Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə38/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   34   35   36   37   38   39   40   41   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
113 
Məhəmməd  ibn  Həsən  Səffar  Әli  ibn  Әsbatdan  belə  nəql  edir: 
“Әba-Cəfərin  mənə  yaxınlaşdığını  gördüm.  Həzrəti  Misirdə 
yaxınlarıma  təsvir  etmək  üçün  onu  diqqətlə  nəzərdən  keçirdim.  O 
qəfildən  səcdəyə  düşüb  buyurdu:  “Allah  peyğəmbərlik  əmrində 
gətirdiyi  dəlili  imamət  əmrində  gətirdi.”  Hikmət  qırx  yaşında  əta 
olunduğu kimi, bir insana uşaq yaşlarında da əta oluna bilər.”
1
  
 
Sual: 170. Körpədə inkişaf etmiş düşüncə ola bilərmi? 
Cavab:  Әqli  inkişaf  üçün  hansısa  yaş  müəyyənləşməmişdir. 
Bəzilərində  bu  inkişaf  beş  yaşında  müşahidə  olunur.  Bəli,  Allah  Öz 
qüdrəti ilə körpəyə kamil düşüncə əta edə bilər.  
Әllamə Hilli deyir: “Uşağın xarakterində ata-ananın məhəbbətinə 
ehtiyac  var.  Körpənin  ata-anadan  uzaqlaşıb  Allah-təalaya  üz  tutması 
ondakı düşüncənin kamilliyini göstərir.” 
Alim  sözünün  davamında  yazır:  Düşüncə  ilə  bağlı  işlər  və  ilahi 
vəzifələr  uşaq  təbiətinə  uyuşmur.  Uşaq  xaraktercə  oyuna,  əyləncəyə 
meyllidir.  Әgər  bir  uşaq  təbiətinə  uyğun  olmayan  işlərə  meyl 
göstərirsə, bu onun düşüncə baxımdan inkişafını göstərir.”
2
  
Səfvan ibn Yəhya deyir: “İmam Riza (ə) imam Cavadı (ə) imamət 
məqamına  təyin  etdiyi  vaxt  onun  yaşı  üçdən  çox  deyildi.  Ona  ərz 
etdim:  “Sənə  fəda  olum!  Övladının  üç  yaşı  yoxdurmu?”  Həzrət 
buyurdu:  “Bir  halda  ki,  İsa  üç  yaşında  Allahın  höccəti  olub,  bunun 
eybi yoxdur.”
3
 
İmam Cаvada (ə) ərz etdilər: “Sizin yaşınız az olduğu üçün xalq 
imamət  məqamınızı  inkar  edir.”  Həzrət  buyurdu:  “Allah  öz  rəsuluna 
buyurub:  “Ey  mənim  rəsulum!  Ümmətə  de  ki,  mənim  və  mənə  tabe 
olanların yolu xalqı bəsirətlə Allaha doğru dəvət etməkdir.” And olsun 
Allaha! Həmin vaxt ona doqquz yaşlı Әlidən (ə) başqası tabe olmadı. 
Mənim də doqquz yaşım var.”
4
 
 
Sual: 171. Şiələr azyaşlı məsumların imamətinə inanırmı? 
Cavab:  Әhli-beyt  (ə)  məktəbinin  ardıcılları  tarix  boyu  imamət 
əqidələrinin  sübutu  üçün  böyük  fədakarlıqlar  göstərmişlər.  Azyaşlı 
məsumun  imamətinə  şübhə  Әhli-beyt  (ə)  düşməni  olan  xəlifələrin 
yoludur.  Bu  məsələyə  görə  hakim  qurluşla  əhli-beyt  (ə)  və  onların 
                                                 
1
 Bax: “Məryəm”, 12; “Yusuf”, 22; “Bəsairul-dərəcat”, s. 258. 
2
 “Kəşful-Murad”, s. 388, 389. 
3
 “Kafi”, c. 1, s. 383. 
4
 “Kafi”, c. 1, s. 384. 


 
114 
tərəfdarları  arasında  qarşıdurmalar  olmuşdur.  Bir  çoxları  zindana 
salınmış,  bir  çoxları  qətlə  yetirilmişdir.  Bütün  bu  fədakarlıqlar  təsdiq 
edir ki, Әhli-beytin (ə) hətta uşaq yaşlarında imamətə çatmasına etiqad 
şiələr  tərəfindən  qəbul  olunmuşdur  və  onlar  bu  yolda  canlarından, 
mallarından keçmişlər.  
 
Sual:  172.  Şiə  alimləri  azyaşlı  imama  etiqadı  xalqa  necə  qəbul 
etdirmişdir? 
Cavab:  Bəziləri  iddia  edirlər  ki,  belə  bir  etiqad  xalqa  məcburən 
qəbul  etdirilmişdir.  Bu  iddia  batildir.  Belə  bir  münasibət  imamiyyə 
alimlərinin  ləyaqətinə  uyğun  gəlmir.  Alimlərin  xalqı  məcbur  etməsi 
inandırıcı  deyil.  İmamiyyə  böyükləri  tarix  boyu  ən  çətin  şəraitlərdə 
Әhli-beytin (ə) imamətini sübuta yetirməyə çalışmışlar.  
Әhli-beytə  (ə)  itaətə  dəvət  və  bu  dəvətin  qəbul  olunmasının  heç 
bir  maddi  mənfəəti  olmamışdır.  Öz  dəvətlərinə  görə  böyük 
məhrumiyyətlərə  düçar  olan  alimlər  xalqı  nahaq  bir  şeyə  məcbur 
etməzdilər.  Demək,  bütün  şiə  alimləri  məsumların  körpə  yaşında 
imamətə çatmasına qəlbən inanmışlar.  
 
Sual:  173.  Xəlifələr  məsumların  körpə  yaşında  imamətinə 
inanmışdırmı? 
Cavab:  İmamların  müasiri  olmuş  xəlifələr  onların  uşaq  yaşında 
vilayət  məqamına  çatmasını  etiraf  etmişlər.  Bu  səbəbdən  də  onların 
varlığını  öz  hakimiyyətləri  üçün  təhlükə  bilərək  imamlar  və  onların 
fəzilətlərinə qarşı mübarizə aparmışlar.  
Deyilənlərdən  aydın  olur  ki,  uşaq  yaşında  imamət  məqamının 
verilməsi  təsdiqlənmiş  bir  həqiqətdir.  Xəlifələr  məsum  imamları  fəzl 
və  kamillik  baxımından  dəfələrlə  imtahana  çəkmiş  və  onların 
məqamına əmin olmuşlar.  
 
Sual:  174.  Әvvəlki  imamlar  körpə  yaşında  imaməti  mümkün 
saymışdırmı? 
Cavab:  Uşaq  yaşında  imamətə  çatmış  hər  bir  məsum  haqqında 
özündən öncəki imamın buyuruqları var.  
a)  İmam  Cavad  (ə)  haqqında  –  Məhəmməd  ibn  Әbu-Nəsr  deyir: 
Nəccaşinin  övladı  mənə  dedi:  “Sahibindən  sonra  imam  kimdir?” 


 
115 
İmam  Rizanın  (ə)  yanına  gedib  Nəccaşinin  sualını  ona  ərz  etdim. 
Həzrət buyurdu: “İmam mənim övladımdır.”
1
 
b) Həzrət Mehdinin (ə) imamlığı – Məhəmməd ibn Әli ibn Bilal 
deyir: Vəfatından iki il öncə imam Әsgəri (ə) tərəfindən məktub aldım. 
Bu məktubda imam öz canişini haqqında xəbər verirdi. Vəfatından üç 
gün  öncə  də  başqa  bir  məktub  gəldi.  Bu  məktubda  imam  özündən 
sonrakı canişinini tanıtdırırdı.”
2
 
Әmr  Әhvazi  deyir:  İmam  Әsgəri  (ə)  övladını  mənə  göstərib 
buyurdu: “O, məndən sonra sizin sahibiniz və imamınızdır.”
3
 
Həmidan  Qalansi  deyir:  “Әmriyə  ərz  etdim:  İmam  Әsgəri  (ə) 
dünyasını  dəyişibmi?”  Buyurdu:  “Bəli,  amma  özündən  sonra  canişin 
təyin edib.”
4
  
 
Sual:  175.  Şəriət  uşağa  mülkünü  sərf  etmək  icazəsi  verməyibsə, 
onun imamlığı necə mümkün olar? 
Cavab:  Bəziləri  iddia  edirlər  ki,  insan  körpə  yaşında  imamət 
məqamına çata bilməz. Onlar dəlil olaraq “Nisa” surəsinin 6-cı ayəsini 
göstərirlər.  Bu  ayədə  göstəriş  verilir  ki,  yetimlər  yalnız  yetkinlik 
həddinə  çatdıqda  mülklərini  sərf  edə  bilərlər.  İddia  olunur  ki, 
mülkündən istifadə etmək haqqı olmayan uşaq imamət məqamına çata 
bilməz.  
Bu  sayaq  sualları  doğuran  dindən  yetərincə  məlumatlı 
olmamaqdır.  Sübut  göstərilən  ayə  xüsusi  ünvanlıdır  və  məsum 
imamlara  aid  deyil.  Allah  əqli  və  nəqli  dəlillərə  əsasən,  məsumların 
imamətini  sübut  etmişdir.  Bu səbəbdən  də  yetimlər haqqındakı  hökm 
azyaşlı  imama  tətbiq  olunmamalıdır.  Şübhə  yox  ki,  bu  ayə  ağıl 
baxımından  yetkinləşməmiş  insanlara  aiddir.  Әhli-beyt  (ə)  imamları 
uşaq  yaşından  kamala  çatdıqlarından  onların  hər  hansı  mülkün 
sərfində problemləri yoxdur.
5
  
Qeyd etməliyik ki, yetimlərə münasibətdə müəyyənləşdirilmiş bu 
qadağanın  əsl  səbəbi  onların  ağıl  baxımından  qeyri-yetkin  olmasıdır. 
Aydın olur ki, bir insan yetkinlik yaşına baxmayaraq ağıl baxımından 
yetkinləşməsə,  mülkünü  özbaşına sərf edə  bilməz. Demək, ayədə  yaş 
                                                 
1
 “Kafi”, c. 1, s. 320. 
2
 “Kafi”, c. 1, s. 328. 
3
 Həmin mənbə. 
4
 Həmin mənbə. 
5
 “Әl-Füsulul-Muxtarə”, s. 149, 150. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə