194
Sahibəzzaman xalqı Allaha doğru dəvət etdiyindən ona qarşı eşq
yarandıqda insan Allaha doğru meyl edir.
Qeyd etməliyik ki, xalqın imam Mehdiyə (ə) məhəbbətə dəvəti
əslində Allaha doğru çağırış, qəlblərdə Allah eşqinin ərsəyə gəlməsi
üçün cəhddir.
Sual: 310. Sahibəzzaman dünyanın bütün nöqtələrində olurmu?
Cavab: Prinsipcə, həzrət Mehdi (ə) Allahın qeyb elminin
məzhəri olduğundan hər yerdə olur və hər şeydən xəbərdardır. Başqa
sözlə, imamın istədiyi onun üçün hazırdır. Həzrət bəzən Allah
tərəfindən çarəsizlərə yardımla bağlı əmr alır. Beləcə, həzrət Allahın
məsləhət bildiyi yerdə hazır olur.
Sual: 311. Həzrətin “Bəqiyyətullah” ləqəbinin mənası nədir?
Cavab: “Bəqiyə” fəna və yoxluğun ziddidir. Bu sözün lüğət
mənası davamlılıq və sabitlikdir. “Bəqiyyətullah”, yəni Allahın yer
üzündə sabit qalmışı.
“Nüdbə” duasında oxuyuruq: “Allahın yalnız pak itrətdən olan
sabit qalmışı haradadır?”
Burada iki ehtimal var:
1. “Bəqiyyətullah” dedikdə Allahın yer üzündəki höccətinə işarə
olunur. Yez üzü heç vaxt onsuz deyil və olmayacaq.
2. “Bəqiyyətullah” yer üzündə davamlı vücudu olan
Sahibəzzamanın ləqəbidir.
İbn Sikkit deyir: “Bu cümlə o zaman işlədilir ki, insan bir kəsi
gözləyir, onun intizarı ilə əyləşmişdir.”
Sual: 312. Nə üçün həzrət Mehdini (ə) görənlərin bir çoxu
öncədən onu tanımırlar?
Cavab: Әvvəla hər adam imamla görüşə nail ola bilmir. Öncədən
həzrəti tanımış və onunla görüşmüş şəxslər azdır. Seyyid Bəhrül-
ülumu, Müqəddəs Әrdəbilini misal göstərmək olar.
İkincisi, həzrətin insanlarla görüşməkdə məqsədi problemləri
aradan qaldırmaqdır. Belə bir məqsəd həzrəti tanımadan da ödənə
bilər.
Üçüncüsü, həzrət ünsiyyət olmadığı üçün tanınmır. Adətən,
birinci görüşdə insanlar onu tanıya bilmir.
195
Dördüncüsü, insan bəzən eşqinin çoxluğundan qarşısında
dayanan adamdan qəflətdə qalır. Yalnız istəyi qəbul olduqdan sonra
anlayır ki, qarşısındakı kim imiş.
Bеşincisi, böyük qeyb dövründə həzrətin tanınmaması prinsipial
bir məsələdir. Bu qeyb dövründə onun məxfi halda qalması ilahi bir
məsləhətdir.
Sual: 313. Nə üçün başqa imamlar qeybə çəkilməmişdir?
Cavab: İmam Mehdinin (ə) şəraiti digər imamların şəraitindən
fərqlənmişdir.
a) Həzrət Mehdi (ə) 12 imamın sonuncusudur.
b) Hər an qiyamı gözlənilən həzrət zahir olub hansısa zalım
hakimə beyət edə bilməz.
v) Qeyb olmasaydı, Allahın yer üzündəki yeganə höccəti
düşmənlər tərəfindən qətlə yetirilərdi.
Bütün bu səbəblərdən həzrətin qeyb pərdəsi arxasında qalması
məsləhət olmuşdur.
Sual: 314. Nə üçün biz öz imamımızla görüşə bilməyək?
Cavab: Әvvəla, hazırkı dövrdə vəzifəmizi bilməli, kamilliyə
çatmaq üçün nə etməyimizi dərk etməliyik.
Bizim yeganə vəzifəmiz məsum imamlar tərəfindən bəyan
olunmuş ilahi göstərişlərə əməl etməkdir. Həzrətlə görüşmək şərəf
olsa da, belə bir ilahi əmr yoxdur.
İkincisi, həzrətin qeybə çəkilməsinin səbəbi özümüz olmuşuq.
Әgər yaratdığımız maneələri aradan götürə bilsək, onunla görüşə
bilərik.
Üçüncüsü, hər bir ümmət hər bir dövrdə hansısa imtahana çəkilir.
İmamın qeybə çəkilməsi şiə cəmiyyəti üçün böyük imtahan sayılır.
Dördüncüsü, kimsə deməyib ki, biz imamın xidmətinə çata
bilmərik. Belə bir arzuya çatmaqdan ötrü göz və qəlbdən çirkabı
təmizləyib ləyaqəti əldə etsək, həzrət özü görüşümüzə gələcək.
Sual: 315. Hansı yolla həqiqi Mehdi (ə) aşiqi olmaq mümkündür?
Cavab: Aşiq insan üçün cəhət var. Həzrət Mehdiyə aşiq olmaq
istəyiriksə, şübhəsiz, cəhət götürməliyik. Biz onu sevirik. Çünki o
bütün yaxşılıqların, ədalətin, bəndəliyin məzhəridir...
Biz həzrət Mehdini (ə) yaxşılıqlara əməl baxımından ən kamil
fərd saydığımız üçün onu sevirik. Әslində həqiqi imam aşiqi
196
yaxşılıqların aşiqi olmalıdır. Həqiqi imam aşiqi əslində yaxşı əməl
aşiqidir.
Әgər yaxşılıqlara aşiqiksə və bu məqsədlə əməl ediriksə, demək,
əslində Sahibəzzaman (ə) aşiqiyik.
Sual: 316. Zühurun təxirə düşməsinin səbəbi nədir?
Cavab: Zühurun təxirə düşməsinin səbəbkarı insanlar özüdür.
Ümumdünya ədalət hökumətinin qurulması üçün insanlar özü şərait
yaratmalıdır. O cümlədən:
1. Xalq ədalət məfhumunu anlamalıdır;
2. Can-qəlbdən ədalət istəyəcək həddə çatmalıdır;
3. Şəriət göstərişlərinə əməl etməklə yüksək düşüncə və
mədəniyyət səviyyəsinə çatmalıdır;
4. Bəşəriyyət elm və texnika sahəsində inkişafa nail olmalıdır.
Sual: 317. İmam Sadiqin (ə) “Әgər onun dövründə olsaydım,
ömrü boyu ona xidmət edərdim” buyuruğu həzrət Mehdinin (ə) digər
imamlardan üstünlüyünü göstərmirmi?
Cavab: Zühur dövründə rəhbər həzrət Mehdi (ə) olduğundan
hamı ona yardım göstərməyə borcludur. Uyğun təbir bu məqsədlə
işlədilmişdir.
Sual: 318. Dövrünün imamını tanımayan nə üçün cahil kimi ölür?
Cavab: Әvvəla, insanın mərifəti onun əməllərinə təsirlidir.
Həzrət Mehdi (ə) Allahın yer üzündəki höccətidir. Ona itaət vacibdir.
Bu səbəbdən də hər bir insan onu tanımağa çalışmalıdır. Әks-təqdirdə
cahil bir ölümlə dünyadan gedəsiyik.
İkincisi, imamı tanımasaq, ləyaqətsiz bir adama itaət edəsiyik.
İnsan kimi ideal seçməli və dini kimdən öyrənməlidir? Rəhbərlik
iddiasına düşmüş hər kəsə itaət göstərmək, onu imam seçmək olarmı?!
Sual: 319. Zühurun tezləşməsi üçün vəzifəmiz nədir?
Cavab: İmamın zühuru şəraitdən asılıdır. Şiələrə aid olan isə
aşağıdakılardır:
Әvvəla, özümüzü islah edib, zühur dövrünün şərtləri ilə
uyğunlaşdıraq.
İkincisi, cəmiyyətdə həzrətin zühuru üçün zəmin yaradaq,
gücümüz həddində xalqın islahı üçün çalışaq. Belə etsək, həzrətin
qüdrət əli ilə maneələr aradan qalxar, ümumdünya ədalət hökuməti
Dostları ilə paylaş: |