Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə74/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   70   71   72   73   74   75   76   77   ...   93

 
221 
Mühəddis  Nuri  bildirir  ki,  40  gecə  məsələsi  ümumi  şəkildə 
rəvayətlərdə təsdiqlənmişdir.
1
  
İmam Mehdinin (ə) izdivacı (evlənməsi) 
Sual: 366. İmam Mehdi (ə) izdivac etmişdirmi? 
Cavab:  “Şəxsin  qeybi”  nəzəriyyəsinə  əsasən  həzrət  izdivac 
etməmişdir.  Çünki  o  bütün insanlardan məxfidir.  İzdivac üçün  xalqla 
rabitədə  olmaq  lazım  gəlir.  Bu  isə  qeyb  fəlsəfəsinə  uyğun  deyil. 
“Ünvan gizliliyi” nəzəriyyəsinə əsasən isə həzrət izdivac edə bilər və 
bu islami sünnədir. Amma əldə olan sənədlər birinci baxışı təsdiqləyir: 
1. Әksər rəvayətlərdə “şəxsi qeyb” nəzəriyyəsinə üstünlük verilir.  
2.  Әmrinin  rəvayətində  həzrətin  həcc  mövsümündə  olması 
bildirilsə  də,  bu  rəvayəti  imam  nəql  etməmişdir.  Eyni  zamanda,  bu 
xəbər həcc mövsümünə aiddir.  
3. Həzrət üçün tam qeyb müəyyənləşdirilmişdir.  
4.  Әgər  izdivac  olsaydı,  səfirlər  və  vəkillər  bu  məsələyə 
toxunardılar.  
5. Məsudi Әli ibn Әbu-Həmzədən nəql edir: 
Biz  imam  Rizaya  (ə)  ərz  etdik  ki,  rəvayətlərə  əsasən  imam  öz 
nəslini görməmiş dünyadan getməz? İmam Riza (ə) buyurdu: “Məgər 
sizə çatmayıbmı ki, Qaimdən savay?!”
2
 
 
Sual:  367.  Həzrətin  izdivac  etməməsi  İslam  sünnəsinə  zidd 
deyilmi? 
Cavab:  İzdivac  peyğəmbər  sünnəsi  olsa  da,  bəzən  daha  mühüm 
məsələ  önə  gəlir.  Rəvayətlərdən  bu  da anlaşılır  ki,  dünyanın  sonunda 
evlənməmək yayılmış iş olacaq.  
 
Sual:  368.  Әgər  izdivac  olmayıbsa,  Müfəzzəl  ibn  Ömərin 
rəvayətinə necə cavab verək? 
Cavab:  Həzrətin  izdivac  etməsinə  inananlar  Müfəzzəl  ibn 
Ömərin rəvayətinə istinad edirlər. O, imam Sadiqdən (ə) nəql edir ki, 
onun məkanından heç bir övladı xəbər tutmaz...”
3
 
Cavab olaraq belə deyə bilərik: 
                                                 
1
 “Nəcmus-Saqib”, s. 845. 
2
 “İsbatul-vəsiyyə”, s. 201. 
3
 “Әl-Ğeybət”, s. 102. 


 
222 
1.  Bu  rəvayət  eyni  məzmunda  Nemaninin  “Әl-ğeybət”  kitabında 
nəql olunmuşdur. Amma övlad sözü əvəzinə “vəli” sözü işlədilmişdir. 
Onun yerindən heç bir vəli xəbər tutmaz.”
1
 
2.  Rəvayətlərdə  qeyd  olunmur  ki,  hazırda  həzrətin  zövcəsi  və 
övladları var. Zühurdan sonrakı övladlar da nəzərdə tutula bilər.  
3. Belə bir təbir obrazlıq xatirinə işlədilə bilər. Yəni hətta həzrətin 
övladı olsaydı da, onun yerindən xəbər tutmazdı.  
 
Sual: 369. Әhməd ibn Məhəmməd ibn Yəhya Әnbarinin rəvayəti 
həzrətin izdivacı üçün dəlil deyilmi? 
Cavab: Bəziləri həzrətin izdivacını sübuta yetirmək üçün Әhməd 
ibn  Məhəmməd  ibn  Yəhya  Әnbarinin  rəvayətinə  istinad  edirlər.  Bu 
rəvayət genişdir. Rəvayətin mətnində imam Mehdinin (ə) övladlarının 
yaşadığı beş şəhər göstərilir.
2
 
Әnbarinin  rəvayətini  bir  çox  alimlər  zəif  saymışdır.  Аğаbоzrоg 
Tehrani, Seyyid Nemətullah Cəzairi, Şeyx Məhəmməd Təqi Şüştəri bu 
qəbil alimlərdəndir.  
Аğаbоzrоg Tehrani deyir: “Biz əlimizə düşmüş bu hekayəni nəql 
edəni  tanımırıq.  Yalnız  bunu  bilirik  ki  o,  həmin  məclisdə  möhtərəm 
olmuşdur.  Onun  sənəd  və  mətnində  ziddiyyətlər  var...  Bu  hekayəni 
nəql etməkdə alimlərin məqsədi həbibin zikridir.  
 
Sual:  370.  “Cəzireye-Xəzra”  (Bermud  adaları)  əhvalatı  imamın 
izdivacına dəlil ola bilərmi? 
Cavab:  Mərhum  Məclisi  “Biharda”  Әli  ibn  Fazildən  geniş  bir 
rəvayət  nəql  etmişdir.  Bu  rəvayətdə  həzrətin  nəslinin  yaşadığı 
adalardan danışılır.  
Әslində isə: 
1. Məclisinin sözlərindən belə anlaşılır ki, o, rəvayəti bir o qədər 
də  etibarlı  saymamışdır.  Alim  deyir:  “Mötəbər  kitablarda  bu  hədislə 
rastlaşmadığımdan onu ayrıca bir fəsildə qeyd etdim.”
3
 
2. Аğаbоzrоg Tehrani də bu əhvаlаtı ciddi saymır.  
3. Hədisin mətnində ziddiyyətlər var.  
4. Hədisdə əsassız məsələlər müşahidə  olunur.  
5. Onu nəql edənlər arasında tanınmamış fərdlər var.  
                                                 
1
 “Әl-Ğeybət”, s. 17. 
2
 “Bihar”, c. 53, s. 213-221. 
3
 “Bihar”, c. 52, s. 159. 


 
223 
 
Sual:  371.  Bəzi  rəvayətlərdə  həzrətin  ailəsindən  danışılır.  Bu 
məlumatlar onun izdivac etməsinə dəlil ola bilməzmi? 
Cavab:    Məhəmməd  ibn  Məşhədi  imam  Sadiqin  (ə)  belə 
buyurduğunu  nəql  edir:  “Sanki  Qaimin  Səhlə  məscidinə  gəlişini  əhli-
əyalı ilə müşahidə edirəm.”
1
  
Hədis barədə nə demək olar? 
1.  Həzrətin  övladları  ilə  bağlı  məlumatlar  zühur  və  ya  ondan 
sonrakı  dövrə  aiddir.  Seyyid  Cəfər  Mürtəza  Amili  deyir:  “Çox  olsun 
ki, həzrətin zühurundan sonra övladı olacaq...”
2
  
2.  Bəzi  rəvayətlərdə  rastlaşdığımız  “həzrətin  ailəsi”  təbiri  onun 
ata-babasına da işarə ola bilər.  
 
Sual: 372. “Әbа-Saleh” (“Saleh atası”) künyəsi
3
 həzrətin izdivac 
etməsini göstərmirmi? 
Cavab:  Bəziləri  həzrət  Mehdinin  (ə)  izdivacını  sübuta  yetirmək 
üçün onun “Әba-Saleh” künyəsini dəlil göstərir.  
Әvvəla,  həzrət  Mehdi  (ə)  cəmiyyətin  islahında  bir  ata,  rəhbər 
olduğu  üçün  “Әba-Saleh”  adlandırıla  bilər.  O,  Allahın  iradəsi  ilə 
bütün  yer  üzünü  islah  edəcək  yeganə  şəxsdir.  Necə  ki,  bir  rəvayətdə 
həzrət  Peyğəmbər  (s)  Әli  ibn  Әbi-Talib  haqqında  buyurur:  “Mən  və 
Әli bu ümmətin iki atasıyıq.”  
İkincisi, ərəb dilində “əb” sözü təkcə ata mənasını bildirmir. Bu 
sözdə “sahib” mənası da var. “Әba-Saleh” dedikdə ixtiyarında salehlər 
olan kəs nəzərdə tutula bilər. . 
Üçüncüsü, bu аd “Әnbiya” surəsinin 105-ci ayəsindəki “ibadiyəs-
salihun” təbirindən də götürülə bilər.  
“Nüdbə” duası 
Sual: 373. Alimlər “Nüdbə” duasını mötəbər sayırlаrmı? 
Cavab:  Adətən,  mötəbər  və  məşhur  tarixi  kitablardan  nəql 
olunmuş xəbərlər qəbul edilir. İslam alimləri isə şəri hökmlərin və dini 
maarifin  əldə  olunmasında  həmin  üsulla  kifayətlənmir,  hədislərin 
sənədini,  rəvayətçinin  ədalət  və  doğruçuluğunu  araşdırırlar.  Әgər  bu 
istiqamətdə əminlik yaranmasa, xəbər etibarlı sayılmır.  
                                                 
1
 “Nəcmus-Saqib”, s. 225. 
2
 “Dirasətun fi əlaimul-zuhur”, s. 232. 
3
 Әrəblər аtаnı böyük оğulun аdı ilə çаğırırlаr. Məsələn, Әbülqаsim-yəni Qаsimin 
аtаsı; Әbusаlеh-yəni Sаlеhin аtаsı. Bu kimi аdlаndırmаyа «künyə» dеyilir. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə