  İsanın  göydən  enməsi  ilə  bağlı  İslam 
məzhəblərinin mövqeyi nədir? 
Cavab: Müxtəlif rəvayətlərdə bildirilir ki, həzrət Mehdi (ə) zühur 
edən zaman həzrət İsa səmadan enib namazda ona iqtida edəcək.  
Buxari  Әbu-Hüreyrəyə  istinadən  Peyğəmbərin  (s)  dilindən  belə 
nəql  edir:  “Özünüzdən  olan  şəxs  sizə  imam  ikən  Məryəm  övladı 
enəndə halınız necə olar?!”
3
  
İmam  Baqir  (ə)  buyurmuşdur:  “Yer  onun  üçün  fırlanacaq, 
xəzinələr  ona  açılacaq,  hakimiyyəti  şərq  və  qərbi  bürüyəcək.  Allah-
təala  müşriklər  ikrah  duysa  da,  onun  vasitəsi  ilə  Öz  dinini 
aşkarlayacaq. Həmin vaxt yer üzü bütünlüklə abad olar, Məryəm oğlu 
İsa Ruhullah enib Mehdinin (ə) arxasında namaza durar.”
4
  
 
Sual:  109.  Həzrət  Mehdinin  (ə)  zühuru  üçün  nə  vaxt  şərait 
yaranacaq? 
Cavab: Bütün İslam ümməti yekdil olaraq bu fikirdədir ki, Allah-
təala  həzrət  Mehdinin  (ə)  zühurunu  bir  gecədə  müəyyənləşdirib 
imzalayar.  
Әhməd  ibn  Hənbəl  nəql  edir  ki,  həzrət  Peyğəmbər  (s)  buyurdu: 
“Mehdi  (ə)  biz  əhli-beytdəndir.  Allah  onun  zühurunu  bir  gecədə 
həyata keçirəcək.”
5
  
Şeyx  Səduq  imam  Hüseynin  (ə)  dilindən  nəql  edir:  “Mənim 
övladlarımdan  olan  şəxsin  qiyamında  həzrət  Yusifdən,  həzrət 
Musadan  bir  sünnə  var  və  o,  biz  əhli-beytin  canişinidir.  Allah-təala 
onun zühurunu bir gecədə həyata keçirər.”
6
  
 
 
                                                 
1
 “Müsnəde-Әhməd”, c. 3, s. 36. 
2
 “Bihar”, c. 51, s. 43. 
3
 “Səhihe-Buxari”, c. 4, s. 143. 
4
 “Bihar”, c. 52, s. 91. 
5
 “Müsnəde-Әhməd”, c. 1, s. 84. 
6
 “Kəmalud-din”, c. 1, s. 317. 


 
81 
Sual:  110.  Həzrət  Mehdinin  (ə)  ümumdünya  ədalət  hökuməti 
haqqında İslam məzhəblərinin mövqeyi nədir? 
Cavab:  İstər  şiə,  istər  sünni  mənbələrində  nəql  olunmuş  bir  çox 
hədislərdən məlum olur  ki, yer üzü zülm-sitəmə qərq olduqdan sonra 
həzrət Mehdi (ə) zühur edib yer üzündə ədaləti bərpa edəcək.  
Әbu-Səid  Xidri  həzrət  Peyğəmbərin  (s)  belə  buyurduğunu  nəql 
edir:  “Yer  üzü  zülm-sitəmə  qərq  olmamış  qiyamət  qopmaz.  Həmin 
vaxt  əhli-beytimdən  bir  şəxs  zühur  edib  yer  üzündə  ədaləti  bərpa 
edər.
1
 
Şeyx Tusi imam Sadiqin (ə) dilindən belə nəql edir: “Bizim Qaim 
(ə)  (Mehdi  (ə))  zühur  edər.  (Həzrət  Әli  (ə)  ilə  Musa  ibn  Cəfərə  işarə 
edərək  buyurdu)  O  bu  şəxsin  nəslindəndir.  Yer  üzü  zülm-sitəmlə 
dolduqdan sonra o, ədaləti bərpa edər”.
2
  
İmam Mehdinin (ə) mövludu 
Sual:  111.  Sünni  alimlərindən  həzrət  Mehdinin  (ə)  anadan 
olmasını etiraf edən varmı? 
Cavab: Sünni alimlərindən bir qrupu imam  Həsən Әsgərinin  (ə) 
Mehdi  (ə)  adlı  övladının  dünyaya  gəlişini  etiraf  etmişlər.  Həmin 
alimlərdən  bəzilərinin  adını  yada  salaq:  Әllamə  Şəmsəddin  Qazi  ibn 
Xəlkan  Şafei,  Әllamə  Səlahəddin  Xəlil  ibn  Eybək  Səfədi,  İbn-Әsr 
Cəzri,  Әllamə  Mirxand,  Әli  ibn  Hüseyn  Məsudi,  Məhəmməd  Fərid 
Vəcdi, Әbül-Fəda İsmail ibn Әli Şafei, Sebt ibn Cоzi, Məhəmməd ibn 
Təlhə 
Şafei,  Şəmsəddin  Məhəmməd  ibn  Tulun  Hənəfi, 
Mirzaməhəmməd  ibn  Rüstəm  Bedəxşi  Şafei,  Әhməd  ibn  Hucr 
Heytəmi Şafei, Məhəmməd ibn Yusif Gənci Şafei, Arif Әbdül Vəhhab 
Şərani  Hənəfi,  Mühyiddin  Әrəbi,  Mömin  ibn  Həsən  Şəbələnci  Şafei, 
Şeyx    Süleyman  Qunduzi  Şafei,  Şeyx  Məhəmməd  ibn  Әli  Səbban 
Şafei, Səfiyuddin Әbdül-Mömin Bağdadi, Zeynəddin Ömər ibn Virdi, 
Әbül-Әbbas  Әhməd  ibn  Әli  Qələqşəndi  Şafei,  Әbu-Әbdüllah  Yaqut 
Həməvi, Məhəmməd Әmin Bağdadi (Süyudi), İbn-Xəldun, Әbül-Fəth 
Məhəmməd ibn Әbdül-Kərim Şəhristani, Nurəddin ibn Səbbağ Maliki, 
Nurəddin Әbdül-Rəhman Cami Hənəfi, Molla Әli Qari Hənəfi Məkki, 
Fəzl ibn Ruzbəhan, Cəmaləddin Məhəmməd ibn Yusif Zirəndi Hənəfi, 
Әhməd Әmin Misri, Sədrəddin Həməvini, Әttar Nişapuri, Cəlaləddin 
Bəlxi  Rumi,  Sədrəddin  Qəvnəvi,  Hüseyn  ibn  Məhəmməd  Diyarbəkri 
                                                 
1
 “Müsnədə-Әhməd”, c. 3, s. 36. 
2
 “Әl-ğeybət”, s. 42. 


 
82 
Maliki,  Әhməd  ibn  Yusif  Әbül-Әbbas  Qurmani  Hənəfi,  Şəmsəddin 
Zəhəbi Şafei, Fəxr Razi Şafei, Şeyx Әbdüllah ibn Məhəmməd Şəbravi 
Misri Şafei, İbn İmad Dəməşqi Hənbəli, Məhəmməd ibn Әbdür-Rəsul 
Bərzənci  Şafei,  Әbül-Bərəkat  Neman  ibn  Məhmud  Alusi  Hənəfi  və 
başqaları.  
 
Sual:  112.  Sünnə  əhlindən  kimsə  imam  Әsgərinin  (ə)  övladını 
xilaskar kimi qəbul edirmi? 
Cavab:  Bəzi  sünni  alimləri  imam  Həsənin  (ə)  Mehdi  (ə)  adlı 
övladının yalnız dünyaya gəlişinə inanırlar. Onun xilaskar olmasını isə 
şiələrə  aid  əqidə  bilirlər.  Bəzi  sünni  alimləri  isə  həm  Mehdinin  (ə) 
mövluduna,  həm  də  onun  hazırda  sağ  olmasına  inanırlar.  Bu 
alimlərdən bəzilərini yada salaq: 
1.  Məhəmməd  ibn  Yusif  Gənci  Şafei  deyir:  “İmam  Həsən 
Әsgərinin  (ə)  özündən  sonra  bir  oğlu  qalıb  və  o,  vəd  olunmuş 
imamdır.”
1
  
2.  Әbdül-Vəhhab  Şərani  Hənəfi  deyir:  “Dünyanın  sonunda 
Mehdinin    zühuruna  ümid  var.  O,  imam  Həsən  Әsgərinin  (ə) 
övladlarındandır.  Onun  mövludu  hicri  255-ci  il  Şəbanın  ortasına 
təsadüf edir. O hazırda sağdır və həzrət İsa ilə görüşəcək. Yaşı 706-ya 
çatmışdır. Şeyx Həsən İraqi mənə belə xəbər verib.”
2
  
3. Nurəddin Әbdür Rəhman Came Hənəfi  deyir: “O  yer üzündə 
ədaləti bərpa edər.”
3
  
4. Qazi Bəhlul Behcət Әfəndi deyir: “On ikinci imam hicri 255-ci 
il Şəbanın 15-də dünyaya gəldi. Onun iki qeyb dövrü var: kiçik qeyb 
və  böyük  qeyb.  Allah  ona  izin  verdiyi  vaxt  yer  üzündə  ədaləti  bərpa 
edəcək”.
4
  
5.  Sədrəddin  Həmvini  həzrət  Peyğəmbərdən  (s)  nəql  etdiyi 
hədisdə  deyir:  “Həqiqətən,  övladlarımdan  12-cisi  qeybə  çəkilər... 
Nəhayət, Allah-təala ona zühur icazəsi verər.”
5
  
6. Şeyx Fəridəddin Әttar Nişapuri öz qəsidəsində deyir:  
Minlərlə övliya əl açıb göyə 
Mehdini istərlər “ya Allah” deyə. 
Ya Rəbb, göndər gəlsin böyük xilaskar,  
                                                 
1
 “Kifayətul-Talib”, s. 312. 
2
 “Әl-yəvaqit vəl-cəvahir”, c. 2, s. 127. 
3
 “Şəvahidun-Nübuvvə”,s. 104. 
4
 “Әl-Mühakimə fi tarixi Ali-Muhəmməd”, s. 246. 
5
 “Fəraidus-sitmin”, c. 2, s. 132. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə