Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə59/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   55   56   57   58   59   60   61   62   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
176 
Məhdəviyyət  (ə)  məsələsinə  ikili  yanaşmaya  irfanda  da  diqqət 
yetirilmişdir.  Sünni  ariflərindən  bəziləri,  eləcə  də,  Mövləvi  bu 
əqidədədir ki, hər bir dövrdə istər Әli, istər Ömər nəslindən, bir Mehdi 
(ə)  olmalıdır.  Ariflər  Mehdi  (ə)  dedikdə  imkan  aləminin  qütbünü 
(zirvəsini) nəzərdə tuturlar. Şiələr isə inanır ki, hər bir dövrdə məsum 
imam olmalıdır və yer üzü imamsız yaşamaq gücündə deyil.  
 
Sual:  281.  Böyük  qeyb  dövründə  müqəddəs  nahiyə  tərəfindən 
bəyanat verilmişdirmi? 
Cavab: Şeyx Təbərsi “Әl-ehticac” kitabında həzrət Mehdinin (ə) 
müqəddəs  nahiyəsi  tərəfindən  Şeyx  Müfid  üçün  göndərilmiş  iki 
məktubdan  danışır.  Bu  iki  məktubda  bəzi  aşkar  və  bəzi  rəmzi 
bildirişlər var.
1
  
Bu məktublardan birincisi hicri 410-cu il, səfər ayının axırlarında, 
Şeyx  Müfidin  vəfatından  3  il  öncə  ona  çatmışdır.  İkinci  məktub  isə 
hicri  412-ci  ildə,  yəni  Şeyx  Müfidin  vəfatından  bir  il  öncə 
göndərilmişdir.  Bu  isə  4-cü  səfir  Әli  ibn  Məhəmməd  Səmərinin 
vəfatından  80  il  sonraya təsadüf  edir.  Xatırlayaq  ki,  hicri  329-cu  ildə 
kiçik qeyb dövrü başa çatmışdır.  
Birinci  məktubu  gətirən  deyir:  Bu  məktub  Hicaza  bitişik  bir 
məntəqədən gətirilmişdir.” Deyilənlərdən məlum olur ki, imam həmin 
vaxt  Hicaz  məntəqəsində  sakin  olmuş  və  bu  məktubu  yaxınlarından 
biri vasitəsi ilə Şeyx Müfidə göndərmişdir.  
İkinci  məktub  hicri  412-ci  ilin  şəvval  ayının  əvvəlində  Şeyx 
Müfidə  göndərilmişdir.  Həmin  ilin  zil-həccə  ayının  23-də  cümə 
axşamı günü şeyx həmin məktubu almışdır. Yəni qasid üç aydan yeddi 
gün əskik müddətdə yolda olmuşdur. Hər iki məktub həzrət Mehdinin 
(ə) imzası, ona yaxın adamların xətti ilə yazılmışdır. Hər iki məktubun 
sonunda  imam  öz  xətti  ilə  məktubun  həqiqiliyini  təsdiqləmişdir. 
Məktublarda  şeyx  Müfidə  əmr  olunur  ki,  bu  məktubu  gizli  saxlasın, 
yalnız ən etibarlı səhabələri xəbərdar etmək üçün nüsxə çıxarılsın.
2
  
 
 
 
 
 
                                                 
1
 “Ehticac”, c. 2, s. 597-602. 
2
 “Tarixul-Ğeybətul-Kubra”, s. 140, 141 


 
177 
 
Sual:  282.  Şeyx  Müfidə  yazılmış  məktubların  imam  Mehdi  (ə) 
tərəfindən göndərilməsi necə sübut oluna bilər? 
Cavab: Bu iki məktubun həqiqiliyinə müxtəlif baxımlardan əmin 
olmaq mümkündür. Onları nəql etmiş Şeyx Təbərsi sənəd göstərməsə 
də, müəyyən nöqtələrə istinad etmək olar: 
1. Təbərsi bu iki rəvayəti şübhə doğurmayan aşkar rəvayətlərdən 
sayır.  Məlum  olur  ki,  o  mötəbər  sənədlərə  əsaslanmışdır.  Bir  çox 
rəvayətlər  kimi  bu  iki  rəvayət  də  çox  məşhur  olduğu  üçün  sənədsiz 
nəql oluna bilər.  
2. Bu iki rəvayətdəki ali məzmun və sadiq xəbərlər onların məhz 
həzrət Mehdi (ə) tərəfindən göndərilməsinə əminlik yaradır.  
Uyğun  iki  məktubun  həqiqiliyini  göstərən  digər  məlumatlar  da 
var. Mühəddis Bəhrani imam Mehdinin (ə) Şeyx Müfidə həsr olunmuş 
və qəbri üzərində yazılmış şerini nəql etdikdən sonra buyurur: “Həzrət 
Mehdinin  (ə)  nahiyəsindən  Şeyx  Müfidə  ünvanlanmış  məktubları 
nəzərə  aldıqda onun  Şeyx haqqında  şer  söyləməsi  təəccüb  doğurmur. 
Bu  məktublarda  tərif  dolu  xoş  sözlər  çoxdur...”  Müəllif  sonra  yazır: 
“Suali-əhli-Hələb” adı ilə tanınmış risalədə Şeyx Müfidin ehtiramı ilə 
bağlı deyilir:  
a) Məsum imamlardan nəql olunanların həqiqiliyi; 
b)  Bütün  şiələrin  şeyx  Müfidə  həzrət  tərəfindən  iki  məktub 
yazılması  xəbərini  qəbul  etməsi  –  İldə  bir  məktubun  yazılması  şeyx 
Müfidin  etibarlılığını  göstərir.  İbn  Bətriq  bildirir  ki,  bu  xəbər  icma 
dəlili ilə qəbul olunur. Təbərsi “Ehticac” kitabında qeyd edir ki, bu iki 
məktub  alimlər  icması  tərəfindən  qəbul  olunduğundan  sənədləri 
göstərməyə ehtiyac yoxdur.  
İbn  Şəhr  Aşub  “Məalimul-üləma”  kitabında  qeyd  edir  ki,  onu 
(şeyxi) həzrət Mehdi (ə) “Şeyx Müfid” adlandırdı...”
1
  
3.  Təbərsi  “Ehticac”  kitabının  müqəddiməsində  deyir:  “Nəql 
etdiyimiz bir çox rəvayətlərin sənədini ona görə göstərmirik kki, onlar 
ya  icma  tərəfindən  qəbul  olunmuşdur,  ya  da  əql  və  şöhrət  dəlili  ilə 
sübuta yetir...”
2
  
4. Böyük qeyb dövründə bu iki məktubun yazılmasına ehtiyac və 
zərurət  olmuşdur.  Әvvəla,  həzrət  bu  məktublar  vasitəsi  ilə  şiələrə 
zəruri  göstərişlər  vermişdir.  İkincisi,  Şeyx  Müfid  kimi  saleh  alimlərə 
                                                 
1
 “Məalimul-üləma”, s. 113. 
2
 “Müqəddimeye-Ehticac”, s. 14. 


 
178 
bu  sayaq  məktubların  göndərilməsi  onların  rəyasətini  təsdiqləyir, 
böyük  qeyb  dövründə  xalqı  belə  alimlərə  itaətə  çağırır.  Necə  ki,  bir 
məktubda ibn Babəvеyhə “ya Şeyx, ya Әbəl-Həsən” deyə xitab olunur.  
 
Sual: 283. Peyğəmbərlər arasında qeyb hadisəsi baş vermişdirmi? 
Cavab: Qeyb və Allah höccətinin xalqdan kənara çəkilməsi təzə 
bir  iş  deyil.  Bu,  peyğəmbərlər  arasında  da  müşahidə  olunan  bir 
həqiqətdir. Qeyb həyatı yaşamış bəzi peyğəmbərləri yada salaq:  
1.  Həzrət  İdris  (ə).  Rəvayətlərə  əsasən,  İdris  peyğəmbər  dövrün 
zalım  hakimləri  ilə  üzbəüz  gəldiyi  üçün  ümmət  arasından  iyirmi  il 
qeybə  çəkildi.  O  dağlarda,  mağaralarda  yaşayırdı.  Allah  hər  qürub 
vaxtı ona qida gətirən mələk təyin etmişdi...
1
 
2.  Həzrət  Saleh  (ə).  Şеyх  Səduq  imam  Sadiqin  (ə)  belə 
buyurduğunu nəql edir:  “Həqiqətən, Saleh bir müddət öz qövmündən 
qeybə çəkildi.  
O qeyb zamanı qoca bir kişi idi. Qövmünün yanına qayıtdığı vaxt 
onu üzdən tanıyan olmadı...”
2
 
3.  Həzrət  İbrahim  (ə).  Rəvayətlərə  əsasən  həzrət  İbrahim  də 
anadan  olduqdan  sonra  bir  müddət  məxfi  qalmış,  Allahın  əmri  nazil 
olanadək öz risalətini gizlətmişdir.
3
 
4. Həzrət Musa (ə). Səduq belə nəql edir: “Həzrət Musa Misirdən 
Mədyənə qaçıb bir müddət həzrət Şüeybin yanında qaldı...”
4
 
5.  Həzrət  Şüeyb  (ə). Məclisi  həzrət Әlinin (ə)  belə buyurduğunu 
nəql  edir:  “Şüeyb peyğəmbər qocalanadək öz qövmünü  Allaha  doğru 
dəvət  etdi.  Həmin  vaxt  Allahın  istədiyi  dövrədək  xalqdan  qeybə 
çəkildi. Sonra cavan halda onların yanına qayıtdı...”
5
 
6.  Həzrət  İlyas  (ə).  Qütb  Ravəndi  nəql  edir  ki,  həzrət  İlyas  öz 
qövmü  arasında  7  il  qeybə  çəkildi.  Həmin  müddət  ərzində  səhra  və 
çöllərdə yaşadı.
6
  
7.  Həzrət  Danyal  (ə)  nəbi:  Şeyx  Səduq  deyir:  Danyal  nəbi  90  il 
müddətində  qövmü  arasından qeybə  çəkildi. O, Bəxtun-Nəsrin əlində 
əsir  oldu.  Ardıcılları  bu  müddət  ərzində  onun  intizarında  qaldılar.” 
(“Kəmalud-din”, c. 1, s.385) 
                                                 
1
 “Kəmalud-din”, c. 1, s.130» 
2
 “Kəmalud-din”, c. 1, s.136, 137. 
3
 “Kəmalud-din”, c. 1, s.138. 
4
 “Kəmalud-din”, c. 1, s.145. 
5
 “Bihar”, c. 12, s. 385. 
6
 “Qəsəse-Ravəndi”, s. 248. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə