Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə24/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   20   21   22   23   24   25   26   27   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
71 
O  digər  bir  məqamda  deyir:  “Qeybi  xəbərlərə  iman  gətirmək 
üçünmü təvatirlik şərt deyil. Bir qeybi xəbərin həzrət Peyğəmbərin (s) 
tərəfindən  nəql  olunduğu  sübuta  yetirsə,  deyilənə  iman  gətirmək 
vacibdir. Uyğun məsələ ilə bağlı hədislərin mütəvatir saya çatmasının 
əhəmiyyəti  yoxdur.  Bu  sünni  əhlinin  mövqeyidir.”  Sonra  müəllif  öz 
iddiasını sübuta yetirmək üçün “Nəbə” ayəsinə istinad edir.
1
  
Doktor Məhəmməd Әhməd İsmail Müqəddəm deyir: “Peyğəmbər 
tərəfindən  düzgün  yolla  gəlib  çatmış  hədisə  inanmaq  hər  bir 
müsəlmana  vacibdir.  Belə  bir  inam  İslam  peyğəmbərinin  risalətinə 
şəhadət şərtidir...”
2
  
 
Sual: 93: Məhdəviyyət hədislərinin düzgünlüyü kimlər tərəfindən 
təsdiqlənir? 
Cavab: Bir qrup sünni alimi Məhdəviyyət hədislərini həqiqi sayır, 
onlardan  bir  qrupu  isə  bu  hədisləri  təvatir  həddə  bilir.  Termizi,  Әbu-
Cəfər  Әqili,  Bərbəhari,  Məhəmməd  ibn  Hüseyn  Abiri,  Hakim 
Nişapuri,  Beyhəqi,  Bəğəvi,  İbn-Әsir,  Qurtubi,  İbn  Mənzur,  İbn-
Təymiyyə,  Cəmaləddin  Məzzi,  Zəhəbi,  İbn  Qəyyim  Cəvziyyə,  İbn-
Kəsir,  Təftazani,  Nurəddin  Heysəmi,  Şeyx  Məhəmməd  Cəzri  Şafei, 
Әhməd  ibn  Әbu-Bəkr  Buysəri,  İbn  Həcər  Әsqəlani,  Süyuti,  Şeyx 
Әbdül Vəhhab Şüərani, İbn Həcər Heytəmi, Mətqa Hindi, Şeyx Məri 
ibn Yusif Müqəddəsi Hənbəli, Məhəmməd ibn Әbdul Rəsul Bərzənçi, 
Məhəmməd  Әbdül-Baqi  Rəzəqani,  Әbül-Әla  İraqi,  Şeyx  Məhəmməd 
ibn  Әhməd  Səfarini  Hənbəli,  Seyyid  Məhəmməd  Mürtəza  Zübeydi, 
Şeyx Məhəmməd ibn Әli Səbban, Məhəmməd Әmin Suyidi, Şəvkani, 
Məhəmməd  ibn  Həsən  ibn  Mömin  Şəbələnçi,  Әhməd  ibn  Zeyni 
Dehlan,  Şihabəddin  Әhməd  ibn  İsmail  Әlvani  Şafei,  Әbül-Bərakat 
Alusi  Hənəfi,  Məhəmməd  Bəlbəsi  Şafei,  Әbül-Təyyib  Әzim  Abadi, 
Məbar Kəfuri, Şeyx Mənsur Әli Nasif, Şeyx Xızr Hüseyn Misri, Әbül-
Әla  Məvdudi,  Nasirəddin  Әlbani,  Şeyx  Әbdül-Möhsin  ibn  Həmdül-
İbad,  Şeyx  Həmud  ibn  Әbdüllah  Təvicəri,  Şeyx  Әbdül-Әziz  ibn 
Әbdüllah ibn Baz Məhdəviyyət hədisini qəbul edən alimlərdəndir.  
 
 
 
 
                                                 
1
 Həmin mənbə, s. 7. 
2
 “Әl-Məhdi və fiqhu şiratus-saə”, s. 23, 24. 


 
72 
 
Sual: 94. Hansı səhabələr Məhdəviyyət hədisini nəql etmişdir? 
Cavab:  Səhabələr  arasında  Məhdəviyyət  hədisini  nəql  edənlər 
çoxdur. Onlardan bəzilərinin adını çəkək: İmam Әmirəl-möminin (ə), 
Әbu-Әmamə Bahili, Sudəy ibn Әclan, Әbu-Әyyub Әnsari, Әbu-Səid 
Xidri, Әbu-Səlmi, Әbül-Tüfeyl Amir ibn Vasilə, Әbu-Leyla, Әbu-Vail, 
Әbu-Hüreyrə,  Әnəs  ibn  Malik,  Suban  Məvlan  Rəsulullah,  Cabir  ibn 
Səmərə, Cabir ibn Әbdüllah Әnsari, Cabir ibn Әbdullah Sədəfi, imam 
Hüseyn  ibn  Әli,  Səlman  Farsi,  Təlhə  ibn  Übeydüllah,  Abbas  ibn 
Әbdül-Mütəllib,  Әbdürrəhman  ibn  Ouf,  Әbdül-Rəhman  ibn  Hərs, 
Әbdullah  ibn  Abbas,  Abdullah  ibn  Ömər  ibn  Xəttab,  Әbdullah  ibn 
Әmr ibn As, Әbdullah ibn Məsud, Osman ibn Әffan, Osman ibn Әbül-
As,  Әl-Qəmə  ibn  Әbdullah,  Әli  Әl-Hilali,  Әmmar  ibn  Yasər,  Ömər 
ibn Xəttab, İmran ibn Həsin, Әmr ibn As, Әmr ibn Mərrə Cəhəni, Ouf 
ibn  Malik,  Qətadə  ibn  Neman,  Qərrə  ibn  Әyas  Məzəni,  Kəb  ibn  Әl-
Qəmə,  Məaz  ibn  Cəbəl,  Fatimeye-Zəhra,  Ümmü-Sələmə,  Ayişə, 
Ümmü-Həbibə və başqaları. 
 
Sual:  95.  Sünnə  əhli  həzrət  Mehdi  (ə)  və  onun  zühurunu  inkar 
edənlər haqqında hansı hökmü verir? 
Cavab: Bəzi sünnə alimləri həzrət Mehdinin (ə)  zühuruna imanı 
vacib  saymışlar.  Bəziləri  isə  bu  həqiqəti  inkar  edənləri  kafir  hesab 
edirlər.  
Әhməd  ibn  Məhəmməd  ibn  Siddiq  deyir:  “Həzrət  Mehdinin  (ə) 
zühuruna  iman  vacibdir  və  bu  zühura  etiqad  peyğəmbərin  təsdiqi 
olduğu üçün qətidir...”  
Bu  təbir  Hənbəli,  Nasirəddin  Әlbani,  Әbdül-Möhsin  ibn 
Məhəmməd  Әl-İbad  tərəfindən  də  işlədilmişdir.
1
 Şafei  fəqihi  İbn 
Həcər bildirir ki, Mehdinin (ə) inkarı köklü şəkildə sünnənin inkarına 
apararsa,  küfrə  səbəb  olar.  Kim  belə  etsə,  qətli  vacibdir.  Әgər  inkar 
sünnə 
yox, 
imamlarla 
düşmənçilikdəndirsə, 
həmin 
şəxs 
cəzalandırılmaqla bu işdən çəkindirilməlidir...”
2
  
Әhməd  ibn  Məhəmməd  ibn  Siddiq  Ğəmari  Әzhəri  Məhdəviyyət 
hədisləri haqqında deyir: “Bu hədislər mütəvatirdir (yetərli həddədir), 
onları inkar edənlər bidətçi və azğın sayılır.”
3
  
                                                 
1
 “Әl-İzaət”, s. 146; “Әl-Təməddunul-İslami”, 22-ci say, s. 643; “Әl-cəmaətul-
İslamiyyə”, 3-cü say. 
2
 “Әl-Bürhan”, s. 178. 
3
 “Әl-Məhdiyyul- Muntəzər”, s.5. 


 
73 
Sual: 96. İslam tarixində kimlər Məhdəviyyət mövzusunu nəzmə 
çəkmişlər? 
Cavab:  Bir  mövzunun  nəzmə  çəkilməsi  onun  həqiqət  olmasını 
göstərən  əlamətlərdəndir.  Məhdəviyyət  də  bu  qəbil  mövzulardandır. 
Uyğun mövzu tarix boyu diqqət mərkəzində olmuş, nəzmə çəkilmişdir. 
Məhdəviyyəti  nəzmə  çəkənlərin  bəzilərini  yada  salaq:  İmam  Әli  (ə) 
Zeyd  ibn  Әli  ibn  Әl-Hüseyn,  imam  Sadiq  (ə),  imam  Riza  (ə),  imam 
Həsən  Әskəri  (ə),  ibn  Әbil-Hədid  Mötəzili,  Mühyiddin  ibn  Әrəbi, 
Məhəmməd ibn Təlhə Şafei, Sədrəddin Qunuyi, Şeyx Әbdül-Rəhman 
Bistami, Fəzl ibn Ruzbəhan, Məhəmməd ibn Tulun, Kimеyt ibn Zeyd 
Әsədi.  
 
Sual:  97.  Məhdəviyyət  əhvalatı  nə  vaxtdan  qələmə  alınmağa 
başlamışdır? 
Cavab:  Müxtəlif  mənbələri  nəzərdən  keçirdikdə  məlum  olur  ki, 
Məhdəviyyət  mövzusu  prinsipial  mövzulardan  olmuşdur.  Bu  mövzu 
təkcə Mehdinin  (ə) mövludundan öncə şiələr arasında yayılmamışdır. 
Həzrət Peyğəmbərin (s) vəfatından başlayaraq şiə və sünnilər arasında 
bu  müqəddəs  hərəkat  müşahidə  olunur.  Bu  da  öz  növbəsində 
Məhdəviyyət  məsələsinin  prinsipial  İslam  mövzularından  olduğunu 
göstərir.  Yanlış  fikirdir  ki,  Məhdəviyyət  mövzusu  imam  Həsən 
Әsgərinin (ə) şəhadətindən sonra ortaya çıxıb.  
Qısa  şəkildə  deyə  bilərik  ki,  Məhdəviyyət  mövzusu  hicri  ikinci 
əsrin əvvəllərindən qələmə alınmışdır. Rical kitablarından məlum olur 
ki,  bu  mövzu  şiə  cəmiyyətində  imam  Sadiqin  (ə)  dövründən  yazıya 
alınmışdır.  
Şeyx Tusi  “Әl-fehrest” kitabında nəql edir ki, Әli ibn Yəqtin ibn 
Musa Bağdadi Әsədi bu mövzuda kitab tərtib etmişdir.  
 
Sual:  98.  Məhdəviyyət  mövzusu  hansı  üsullarla  bəyan 
olunmuşdur? 
Cavab:  Məhdəviyyət  mövzusu  müxtəlif  firqələrin  alimləri 
tərəfindən çeşidli şəkildə təsnif olunmuşdur: 
1. Rəvayət  yolu - Məhdəviyyət əhvalatının təfərrüаtı qeybə iman 
nümunələrindən sayılır. Bu yolun bəzi səciyyələri var: Bəziləri yalnız 
Quran  ayələrinin  təfsiri  sayılan  hədislər  nəql  etmişlər.  Bəzilərisə  öz 
kitablarında  Məhdəviyyətlə  bağlı  bütün  hədisləri  toplamışlar.  Şiə  və 
sünnilər ikinci yola hər biri xüsusi bir şəkildə yanaşmışdır.  


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə