Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə71/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   67   68   69   70   71   72   73   74   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
212 
Әslində  isə  haram  müqəddimə  həmişə  haram  deyil.  Bu  hal 
bəziləri  üçün  bəzi  hallarda  haramdır.  Әgər  imamla  görüş  iddiası 
azğınlığa  səbəb  olarsa,  onu  nəql  etmək  haramdır.  Amma  görüşlərin 
ümumi  şəkildə  bəyanı  haram  deyil,  belə  xəbərlər  insanların  imanını 
gücləndirir.  Әlbəttə  ki,  bəziləri  bu  iddiadan  sui-istifadə  edə  bilər. 
Amma bu sayaq yalanların qarşısını almaq alimlərin vəzifəsidir.  
 
Sual:  343.  Tanınması  mümkün  sayılmayan  həzrət  Mehdi  (ə)  ilə 
görüş necə mümkün ola bilər? 
Cavab:  Bəziləri  böyük  qeyb  dövründə  imamla  görüşü  istisna 
edərək  müəyyən  rəvayətlərə  əsaslanırlar.  Məsələn:  “Həzrət  Höccət 
xalqı  tanıyır,  xalq  isə  onu  tanımır”;  Digər  bir  rəvayətdə  deyilir:  “O 
xalqı görür, amma xalq onu görmür.”  
Uyğun sualı belə cavablandırmaq olar: 
1.  Bu  rəvayətlərdə  ümumi  xalq  nəzərdə  tutulmuşdur.  Ayrı-ayrı 
ləyaqətli şəxslərin imamla görüşə bilməsi rəvayətə zidd deyil.  
2.  İkinci  rəvayət  Həcc  haqqındadır  və  bütün  hallara  aid  edilə 
bilməz.  
3.  İkinci  rəvayətdə  imamla  görüş  yox,  onun  tanınması  inkar 
olunur.  Xüsusi  ilə  də  rəvayətdə  həzrət  Mehdi  (ə)  həzrət  Yusifə 
oxşadılmışdır. Xalq onu  görürdü, amma onu tanımırdı.  
 
Sual: 344. Qeyb dövründə insanların imtahana çəkilməsi həzrətlə 
görüş xəbərinə zidd deyilmi? 
Cavab:  Bəziləri  deyirlər  ki,  şiələr  qeyb  dövründə  imamı 
görməməklə  imtahana  çəkilir.  Guya,  bu  həqiqət  imamla  görüş 
xəbərinə  ziddir.  Әslində  isə,  şiələrin  imtahanı  dedikdə  ümumi  şiə 
toplumu nəzərdə tutulur. Bəzi ləyaqətli insanların görüşü isə istisnadır.  
 
Sual:  345.  Böyük  qeyb  dövründə  kimlər  həzrət  Mehdi  (ə)  ilə 
görüşə bilmişdir? 
Cavab: Həzrətlə görüşə nail olan bütün şəxslərin adını sadalamaq 
olmaz. Çünki onlardan bəziləri tanınmır, tanınanlar isə olduqca çoxdur. 
Amma  nümunə  olaraq  bu  şəxslərdən  bəzilərinin  adını  çəkə  bilərik:  
Seyyid  ibn  Tavus,  Әllamə  Hilli,  Şeyx  Qətifi,  Müqəddəs  Әrdəbili, 
Məhəmməd  Təqi  Məclisi,  Seyyid  Mehdi  Bəhrul-Ülum,  Şeyx  Müfid, 
Şeyx  Әnsari,  Mirzayi  Şirazi,  Şeyxpur    Amili,  İsmail  Hеrqəli  və 
başqalаrı.  
 


 
213 
Sual: 346. Həzrət Mehdi (ə) ilə görüş hansı şəkildə baş verir? 
Cavab: Həzrət Mehdinin (ə) zəruri hallarda insanlarla görüşünün 
necəliyi haqqında ehtimallar var:  
1.  Həzrətlə  görüşən  şəxs  ondan  uzaq  olmamış,  imamın  yaşadığı 
cəmiyyətdə yaşamışdır.  
2.  Görüşlər  təsadüfi  baş  verir.  Həzrət  bir  məhəldən  ötərkən 
çətinliyə düşmüş insanla görüşür.  
3. Həzrət bir şəxsin çətinliyə düşdüyünü gördükdə və ona yardım 
əli uzatmağı zəruri bildikdə təbii yolla hərəkət edib özünü həmin şəxsə 
çatdırır.  
4.  Ehtimal  olunur  ki,  istəklərin  həyata  keçirilməsi  üçün  görüşlər 
möcüzə yolu ilə baş verir. Həzrət “Teyyül-əzr” (Qeyri-adi yerdəyişmə) 
edərək özünü məqsədə çatdırır. Bütün deyilənlər təsəvvürdür. Әslində 
həzrət istəkləri yerinə yetirmək üçün bütün yollardan istifadə edir.  
 
Sual: 347. Həzrət insanlarla görüşərkən hansı məqsədləri izləyir? 
Cavab: Həzrət bir neçə məqsədlə görüşə gələ bilər:  
1. Müsəlmanları zalım hakimlərin zülmündən qurtarmaq məqsədi 
ilə; Bəhreyn xalqının qurtuluşu buna misal ola bilər.
1
 
2. Müsəlmanların oğrulardan və cinayətkarlardan qorunması.
2
 
3.  Hələ  ki,  zühur  şərtlərinin  ödənməməsi  ilə  bağlı  xalqa 
xəbərdarlıq;  bu  görüşlərdə  çatdırılır  ki,  insanlar  ümumdünya  ədalət 
hökumətini öhdəyə götürəcək düşüncə və qabiliyyətə yetişməmişlər.
3
  
 
Sual: 348. İmamın xalqla görüşməkdə hansı xüsusi məqsədi olur? 
Cavab:  Әvvəlki  sualda  ümumi  məqsədlər  açıqlandı.  Qeyd  edək 
ki,  həzrətin  insanlarla  görüşdə  xüsusi  məqsədləri  də  olur.  Onlardan 
bəzisinə işarə edək:  
1. Yolda qalmış insana bələdçilik və onu məqsədə çatdırmaq; 
2. Mübahisə edən iki tərəfdən haqlı olanına yardım; 
3. Alimlər üçün çətinlik yaradan bəzi məsələlərin həlli; Məsələn, 
Müqəddəs Әrdəbili bu məqsədlə həzrətin xidmətində olmuşdur.  
4. Şiələri hifz etməyə xatir dövrün bəzi siyasi məsələləri haqqında 
öncədən xəbərdarlıq; 
5. Şiələrin elm və məişət səviyyəsini qaldırmaq; 
                                                 
1
 “Nəcmus-saqib”, s. 367. 
2
 Həmin mənbə, s. 370. 
3
 “Tarixul-qeybətul-kubra”, s. 135,136» 


 
214 
6. İqtisadi çətinlik çəkən şiələrə yardım; 
7. Çarəsiz xəstələrə şəfa; 
8. “Fərəc duası” kimi duaların təlimi; 
9. Çətinliklərdən çıxmaq üçün dua oxunuşuna həvəsləndirmə... 
 
Sual: 349. Görüş zamanı kimsə həzrət Mehdini (ə) tanıya bilərmi? 
Cavab: 
Qeybin 
məqsədlərindən 
biri  budur 
ki, 
həzrət 
düşmənlərdən  qorunsun,  onu  qətlə  yetirə  bilməsinlər.  Bu  məqsədlə 
həzrətin  tanınmaması  labüddür.  Amma  yalnız  ləyaqətli  insanlar, 
həzrətin  yaxın  dostları  onu  tanıya  bilər.  Bəzi  rəvayətlərə  əsasən, otuz 
etibarlı şəxs daim həzrətin yanındadır, onunla birlikdə yaşayır.  
Başqa bir qrup rəvayətlərdən məlum olur ki, həzrət ya görünmür, 
ya  da  göründükdə  tanınmır.  Bir  rəvayətdə  imam  Riza  (ə)  buyurur: 
“Onun cismi müşahidə olunmur.”
1
 
İmam  Sadiq  (ə)  isə  belə  buyurmuşdur:  “Yeddinci  övladımdan 
olan beşinci övlad sizdən qeybə çəkilər.”
2
 
Həzrət başqa bir məqamda belə buyurur: “Xalq öz imamını itirər. 
Həzrət  Həcc  mövsümündə  iştirak  edər,  xalqı  görər,  amma  onlar 
həzrəti görməzlər.”
3
 
Məhəmməd  ibn  Osman  Әmri  deyir:  “And  olsun  Allaha! 
Həqiqətən  əmr  sahibi  hər  (Həcc)  mövsümü  Həccdə  hazır  olar.  Xalqı 
görər və onları tanıyar. Xalq isə həzrəti görsə də onu tanımaz.”
4
 
 
Sual:  350.  İmamı  gördüyünü  bildirənlərə  necə  münasibət 
göstərməliyik? 
Cavab:  Әvvəla,  imamla  görüş  insanın  ixtiyarında  olan  iş  deyil. 
Belə  bir  görüşün  bir  sıra  şərtləri  var.  Әgər  şərtlər  ödənsə,  həzrət 
görüşə gələr.  
İkincisi, əgər bir şəxs imamla daimi əlaqədə olduğunu bildirərsə, 
imam  Mehdinin  (ə)  Әli  ibn  Məhəmməd  Səməriyə  yazdığı  məktuba 
əsasən, həmin şəxs yalançıdır. 
Üçüncüsü,  görüş  iddiasında  olan  insan  imtahana  çəkilməlidir. 
Həmin  şəxs  doğrudan  da  İslam  meyarlarına  əməl  edirmi?  Onun 
məqsədi  xalqın  diqqətini  özünə  cəlb  etmək  və  cəmiyyəti  azdırmaq 
deyil ki? Bəli, məsumlarla görüş üçün insanda ləyaqət olmalıdır.  
                                                 
1
 “Kəmalud-din”, s.370. 
2
 “Bihar”, c. 51, s. 32. 
3
 “Bihar”, c. 52, s. 151. 
4
 “Kəmalud-din”, s.440. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə