Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə66/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   62   63   64   65   66   67   68   69   ...   93

 
197 
üçün  şərait  yaranar.  Bu  səbəbdən  də  buyurulmuşdur:  “Xilaskarın 
intizarında olanlar özləri saleh fərdlərdir.” 
Üçüncüsü,  Allah  dərgahına  dua  və  ah-nalədən  əl  çəkməyək. 
Rəvayətlərə əsasən, dua və ah-nalənin zühur üçün böyük təsiri var.  
 
Sual: 320. Şiələrin günahı zühuru təxirə salırmı? 
Cavab:  Zühur  vaxtı  həzrətin  pak  və  xalis  insanlara ehtiyacı var. 
Ümumdünya  ədalət  hökumətini  qurmaq  üçün  layiqli  şəxslərin  varlığı 
zərurətdir.  Günahlar  zühuru  təxirə  salıb,  onun  mühüm  şərtlərindən 
birinin ödənməsinin qarşısını ala bilər.  
Digər bir tərəfdən, həzrət Mehdi (ə) elə bir dövrdə zühur edəcək 
ki, bütün  yer əhli ali bir  mədəniyyətdən bəhrələnmiş olsun. Zühur ilə 
ağıllar  kamilləşməli,  şəri  göstərişlərə  əməl  sayəsində  hədəf 
gerçəkləşməlidir.  
 
Sual:  321.  Sədəqə  verməyin  həzrət  Mehdinin  (ə)  salamatlığına 
hansı təsirləri var? 
Cavab:  Sədəqə  vermək  dəyərli və böyük  savaba  malik  bir işdir. 
Sədəqə bəlanı insandan uzaqlaşdıra bilər. Әgər insan Sahibəzzaman (ə) 
tərəfindən, həzrətin vəkaləti ilə sədəqə versə, həm özü, həm də həzrət 
üçün faydalıdır.  
Sədəqənin  insan  üçün  böyük  təsirləri  var.  Möminə  hədiyyə,  ən 
əsası  yer üzünün ən mömin şəxsinə hədiyyə böyük savaba malikdir.  
Sədəqənin  həzrətə  də  təsiri  var.  Sədəqə  səbəbindən  Allah  ona 
daha  böyük  bərəkət  əta  edir  və  inayətini  artırır.  Çünki  Allahın 
inayətinin  həddi  yoxdur.  Sədəqə  həm  də  həzrətin  vücudundan  bəlanı 
uzaqlaşdırır.  Çünki  Allah-təala  həzrəti  müxtəlif  yollarla,  o  cümlədən 
sədəqə yolu ilə hifz edir.  
Həzrətin  salamatlığı  haqqında  edilən  dualar  da  bu  sayaq  müsbət 
təsirə malikdir.  
 
Sual: 322. Yer üzünü fəsad bürüdüyü halda nə üçün həzrət zühur 
etmir? 
Cavab: Fəsadın yer üzünü bürüməsi zühur üçün şərt olsa da, kafi 
şərt  deyil.  Həzrətin  məqsədlərindən  biri  yer  üzündə  haqq-ədalətin 
genişlənməsidir. Әlbəttə ki, bunun üçün müəyyən şərtlər ödənməlidir. 
Bəzi şərtləri nəzərdən keçirək:  
a) Cəmiyyətin düşüncə səviyyəsinin yüksəlməsi; 
b) Rabitə və informasiya şəbəkəsinin inkişafı və genişlənməsi; 


 
198 
v)  Әdl  və  tövhid  prinsiplərinin  cəmiyyətdə  genişlənməsi  üçün 
həzrətlə həmkarlıq edəsi xüsusi və kamil insanların ərsəyə gəlməsi; 
 
Sual: 323. Zühur vaxtı haqqında danışmaq düzgündürmü? 
Cavab: Bir neçə səbəbdən zühur vaxtı haqqında danışmaq olmaz: 
1.  Heç  bir  rəvayətdə  dəqiq  və  ya  qeyri-dəqiq,  zühur  vaxtı 
göstərilməmişdir.  
2.  Zühur  vaxtı  müəyyən  səbəblərdən  dəyişə  biləcəyi  üçün 
(“Bəda”) bu barədə danışmaq olmaz. İnsan qeyri-adi yollarla məlumat 
əldə etsə belə bu barədə danışmamalıdır.  
3. Bəzən zühur haqqında xəbərlər eşidirik. Amma deyilən vaxtda 
zühur baş vermədiyindən xalq ümidini itirir.  
4. Bəzi rəvayətlərdə zühur vaxtının müəyyənləşdirilməsi qadağan 
edilmişdir.  
 
Sual:  324.  Həzrət  Mehdiyə  (ə)  ərizə  ilə  müraciət  etmək 
mötəbərdirmi? 
Cavab:  Həzrət  Mehdiyə  (ə)  ərizə  yazmağın  mümkünlüyünü 
sübuta yetirən müəyyən dəlillər vardır:  
1. Әrizə yazılması həzrət Mehdiyə (ə) təvəssül növlərindən biridir. 
Bu iş dini mənbələrdə müstəhəb işlərdən sayılmışdır.  
2.  Böyük  dini  şəxsiyyətlər  bu  işi  görmüş  və  onun  bərəkətindən 
faydalanmışlar.  Mühəddis  Nuri  “Nəcmus-Saqib”  kitabında  bu 
mövzuda maraqlı bir əhvalat nəql edir.
1
 
3.  Kəfəmi  “Әl-Misbah”  və  “Әl  Bələdul-əmin”  kitablarında 
ərizənin  hansı  qaydada  yazılmasını  açıqlayır.  Məlum  olur  ki,  imama 
ərizə yazılması qanuni bir işdir.
2
  
Mərhum Məclisi buyurur: “Әrizəni atarkən belə xəyal etsin ki, bu 
məktubu xüsusi naibə təhvil verir.”
3
 
Şeyxul-Taifə  Әbu-Cəfər  Tusi  “Misbahul-Mutəhəccid”  kitabında 
deyir:  “Allaha  ünvanlanmış  məktub  yazılır,  bükülür  və  sonra  həzrət 
Bəqiyyətullaha digər bir məktub yazılır...”
4
 Sonra alim hər bir ərizənin 
yazılma qaydasını göstərir.  
 
 
                                                 
1
 “Nəcmus-Saqib”, s. 421. 
2
 “Misbah”, s. 531; “Әl-Bələdul-Әmin”, s. 227. 
3
 “Bihar”, c. 94, s. 30. 
4
 Həmin mənbə, s. 27. 


 
199 
 
Sual: 325. Həzrətin zühurundan öncəki qiyamların hökmü nədir? 
Cavab:  Bəziləri  bu  əqidədədirlər  ki,  imam  Mehdinin  (ə) 
zühurundan  öncə  zalım  hakimlərə  qarşı  qiyam  qaldırmaq  haramdır. 
Onlar  imam  Sadiqdən  (ə)  nəql  olunmuş  bir  rəvayətə  istinad  edirlər. 
Həmin rəvayətdə buyurulur: “Qaimin qiyamından öncə ucalan hər bir 
bayraq sahibi zalım hakimdir və Allahdan qeyrisinə ibadət edir.”
1
 Bu 
barədə nə demək olar? 
1.  Bu  rəvayət  ümumi  şəriət  üsulu,  o  cümlədən  əmr  be  məruf  və 
nəhy  əz  münkər  (yaxşılığa  əmr  və  pisliyin  qadağası)  və  cihad 
hökmlərinə  ziddir.  Çünki  bu  üç  hökmün  mərtəbələri  var  və  bu 
mərtəbələrdən biri qiyamdır.  
2. Bir çox rəvayətlərin mənbəsi ilə bağlı problemlər var.  
3.  Bəzi  rəvayətlərdən  məlum  olur  ki,  imam  külli  olaraq 
inqilabların  mümkünlüyünü  inkar  etmir,  sadəcə,  onların  son  hədəfə 
çatmayacağını  bildirir.  Necə  ki,  Zeydin  və  Muxtarın  qiyamları  son 
hədəfə çatmadı.  
4.  İnqilaba  çağırış  iki  qisimdir:  Kimi  Әhli-beyt  hakimiyyətinin 
bərpasına çağırır və belə bir çağırış batil deyil.  
Bir  digəri  şəxsi  məqsədlərini  həyata  keçirmək  üçün  batilə  dəvət 
edir.  Beləcə,  şəriət  və  Әhli-beyt  imamətini  müdafiə  üçün  qaldırılmış 
qiyamlar  uyğun  rəvayətlərdə  nəzərdə  tutulmur.  Həzrət  Zeynəl-
Abidindən  (ə)  Muxtarın  qiyamı  haqqında  soruşulduqda  buyurdu: 
“Qara bir qul bizə  yardım üçün ayağa qalxsa, ona  yardım göstərmək 
vacibdir.”
2
 
İmam  Sadiq  (ə)  buyurmuşdur:  “Bəni-Haşimdən  on  iki  nəfər 
qiyam qaldırıb xalqı dəvət etməyincə Qaim zühur etməyəcək.”
3
 
Müqəddəs sərdabə 
Sual:  326.  Sahibəzzaman  (ə)  qeyb  dövründə  evindəki 
sərdabədəmi qeybə çəkilmişdir? 
Cavab:  Sünnə  əhli  şiələrin  əqidəsinə  istehza  ilə  deyir:  “Şiələr 
inanır  ki,  Mehdi  (ə)  dünyaya  gəldikdən  sonra  sərdabədə  qeybə 
çəkilmişdir, indi də oradadır və sərdabədən zühur edəcək. Guya, şiələr 
                                                 
1
 “Kafi”, c. 8, s. 295. 
2
 “Bihar”, c. 45, s. 365. 
3
 “Әl-Ğeybət”, Tusi, s. 437. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə