Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə72/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   68   69   70   71   72   73   74   75   ...   93

 
215 
 
Sual: 351. Həzrətlə görüş üçün israr etmək düzgündürmü? 
Cavab:  Qeyb  dövründə  insanların  vəzifəsi  həzrətin  zühuruna 
mane  olan  halları  aradan  qaldırmaqdır.  Həzrətə  mənəvi  cəhətdən 
yaxın olmaq üçün öz vəzifələrimizə əməl etməliyik.  
Әgər  həzrətlə  görüş  istəyinin  səbəbi  onun  vücudundan 
bəhrələnmək,  onun  lütfünü  əldə  etmək,  qəlbən  əminliyə  çatmaqdırsa 
bu  görüşə  can  atmaq  faydalıdır.  Әks-təqdirdə,  hazırkı  dövr  qeyb 
dövrüdür və bu dövrdə xalq nəzərlərdən gizli qalmalıdır. Buna görə də 
səbr  etmək,  bu  həssas  məqamda  imtahandan  üzüağ  çıxmaq  üçün 
vəzifələrə əməl etmək lazımdır.  
Bəli,  bəzi  iddialardan  həzrətlə  görüş  istəyi  sezilsə  də,  bu  istəyi 
zühur dövrünə aid etmək olar.  
Müqəddəs Cəmkəran məscidi 
Sual:  352.  Cəmkəran  məscidinin  tikilməsi  ilə  bağlı  hansı 
məlumatlar var? 
Cavab:  Cəmkəran  məscidinin  tikilməsi  ilə  bağlı  mərhum  hacı 
Nuri  “Nəcmus-Saqib”,  “Cənnətul-məva”,  “Әl-kəlimətut-təyyibə” 
kitablarında,  Mirza  Məhəmməd  Təqi  Әrbabe  Qummi  “Tarixi  darul-
iman”  kitabında  məlumat  verir.  Bundan  əlavə  Həsən  ibn  Məhəmməd 
ibn Həsən Qumminin “Tarixe-Qum” (“Munisul-həzin” kitabı əsasında) 
məlumatlar var.  
Bu məlumat Həsən ibn Məslə Cəmkəraninin əhvalatına əsaslanır. 
Bildirilir ki, bu şəxs 293-cü ildə həzrət Mehdi (ə) ilə görüşmüşdür. Bu 
görüşdə  həzrət  ona  göstəriş  vermişdir  ki,  dəyərli  Qum  alimlərindən 
olan Seyyid Әbül-Həsən Әr-riza ilə əlaqə yaradıb, onun köməyi ilə bu 
yerdə (Cəmkəranda) məscid tiksin...
1
 
Bundan əlavə, “Munisul-həzin” kitabına əsaslanaraq bildirirlər ki, 
Әmirəl-möminin  həzrət  Mehdi  (ə)  bayrağının  Cəmkəran  məscidində 
qalxacağını bildirmişdir.  
 
Sual:  353.  Cəmkəran  məscidində  namazın  müstəhəb  olmasının 
dəlili nədir? 
Cavab:  Həsən  ibn  Məslə  Cəmkəraninin  nəql  etdiyi  əhvalatlarda 
nəql olunur ki, həzrət buyurmuşdur: “Bu məkanda 7 gün qal və orada 
4  rəkət  namaz  qıl.  İki  rəkət  məscid  üçün  təhiyyət  namazı  qıl,  hər 
                                                 
1
 “Bihar”, c. 53, s. 230. 


 
216 
rəkətdə  bir  dəfə  Həmd, 7  dəfə  “İxlas” surəsini  oxu, rüku və  səcdənin 
təsbihini də 7 dəfə təkrarla. İki rəkət də Sahibəzzaman namazı niyyəti 
ilə namaz qıl. Birinci rəkətdə “Həmd” surəsini oxu və “iyyakə nəbudu 
və  iyyakə  nəstəin”  cümləsinə  çatdıqda  bu  cümləni  100  dəfə  təkrarla. 
“Həmd” surəsini tamamlayıb, bir dəfə “İxlas” surəsi oxu. Sonra rüku 
və  səcdənin  zikrlərini  7  dəfə  de.  İkinci  rəkətdə  də  eyni  əməlləri 
təkrarla.  Namazı  başa  çatdırdıqdan  sonra  bir  dəfə  “la  ilahə  illəllah” 
söylə, həzrət Zəhranın (s) təsbihatından sonra səcdədə 100 salavat çək. 
Bu namazdan  qəflətdə  qalma! Bu məsciddə  olub  həmin  namazı  qılan 
kəs Beytul-ətiqdə (Allahın evində) namaz qılmış kimidir.” 
 
Sual:  354.  Cəmkəran  məscidinin  tikintisi  haqqında  məlumat 
verən sənəd mötəbərdirmi? 
Cavab:  Müqəddəs  Cəmkəran  məscidi  və  orada  qılınan  namaz 
haqqında sənəd araşdırması aparmağa ehtiyac yoxdur. Çünki mötəbər 
sənədli  hədislərə  əsasən,  savaba  çatmaq  ümidi  ilə  müstəhəb  iş  görən 
kəs əməlin müstəhəbliyindən xəbər verən hədis mötəbər olmasa belə, 
savaba çatır.  
Kuleyni  səhih  sənədə  əsasən  nəql  edir  ki,  imam  Sadiq  (ə) 
buyurmuşdur:  “Hər  kəs  bir  işin  savab  olduğunu  eşidib  onu  yerinə 
yetirsə,  eşitdiyi  xəbər  düzgün  olmasa  belə,  həmin  şəxsə  savab 
veriləcək.” 
Bərqi  nəql  edir  ki,  imam  Sadiq  (ə)  buyurmuşdur:  “Bir  şəxs 
peyğəmbərin savab saydığı bir işi yerinə yetirsə, əslində peyğəmbər o 
işi savab saymamışsa da, bu şəxsə savab verilər.”  
 
Sual:  355.  Nə  üçün  “Qumun  tarixi”  kitabında  Cəmkəran 
əhvalatına yer verilməyib? 
Cavab:  Hazırda  araşdırmaçıların  əlində  olan  “Tarixe-Qum” 
kitabı  orijinal  mənbənin  yalnız  dörddə  bir  hissəsidir.  Әslində  20 
fəsildən ibarət olan bu kitabın yalnız 5 fəsli əlimizdədir. Çox ehtimal 
ki,  kitabın  əlimizə  çatmayan  hissələrində  Cəmkəran  haqqında 
məlumat  vardır.  Mərhum  Mühəddis  Nuri  və  başqaları  kitabın  ilkin 
mənbəsini  əldə  edə  bilməmişdilər.  Ona  görə  də  alim  həmin  əhvalatı 
“Tarixe-Qum”  kitabının  əsli  nüsхəsi  əlində  olan  Nemətullah 
Cəzairidən nəql etmişdir.  
 
Sual:  356.  “Munisul-həzin”  kitabının  Şeyx  Səduqa  aid  olduğu 
dəqiq deyilsə, ona istinad etmək olarmı? 


 
217 
Cavab:  Biz  də  bu  kitabın  Şeyx  Səduqa  aid  olduğunu  iddia 
etmirik.  Amma  bu  münasibət  həmin  kitabın  etibarsız  olduğunu 
göstərmir.  İbn-Şəhr  Aşub  “Әl-mənaqib”  kitabında  uyğun  kitabı 
Həmmal  Nişapuriyə  aid  edir.  O  bu  kitaba  istinadən  imam  Həsən 
Müctəbadan bir möcüzə nəql edir.
1
  
Әllamə  Məclisi  də  bu  kərаməti  “Әl-Mənaqib”  kitabından  nəql 
etmişdir. O bu kitabın Həmmal Nişapuriyə aid olduğunu inkar etmir.
2
 
Mərhum  Məclisidən  öncə  Seyyid  Məhəmməd  ibn  Әbu-Talib 
Həsəni  “Təsliyətul-Məcalis”  kitabında  Fəttal  Nişapurinin  “Munisul-
həzin” kitabında hədis nəql edir və bu kitabın ona aid olmasını şübhə 
altına almırdı.  
 
Sual:  357.  Nə  üçün  “Munisul-həzin”  kitabını  Şeyx  Səduqa  aid 
etmişlər? 
Cavab:  Çox  ehtimal  ki,  bu  əhvalat  Qum  tarixi  ilə  bağlı  olduğu 
üçün həmin kitabın haşiyəsində yazılmış və sonradan haşiyədən mətnə 
keçmişdir.  Fəttal  Nişapuri  hicri  508-ci  ildə  şəhadətə  çatmış,  “Tarixe-
Qum”  kitabının  müəllifindən  iki  əsr  sonra  yaşamışdır.  O,  Şeyx 
Səduqun müasiridir. Buna görə də kitab Şeyx Səduqa aid edilmişdir.  
Çox  olub  ki,  “Qamusur-rical”  sahibi  həmin  kitabdan  nümunələr 
nəql etmişdir.  
Beləcə, məlum olur ki, qədim dövrlərdə çap olmamış və kitablar 
əlyazma  yolu  ilə  yayılmışdır.  Üz  köçürmədə  peşəkar  olan  bir  çox 
adamlar kitabın mövzularından yetərincə məlumatlı olmamışlar.  
 
Sual: 358. Cəmkəran məscidinin xüsusi əhəmiyyəti nədir? 
Cavab: Bu məscidin bir sıra əhəmiyyətləri var: 
1.  Cəmkəran  məscidi  Həsən  ibn  Məslə  Cəmkəraninin  imam 
Mehdidən  (ə)  nəql  etdiyi  rəvayətə  əsasən  Allah-təalanın  xüsusi 
diqqətində olan məkanlarındandır.  
2.  Məscid  həzrət  Mehdinin  (ə)  göstərişi  ilə  tikildiyindən  şərafət 
və müqəddəsliyə malikdir.  
3.  Bu  məsciddə  qılınan  namazın  xüsusi  savabları  var.  Həzrət 
buyurdu:  “Orada  həmin  iki  namazı  qılan  şəxs  beytül-Әtiqdə  namaz 
qılmış kimidir.” 
                                                 
1
 “Әl-mənaqib”, c. 4, s. 8. 
2
 “Bihar”, c. 33, s. 327» 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə