Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə73/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   69   70   71   72   73   74   75   76   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
218 
4.  Müqəddəs  Cəmkəran  məscidi  Әhli-beyt  (ə),  xüsusi  ilə  İmam-
zaman aşiqlərinin ictima yeridir. Bu səbəbdən də onun xüsusi cazibəsi 
var.  Çox  insanlar  həzrət  Mehdi  (ə)  eşqi  ilə  uzun  yol  gəlib  bu 
məsciddən bəhrələnirlər. Bildirilir ki, bəzi gecələr bu müqəddəs yerdə 
bir milyona yaxın Mehdi aşiqi toplanır.  
5. Bu müqəddəs məkanda hətta çarəsiz xəstələr şəfa tapmışdır.  
6. Bu məsciddə həzrətin bir çox aşiqləri onunla görüşə bilmişdir.  
7.  Bu  yer  o  qədər  müqəddəsdir  ki,  tarix  boyu  böyük  alimlər 
piyada  və  ya  süvari  həzrətə  təvəssül  və  namaz  qılmaq  üçün  oraya 
gəlmişlər.  
 
Sual:  359.  Bir  istəyin  qəbul  olunması  üçün  40  dəfə  Cəmkəran 
məscidinə getmək doğrudanmı təsirlidir? 
Cavab: Bu mövzu ilə bağlı xüsusi dəlil olmasa da, üç  yolla onu 
sübuta yetirmək olar... 
1.  Alimlər  Cəmkəran  məscidinə  ardıcıl  olaraq  40  dəfə  getməyi 
faydalı  saymışlar.  Belə  bir  təsir  Səhlə  məscidi  haqqında  da  bəyan 
olunur.  
2.  Rəvayətlərdə  bildirilir  ki,  hər  kəs  40  gün  özünü  Allaha  xatir 
xalis, səmimi etsə hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.
1
 
3.  Çoxsaylı  rəvayətlərdən  aydın  olur  ki,  maddi  və  mənəvi 
fəaliyyətlərin  çiçəklənməsində  40  rəqəminin  mühüm  təsiri  var.  O 
cümlədən:  40  rəqəmi  övladın  bətndə  inkişafına  təsirlidir;  Şərab 
namazın 40 gün qəbulunun qarşısını alır; Bəhlul Nəbbaşın tövbəsinin 
40  gündən  sonra  qəbul  olunması;  Həzrət  Zəhranın  bətndə 
möhkəmlənməsi  üçün  həzrət  Peyğəmbərin  (s)  Xədicədən  40  gün 
kənarlaşması;  40  gün  əhd  duası  oxumaq  insanın  həzrət  Mehdiyə 
yaxınlaşmasına  səbəb  olur;  həzrət  Mehdi  (ə)  40  gün  mələklərin 
tərbiyəsi  altında  olmuşdur;  həzrət  Adəmin  40  gün  xəmir  hаlındа 
olması;  həzrət  Musanın  Tur  dağında  Allahla  40  gün  ünsiyyəti;  İslam 
peyğəmbərinin  40 
yaşdan  sonra  nübüvvətə  çatması;  insan 
təfəkkürünün  40  il  inkişaf  edə  bilməsi;  40  möminin  şəhadətinin 
möminin  bağışlanmasına  səbəb  olması;  40  hədis  öyrənən  insanın 
qiyamətdə fəqih kimi məhşur olması; qonşuluq həddinin 40 ev olması; 
məscidin qonşuluğunun 40 evə çatması... 
Bu  hədislərdən  məlum  olur  ki,  insanın  kamala  çatmasında  40 
rəqəminin xüsusi təsiri var.  
                                                 
1
 “Kafi”, c. 2, s. 16. 


 
219 
Seyyid Bəhrul-ülum deyir: “ Biz gözlərimizlə müşahidə etmiş və 
öyrənmişik ki, 40 rəqəminin istedadların çiçəklənməsində xüsusi təsiri 
var.”
1
  
 
Sual:  360.  Çərşənbə  axşamı  Cəmkəran  məscidinə  getməyin 
savabı ilə bağlı dəlil varmı? 
Cavab:  Həsən  ibn  Məslə  Cəmkəraninin  rəvayətinə  əsasən,  o, 
həzrətlə  çərşənbə  axşamı  görüşmüşdür.  Həzrət  ona  göstəriş  verir  ki, 
Cəfər  Kaşaninin  sürüsündəki  keçini  alıb  həmin  yerə  aparsın  və 
növbəti  gecə  (yəni  çərşənbə  gecəsi)  kəsib  çərşənbə  günü  ətini 
paylasın...
2
 
Bu səbəbdən də həzrətin aşiqləri həmin mübarək gecə Cəmkəran 
məscidinə  toplaşır,  Allah-təaladan  yardım  diləməklə  həzrətə  təvəssül 
edib istəklərini ondan diləyirlər.  
 
Sual:  361.  40  çərşənbə  gecəsi  Cəmkəranda  olan  insan  həzrət 
Mehdini (ə) ziyarət edə bilərmi? 
Cavab:  Bu  barədə  xüsusi  bir  dəlil  yoxdur.  Amma  bəzi 
rəvayətlərə əsasən 40 rəqəminin təkvini təsirləri var. Әgər bir şəxs bu 
niyyətlə  Cəmkəran  məscidinə  gedib  ciddi  şəkildə  arzusunu  Allahdan 
diləsə, digər bir tərəfdən bu görüş üçün ləyaqət əldə etsə, ümid var ki, 
həzrətlə görüşə bilsin. Bir çoxları bu yolla istəyinə çatmışdır.  
 
Sual:  362.  Әgər  həzrət  Mehdi  (ə)  hər  yerdə  olursa,  nə  üçün 
Cəmkərana gedək? 
Cavab:  Bəli,  biz  inanırıq  ki,  həzrət  Mehdi  (ə)  hər  yerdə  olur. 
Amma Cəmkəran məscidinin xüsusi imtiyazları var: 
Әvvəla,  Həsən  ibn  Məslə  Cəmkəraninin  rəvayətinə  əsasən  bu 
məscid  həzrət  Mehdinin  (ə)  göstərişi  ilə  tikilmişdir.  Həzrət  xalqın 
burada toplanmasını və dörd rəkət namaz qılmasını istəmişdir. 
İkincisi,  bu  müqəddəs  yer  əsrlər  boyu  aşiqlərin  ictima  məhəlli 
olmuşdur.  Biz  də  bu  müqəddəs  məkanın  bərəkətindən  faydalana 
bilərik.  
Üçüncüsü,  məhbuba  doğru hərəkətin  özü  təsirlərə  malikdir.  Belə 
bir hərəkət insanın həzrətə olan rəğbətini artırır.  
 
                                                 
1
 “Risaleyi-Seyri-Suluk”, s. 23. 
2
 “Bihar”, c. 53, s. 232. 


 
220 
Sual: 363. Səhlə məscidinin həzrət Mehdi (ə) ilə hansı əlaqəsi var? 
Cavab:  Bəzi  rəvayətlərə  əsasən  zühur  dövründə  bu  məscid 
həzrətin şəxsi iqamətgahı olacaq. 
Bir gün imam Sadiqin (ə) yanında Səhlə məscidindən söz düşdü. 
Həzrət  buyurdu:  Agah  olun!  Həqiqətən,  bu  yer  qiyam  edəcəyi  vaxt 
əmr sahibinin iqamətgahıdır.”
1
 
Nəql  olunur  ki,  həzrət  Әbu-Bəsirə  xitabən  buyurmuşdur:  “Ey 
Әba-Məhəmməd! Səhlə məscidində Qaimin gəlişini sanki gözlərimlə 
görürəm.”
2
 
 
Sual: 364. Səhlə məscidində olmaqla bağlı hansı tövsiyələr var? 
Cavab:  Bəzi  rəvayətlərə  əsasən  bu  məsciddə  olmaq  və  orada 
namaz qılmaq çox tövsiyə olunmuşdur: 
1.  İmam  Sadiq  (ə)  Әla  ibn  Rəzinə  xitabən  buyurur:  “Sizin 
yaxınlığınızda  Səhlə  məscidi  adlanan  bir  məscid  var.  Biz  o  məscidi 
Şurə  məscidi  adlandırırıq.  Həmin  məsciddə  namaz  qılırsanmı?  (Әla 
bildirir  ki,  orada  namaz  qılır)  Oraya  get.  Çünki  orada  qəm  yoxdur. 
Qəmi olanın qəmini Allah götürür. (İstəyini qəbul edir).”
3
 
2. Həzrət Sadiqdən (ə) belə buyurduğu nəql olunur: “Elə bir insan 
yoxdur  ki,  Səhlə  məscidinə  gedib  məğrib  və  işa  arasında  iki  rəkət 
namaz qıla və Allah onun qəm-qüssəsini aradan götürməyə.”
4
  
3.  Başqa  bir  məqamda  həzrət  buyurur:  “Kufəyə  daxil  olduqda 
Səhlə məscidinə get və orada namaz qıl. Maddi və mənəvi istəklərini 
Allahdan dilə.”
5
 
 
Sual: 365. Çərşənbə gecəsi Səhlə məscidində olmaqla bağlı dəlil 
varmı? 
Cavab:  Bu  barədə  Әhli-beyt  (ə)  tərəfindən  göstəriş  yoxdur. 
Yalnız  Seyyid  ibn  Tavus  buyurmuşdur:  “Әgər  Səhlə  məscidinə 
getmək istəsən bunu çərşənbə gecəsi məğrib və işa namazı arasına sal. 
Bu vaxt başqa vaxtlardan üstündür.”
6
 
                                                 
1
 “Kafi”, c. 3, s. 495. 
2
 “Bihar”, c. 100, s. 436. 
3
 “Bihar”, c. 100, s. 437» 
4
 “Vəsailuş-şiə”, c. 5, s. 266. 
5
 “Bihar”, c. 100, s. 434. 
6
 “Misbahul-Zair”, s. 105. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə