Mövzu Xalq pedaqogikası və etnopedaqogika Plan



Yüklə 27,28 Kb.
səhifə1/3
tarix05.04.2023
ölçüsü27,28 Kb.
#104286
  1   2   3
Az. etnop. 3


Mövzu 3. Xalq pedaqogikası və etnopedaqogika
Plan:

  1. Xalq pedaqogikası və etnopedaqogika anlayışlarının fərqi

  2. Azərbaycan xalq pedaqogikasının tədqiqinə başlanılması

  3. Azərbaycan xalq pedaqogikasının fundamental tədqiqi

1. Xalq pedaqogikası və etnopedaqogika anlayışlarının fərqi. Xalqın keşməkeşli həyatı, onun mübarizə və qələbələri- humanitar elmlərin əsas və başlıca obyektidir. Bu elmlər sırasına etnopedaqogika da daxildir. Xalq yaradıcılığının öyrənilməsi hər bir xalqın ümumdünya mədəniyyətinə verdiyi payın müəyyən edilməsində xüsusi əhəmiyyət daşıyır. Etnopedaqogika xalq yaradıcılığını öyrəndikcə, həm də onun yenidən yaşanmasına, inkişafına köməklik göstərmiş olur. Pedaqoji mədəniyyət xalq yaradıcılığından istifadə edərək, onu inkişaf etdirdiyindən və onun ayrılmaz tərkib hissəsi olduğundan deyilənləri istənilən tarixi-pedaqoji tədqiqata aid etmək olar.
Xalq pedaqogikası təkcə peşəkar pedaqoqların deyil, kütlələrin pedaqogikası, ümumxalq pedaqogikasıdır. Bununla bərabər, o, hər şeydən əvvəl pedaqoqlara, xüsusilə uşaq bağçalarının tərbiyəçilərinə və ibtidai sinif müəllimlərinə lazımdır.
Xalq pedaqogikası ana doğmalığına, ata qüdrətinə, övlad məhəbbətinə- bir sözlə, ən ülvi hisslərə əsaslanır. Heç təsadüfi deyildir ki, Azərbaycan türklərinin dərin inamını görə: Allahdan aşağı, hər bir insan üçün atadan qüdrətli, anadan dogma, bacıdan mehriban və qardaşdan güvənli qüvvə yoxdur.
Xalq pedaqogikası- təlim- tərbiyə sahəsində xalq kütlələri tərəfindən emprik yolla gündəlik yaşayış şəraitinin təsiri altında əldə edilən təcrübələrin, formalaşan fikirlərin, ideyaların, qaydaların, adət- ənənələrin məcmusudur.
“Etnopedaqogikaməvhumunu elmə gətirənlərdən biri Ə.Haşımovdur. O, 1970-ci ildə nəşr etdirdiyi “Azərbaycan xalq pedaqogikasının nəzəri məsələləri” əsərində yazırdı: “Azərbaycan xalq pedaqogikası nümunələrində əks olunmuş tərbiyə ideyalarına başqa xalqların etnopedaqogikasında da rast gəlmək olar”.
“Etnopedaqogikanın “Xalq pedaqogikası” anlayışından fərqli olduğunu ilk dəfə məşhur çuvaş alimi “G.N.Volkov söyləmiş və bu sahəyə həsr edilmiş 376 səhifəlik “Etnopedaqogika” adlı əsər yazmışdır. Bundan sonar pedaqoji mətbuatda “etnopedaqogika”, “etnopedaqoji materiallar” sözlərinə daha tez-tez rast gəlinir, müxtəlif tədqiqat əsərləri hazırlanıb nəşr edilir, bir sözlə, etnopedaqogika pedaqoji elmlər sırasında yer tutmağa başlayır.
Etnopedaqogikanın ilk və nisbətən dolğun tərifi G.N.Volkova məxsusdur. O yazırdı: “Etnopedaqogika- gənc nəslin tərbiyəsi üzrə xalq kütlələrinin təcrübəsi haqqında, onların pedaqoji görüşləri haqqında elmdir, məişət pedaqogikası, ailə, nəsil, qəbilə, xalq və millət pedaqogikası haqqında elmdir”.
2000-ci ildə nəşr olunmuş “Etnopedaqogika və etnopsixologiya” kitabında etnopedaqogikaya belə tərif verilir: “Etnopedaqogika- tərbiyəvi hadisələrə elmi baxışları özündə əks etdirən, social və pedaqoji prosesləri təhlil edən, pedaqogika ilə xalqın mədəni ənənələrinin qarşılıqlı əlaqəsini, qarşılıqlı təsirini öyrənən elmdir”. İ.T.Oqorodnikov G.N.Volkovun bu sahədəki xidmətlərindən bəhs edərkən yazır ki, “Xalq pedaqogikası xalq təcrübəsinin, ideya və vasitələrinin təsviri ilə məşğul olduğu halda, etnopedaqogika- nəzəri fikir sahəsidir, elm sahəsidir. Əgər xalq pedaqogikası və etnopedaqogika üzrə iki növ müntəxabat tərtib edilsəydi, onda, birinciyə tərbiyə haqqında şifahi xalq yaradıcılığı əsərlərini, gənc nəslin tərbiyəsi ilə bağlı ənənələrin etnoqrafik təsnifini, ikincisi isə xalq pedaqogikası və xalq tərbiyəsi haqqında pedaqoji elm xadimlərinin əsərlərindən parçalar daxil etmək lazım gələrdi”.
“Xalq pedaqogika”sı və “Etnopedaqogika” anlayışlarına maraqlı yanaşmalardan biri professor N.Kzımova məxsusdur. O yazır: “ Xalq pedaqogikası Azərbaycan nağıllarında və dastanlarında, atalar sözlərində və zərb məsəllərində, tapmaca və bayatılarında, şifahi xalq yaradıcılığının digər növlərində təlim-tərbiyə, elm və təhsilə aid fikirlərin üzə çıxarılması, öyrənilməsi və təbliği ilə məşğul olur”.
Göründüyü kimi pedaqogikanın qüdrətli simalarından olan N.Kazımov, əslində etnopedaqogikanın tərifini vermis, lakin onu “Xalq pedaqogika”sı adlandırmışdır.
“Etnopedaqogika” etnik qrupların uşaqların tərbiyə və təhsili sahəsindəki empiric təcrübəsi haqda ailənin, nəslin, tayfa, xalq və millətin əxlaqi –etik və estetik baxışları haqda elmdir. Etnopedaqogika xalq pedaqogikasını izah edir və ondan müasir şəraitdə istifadə yollarını göstərir, etnik qrupların xalq ənənələrinin çoxəsirlik təbii inkişafı nəticəsində formalaşmış təcrübəsini toplayır və tədqiq edir.

Yüklə 27,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə