Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə17/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

 
50 
Həzrət Nuh 950-il öz qövmünü haqq-ədalətə dəvət etdi. Amma yalnız 
kiçik bir qrup ona iman gətirdi. Həzrət İbrahimin dəvətini qəbul etmək 
əvəzinə insanlar onu oda atdılar. Həzrət Musanın qövmü onun Fələstin 
hakimləri  ilə  mübarizəyə  çağırışını  rədd  edib  dedilər:  “Sən  və  sənin 
Allahın onlarla savaşsın, biz burada oturmuşuq.”
1
  
Həzrət  İsanın  həvariləri  Allahın  qüdrətinə  şəkk  etdilər.  Onlar 
İsaya  xitabən  dedilər:  “Ey  İsa  ibn  Məryəm!  Allahında  bizim  üçün 
səmadan nazil etmək qüdrəti varmı?”
2
  
Nəticə:  Yaranışın  ilk  günündən  zühur  günü  haqqında  yetərincə 
məlumat  verilsə  də,  hələ  ki,  bu  məqsədin  gerçəkləşməsi  üçün  şərait 
yaranmamışdır.  
 
Sual: 61. Hindu ayinlərində xilaskar kimdir? 
Cavab:  Hinduların  müqəddəs  kitablarında  da  xilaskarın  zühuru 
haqqında  müjdələr  var.  Bu  kitablarda  deyilir:  “Dördüncü  dövrün 
axırlarında  yer  əhli  fəsada  çəkilər  və  onların  əksəri  kafir  olar.  Onlar 
böyük  günahlar  edərlər  və  hakimləri  alçaq  bir  şəxs  olar.  Həmin 
dövrün  insanları  bir-birini  yırtan  canavara  bənzəyər.  Kahinlər  və  din 
adamları  yolunu  azar,  haqq  oğruların  əlinə  düşər,  təqvalı  və  zahid 
insanlar  alçaldılar...  Həmin  vaxt  “Brəhman  Kəla”,  yəni  şücaətli  bir 
dindar zühur edər və öz iti qılıncı ilə yer üzündə fəsadın kökünü kəsər. 
O pak insanları hifz edəcək.”
3
  
Şakomuni  kitabında  deyilir:  “Dünya  hakimiyyəti  aləmin 
yaranmışlarının ağası nəslindən olan böyük “Kəşnin” əlinə keçəcək. O 
şərq və qərb dağlarına hakim olacaq. Bütün ilahi dinlər bir dinlə əvəz 
olacaq. Adı Qaim olan bu şəxs Allahın dinini canlandıracaq.”
4
  
Hindu  kitablarından  olan  Vişn-cok  kitabında  yazılır:  “Dünyanın 
sonunda  hakimiyyət  Allahı  sevən  və  Onun  xalis  bəndələrindən  olan 
bir şəxsin əlinə keçəcək. Onun adı Xoşbəxtdir.”
5
  
Hindu kitablarından olan “Bask” kitabında yazılır: “Dünya həyatı 
adi  bir  şəxsin  hakimiyyəti  ilə  tamamlanacaq.  O,  mələklərin,  cin  və 
insanların rəhbəridir. Haqq onunladır. O, suya, quruya, dağlara hakim 
                                                 
1
 “Maidə”, 24. 
2
 “Maidə”, 112. 
3
 “Malil Hind”, s. 321. 
4
 “Bəşarətul-əhdeyn”,s. 242. 
5
 Həmin mənbə, s. 72. 


 
51 
olacaq.  Göylərdə  və  yerdə  olandan  xəbər  verəcək.  Ondan  böyüyü 
dünyaya gəlməmişdir.”
1
  
“Upanişad”  kitabında  deyilir:  “O,  dünyanın  axırlarında  zühur 
edər.  Ağ  ata  süvar  olar,  əlində  yalın  qılınc  tutar.  Quyruqlu  ulduz  tək 
işıq  saçar.  Bütün  rəzil  insanları  həlak  edər,  yeni  bir  həyat  qurar. 
Paklığı yer üzünə qaytarar.”
2
  
 
Sual: 62. Buddizm kimi xilaskar sayır? 
Cavab: Buddizmin banisi Budda adı ilə tanınan Sidharta Cutuma 
adlı bir şəxsdir. O, Nepalda dünyaya gəlmişdir. Buddistlər onu Allahın 
oğlu  sayırlar  və  inanırlar  ki,  dünyanın  axırlarında  bu  şəxs  zühur 
edəcək.  Budda  zühur  edib  yer  üzündəki  çətinliklərə  son  qoymalıdır. 
Onlar deyirlər: “Budda vəzifəsini başa vurmaq üçün cəsədi ilə birlikdə 
səmaya  qalxmışdır.  Növbəti  dəfə  yerə  qayıdar  ki,  sülh  və  bərəkəti 
xalqa qaytarsın. 
Buddizmin  iki  böyük  məzhəbi  var:  ifrata  varıb  Buddanı  Allahın 
oğlu  sayan  şimal  məzhəbi;  bir  o  qədər  də  ifrata  varmamış  cənub 
məzhəbi. Onlar əsasən şərqi Asiya məntəqəsində məskunlaşmışlar.  
 
Sual: 63. Zərdüştilər kimi xilaskar sayır? 
Cavab:  Zərdüştilərin  “Zənd”  adlı  məşhur  kitabında  Yəzdan  və 
Әhrimənin (haqla batilin) əbədi savaşından danışıldıqdan sonra deyilir: 
“Nəhayət,  Yəzdan  qələbə  çaldıqdan  və  Әhrimənin  nəsli  kəsildikdən 
sonra  yer  üzündə  əsl  xoşbəxtlik  bərqərar  olar.  Adəm  övladları 
xoşbəxtlik və bərəkətə çatarlar.”
3
  
“Camasibnamə”  kitabında  zərdüştilər  haqqında  deyilir: 
“Haşimilər  nəslindən  cüssəli  bir  şəxs  zühur  edər,  cəddinin  dini  və 
böyük bir qoşunla İrana üz tutar. Yer üzünü abadlaşdırıb, ədaləti bərpa 
edər.”
4
 
Həmin  kitabda  İslam  peyğəmbərinin  (s)  nübüvvəti  müjdə 
verildikdən  sonra  deyilir:  “Peyğəmbər  qızının  nəslindən  bir  şəxs 
xilafətə çatar, yer üzündə haqqı bərpa edər. O, İslam peyğəmbərinin (s) 
yer üzündəki son xəlifəsidir və onun hakimiyyəti qiyamət gününədək 
davam edər...”
5
 
                                                 
1
 “Bəşarəte-zühur”, s. 18. 
2
 “Upanişad”, s. 737. 
3
 “Bəşarətul-əhdeyn”, s. 237, 238. 
4
 “Bəşarətul-əhdeyn”, s. 243, 244. 
5
 “Bəşarətul-əhdeyn”, s. 273. 


 
52 
Avestanın  şərhi  olan  “Zənde-Bəhmən”  kitabında  zərdüştün 
dilindən  belə  nəql  olunur:  “Suşyansın  zühurundan  öncə  yer  üzünü 
yalan,  dinsizlik,  açıq-saçıqlıq  bürüyər.  İnsanlar  Allahdan  uzaq  düşüb 
zülm  və  fəsada  uğrayarlar.  Bu  dəyişikliklər  dünyanı  qarışdırar  və 
xilaskarın zühuru üçün şərait yaranar. Zühur zamanının əlamətləri var:  
Səmada  qəribə  hadisə  baş  verər  və  bu  hadisə  zühur  nişanəsidir. 
Mələklər onun izni ilə dünyanı xəbərdar etmək üçün göndərilər...”
1
  
Yenə  də  “Zənde  Bəhmən  Yəsən”  kitabında  oxuyuruq:  “Bundan 
sonra Suşyans” dünyanı paklayar və sonra qiyamət qopar.”
2
  
Həmin  kitabda  deyilir:  “Suşyans  sonuncu  gələn  kəsdir  və 
Zərdüşti xilas edər.”
3
  
 
Sual: 64. Yəhudilər kimi xilaskar sayır? 
Cavab:  Yəhudilərin  müqəddəs  kitabını  araşdırdıqda  məlum  olur 
ki,  bu  kitablarda  böyük  vədlə  bağlı  işarələr  vardır.  Әksər  Yəhudi 
kitablarında,  o  cümlədən  Davudun  Zəburunda  uyğun  məlumatlarla 
rastlaşırıq.  
Qurani-Kərimdə  buyurulur:  “Həqiqətən,  zikrdən  (Tövratdan) 
sonra Zəburda yazdıq ki, yer üzünə saleh bəndələrim varis olacaq.”
4
  
Davudun  Zəburunda  oxuyuruq:  “Pərvərdigarə!  Öz  hakimiyyətini 
bərpa et, ədalətini Məlik övladına əta buyur ki, xalqla yaxşı mühakimə 
aparsın,  əldən  düşənlərə  insaf  etsin...  Bütün  padşahlar ona  müti olub, 
bütün millətlər xidmətində durar...”
5
  
 
Sual: 65. Nə üçün həzrət Məsih (xilaskar) bu vaxtadək sağdır? 
Cavab: Həzrət Məsihin bu günədək sağ qalmasının ağlımız dərk 
edən bir sıra səbəbləri var:  
1. Həzrət İsada başqa peyğəmbərlərdə olmayan bir xüsusiyyət var. 
Atasız  dünyaya  gəlməsi,  ölüləri  diriltməsi,  səmaya  qalxması  onu 
fərqləndirən səciyyələrdir.  
2.  Onun  diriliyi  imam  Mehdinin  (ə)  qeybə  çəkilməsini  mümkün 
edən dəlillərdəndir. Çünki həzrət Məsihin yaşı iki min ili aşdığı halda 
hələ  ki,  həzrət  Mehdi  (ə)  bu  qədər  yaşamamışdır.  Həzrət  Xızırın 
ömrünün uzunluğu da rəvayətlərdə belə izah olunur.  
                                                 
1
 “Camasibnamə”, s. 25. 
2
 “Zənde Bəhmən Yəsən”, s. 19. 
3
 Həmin mənbə, s. 150. 
4
 “Әnbiya”, 105. 
5
 “Әhde-qədim”, n. 72. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə