Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə21/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   17   18   19   20   21   22   23   24   ...   93

 
62 
2.  İbn-Xəldun  səhəbələrdən  yalnız  bəzilərinin  adını  çəkir.  Hansı 
ki,  Məhdəviyyət  hədisləri  çoxları  tərəfindən  nəql  olunmuşdur.  Şeyx 
Әbdül-Möhsin  ibn  Həmdül-İbad  Məhdəviyyət  hədisi  nəql  edən  26 
səhabənin adını göstərir.
1
  
3.  Həmin  müəllif  deyir:  “İbn-Xəldun  ricalçı  (hədisçi)  yox, 
tarixçidir. Onun mülahizələrinə əsasən hədis zəif sayılmır...”
2
  
4.  İbn-Xəldunun  “təsdiqdən  öncə  şübhə”  prinsipi  bütün  sünnə 
əhli  tərəfindən  qəbul  olunmur.  Bəziləri  kiçik  bir  səbəblə  rəvayətçiyə 
şübhə edir. Hansı ki, şübhə sübuta yetirilməlidir. İbn Həcər Әsqəlani, 
Qazi  Səbki,  Xətib  Bəğdadi,  Nəvəvi,  Səxavi,  Süyuti  və  Sənədi  kimi 
alimlər  uyğun  qaydanı  qəbul  etmir.  Doktor  Әbdül-Həkim  Bəstəvi 
deyir:  “Rəvayətçi  şübhə  doğursa  belə,  hər  şübhə  rəvayəti  etibardan 
salmır.  Yalnız  ciddi  şübhələr  əsasında  rəvayəti  etibarsız  saymaq 
olar...
3
  
5.  İbn-Xəldun  hədisləri  hesablamadığından  onların  “təvatir” 
(yetərlilik)  həddini  keçdiyini  bilmir.  Әslində  bu  həddə  çatan  hədisin 
sənədini araşdırmağa ehtiyac yoxdur.  
 
Sual: 81. Nə üçün sünni alimləri Buxari və Müslim  Məhdəviyyət 
hədislərini öz kitablarında zikr etməmişlər? 
Cavab:  Sünnə  əhlinin Məhdəviyyət  mövzusuna  iradlarından  biri 
budur  ki,  onların  tanınmış  alimləri  Buxari  və  Müslim  bu  barədə  bir 
söz  deməmişdir.  “Səhihe-Buxari”  və  “Səhihe-Müslim”  mənbələrində 
Məhdəviyyət  hədislərinin  nəql  olunmaması  uyğun  mövzuya 
etimadsızlıq yaradan səbəblərdəndir.  
Әhməd Әmin Misri deyir: “Səhihe-Buxari” və “Səhihe-Müslim” 
hədis  kitablarında  bu  sayaq (Məhdəviyyət)  hədislərə  yer  verilməməsi 
onların iftixarıdır. Amma digər hədis kitablarında uyğun hədislərə yer 
ayrılmışdır.”
4
  
Bu  sayaq  iradlar  şeyx  Məhəmməd  Әbu  zöhrə,  Səd  Məhəmməd 
Həsən, Hüseyn Sai Liviyayi Məğribi, Seyyid Məhəmməd Rəşid Riza, 
Şeyx  İbn-Məhmud  kimi  qərb  yönümlü  sünnə  alimləri  tərəfindən  də 
irəli sürülmüşdür.  
Digər sünni alimləri uyğun irada kəskin etiraz etmişdir.  
                                                 
1
 “Әqidətul əhləs-sünnə vəl-əsər fi Məhdiyyul-Muntəzər”, s. 128. 
2
 Həmin mənbə. 
3
 “Әl-Məhdiyyul-Muntəzər fi əhadisul-səhihə”, s. 364, 365. 
4
 “Әl-Məhdi vəl-Məhdəviyyə”, s. 41. 


 
63 
Doktor  Bəstəvi  deyir:  “Güman  edirlər  ki,  Buxari  və  Müslim 
Məhdəviyyət  hədislərini  zəif  sayaraq  nəql  etməmişlər.  Bu  yanlış 
gümandır.  Çünki  həmin  iki  kitab  bütün  hədisləri  əhatə  etmir  və 
müəlliflərin belə bir iddiası olmamışdır.”
1
  
Buxari deyir: “Mən öz kitabımda mötəbər hədisləri nəql etmişəm. 
Amma  kitabımın  həcminə  görə  nəql  etmədiyim  etibarlı  hədislər  də 
çoxdur.”
2
  
Müslüm  ibn  Həccac,  Quşeyri  deyir:  “Mən  öz  kitabımda  bütün 
etibarlı  hədisləri  nəql  etməmişəm.  Məqsədim  yalnız  yığcam  hədisləri 
zikr etmək olub.”
3
  
Hakim Nişapuri deyir: “Buxari və Müslim iddia etmir ki, onların 
kitabında olmayan hədislər etibarsızdır.”
4
  
İbn  Qeyn  Cəvziyyə  deyir:  “Məgər  Buxari  deyibmi  ki,  mənim 
kitabımda  nəql  olunmayan  hədis  batildir?  Buxari  öz  kitabında  nəql 
etmədiyi bir çox hədisləri də etibarlı saymışdır.”
5
  
Әbdül-Möhsin  ibn  Həmdül-İbad  deyir:  “Etibarlı  hədislər 
“Səhiheyn” kitablarında nəql olunduğu kimi başqa kitablarda da nəql 
olunmuşdur.  Məsələn,  “Muvta”,  “Səhihe-ibn  Xəzimə”,  “Səhihe  ibn 
Həbban”,  “Müstədrəke-hakim”,  “Cameye-Termizi”,  “Sünəne-Әbu-
Davud”,  Sünəne-Nəsayi”,  “Sünəne  ibn-Mace”,  “Sünəne-Dar  Qutni, 
“Sünəne-Beyhəqi”  kimi  kitablarda  “Səhiheyndə”  olmayan  bir  çox 
etibarlı hədislər var”
6
  
Buxari  və  Müslimin  Məhdəviyyətlə  bağlı  hədislərə  tamamilə 
diqqət  yetirməməsi  düzgün  deyil.  Çünki  bu  müəlliflər  həzrət 
Mehdinin (ə) zühuru ilə bağlı bəzi məsələlərə işarə etmişlər. Məsələn: 
a)  Dəccalın  meydana  çıxması  –  Buxari,  xüsusi  ilə  də  Müslim, 
Dəccalın meydana çıxması ilə bağlı xeyli hədis nəql etmişdir.
7
  
İbn-Həcər  Әsqəlani  Abərridən  nəql  etməklə  Dəccalın  əhvalatını 
həzrət Mehdinin (ə) zühuru ilə əlaqələndirmişdir.
8
  
                                                 
1
 “Әl Məhdiyyul-Muntəzər fil-əhadisul-Səhihə”. 
2
 “Müqəddimeyi-ibn-Səlah”, s. 21, 22. 
3
 Həmin mənbə. 
4
 “Müstədrəke-Hakim”, c. 1, s. 2. 
5
 “Zadul-Məad”. 
6
 Әl imamul-Məhdi ində əhlis-sünnə”, c. 2, s. 445. 
7
 “Səhihe-Buxari”, c. 4, s. 143; “Səhihe-Müslim”, c. 18, s. 58, 85) (Nəvəvinin şərhi 
ilə» 
8
 “Təhzibul-təhzib”, c. 9, s. 125. 


 
64 
b) İsa ibn Məryəm – Buxari Әbu-Hüreyrəyə istinadən nəql edir ki, 
peyğəmbər  buyurmuşdur:  “İmamınız  aranızda  olduğu  halda  Məryəm 
övladı nazil olan vaxt halınız necə olacaq?”
1
  
Müslim də eyni məzmunda hədis nəql etmişdir.
2
  
Bu  rəvayətlərdə  həzrət  Mehdidən  (ə)  başqası  nəzərdə  tutula 
bilməz.  Çünki  “Səhihe-Buxarini”  şərh  edənlərin  hamısı  rəvayətdəki 
imam sözünün həzrət Mehdiyə (ə) işarə olduğunu bildirirlər.  
v)  Mal  bəxşişi  –  Müslim  Cabir  ibn  Әbdullah  Әnsariyə  istinadən 
nəql  edir  ki,  həzrət  Peyğəmbər  (s)  buyurmuşdur:  “Sonda  ümmətim 
üçün elə bir xəlifə gələr ki, hesab aparmadan çoxlu mal bağışlayar.”
3
  
Digər  rəvayətlərə  müraciət  etdikdə  uyğun  hədisdə  həzrət 
Mehdinin (ə) nəzərdə tutulduğu məlum olur.  
İbn  Әbu  Şeybə  həzrət  Peyğəmbərin  (s)  belə  buyurduğunu  nəql 
edir: “Fitnə-fəsad tüğyan etdiyi bir vaxt əhli-beytimdən bir şəxs zühur 
edəcək və onun ətası böyükdür.”
4
  
q)  Beyda  əhvalatı  –  Müslim  “Səhihdə”  həzrət  Peyğəmbərin  (s) 
belə buyurduğunu nəql edir: “Bir şəxs bir evə sığınar və onun üstünə 
qoşun  göndərilər.  Bu  qoşun  Beyda  məntəqəsinə  çatdıqda  yerə 
gömülər.”
5
  
Digər  rəvayətlərə  müraciət  etdikdə  məlum  olur  ki,  Beyda 
məntəqəsində  qoşunun  yerə  gömülməsi  həzrət  Mehdinin  (ə)  zühur 
əlamətlərindəndir.
6
  
 
Sual: 82. Məhdəviyyət hədislərində ziddiyyət varmı? 
Cavab:  Seyyid  Rəşid  Riza  və  ustad  Səih  Məğribi  Məhdəviyyət 
hədislərində  ziddiyyət  olduğunu  iddia  etmişlər.  Seyyid  Rəşid  Riza 
deyir: “Mehdi hədislərindəki ziddiyyəti aradan qaldırmaq çətindir.” O 
nümunə  olaraq  müxtəlif  hədislərdə  xilaskarın  bəzən  “Həsəni”,  bəzən 
“Hüseyni”, bəzən “Abbasi”, bəzən “Әləvi” adlandırılmasını göstərir.
7
  
Әvvəla,  ziddiyyət  sabit  hökmlərə  də  aiddir.  Buna  görə  də  bir 
şeyin  həqiqətini  inkar  etmək  üçün  ziddiyyətlərə  istinad  etmək 
                                                 
1
 “Səhihe-Buxari”, c. 4, s. 143. 
2
 “Səhihe-Müslim”, c. 1, s. 94. 
3
 “Səhihe-Müslim”, c. 8, s. 185. 
4
 “İbn Әbu-Şeybə, “Әl-Müsənnəf”, s. 678. 
5
 “Səhihe-Müslim”, c. 8, s. 167. 
6
 “Mustədrəke-hakim”, c. 4, s. 520. 
7
 “Təfsire-Әl Minar”, c. 9, s. 499-501; “Turasəna və məvazinul-nəqd”, s. 187. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə