203
7. Mömin qardaşlara yardım – İmam Sadiq (ə) “Әsr” surəsindəki
“əmilus-salihati” təbirini din qardaşları arasında bərabərlik və
qarşılıqlı yardım kimi izah etmişdir.
1
İmam Әsgərinin (ə) təfsirində deyilir: “Hər kəs bizə xatir, əlimiz
çatmadığından möhnətə düşmüş bir yetimi öhdəsinə götürsə, bizim
elmimizdən bacardığını ona öyrətsə, Allah-təala onun haqqında
buyurmuşdur: “Ey yardım göstərən kərim bəndə! Mən kərəmdə ondan
yuxarıyam. Ey mənim mələklərim, ona öyrətdiyi hər bir hərf üçün
behiştdə milyon qəsr verin...”
2
8. Məhdəviyyət iddiasında olan yalançılara inanmamaq – İmam
Sadiq (ə) buyurur: “Heç şübhəsiz, bir-birinə oxşar on iki bayraq qalxar
və onlar bir-birindən seçilməz...”
3
9. Zühurun tezləşməsi üçün çoxlu dua etmək – Həzrət Mehdi (ə)
bir məktubunda İshaq ibn Yaquba buyurur: “Zühurun tezləşməsi üçün
çox dua edin. Çünki sizin qurtuluşunuz ondadır.”
4
10. Tələsməmək – Kuleyni imam Sadiqin (ə) belə buyurduğunu
nəql edir: “Həqiqətən, xalq bu işdə tələsdiyi üçün həlak oldu.
Bəndələri tələsdiyi üçün Allah tələsməyəcək. Çünki bu iş üçün bir
nəhayət var...”
5
11. Zühurun vaxtını müəyyənləşdirməmək – İmam Sadiq (ə)
buyurur: “Həqiqətən, biz əhli-beyt vaxt müəyyənləşdirmirik...”
6
12. Həzrət Mehdini (ə) sevmək – Bir çox rəvayətlərdə əhli-beyt
məhəbbəti tövsiyə olunmuşdur. Belə bir tövsiyə xalqın diqqətinin
Mehdiyə (ə) cəlb olunmasında və onun göstərişlərinə itaət edilməsində
mühüm təsirə malikdir.
İmam Mehdinin (ə) əsil-nəsli
Sual: 330. Həzrətin zahiri görünüşü necədir? Kimsə özünü ona
oxşada bilərmi?
Cavab: Atasına cənazə namazı qıldığı vaxt xalq həzrət Mehdini
(ə) gördü. O buğdayıbəniz bir uşaq idi, saçları gözəl, ön dişlərinin
arası açıq idi.
7
1
“Kəmalud-din”, s.656; “Bihar”, c. 24.
2
“Bihar”, c. 2, s. 4.
3
“Kəmalud-din”, s.348.
4
“Kəmalud-din”.
5
“Kafi”, c. 1, s. 369.
6
“Bihar”, c. 52, s. 119.
7
“Tarixul-ğeybətul-suğra”, s. 540.
204
Şeyx Tusi həzrəti kiçik qeyb dövründə görənlərin dilindən nəql
edir ki, həzrət gözəl simalı, xoşətirli, böyük heybətli bir gənc idi.
Rəvayətçi deyir: “Mən ondan gözəl danışanını görmədim.”
1
Digər bir rəvayətdə deyilir: “O, ortaboyludur. Başı girdə, alnı
genişdir... Çöhrəsi safdır, sağ yanağında xalı var.”
2
İkinci suala gəldikdə, bir şəxs özünü zahirən imama oxşada bilsə
də, zühur əlamətləri və imamdan müşahidə olunan möcüzələr belə bir
yanlışlığa yol verməz. Bunu Allahın lütfü tələb edir. Allah lütfü özünə
vacib etmişdir. Bu səbəbdən də elə bir iş görəsidir ki, zühur dövründə
həzrətin vücudu kimsəyə oxşamasın.
Sual: 331. Həzrətin adını (Məhəmməd) çəkmək olarmı?
Cavab: Yüzdən çox rəvayətdə həzrətin adının çəkilməsinə
münasibət bildirilir. Bu rəvayətləri dörd qismə bölmək olar:
1. Qeyd-şərtsiz həzrətin adının çəkilməsini qadağan edən
rəvayətlər;
2. Zühur dövrünədək onun adının çəkilməsini qadağan edən
rəvayətlər;
3. Uyğun qadağanı qorxu, təqiyyə və başqa amillərlə izah edən
rəvayətlər;
4. Həzrətin şərif adının bildirildiyi rəvayətlər.
Birinci və ikinci qisim rəvayətlər eyni bir mənanı bəyan edir.
Bəziləri bu sayaq rəvayətlərə istinadən həzrətin adının çəkilməsini
qadağan etmişlər. Onların nəzərincə, onun adını çəkmək zühur
dövrünədək haramdır. Әllamə Məclisi, Şeyx Səduq, Şeyx Müfid,
Təbərsi, Mirdamad, Mühəddis Cəzairi, Mühəddis Nuri, Mirza Şirazi,
Mirza Məhəmməd Təqi İsfəhani belə alimlərdəndir.
Bəziləri də bu adın çəkilməməsinin səbəbi kimi qorxu və
təqiyyəni göstərirlər. Әrbili, Hürr Amili bu qəbil alimlərdəndir.
Bəziləri isə qadağa hökmünün yalnız kiçik qeyb dövrünə aid
olduğunu bildirir.
Belə görünür ki, ikinci baxış həqiqətə daha çox uyğun gəlir. Yəni
bu qadağa qorxu və təqiyyə səbəbindəndir. Dəlilləri göstərək:
1. Can verən insana (möhtəzir) təlqin haqqında danışılarkən
deyilir: “Can verən insana fərəc, şəhadəteyn kəlmələrini və hər bir
1
“Әl-Ğeybət”, Tusi, s. 152.
2
Həmin mənbə, s. 156.
205
imamın adını təlqin et.”
1
Belə görünür ki, təlqin zamanı həzrətin adı
da qeyd olunur.
2. Meyyitə təlqin zamanı da bütün imamların, o cümlədən, həzrət
Mehdinin (ə) adı da təlqin edilir.
2
3. Məhəmməd ibn İbrahim Kufi deyir: İmam Әsgəri (ə) adını
çəkdiyi kəs üçün qurbanlıq etmək məqsədi ilə mənə pul verib
buyurdu: “Bu, övladım Məhəmməd üçün əqiqədir.”
3
4. İmam Әsgərinin (ə) ən məşhur künyəsi “Әbu-Muhəmməddir”.
Bu künyədə həzrət Mehdinin (ə) adı çəkilmişdir.
5. İmam Rizadan (ə) imam Hüseynin (ə) qəbrini ziyarəti haqqında
soruşulduqda buyurur: “Məhəmməd və onun əhli-beytinə çoxlu salam
göndər, onlardan hər birinin adını çək və onların düşmənlərindən
Allaha pənah apar.”
4
Tədqiqatçı alim Әrbili deyir: “Elə düşünürəm ki, həzrətin şərif
adının çəkilməsinin qadağa səbəbi qorxu və təqib dövründə təqiyyə və
onun ad və ünvanının axtarılması olmuşdur. Amma qorxu və təqiyyə
olmayan dövrümüzdə bu adı çəkməyin eybi yoxdur.”
5
6. Cabir ibn Abdullah Әnsari imam Baqirə (ə) deyir: “Həzrət
Fatimənin (s) görüşünə getdim ki, övladı Həsənin dünyaya gəlişinə
görə ona təbrik edəm. Onun əlində bəyaz dürdən bir səhifə gördüm.
Soruşdum ki, ey aləmin ən üstün qadını, əlinizdəki səhifə nədir?
Həzrət buyurdu: “Burada imam övladlarımın adı var...” Cabir deyir:
“Səhifəyə baxıb imamların hər birinin adını orada gördüm...”
6
7. Həzrət peyğəmbərdən (s) nəql olunmuş bir çox hədislərdə
bildirilir ki, həzrətin adı Allah rəsulunun adı ilə eynidir. Bu da həzrət
Mehdinin (ə) adını göstərir.
Sual: 332. Həzrət Mehdi (ə) Abbasın övladlarındandırmı?
Cavab: Abbasilər öz siyasi mövqelərini möhkəmləndirmək üçün
yalan hədislər uydurmuşdular. Onlar mütəvatir Məhdəviyyət
hədislərindən istifadə edərək öz xeyirlərinə hədislər qoşurdular.
Onlardan bəzilərini nəzərdən keçirək:
1
“Kafi”, c. 3, s. 134.
2
“Vəsailuş-şiə”, c. 3, s.174.
3
Həmin mənbə, c. 21, s. 448.
4
Həmin mənbə, c. 14, s. 549.
5
“Kəşful-ğəmmə”, c. 3, s. 310.
6
“Kəmalud-din”, s.307.
Dostları ilə paylaş: |