134
qısalığı haqqında məsəllər çəkilib. Ehtimalların hesabı baxımından,
hər hansı yalanın bir bu qədər davam edib bütün ümmət tərəfindən
qəbul olunması mümkünsüzdür.”
1
Sual: 205. Әqli dəlillər müəyyən bir imamın mövcudluğunu
sübut edirmi?
Cavab: 1. Әqli dəlillər kamil bir insanın mövcudluğunun
zəruriliyini təsdiqləyir. Bu dəlillərin həmin şəxsin məhz imam Mehdi
(ə) olması ilə əlaqəsi yoxdur. Amma uyğun dəlillər imamiyyə
şiələrinin məsum bir imamın mövcudluğuna etiqadını təsdiqləyir.
Beləcə, uyğun dəlillər yalnız şiələrin baxışına uyğundur.
2. Ustad Həsənzadə Amuli deyir: “Bu məqamda iki mövzuda
danışmaq lazımdır: Külli və şəxsi mövzularda. Külli mövzu dedikdə
daimi mövcud olan höccətin varlığını sübut edən dəlillər nəzərdə
tutulur. Şəxsi mövzu dedikdə isə qaimin konkret kimliyi ilə bağlı
dəlillərdən danışılır. Fərdin kamilliyini tanımaq üçün isə mütəvatir
hədislərə və vəhyə müraciət etmək lazımdır.”
2
3. İslam irfanı məqsədə çatmaq üçün şeyx və ustadın varlığını
şərt sayır. Bu şərt də iki qisimdir: “Ümumi ustad və xüsusi ustad.
Ümumi ustad odur ki, sırf hidayət məsuliyyəti daşımasın və ona
məlumat almaq üçün müraciət olunsun.
Xüsusi ustad isə sırf hidayət məsuliyyəti daşıyan şəxsdir və
həqiqət yolunu gedən kəs heç bir halda bu ustaddan kənar
düşməməlidir.
3
Bu məsələlər sünnə əhli arifləri tərəfindən də qəbul olunur. Çünki
onlar da iki ustadın mövcudluğunu şərt sayır. Onlardan biri mürşid,
digəri ilahi feyz daşıyıcısı olan ustaddır. Әgər bu ustad dünyada
olmasa, dünya dağılar. Bu səbəbdən də aləmin sabitliyi bu şəxsin
varlığından asılıdır. Sünnə əhli arifləri dünyanın belə bir ümumi
ustada ehtiyacını qəbul edirlər. Uyğun həqiqəti qəbul edənlər arasında
Әbdül-Vəhhab Şərani, Mühyiddin ibn Әrəbi, Cami Hənəfi, Әttar
Nişapuri, Cəlаləddin Rumi diqqəti cəlb edir.
Başqa sözlə, qeyd olunan dəlillər məsum imamın varlığının
zərurətini göstərir. Ariflər bu şəxsi imkan dairəsinin qütbü
adlandırırlar. İrfanda hər zamanın yalnız bir qütbü ola bilər. Bir neçə
1
“Bəhsun-həvləl-Məhdi (ə)”, s. 109-110.
2
“Nəhcül-vilayə”, c. 7, 8.
3
“Risaleye lubbul-ləbab”, s. 133, 134.
135
qütbün olması mümkünsüzdür. Bu qütb bütün səhv və nöqsanlardan
pakdır.
1
Bunu da qeyd etməliyik ki, ayə və rəvayətlərdən də bu sayaq
anlayışlar əldə olunur. Qütb anlayışı həmin anlayışlardandır.
Әmirəlmöminin (ə) Şiqşiqiyyə xütbəsində özünü qütb adlandırır:
“And olsun Allaha! Әbu-Qəhafənin oğlu Әbu-Bəkr mənim xilafətdəki
yerimin dəyirman daşı oxunun (qütbünün) dəyirmandakı yeri kimi
olduğunu bildiyi halda xilafət əbasını geyindi.”
2
Sual: 206. Şəriət və millətin keşiyində dayanmayan və ilahi
hökmləri icra etməyən imamın nə faydası var?
Cavab: Bəzən deyirlər ki, pərdə arxasında qalmış, kimsəyə
görünməyən, hökmləri icra etməyən, xalqı cihada çağırmayan imamın
nə faydası ola bilər?
Sualı xülasə şəkildə belə cavablandıra bilərik:
1. İmamın qeybə çəkilməsində təsirli olduğumuz kimi, onun
zühuruna da əməllərimizin təsiri var.
2. Qeyb dövründə heç bir ilahi hökm gücdən düşmür, cihad təxirə
salınmır. Bu iş imamın vəkaləti ilə fəqihlər tərəfindən icra olunur.
3. İmam qeybdə olsa da, onun nəzarəti var və şəriətin
keşiyindədir. Həqiqətə qarşı icma təşkil olunduqda imam müdaxilə
edib həqiqəti bildirir.
4. İmamın vücudu ilahi feyz vasitəsidir. İmam olmasa, dünya
dağılar.
5. İmam xalqın nəzərlərindən gizli olsa da, batini bir nüfuz gücü
var. Ləyaqəti olan hər bir kəs batini yolla haqqa yönəldilir.
Quran baxımından həzrət Mehdinin (ə) varlığı
Sual: 207. “Qədr” surəsinin ayələri imam Mehdinin (ə) vücudunu
təsdiqləyirmi?
Cavab: “Qədr” surələrində bildirilir ki, mələklər hər ilin qədr
gecəsi yerə enirlər.
“Biz onu (Quranı) qədr gecəsində nazil etdik. Sən nə bilirsən ki,
qədr gecəsi nədir?! Qədr gecəsi min aydan üstündür. Mələklər və ruh
həmin gecə Rəbbinin izni ilə hər işdən ötrü nazil olar. Bu gecə sübh
ağartısınadək salamatlıqdır.”
3
1
“Müqəddiməye-qeysəri”.
2
“Nəhcül-bəlağə”.
3
“Qədr”, 1-5.
136
“Duxan” surəsində də bu məsələyə işarə olunur: “Ha, mim. And
olsun bu aydın kitaba ki, biz onu bərəkətli bir gecədə nazil etdik. Biz
daim qorxudan olmuşuq. Həmin gecə hər bir iş hikmət əsasında
tənzim (tədbir) olar.”
1
Ramazan ayı qiyamət gününədək təkrarlanar. Qədr gecəsi də
qiyamətə qədər davam edəsidir. Demək, mələklərin və ruhun gəlişi də
hər qədr gecəsi təkrarlanır. Belə bir sual yaranır: “Hər qədr gecəsi yerə
enən mələklər və ruh həzrət Peyğəmbərdən (s) sonra kimə nazil olur?
Diqqətlə araşdırdıqda görürük ki, hər bir dövrdə kamil və məsum
imam olmalıdır ki, mələklər və ruh ona nazil olsun. İmam Baqir (ə)
buyurur: “Ey şiələr! “İnna ənzəlnahu” surəsinə sarılsanız, qalib
gələcəksiniz. And olsun Allaha ki, bu surə, peyğəmbərdən sonra
Allahın höccəti üçündür. Bu surə, həqiqətən, sizin dininizin təsdiqi,
bizim elmimizin nəhayətidir. Ey şiələr! “Ha, mim, vəl kitabil-mubin”
ayəsi haqqında danışın. Çünki bu ayələr peyğəmbərdən sonrakı əmr
sahiblərinə aiddir...”
2
Başqa bir məqamda İmam (ə) buyurur: “And olsun Allaha,
həqiqətən, qədr gecəsini təsdiq edən şəxs bizə aid elmdən əldə
edər...”
3
Həzrət Әli (ə) ibn Abbasa buyurur: “Həqiqətən, hər ilin qədr
gecəsi var. Həmin gecə bir ilin işləri nazil olar. (Bir ildə baş verəcək
işlər müəyyənləşər.) Onun üçün peyğəmbərdən sonra vəlilər var.” İbn
Abbas deyir: Әrz etdim ki, onlar kimlərdir? Həzrət buyurdu: “Mən və
məndən olan on bir övladım hamısı imam və mühəddisdir.”
4
Həzrət Peyğəmbər (s) səhabələrinə buyurmuşdur: “Qədr gecəsinə
iman gətirin. Çünki o, Әli ibn Әbi-Talib və onun on bir övladı
üçündür.”
5
Sual: 208. “İmam” (“İsra” surəsinin 71-ci) ayəsi imamın
mövcudluğunu necə təsdiqləyir?
Cavab: Allah-təala “İsra” surəsində buyurur: “Bir gün ki, hər bir
güruhu imamı vasitəsi ilə çağırarıq. Әməl naməsi sağ əlinə verilənlər
onu (şadlıqla) oxuyar. Xurma dənəsinin lifi qədər onlara sitəm
qılınmaz.”
1
“Duxan”, 1-4.
2
“Kafi”, c. 1, s. 249.
3
Həmin mənbə, s. 252, 253.
4
Həmin mənbə, c. 1, s. 247, 248.
5
“Kəmalud-din”,c.1, s.280, 281.
Dostları ilə paylaş: |