Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə43/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   39   40   41   42   43   44   45   46   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
128 
 
Sual:  194.    İlahi  inayət  imam  Mehdinin  (ə)  varlığına  dəlil 
sayılırmı? 
Cavab:  Həzrət  Mehdinin  (ə)  vücudunu  təsdiqləyən  dəlillərdən 
biri ilahi inayətdir.  
“İnayət”  sözünün  lüğət  mənası  iradə  və  məqsəddir.  Danışıq 
dilində isə bu söz müxtəlif mənalarda işlədilir.  
Şeyx  İşraq  deyir:  “İnayət  dedikdə  Haqq-taalanın  külli  nizamın 
necəliyini əhatəsi nəzərdə tutulur...”
1
 
Fəxr-Razi  deyir:  “İnayət”  dedikdə  əşyanın  ən  kamil  şəkilə 
düşməsi  üçün  hansı  halda  olmasından  Allahın  xəbərdarlığı  nəzərdə 
tutulur.”
2
  
Sədrul-Mutəllihin 
deyir: 
“Hikmət 
sahiblərinin 
“inayət” 
adlandırdığı  həqiqət  mövcud  nizamın  qaynağıdır.  Demək,  mövcud 
aləm nəhayətdə mümkün bir fəzilətdir.
3
 
İnayət dəlili vasitəsi ilə imamın mövcudluğunu iki bəyanla sübuta 
yetirmək olar:  
1.  Varlıq  nizamı  mümkün  olan  ən  üstün  nizamdır.  Şübhəsiz  ki, 
Məsum imam olmadan bu nizam yetkinliyə çata bilməz. Bu səbəbdən 
də imamın mövcudluğu zərurətdir.  
2. Allah-təala hər bir mövcudun kamala çatması üçün bu dünyada 
zəruri olan vasitələr qoymuşdur. Şübhəsiz ki, insan istisna deyil. Necə 
ola bilər ki, insanın mənəvi yönümü nəzərdə tutulmasın?! 
 
Sual: 195. Həzrət Mehdinin (ə) mövcudluğu fitrət yolu ilə sübuta 
yetirilirmi? 
Cavab: Bəzi müqəddimələrə ehtiyac var: 
1.  Psixoloqlar  insanın  fitri  meyllərini  üç  qismə  bölür:  dostluq 
kimi  şəxsi  meyllər;  insanın  insana  məhəbbəti  kimi  ictimai  meyllər; 
həqiqətpərəstlik, dindarlıq, pərəstiş, kamala yüksəliş kimi ali meyllər. 
2. Mütləq kamala və həqiqi məbuda çatmaq üçün vasitəyə ehtiyac 
var. İnsan öz daxilində bələdçiyə ehtiyac duyur.  
3. Әgər fitrətdə bir şeyə ehtiyac duyulursa, bu şey hökmən xarici 
aləmdə  mövcuddur.  Xarici  aləmdə  olmayan  bir  şey  fitrət  tərəfindən 
tələb oluna bilməz. Başqa sözlə, insanın məsum və kamil bir bələdçiyə 
                                                 
1
 “Әl-ləmhat”, Sührəvərdi, s. 166. 
2
 “Әl-məbahisul-məşriqiyyə”, c. 2, s. 516. 
3
 “Әl-hikmətul-mutəaliyyə”, c. 7, s. 111. 


 
129 
ehtiyacı  onun  içindən  gəlir. Bu  ehtiyac  məsum  imam  olmadan  ödənə 
bilməz.  Biz  sözlə,  insanın  mütləq  kamala  çatması  üçün  yetərli 
vasitənin olması zəruridir.  
Әgər  soruşulsa  ki,  bu  meyl  insanda  necə  yaranır,  cavab  verə 
bilərik  ki,  ağıl  və  düşüncə  varlıq  aləmində  feyz  vasitəsinin  olmasını 
qəbul edirsə, insanda bu vasitəyə meyl təbiidir. Bu səbəbdən də kamil 
insan daim xarici vücuda malik olmalıdır.  
 
Sual:  196.  Hansı  əsasla  feyzin  vasitəli  olması  imamın  varlığına 
dəlil sayıla bilər? 
Cavab:  Filosoflar  aləm  üçün  dörd  mərhələ  zikr  etmişlər:  rübubi 
aləm, əql aləmi, misal aləmi, təbiət aləmi. Filosoflar həm də ağıl üçün 
on  hal  müəyyən  etmişlər.  Birinci  əql  üçün  Allah,  ikinci  əql  üçün 
birinci əql, üçüncü əql üçün ikinci əql səbəbdir. Nəhayətdə onuncu əql 
misal  aləmi  üçün,  misal  aləmi  təbiət  və  maddə  aləmi  üçün  illət  olur. 
Beləcə, aləm səbəblər prinsipi üzərində hərəkətdədir.  
Soruşula  bilər  ki,  Allah-təala  təbiət  aləmini  nə  üçün  vasitəsiz 
yaratmayıb? Rübubi (ilahi) aləmlə maddə aləmi yekcins olmadığından 
onlar  arasında  vasitələrlə  əlaqə  yaradılmışdır.  Maddi  aləmdə  yalnız 
insanın  misal  aləmi  ilə  yekcinsliyi  var.  Tam  yekcinslik  üçün  kamil 
insana  ehtiyac  duyulur.  Belə  bir  insan  bəşəriyyətin  feyzi  üçün  vasitə 
olur. Bu halda təkvini feyzlə təşrii feyz arasında fərq qalmır  
Başqa  sözlə,  ilahi  aləmlə təbiət  aləmi  arasında  feyzin  ötürülməsi 
baxımından vasitəyə ehtiyac olduğu kimi, Allahın mənəvi feyzinin də 
insan qəlbinə ötürülməsi üçün vasitəyə ehtiyac var. Bu vasitə məsum 
imamdır. Әlbəttə ki, şəri feyz də bu yolla insana çatdırılır.  
Allah-təala  buyurur:  “(Ey  Məhəmməd)  Әgər  sən  olmasaydın, 
fələkləri xəlq etməzdim, əgər Әli olmasaydı, səni xəlq etməzdim.” Bu 
hədisin  mahiyyəti  yuxarıda  deyilənlərdən  aydın  olur.  Çünki  adı 
sadalanan  məsumlar  ilahi  feyzin  maddi  aləmə  ötürülməsi  üçün 
vasitədirlər.  Fatimə  (s)  əql  aləmi  ilə  imamət  aləmi  arasında  bir 
pərdədir.  
 
Sual:  197.  Məqsədlilik  səbəbi  imamın  mövcudluğuna  dəlil  ola 
bilərmi? 
Cavab:  Kəlam  elmində  ilahi  fellərlə  bağlı  danışılarkən  qeyd 
olunur  ki,  Allahın  bütün  felləri  məqsədlidir.  Amma  ilahi  məqsəd 
bəşəri  məqsəd  kimi  deyil.  Allah  mütləq  kamil  olduğundan  onun 


 
130 
məqsədi  kamala  çatmaq  deyil.  Әslində  Allahın  felləri  məxluqunu 
kamala çatdırmaq məqsədi daşıyır.  
Məqsədlilik  (“ğayi”)  dedikdə  əməlin  məqsədsiz  olmaması 
nəzərdə tutulur: Allah heç vaxt məqsədsiz iş görmür. Qurani-Kərimdə 
də  bu  həqiqət  təsdiqlənir:  “Göyləri  və  yeri,  onların  arasında  olanları 
oyun-oyuncaq yaratmadıq.” 
Hikmət  sahibləri  və  filosoflar  deyir:  “Varlığın  formalaşması 
prosesində hər bir ali mərtəbə özündən aşağı mərtəbə üçün məqsəddir. 
Beləcə,  sübut  olunur  ki,  nəticə  failin  (fəaliyyət  göstərənin) 
fəaliyyətinin illətidir. Әgər varlıq aləmində insan olmasaydı, heyvanat 
aləmi də ləğv olardı...” 
Digər  bir  tərəfdən  bilirik  ki,  hər  bir  fərd  digər  fərdlərə  oxşardır. 
Bütün  insanlar  eyni  bir  növdən  sayılır.  Amma  arada  fərq  də  var. 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “İnsanların  cövhəri  qızıl  və  gümüş 
mədəni kimi bir-birindən fərqlənir.”
1
  
Bəli,  insan,  meyvəsi  kamil  insan  olan  ağac  kimidir.  Bu  meyvə 
Allahın  məsum  höccətindən  başqası  ola  bilməz.  Bu  səbəbdən  də 
rəvayətdə deyilir: “Әgər yer üzü imamsız olsa, dağılar.”
2
 
Bir  sözlə,  Allahın  höccəti  adlandırılan  kamil  insan  bəşəriyyətin 
varlıq səbəbi olduğundan onun vücudu zəruridir.  
 
Sual:  198.  Әn  şərəfli  оlmаq  (əşrəf)  prinsipi  imam  Mehdinin  (ə) 
vücuduna dəlil ola bilərmi? 
Cavab: Hikmət sahibləri deyir: Varlıq, həyat, elm, qüdrət, rəhmət 
və  digər  kamilliklər  feyz  mənbəsindən  aşağı  mərtəbə  varlıqlara 
birbaşa  çatdırılmır.  Kamilliklər  öncə  “əşrəf”  (ən  şərəfli)  varlıqlara 
yetirilir. Necə ki, çıraq öncə ətrafını, sonra uzağı işıqlandırır.  
Elm  və  qüdrət  kimi  qeyri-hissi  işlərdə  öncə  daha  üstün  rütbəli, 
əşrəf pillələr bəhrələnir.  
Әllamə  Təbatəbai  deyir:  “Әn  şərəfli  оlmаq  qaydası  budur  ki, 
“əşrəf  mümkün”  vücud  mərtəbəsində  “xüsusi  mümkündən”  qədim 
olmalıdır. Çünki ondan şərəflisi ondan öncə mövcud ola bilər...” 
Molla  Sədra  bu  qaydanın  sübutu  üçün  deyir:  “Әgər  “xüsusi 
mümkün”  Allah  tərəfindən  vücuda  gəlmişsə,  ondan  öncə  “əşrəf 
mümkün”  olmalıdır.  “Әşrəf”  və  “əxəssin”    eyni  zamanda  mümkün 
olması  mümkünsüzdür.  Bu  halda  şübhə  doğurmur  ki,  əşrəf  əxəsdən 
                                                 
1
 “Bihar”, c. 61, s. 65. 
2
 “Kafi”, c. 1, s. 179. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə