Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə39/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   35   36   37   38   39   40   41   42   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
116 
yox,  ağıl  səviyyəsi  nəzərdə  tutulur.  Məsum  imamlarda  isə  belə 
düşüncə uşaq yaşlarından mövcuddur.  
 
Sual: 176. Beş yaşlı uşaq imam üçün cənazə namazı qıla bilərmi? 
Cavab:  Belə  bir  sualı  yalnız  imamı  adi  insanlardan  üstün 
saymayanlar  ünvanlaya  bilər.  Әgər  qəbul  etsək  ki,  körpənin  imaməti 
möcüzə  və  etibarlı  məlumatlarla  təsdiqlənmişdir  və  düşüncəsi 
kamildir,  оnu  adi  xalqla  müqayisə  etmərik.  Soruşurlar  ki,  hər  birinin 
öz ağırlığı olan təkvini (təbii), təşrii (şəriətlə bağlı) və batini rəhbərlik 
hansı əsasla azyaşlı uşağa həvalə olunur? Öncə işarə etdik ki, Allah bir 
şəxsə hidayət və imamət məqamı verdikdə onun ağlını kamala çatdırır. 
Bu kamilləşmə Allahın lütf və inayətidir. 
 
Sual:  177.  Heç  bir  dini  vəzifə  daşımayan  körpə  hansı  əsasla 
imam ola bilər? 
Cavab: Yetkinlik yaşına çatmamış, heç bir dini vəzifəsi olmayan 
bir uşağın imamət kimi bir məsuliyyəti qəbul etməsi bəzilərinə şübhəli 
görünür.  Әslində  büluğ,  yetkinlik  həddi  dedikdə  ağıl  baxımından 
yetkinlik  nəzərdə  tutulur.  Oğlanlar  üçün  on  beş  yaşın  büluğ  həddi 
təyin  olunmasının  səbəbi  onların,  adətən,  bu  yaşda  düşüncə 
yetkinliyinə  çatmasıdır.  Әgər  bir  şəxs  on  beş  yaşından  qabaq  şübhə 
doğurmayacaq şəkildə yetkinlik həddinə çatmışdırsa, onun imaməti də 
mümkündür.  Ağıl  baxımından  kamil,  məqam  baxımından  məsum 
insanda imamət üçün heç bir nöqsan yoxdur.  
Bəzi  sünni  alimləri  həzrət  Әlinin  (ə)  doqquz  yaşında  ikən  iman 
gətirməsinə  şübhə  ilə  yanaşırlar.  Onlar  bildirirlər  ki,  Әli  (ə)  həmin 
vaxt  yetkinlik  yaşına  çatmadığından  onun  İslamı  qəbul  etməsi 
dəyərsizdir.  Onların  nəzərincə  Әbu-Bəkrin  yuxarı  yaşda  iman 
gətirməsi daha qiymətlidir.  
Doqquz  yaşında  İslamı  qəbul  etmiş  həzrət  Әli  (ə)  uşaq 
yaşlarından  kamal  həddinə  çatmışdı.  O  öz  uşaqlıq  dövrünü  həzrət 
Peyğəmbərin  (s)  yanında  keçirmişdi.  İslamı  tam  bəsirətlə,  agahlıqla 
qəbul edən Әli (ə) həqiqətən ilk mömin və müsəlmandır.  
Axı  kim  iddia  edə  bilər  ki,  yaşlı  olmaq  ağıllı  olmaqdır?  Bəs  nə 
üçün bir çox yaşlıların uşaqca ağlı yoxdur?!  
Bu səbəbdən də həzrət Peyğəmbər (s) həzrət Zəhraya (ə) xitabən 
buyurur: “Әli səhabələrimdən mənə ilkin iman gətirmiş kəsdir.”
1
  
                                                 
1
 “Müsnəde-Әhməd”, c. 5, s. 662. 


 
117 
Әnəs ibn Malik deyir: “Peyğəmbərə ilkin iman gətirən kəs Әli ibn 
Әbu-Talib idi.”
1
  
İbn Kəsir deyir: “Peyğəmbər (düşənbə günü) məbus oldu, Әli (ə) 
(seşənbə günü) bir gün sonra ona iman gətirdi.”
2
  
Şeyx  Məhəmməd  Xızri  deyir:  “İslam  dəvətini  ilkin  qəbul  edən 
Әlidir.”
3
  
İbn  Әbil-Hədid  deyir:  “Doğru  yola  çıxmaqda  başqalarından  önə 
keçən  kəs  haqqında  nə  deyim?!  O  bütün  yer  üzü  daşa  ibadət  edib, 
Allaha arxa çevirdiyi vaxt Allaha iman gətirib, Ona ibadət etdi.”
4
  
Bu  səbəbdən  də  həzrət  Peyğəmbər  (s)  besətin  üçüncü  ili  “Әnzir 
əşirətəkə...” ayəsi nazil olduqdan sonra həzrət Әlini (ə) özünə canişin 
seçib, qövmünə göstəriş verdi ki, onu dinləyib itaət etsinlər.
5
  
 
Sual: 178. Allah nə üçün uşağı imam təyin etdi? 
 Cavab:  Bəziləri  sual  verirlər  ki,  Allah  şəkk-şübhə  yaranacağını 
bildiyi halda nə üçün uşağı imam təyin etdi? Belə bir seçimin bir neçə 
amili ola bilər:  
1.  Xalqın  imtahanı  –  Çünki  möcüzə  və  başqa  yollarla  uşağın 
imaməti  sübuta  yetdikdə  xalq  imtahana  çəkilir.  Müəyyənləşdirilir  ki, 
kim haqqa təslim olur? Necə ki, həzrət Әbdül-Әzim Həsəni imtahana 
çəkildi.  
2.  Körpənin  imam  təyin  olunması  bu  işin  Allah  tərəfindən 
müəyyənləşdirilməsinin  sübutu  ola  bilər  –  Әgər  imamlar  yalnız  yaşlı 
vaxtlarında  imamət  məqamına  çatsaydılar,  bəziləri  onların  çalışaraq 
kamilliyə  çatdığını  düşünərdi.  Körpə  uşağa  münasibətdə  belə 
ehtimallar  olmur.  Әgər  uşaqda  imamət  fəziləti  varsa,  şübhəsiz  ki,  bu 
fəzilət Allah tərəfindəndir.  
3.  Sübuta  yetirilir  ki,  insanın  məqamı  onun  yaşından  yox, 
ləyaqətindən asılıdır – Usamə ibn Zeydin komandan təyin olunması da 
bu həqiqəti göstərir. Bir çox səhabələr bu təyinatı bəyənmirdi. Amma 
həzrət Peyğəmbər (s) məhz ləyaqətinə görə Üsaməni komandan təyin 
etdi.  
4. İmam Riza (ə) İmamlar ardıcıl şəkildə şəhadətə yetirildiyindən, 
Allah  imamları  uşaq  yaşında  bu  məqama  təyin  etməklə  zalım 
                                                 
1
 “Səvaiqul-Muhriqə”, s. 118. 
2
 “Üsdul-ğabə”, c. 4, s. 17» 
3
 “Tarixul-Әməmul-islamiyyə”, c. 1, s. 400» 
4
 Şərhe-Әbil-Hədid, c. 3, s. 260» 
5
 “Tarixe Təbəri”, c. 2, s. 62, 63; “Kamile-İbn-Әsir”, c. 2, s. 40, 41. 


 
118 
hakimlərin  diqqətini  yayındırırdı.  Digər  imamlar  imtahandan  başıuca 
çıxdığı  üçün  düşmənlər  anladılar  ki,  azyaşlı  imam  da  onlar  üçün 
təhlükəlidir.  Bu  səbəbdən  də  həzrət  Mehdini  (ə)  tapıb  qətlə  yetirmək 
istədilər. Allah-təala həzrət Mehdini (ə) uşaq yaşından qeybə çəkdi.  
 
Sual: 179. Uşağın imaməti lütf prinsipinə uyğundurmu? 
Cavab:  Bəziləri  nöqsan  tuta  bilər  ki,  uşağın  imamət  məqamına 
təyin  olunması  bir  çoxlarında  şəkk-şübhə  yaratdığı  üçün  lütf 
prinsipinə  uyğun  deyil.  Amma  bəzən  Allahın  lütfü  tələb  edir  ki, 
məsum  şəxs  uşaq  yaşında  imamətə  təyin  olunsun.  Qeyd  olunduğu 
kimi bu yolla həm xalq imtahana çəkilir, həm də çoxları uşaq yaşında 
bu  məqama  təyin  olunmuş  şəxsin  imamətinə  əmin  olur.  Bir  daha 
təsdiqlənir  ki, imamət  yaşa  yox, ləyaqətə  əsaslanır.  Bu  imtiyazları və 
hər bir şəxsin araşdırma aparmalı olduğunu nəzərə alsaq, heç bir şəkk-
şübhə qalmır.  
 
Sual: 180. Nə üçün həzrət Mehdi (ə) uşaq yaşında qeybə çəkildi? 
Cavab:  Sual  oluna  bilər  ki,  imam  xalq  arasında  olmalı  ikən  nə 
üçün  həzrət  Mehdi  (ə)  uşaq  yaşında  qeybə  çəkildi?  Başqa  sözlə,  nə 
üçün imam Әsgəri (ə) uşaq yaşında ikən övladını xalqdan gizlətdi? 
Şübhəsiz  ki,  imam  Әsgəriyə  (ə)  qarşı  siyasi  təzyiqlər  çox  güclü 
idi. Həzrət Mehdini (ə) ciddi təhlükə gözlədiyindən imam öz şiələri və 
səhabələrinə tapşırdı ki, ona aşkar salam da verməsinlər.
1
  
Vəziyyət o qədər mürəkkəb idi ki, imam Әsgəri (ə) səhabələri ilə 
görüşmək  üçün  onların  arxasınca  adam  göndərib  buyurardı:  “Gecə 
vaxtı, filan sааtdа, filan evdə toplanın, məni orada görərsiniz.”
2
 
Bütün  siyasi  sıxıntılara  rəğmən  həzrət  vəkalət  qurumu 
müəyyənləşdirmişdi.  O  bu  yolla  həm  xalqın  problemlərini  həll  edir, 
həm də görüşlə bağlı çətinlikləri aradan qaldırırdı.  
Belə bir həssas vaxtda həzrət Mehdi (ə) dünyaya gəldi. O, imam 
Әsgəridən sonra Allahın yer üzündə höccəti idi. Həzrət Peyğəmbər (s) 
onun  gəlişini  və  yer  üzündə  ədaləti  bərpa  edəcəyini  vəd  etmişdi. 
Həzrət  Mehdi  (ə),  böyük  qiyamın  rəhbəri  dövrünün  xəlifələrindən 
kimsəyə beyət etməmişdi. Belə bir imamın xalqın və zalım hakimlərin 
gözündən  qeybə  çəkilməsi  təbii  deyilmi?!  Bununla  belə,  o  xalq 
arasındadır, onlarla yanaşı yaşayır.  
                                                 
1
 “Bihar”, c. 50, s. 369. 
2
 “Bihar”, c. 50, s. 304. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə