Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə51/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   47   48   49   50   51   52   53   54   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
152 
Sual:  235.  Kiçik  qeyb  dövrünün  böyük  qeyb  dövründən  hansı 
üstünlüyü var? 
Cavab:  Bir  xəbərə  görə  kiçik  qeyb  dövrü  imam  Әsgərinin  (ə) 
şəhadəti zamanından başlamışdır və həzrət Mehdi (ə) həmin vaxtdan 
imamət  məqamına  təyin  olunmuşdur.  Həzrət  xilafətə  Qum  əhli  ilə 
qarşılaşma zamanı ilkin vəkilini təyin etməklə başlamışdır. Kiçik qeyb 
dövrünün bir sıra imtiyazları var. Onlardan bəzilərini yada salaq:  
1.  Kiçik  qeyb  dövründə  həzrət  Mehdi  (ə)  imamət  və  xilafət 
məqamına çatdı.  
2.  Bu  dövrdə  imam  tam  məxfi  həyat  keçirməmiş,  ümumi  fayda 
baxımından öz xüsusi yardımçıları ilə görüşmüşdür.  
3. Həmin dövrdə 4 səfir olmuşdur. Bu dörd səfir  həzrətin xüsusi 
göstərişlərini yerinə yetirmiş, onunla xalq arasında rabitə yaratmışdır.  
 
Sual:  236.  Allah-təala  həzrət  Mehdinin  (ə)  imaməti  üçün  zəmin 
yaratmışdırmı? 
Cavab:  Bəli,  imam  Mehdinin (ə)  mövludundan  öncə  baş vermiş 
hadisələri  onun  gəlişi  üçün  zəmin  saymaq  olar.  İmam  Cavad  (ə)  və 
imam  Hadinin  (ə)  dünyaya  gəlişi  bu  zəminlərdəndir.  Çünki  imam 
Cavad (ə) 8  ya 7, imam Hadi (ə) isə 6 yaşında imamətə çatmışdı. Bu 
iki məsumun imamətinə etiqad həzrət Mehdinin (ə) imamətinə etiqad 
üçün zəmin yaradırdı və 5 yaşlı məsumun imamət məqamına çatması 
ilə bağlı şübhələri aradan qaldırırdı. 
 
Sual:  237.  Digər  imamlar  həzrət  Mehdinin  (ə)  qeybi  üçün  hansı 
şərаiti hazırlamışdı? 
Cavab: Qeyb mövzusu ümmət üçün yeni bir hadisə idi. Bu sayaq 
uzunmüddətli  qeyblə  heç  bir  ümmət  rastlaşmamışdı.  Bu  səbəbdən  də 
şiə  cəmiyyətinin  hansısa  hazırlığa  ehtiyacı  vardı.  Әhli-beyt  (ə),  hətta 
həzrət  Peyğəmbər  (s)  ardıcıl  şəkildə  12-ci  imamın  qeybinə  işarə 
etmişdir.  Böyük  qeyb  dövründən  öncə  kiçik  qeyb  dövrünün  gəlməsi 
də cəmiyyəti böyük qeyb dövrünə hazırlayan zəmin idi.  
 
Sual:  238.  Həzrət  Peyğəmbər  (s)  həzrət  Mehdinin  (ə)  qeybini 
xəbər vermişdirmi? 
Cavab: Bəli, bir çox rəvayətlərdə bu mövzuya işarə olunmuşdur. 
İbn-Abbas  həzrət  Peyğəmbərin  (s)  dilindən  belə  nəql  edir: 
“Hüseyndən  (ə),  mənim  məqsədim  yolunda  qiyam  qaldırıb 
vəsiyyətimi hifz edəcək imamlar qərar verilmişdir. Onların Hüseyndən 


 
153 
sonra  9-cusu  Әhli-beytimin  (ə)  qaimi,  ümmətimin  Mehdisidir  (ə). 
İnsanlar arasında görünüş, hərəkət və danışıq baxımından mənə ən çox 
oxşayan  da  odur.  O  uzun  qeyb  və  azdırıcı  heyrətdən  sonra  zühur 
edəcək. O, Allahın əmrini elan edib, onun dinini aşkarlayacaq...”
1
 
Həzrət  Әli  (ə)  həzrət  Peyğəmbərdən  (s)  belə  rəvayət  edir:  “Bir 
vaxt  onların  imamı  Allah  istəyi  ilə  qeybə  çəkiləcək.  Onun  üçün  iki 
qeyb dövrü müəyyənləşmişdir. Qeybin biri o birindən uzundur...”
2
 
Cabir  ibn  Әbdüllah  Әnsari  Peyğəmbərdən  (s)  soruşmuşdur: 
“Övladlarınızdan qaim olan üçün qeyb varmı?” Həzrət buyurmuşdur: 
“Bəli, and olsun Allaha!” Sonra “Ali-İmran” surəsinin 141-ci ayəsini 
oxumuşdur.  
 
Sual: 239. Həzrət Әli (ə) imam Mehdinin (ə) qeyb dövrünə işarə 
etmişdirmi? 
Cavab:  Bəli,  bir  çox  rəvayətlərdə  belə  bir  xəbərlə  rastlaşırıq. 
Məsələn, Şeyx Səduq Әmirəl-mömininin (ə) özünə istinadən nəql edir: 
“Bizdən olan qaim üçün qeyb dövrü var. Onun (qeybin) müddəti uzun 
olacaq.  Şiəni  otlaq  gəzən, amma  tapa  bilməyən  çaşqın qoyunlar kimi 
görürəm. Agah olun! Həmin vaxt hər kəs öz dinində sabitqədəm olsa, 
qeybin  uzunluğu  onun  qəlbini    bərkitməsə,  o,  qiyamət  günü 
mənimlədir və mənim mərtəbəmdədir.”
3
 
 
Sual:  240.  İmam  Həsən  (ə)  imam  Mehdinin  (ə)  qeybi  haqqında 
xəbər vermişdirmi? 
Cavab:  Şeyx  Səduq  nəql  edir  ki,  imam  Həsən  (ə)  Müaviyə  ilə 
sülhdən  və  bəzilərinin  ona  qarşı  etirazından  sonra  buyurdu:  “Vay 
olsun  sizə!  Bilirsinizmi  mən  nə  etdim?  And  olsun  Allaha,  mənim 
gördüyüm  bu  iş  şiələr  üçün  günəşin  tülu  və  qürubundan  üstündür. 
Məgər bilmirsiniz ki, mən sizin imamınızam və mənə itaət etməyiniz 
vacibdir?  Məgər  mən  peyğəmbərin  buyurduğu  kimi  behişt  əhli 
cavanlarının  iki  ağasından  biri  deyiləmmi?  Bilmirsinizmi  ki,  Xızır 
gəmini deşdiyi, divarı uçurduğu vaxt həzrət Musa bu işlərin hikmətini 
bilmədiyindən qəzəbləndi? Әslində isə bu işlərin Allah yanında savabı 
vardı. Bilmirsinizmi ki, hər birimiz dövrümüzün zalım hakiminə beyət 
etmişik?  Yalnız  arxasında  İsanın  namaz  qılacağı  qaim  belə  deyil. 
                                                 
1
 “Kəmalud-din”,s.236; “Biharül-Әnvar”, c. 36, s. 227. 
2
 “Bihar”, c. 52, s. 380. 
3
 “Kəmalud-din”,s.303; Elamul-Vəri”, s. 426; “Bihar”, c. 51, s.109. 


 
154 
Allah-təala  onun  dünyaya  gəlişini  gizlədəcək,  qiyamınadək  kimsəyə 
beyət  etməsin  deyə,  onu  qeybdə  saxlayacaq.  O,  qardaşımın  9-cu 
övladı,  ən  üstün  qadınlardan  birinin  оğludur.  Allah  qeyb  dövründə 
onun  ömrünü  uzadacaq.  Öz  qüdrəti  ilə  onu  40  yaşından  aşağı  gənc 
surətində zahir edəcək. Qoy bilsinlər ki, Allah hər şeyə qadirdir.”
1
 
 
Sual: 241. İmam Hüseyn (ə) övladı Mehdinin (ə) qeybi haqqında 
xəbər vermişdirmi? 
Cavab:  Səduq  imam  Hüseynin  (ə)  dilindən  belə  nəql  edir: 
“Övladlarımdan  9-cusunda  Yusifin  və  Musanın  sünnəsi  var.  O,  biz 
Әhli-beytin  (ə)  qaimidir.  Allah  onun  qiyamını  bir  gecədə 
gerçəkləşdirəcək.”
2
 
Başqa  bir  rəvayətdə  imam  Hüseyn  (ə)  buyurur:  “Bu  ümmətin 
qaimi mənim 9-cu övladımdır. O, qeybə çəkilər...”
3
  
Başqa  bir  məqamda  imam  buyurur:  “Onun  üçün  bir  qövmün 
mürtəd  olacağı,  digər  bir  qövmün  öz  dinində  sabit  dayanacağı  qeyb 
dövrü var...”
4
  
 
Sual: 242.  İmam  Səccad  (ə)  imam Mehdinin  (ə)  qeybi  haqqında 
xəbər vermişdirmi? 
Cavab: Şeyx Səduq imam Zeynəl-Abidinin (ə) (imam Səccadın) 
belə  buyurduğunu  nəql  edir:  “Həmin  vaxt  Allah-təalanın  vəlisinin, 
peyğəmbərin 12-ci vəsisinin qeybi başlayar. Ey Әba-Xalid! Həqiqətən, 
onun  imamətinə  iman  gətirilən  və  intizarı  çəkilən  qeyb  dövrü  bütün 
dövrlərdən  fəzilətlidir.  Çünki,  Allah-təala  onlara  elə  bir  ağıl  və 
düşüncə verər ki, qeybi hüzur kimi dərk edərlər...”
5
 
 
Sual:  243.  İmam  Baqir  (ə)  imam  Mehdinin  (ə)  qeybini  xəbər 
vermişdirmi? 
Cavab:  Şeyx  Səduq  nəql  edir  ki,  imam  Baqir  (ə)  buyurmuşdur: 
Xalq  üçün  elə  bir  dövr  gələr  ki,  onların  imamı  qeybə  çəkilər.  Xoş  o 
insanların  halına  ki,  həmin  vaxt  əmrimizdə  sabitqədəm  qalarlar. 
Həqiqətən,  onlar  üçün  nəzərdə  tutulmuş  ən  kiçik  savab  budur  ki, 
Allah-təala  buyurar:  “Ey  mənim  bəndələrim  və  kənizlərim!  Mənim 
                                                 
1
 “Kəmalud-din”,s.315; “Bihar”, c. 51, s. 132. 
2
 “Kəmalud-din”, s.316; “Bihar”, c. 51, s. 132. 
3
 Həmin mənbə, s. 317. 
4
 Həmin mənbə. 
5
 “Kəmalud-din”, s.319; “Bihar”, c. 36, s. 386. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə