Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə69/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   65   66   67   68   69   70   71   72   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
206 
1.  Әhməd  ibn  Hənbəl  nəql  edir  ki,  həzrət  Peyğəmbər  (s) 
buyurmuşdur:  “Әgər  Xorasan  tərəfdən  qara  bayraqların  qalxdığını 
görsəniz,  onlara  qoşulun.  Çünki  Allahın  xəlifəsi  Mehdi  (ə)  onların 
arasındadır.”
1
  
Bu  hədisi  ibn  Qəyyim  Cəvziyyə  “Әl-Minarul-munif”  kitabında 
zəif saymışdır. Çünki bu rəvayətin sənədi Әli ibn Zeydə aiddir. Təkcə 
bu şəxs tərəfindən nəql olunmuş hədislər isə höccət deyil.
2
 
2.  İbn  Macə  də  eyni  məzmunu  qeyd  etmişdir.
3
 Amma  İbn 
Qəyyim  məhz  Yəzid  ibn  Әbu-Ziyad  xəbəri  nəql  edənlərdən  olduğu 
üçün  zəif  olmuşdur.  O  deyir:  “Bu  və  bundan  öncəki  hədis  səhihlik 
baxımından  dəlil  ola  bilməz  ki,  ümumdünyəvi  hökumətin  rəhbəri 
Abbas  övladındandır  və  o,  dünyanın  sonunda  zühur  edəcək...”  (“Әl-
Minarul-munif”,s.137, 138) 
Mehdi  (ə)  Abbasinin  dünyanın  sonunda  olmaması,  rüku  və 
məqam  arasında  ona  beyət  edilməməsi,  Dəccalı  öldürməməsi  və 
İsanın  ona  yardım  üçün  səmadan  enməməsi    rəvayətlərdə  həzrət 
Mehdiyə (ə) aid sadalanmış xüsusiyyətlərin onda olmadığını göstərir.  
Başqa  sözlə,  xilaskarın  vəd  olunmuş  heç  bir  xüsusiyyəti  bu 
şəxsdə yoxdur.  
3.  Osman  ibn  Әfvan  Allahın  rəsulundan  (s)  belə  nəql  edir: 
“Mehdi (ə) mənim əmim Abbasın övladlarındandır.”
4
 
Әvvəla, ibn Әl-Cоvzi bu hədisi uydurma hədislər toplanmış “Әl-
mоvzuat” kitabında nəql etmişdir.  
İkincisi,  bu  hədis  Kəbul  Әhbar,  Osman  ibn  Әfvan  və  Abdullah 
ibn  Ömər  tərəfindən  nəql  olunmuşdur.  Kəbin  nəql  etdiyi  hədislər  şiə 
və  sünni  tərəfindən  etibarlı  sayılmır.  Osman  ibn  Әfvanın  nəql  etdiyi 
hədisdə  Məhəmməd  ibn  Vəlidin  nəqli  var  və  rical  alimləri  onu  zəif 
sayır. Abdullah ibn Ömərin nəql etdiyi hədisin də sənədi zəifdir.  
 
Sual: 333. Vəd olunmuş xilaskar İsa ibn Məryəmdirmi? 
Cavab:  Belə  bir  iddianı  irəli  sürənlər  ibn  Macənin  həzrət 
Peyğəmbərdən  (s)  nəql  etdiyi  belə  bir hədisə  əsaslanırlar:  “Mehdi  (ə) 
İsa Məryəmdən başqa bir kəs deyil.”
5
  
Qeyd etməliyik ki: 
                                                 
1
 “Müsnəde-Әhməd”, c. 5, s. 277. 
2
 “Әl-Minarul-munif”, s. 157. 
3
 “Sünəne-ibn Mace”, c. 2. 
4
 “Kənzul-Ummal”, c. 14, s. 264. 
5
 “Sunəne ibn Maccə”, c. 2, s. 1340. 


 
207 
1.  Həzrət  Peyğəmbərdən  (s)  Məhdəviyyət  (ə)  hədislərini  nəql 
edən  səhabələrin  əksəriyyəti  bu  şəxsin  həzrət  peyğəmbər  nəslindən 
olduğunu bildirir. 
2.  İbn  Macənin  bu  hədisi  hədis  və  kəlam  alimlərinin  etirazı  ilə 
üzləşmişdir və kimsə ona istinad etməmişdir.  
3.  İbn-Macə  özü  “Mehdi  Fatimə  övladlarındandır”  hədisini  nəql 
etmişdir.
1
 
4. İbn-Qəyyim Cоvziyyə bu hədisi “Әl-Minarul-munif” kitabında 
nəql etmiş və onu zəif saymışdır. Hakim Nişapuri də öz növbəsində bu 
hədisə təəccübünü gizlətməmişdir.
2
  
Zəhəbi deyir: “Bu hədis inkar olunası xəbərdir.”
3
  
Qurtubi  deyir:  “Uyğun  hədis  bu  mövzuda  olan  digər  hədislərə 
ziddir. Mehdinin (ə) Peyğəmbər (s) və Fatimə (s) övladı olduğu sabit 
bir məsələdir.”
4
  
5.  Bu  hədisi  Təbərani  nəql  etsə  də,  “Mehdi  İsa  ibn  Məryəmdən 
savay başqa kəs deyil” cümləsini zikr etməmişdir.
5
 
6.  Fatimə  (s)  övladlarından  olan  Mehdinin  (ə)  zühuru  ilə  bağlı 
rəvayətlər mütəvatirdir. Xilaskarın İsa olduğunu bildirən hədis isə heç 
bir  cəhətdən  mötəbər  sayıla  bilməz.  Peyğəmbər  Әhli-beytindən  olan 
xilaskarın  zühuru  İslam  tarixi  boyu  müsəlmanlar  arasında  məşhur 
inanclardandır.  
Әbül-Feyz  Ğəmari  də  uyğun  hədisə  qarşı  səkkiz  irad 
bildirmişdir.
6
  
 
Sual:  334.  Həzrət  Peyğəmbərin  (s)  “Mehdinin  (ə)  adı  mənim 
adımdan,  onun  atasının  adı  atamın  adındandır”  buyruğunu  nəql  edən 
hədisi necə dəyərləndirirsiniz? 
Cavab: Әksər sünni alimləri bu fikirdədir ki, həzrət Mehdinin (ə) 
atasının adı Abdullahdır. Belə bir rəvayəti Әbu-Davud nəql etmişdir.
7
 
Bu rəvayət imamiyyə etiqadı ilə uyğun deyil. Çünki imamiyyə şiələri 
həzrət Mehdinin (ə) imam Həsən Әsgərinin (ə) övladı sayırlar.  
Buna dəlil nədir? 
                                                 
1
 Həmin mənbə, s. 1368. 
2
 “Mustədrəke-hakim”, c. 4, s. 441. 
3
 “Təhzibul-təhzib”, c. 9, s. 125. 
4
 “Әl-Təzkirə”, Qurtubi, c. 2, s. 701. 
5
 «Әl-məcəmul-Kəbir», c. 8, s. 214. 
6
 “İbrazul-Vəhmul-məknun”, s. 538. 
7
 “Sünəne Әbu-Davud”, c. 2, s. 309. 


 
208 
1.  Həzrət  Mehdi  (ə)  ilə  bağlı  tərtib  olunmuş  kitablarda  o 
cümlədən  “Səhihe-Termizidə”,  “Sünəne-ibn  Macədə”,  Әbu-Nəimin 
kitablarında,  “Müsnəde-Әhməd  ibn  Hənbəldə”  belə  bir  hədis  nəql 
olunmamışdır.  
2. Çox ehtimal ki, uyğun rəvayət Abbasilərin uydurmalarındandır. 
Çünki Abbasilər öz hakimiyyətlərini möhkəmləndirmək üçün, üçüncü 
Abbasi xəlifəsi Məhəmməd ibn Abbasa xalqdan beyət almaq məqsədi 
ilə belə bir işə əl ata bilər.  
Adı  Abdullah  olan  Mənsur  Abbasi  oğlu  Məhəmmədi  özünə 
canişin təyin etmişdi. O, xalqı Məhəmmədə beyətə məcbur edirdi. Bu 
məqsədlə oğlunun adını Mehdi qoymuşdu. O öz oğlunu xalqa xilaskar 
kimi  tanıtdırıb  beyət  almaq  istəyirdi.  Xəlifə  öz  adı  Abdullah 
olduğundan  belə  bir  hədis  uydurmağı  göstəriş  vermiş  və  həmin 
hədisdə xilaskarın atasının adını Abdullah kimi qeyd etmişdi.
1
  
 
Sual: 335. Mehdi (ə) Həsənin (ə) övladlarındandır” hədisini necə 
qiymətləndirmək olar? 
Cavab: Әbu-Davud Әbu-İshaqdan nəql edir ki, həzrət Әli (ə) öz 
övladı  Həsənə  (ə)  baxıb  buyurdu:  “Həqiqətən,  bu  övladım  ağadır. 
Necə  ki,  Peyğəmbər  (s)  onu  ağa  adlandırıb.  Tezliklə  ondan 
peyğəmbərlə bir adda olan kəs dünyaya gələr.”
2
  
Uyğun hədisə münasibətimizi bildirək:  
1. Mehdinin (ə) Hüseynin (ə) övladı və onun nəslindən olması ilə 
bağlı onlarla hədis mövcuddur.  
2. Mehdi (ə) həm də Həsən (ə) nəslindəndir. Çünki imam Baqirin 
(ə)  anası  Fatimə  (s)  imam  Həsənin  qızı  olmuşdur.  Demək,  həzrət 
Mehdi  (ə)  həm  Həsən  (ə),  həm  də  Hüseyn  (ə)  övladıdır.  Həzrət 
Peyğəmbər  (s)  buyurur:  “Ümmətin  Mehdisi  (ə)  Həsən  (ə)  və  Hüseyn 
(ə).”
3
  
3.  “Әqdud-durər”  kitabının  müəllifi  uyğun  hədisi  nəql  etmiş, 
amma  Həsənin  (ə)  yox,  Hüseynin  (ə)  adını  çəkmişdir.  “Səhihi-
Termizi”,  “Sünəne-nəsai”,  “Sünəne-beyhəqi”də  də  hədis  bu  formada 
nəql olunmuşdur.  
4.  Belə  bir  nöqtə  də  maraqlıdır  ki,  uyğun  hədislərin  meydana 
çıxmasında  Әbva  məntəqəsində  xalqdan  beyət  almış  Məhəmməd  ibn 
                                                 
1
 “Şəhid Mütəhəri, əsərlər külliyyatı, c. 18, s. 173, 174. 
2
 “Sünəne ibn Davud”, c. 2, s. 311. 
3
 “Məcməul-Zəvaid”, c. 9, s. 165. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə