Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə58/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   54   55   56   57   58   59   60   61   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
173 
insanların  hazırlığı,  zühura  təşnəliyi  mühümdür.  Bu  təşnəliyi  və 
hazırlığı  yaradan  səbəblərdən  biri  kimi  zülm-sitəm  qeyd  oluna  bilər. 
Yalnız  zülm-sitəm  yayıldıqda  bütün  insanlar  ədalətsizliyin  acılığını 
hiss edib ədalət sorağında olur.  
Nəticədə,  deməliyik  ki,  zühur  üçün  əsas  şərt  insanların  hazırlığı 
və  nizamsızlığın  aqibətindən  xəbərdarlığıdır.  Bir  sözlə,  zülm-sitəm 
əsas şərt deyil.  
 
Sual:  275.  Nə  üçün  həzrət  Mehdi  (ə)  etibarlı  möminlərə  zahir 
olmur? 
Cavab:  Әvvəla,  həzrət  bir  şəxsə  zahir  olmaq  üçün  inandırıcı 
möcüzələr  göstərməlidir.  Bu  halda  hoqqabaz  sehrbazlar  xalqı  öz 
sehrləri ilə aldadıb özünü əsrin imamı kimi təqdim edə bilər.  
İkincii,  yаrаmаz  insanlar  bu  məsələdən  istifadə  edib  yalan 
iddialar  irəli  sürə  bilər.  Bütün  bu  azğınlıqların  və  çaşqınlıqların 
qarşısını  almaq  üçün  uyğun  görüşlərdə  məhdudiyyət  var.  Әlbəttə  ki, 
ali  məqam  sahibi  olan  nadir  insanlar  müəyyən  məsələlərlə  bağlı 
həzrətlə görüşə bilər.  
 
Sual:  276.  Böyük  qeyb  dövründə  ümumi  naiblik  məsələsi  necə 
izah olunur? 
Cavab: Ümumi naiblik dedikdə hər bir dövrdə etibarlı bir şəxsin 
cəmiyyətdə  imamın  nümayəndəsi  kimi  tanınması  nəzərdə  tutulur. 
Kiçik qeyb dövründə təqdim olunan naiblər xüsusi naiblər idi.  
Rəvayətlərə əsasən, ümumi naiblik məqamı imamların, xüsusi ilə 
həzrət Mehdinin (ə) vasitəsi ilə ləyaqətli fəqihə verilir. Uyğun baxışın 
sübutu üçün iki rəvayət misal göstərilə bilər.  
1.  Әmr  ibn  Hənzələ  imam  Sadiqdən  (ə)  soruşur  ki,  iki  şiə 
arasında  mübahisə  baş  verdikdə  dövrün  hakimi  tərəfindən  təyin 
olunmuş  qaziyə  müraciət  etmək  olarmı?  Həzrət  buyurur:  “Onlara 
müraciət  haramdır.  Onlara  müraciət  zalım  hakimə  müraciətdir.  Allah 
zalım  hakimə  müraciəti  qadağan  etmişdir.”  Әmr  növbəti  dəfə  sual 
verir: “Bəs nə edilməlidir? Müraciət edilməyəcəyi halda həmin şəxsin 
haqqı  tapdanır?”  Həzrət  zəruri  şərtlərə  malik  alimləri  meyar 
göstərərək  buyurur:  “Özünüz  şiə  fəqihlərindən  hədislərimizi  rəvayət 
etmiş,  halal-haramı  tanımış,  hökmlərimizi  bilən  şəxsi  seçib 
çətinliklərinizi  onun  vasitəsi  ilə  həll  edin.  Çünki  onlar  mənim 
tərəfimdən  seçilmişdir  və  mən  də  onları  sizə  hakim  etmişəm.  Әgər 
onlara müraciətdən sonra mübahisə edən tərəflər sağlam hökmü qəbul 


 
174 
etməsə,  bizi  rədd  etmişdir.  Bizi  rədd  edən  əslində  Allahı  rədd  edir. 
Belə bir şəxs müşrik yerindədir.”
1
  
2.  İshaq  ibn  Yəqub  həzrət  Mehdidən  (ə)  müəyyən  sualların 
cavabını  istəyir.  İmam  suallara  cavab  olaraq  naib  Məhəmməd  ibn 
Osman  Әmri  vasitəsi  ilə  qeydlərini  göndərir.  Həmin  məktubda  əks 
olunan  məsələlərdən  biri  budur:  “Qarşıya  çıxan  hadisələrdə 
hədislərimizi  rəvayət  edənlərə  müraciət  edin.  Onlar  bizim  üçün 
höccətdir.”
2
 
 
Sual:  277.  Xalqın  həzrət  Mehdiyə  (ə)  yönəlmələri  üçün  nə 
etməliyik? 
Cavab:  Xalqın  həzrət  Mehdiyə  (ə)  meyli  onun  şəxsiyyətini 
tanımalarından  asılıdır.  Kimsədə  bilmədiyi  məchul  bir  şeyə  meyl 
olmur.  Bu  səbəbdən  də  vəzifəmiz  həzrət  Mehdini  (ə)  bütün 
bəşəriyyətə  tanıtdırmaqdır.  Xalq  bilməlidir  ki,  qeyb  dövrünün 
xüsusiyyətləri  nədir,  insan  zühur  dövründə  hansı  bərəkətlərə  çatır, 
bütün  yer  üzünü  zülm-sitəm  necə  bürüyür,  həzrətin  zühuru  ilə 
bəşəriyyət zülmətlərdən nura necə çıxır? 
Bulud  arxasındakı  günəşdən  bəhrələndiyimiz  kimi,  qeybdəki 
imamdan  bəhrələnmiş  olsaq  da,  zühur  dövrünün  bəhrəsi  başqadır! 
Zühurla  bağlı  incə  nöqtələr  aydınlaşdıqda  bu  məsələ  insanların 
diqqətini cəlb edir, onlarda həzrətə meyl yaranır.  
 
Sual: 278. Hansı yolla həzrət Mehdini (ə) görmək olar? 
Cavab: İnsan iki yolla həzrəti görə bilər:  
1. Ruhi kamilliklərə çatmaq yolu ilə: İnsan bu yolla özünü əxlaqi 
çirkinliklərdən  təmizləyir,  şəri  göstərişlərə  əməl  etməklə  elə  bir 
dərəcəyə çatır ki, həzrətlə görüş ləyaqətini əldə edir.  
2.  Bəzi  rəvayətlərdə  uyğun  məsələ  ilə  bağlı  nəql  olunmuş  bəzi 
göstərişlərə əməl etmək yolu ilə: Məsələn, hər kəs 40 həftə ərzində 40 
gecə  Səhlə  məscidinə  gedib  qəlb  iştirakı  (hüzuri-qəlb)  ilə  həzrəti 
düşünsə, Allahdan belə bir görüş diləsə, məqsədinə çatar.  
 
 
 
 
                                                 
1
 “Üsule-Kafi”, c. 1, s. 67. 
2
 “Kəmalud-din”, s.484; “Әl-Ğeybət”, s. 177. 


 
175 
 
Sual:  279.  Nə  üçün  “Qaim”  (Mehdi)  adı  çəkildikdə  ayağa 
qalxırıq? 
Cavab:  Hacı  Nuri  yazır:  “İmam  Sadiqdən  (ə)  belə  nəql 
olunmuşdur:  “Bir  gün  imam  Sadiqin  (ə)  məclisində  həzrət  Mehdinin 
(ə)  mübarək  adı  çəkildi.  İmam  Sadiq  (ə)  təzim  və  ehtiram  əlaməti 
olaraq yerindən qalxdı.”
1
  
Digər  bir  rəvayətdə  deyilir  ki,  Dəbəl  Xəzai  imam  Rizanın  (ə) 
yanında  həzrət  Mehdi  (ə)  ilə  bağlı  bir  neçə  beyt  oxuduqdan  sonra 
həzrət ayağa qalxdı...”
2
  
Mirzayi Nuri deyir: İmam Rizanın (ə) məclisində həzrət Höccətin 
adı  çəkildikdə  həzrət  qalxdı  və  iki  mübarək  əlini  başına  qaldırıb 
zühurun tеzləşməsi üçün dua etdi.
3
  
İmam Sadiqdən (ə) soruşuldu: “Həzrət Mehdinin (ə) adı çəkildiyi 
vaxt nə üçün yerimizdən qalxaq?” Həzrət buyurdu: “Həzrət Mehdinin 
(ə) qeybi uzun çəkər. O öz  dostlarını çox  sevdiyindən,  yada  salındığı 
zaman  dostuna  nəzər  salar.  Həzrəti  yada  salan    şəxs  ehtiram  əlaməti 
olaraq  yerindən  qalxsa  yaxşıdır. Həzrət  Mehdinin  (ə) ona  baxdığı  bir 
anda  onun  ayağa  qalxması,  Allahın  zühurun  tezləşməsini  istəməsi 
yaxşıdır.
4
  
 
Sual:  280.  Qeyri-müəyyən  və  müəyyən  (növi  və  şəxsi) 
Məhdəviyyət dedikdə nəzərdə nə tutulur? 
Cavab:  Bəzən  Məhdəviyyəti  iki  qismə  bölürlər.  Məsələn, 
deyirlər  ki,  sünnə  əhli  оnu  bir  növi  Məhdəviyyət  оlаrаq  qeyri-
müəyyən  şəkildə  qəbul  edir.  Şiələr  isə  konkret  bir  şəxsin  Mehdi  (ə) 
olduğuna inanır.  
Bəli,  şiələr  Məhdəviyyət  (ə)  məsələsinə  konkret  yanaşır.  Yəni 
onlar  inanırlar  ki,  həzrət  Mehdi  (ə)  real  şəxsdir,  o  dünyaya  gəlmişdir 
və  hazırda  diridir.  Şiələr  həzrət  Mehdinin  (ə)  zühuruna  inanır,  onun 
imam Әsgərinin (ə) övladı olduğunu iddia edirlər.  
Sünnə  əhli  isə  Məhdəviyyət  (ə)  məsələsinə  başqa  cür  yanaşır. 
Onlar  inanırlar  ki,  dünyanın  sonunda  peyğəmbər  nəslindən  olan  bir 
şəxs dünyaya gələcək və yer üzü zülm-sitəmlə dolduqdan sonra, onda 
ədaləti bərqərar edəcək.  
                                                 
1
 “Nəcmus-Saqib”, s. 444. 
2
 Muntəxəbul-Әsər”, s. 505. 
3
 Həmin mənbə. 
4
 Həmin mənbə. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə