Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə42/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   38   39   40   41   42   43   44   45   ...   93

 
125 
Tövhid 
əqidəsini  və  Allahın  iradəsi  olmadan  işlərin 
mümkünsüzlüyünü nəzərə alaraq təkvini vilayət haqqında belə demək 
olar:  
Әvvəla, imam yalnız müəyyən işlərə qatışa bilər.  
İkincisi, imamın qatıldığı təkvini işlər də digər işlər kimi Allahın 
iradəsindən asılıdır.  
 
Sual: 190. Təkvini vilayət yalnız Allaha aiddirmi? 
Cavab:  Bəziləri  iddia  edirlər  ki,  Quran  ayələri  təkvini  vilayətin 
yalnız Allaha aid olduğunu bildirir. 
Qurani-Kərimdə  buyurulur:  “Onlar  özlərinə  Allahdan  qeyrisini 
“vəliyy”  seçdilər?!  Hansı  ki,  “vəliyy”  yalnız  Allahdır.  Odur  ölüləri 
dirildən və Odur hər işə qadir.”
1
  
Digər bir Quran ayəsində buyurulur: “Sizin üçün Allahdan başqa 
“vəliyy” və yardımçı yoxdur.”
2
  
Bu  və  digər  ayələrdən  məlum  olur  ki,  vilayət  (vəlilik)  əslində 
yalnız Allaha aiddir. Başqaları yalnız Allaha yaxınlıq və Onun izni ilə 
bu məqamdan bəhrələnə bilər.  
“Maidə”  surəsində  oxuyuruq:  “Sizin  vəliniz  yalnız  Allah,  Onun 
peyğəmbəri  və  iman  gətirənlərdir.  Onlar  ki,  namazı  bərpa  edir,  rüku 
halında zəkat verirlər.”
3
  
“Təhrim”  surəsində  oxuyuruq:  “Onun  ziddinə  əl-ələ  versəniz 
(bacarmazsınız).  Çünki  Allah  onun  vəlisidir,  həmçinin  Cəbrail,  saleh 
möminlər və mələklər ona arxa dururlar.”
4
  
 
Sual:  191.  Әgər  imamın  təkvini  vilayəti  varsa,  nə  üçün  zəruri 
məqamlarda bu imkandan istifadə etmir? 
Cavab:  Bəziləri  deyirlər  ki,  əgər  imamların  təkvini  vilayəti, 
möcüzə  göstərmək  imkanı  varsa,  nə  üçün  zəruri  məqamlarda  bəlanı 
özlərindən  uzaqlaşdırmaq,  düşməni  zərərsizləşdirmək  üçün  bu 
imkanlardan istifadə etmirlər? 
Әvvəla, zərərli olduğunu düşündüyümüz bir çox işlər əslində bizə 
xeyirdir.  Әksinə,  bir  çox  işləri  xeyirli  bildiyimiz  halda  bu  işlər  bizə 
zərər yetirir. Allah təkvini vilayəti məsləhət bildiyi kəsə verir. İmamın 
çətinlik  zamanı  həmin  məqamdan  istifadə  etməməsində,  şübhəsiz  ki, 
                                                 
1
 “Şura”, 9. 
2
 “Şura”, 31. 
3
 “Maidə”, 55. 
4
 “Təhrim”, 4. 


 
126 
hikmət var. Bizim zahirinə baxıb xeyir saydığımız bir iş zərərli də ola 
bilər.  
Quran buyurur: “Sizin üçün Allah yolunda cihad müəyyənləşdi – 
bir halda ki, sizə xoş gəlməz. Nə çox xoşlamadığınız, amma xeyrinizə 
olan şeylər. Bəzən də zərərinizə olan şeyi dost tutursunuz.”
1
  
Digər bir ayədə buyurulur: “Xoşlamadığınız bir çox işlər ola bilər 
ki, Allah həmin işdə böyük xeyir müəyyənləşdirib.”
2
  
İkincisi,  imam  ilahi  müqəddərata  təslim  olduğundan  Allahın 
iradəsinə qarşı heç bir vasitədən istifadə etmir.  
Üçüncüsü,  Allahın  övliyaları  bu  sınaq  dünyasında  imkan 
həddində möcüzədən istifadə etməməyə çalışırlar.  
Dördüncüsü, məsum şəxs heç vaxt şəxsi mənafeyi naminə təkvini 
vilayətdən istifadə edib, ilahi müqəddərata qatışmır. Məsumlar  yalnız 
bəşəriyyətin  xeyiri  istiqamətində  və  Allahın  iradəsinə  uyğun  şəkildə 
səy göstərirlər.  
Ağıl baxımından imam Mehdinin (ə) varlığı 
Sual:  192.  İmam  Mehdinin  (ə)  varlığı  ilahi  lütf  əsasında  necə 
sübut olunur? 
Cavab:  İlahi  lütfün  həzrət  Mehdinin  (ə)  varlığına  dəlil  olmasını 
araşdırmazdan öncə bir neçə nöqtəyə işarə edək: 
1. Bir baxımdan lütf iki qismə bölünür:  
a)  Lütfi-müfəssəl:  Bu  lütf  sayəsində  insan  ixtiyari  olaraq  itaət 
yolunu seçir. 
b)  Lütfü-müqərrəb:  bu  lütf  sayəsində  insan  vacib  göstərişlərin 
yerinə yetirilməsinə yaxınlaşır, haramlardan uzaqlaşır.  
2.  İmamiyyə  və  mötəzilə  alimləri  lütfü  Allah  üçün  vacib  sifət 
saymışlar.  Çünki  Allah Öz  bəndələrini  boş  yerə  yaratmamışdır.  Buna 
görə  də  onları  nəzərdə  tutulmuş  məqsədə  çatdırmaq  üçün  şərait 
yaradır, o cümlədən, lütf göstərir.  
Müqərrəb lütfə əsasən cəmiyyətdə haqqa mehvər olası, cəmiyyəti 
xətadan  uzaqlaşdırası  imama  ehtiyac  var.  Bu  səbəbdən  də  deyirik: 
icma  höccətdir.  Lütf  qaydası  tələb  edir  ki,  xalq  arasında  rəis  olsun. 
Rəis  cəmiyyətə  biganə  qalmamalıdır.  Cəmiyyət  yolunu  azdıqda  rəis 
onu doğru yola sövq etməli, batilin qarşısını almalıdır.  
                                                 
1
 “Bəqərə”, 216. 
2
 “Nisa”, 19. 


 
127 
Səffar imam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, Allah-təala 
yer üzünü imamsız qoymaqdan daha ucadır.”
1
  
Məhz varlığını lütf saydığımız qeybdə olan imamın hansı təsirləri 
var? 
1.  Bütün  yer  üzündə  Allah  dinin  hifzi  –  Mərhum  Şəriful-Üləma 
buyurur: “Heç şübhəsiz, qeyb dövründə imamın varlığı lütfdür. Digər 
bir  lütf  şəriətin  qorunması,  xalqın  batil  ətrafında  toplanmasının 
qarşısının alınmasıdır.”
2
  
2.  Hazırlıqlı  nəfslərin  tərbiyəsi  –  Qeyb  dövründə  imamın  xalqla 
rabitələrinin  tamamilə  kəsilməsi  yanlış  fikirdir.  Bəzi  rəvayətlərə 
əsasən, ləyaqətli insanlar həzrətin nurundan bəhrələnəcəklər.  
3. İmamın varlığı ilə məzhəb qorunar – Sosioloqlar və psixoloqlar 
bu  fikirdədilər  ki,  hətta  qeybdə  olan  rəhbərin  varlığına  inam  dini 
cəmiyyətə  böyük  təsir  göstərir.  Ühüd  savaşında  düşmən  xalqın 
ruhiyyəsini  zəiflətmək  üçün  peyğəmbərin  qətlə  yetirilməsi  ilə  bağlı 
şayiə yaydı.  
4. İdeal şəxsiyyətin bəşəriyyətin tərəqqisinə təsiri – İlahi dinlərin 
imtiyazlarından  biri  budur  ki,  göstəriş  verməzdən  öncə  nümunələr, 
ideal  şəxslər  təqdim  olunur.  Xalq  bu  ideallarla  tanış  olub  kamillik 
yolunda  daha  asanlıqla  qədəm  götürür.  Bildiyimiz  kimi,  ən  üstün 
nümunə kamil və sağ imamdır.  
 
Sual: 193. Әgər imamın varlığı lütfdürsə, nə üçün hər məntəqədə 
imam yoxdur? 
Cavab:  Әvvəla,  kəlam  elmində  sübuta  yetirilib  ki,  hər  dövrdə 
birdən  artıq  imam  ola  bilməz.  Çoxluq  fəsad  yaratdığından  imam  da 
çox  ola  bilməz.  Әgər  imam  hakimiyyətə  malikdirsə,  bir  neçə 
hakimiyyət, şübhəsiz ki, fəsadla nəticələnər.  
İkincisi, həzrət Mehdinin (ə) varlığı ilə bağlı sadaladığımız lütflər 
bir nəfər vasitəsi ilə həyata keçə bilər. Bu səbəbdən də hər məntəqədə 
imama  ehtiyac  qalmır.  Bəli,  hər  bir  məntəqədə  həqiqi  din  aliminin 
olması zəruridir.  
 
 
 
 
                                                 
1
 “Bəsairul-dərəcat”, s. 285» 
2
 “Kəşfül-qina”, s. 148» 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə