Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə75/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   71   72   73   74   75   76   77   78   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
224 
Vacib  və  haram  hökmlərə  münasibətdə  bu  yanaşma  daha  da 
ciddiləşir. Amma müstəhəb işlərdə bu sayaq dərin araşdırmaya ehtiyac 
yoxdur.  “Nüdbə”  duası  da  bu  sayaq  məsələlərdəndir.  Bu  duanın 
mötəbər  bir  sənəddə  nəql  olunması  bir  o  qədər  də  mühüm  deyil. 
Həmin  duanı  qorxu  və  ümid  hissləri  ilə  qiraət  etmək  kifayətdir. 
Duanın  mətnindən,  sözlərindən  onun  etibarlılığı  görünür.  Çünki  eyni 
məsələlər ayə və rəvayətlərdə də qeyd olunur.  
 
Sual:  374.  Səhih  rəvayəti  qeyri-səhih  rəvayətdən  necə 
fərqləndirmək olar? 
Cavab:  Bəzi  uydurmaçılar  həzrət  Peyğəmbərin  (s)  dövründən 
başlayaraq hədis qоndаrdıqlаrı üçün səhih hədisi qeyri-səhih hədisdən 
seçmək üçün meyara ehtiyac duyulur. Bir neçə meyar göstərmək olar:  
1.  Qurana  uyğunluq  –  İmam  Sadiq  (ə)  həzrət  Peyğəmbərdən  (s) 
belə  nəql  edir:  “Həqiqətən,  hər  bir  haqq  üçün  bir  həqiqət  və  hər  bir 
savab  üçün  bir  nur  var.  Allahın  kitabına  uyğun  gələni  əxz  edib,  ona 
zidd olanı boşlayın.”
1
 
2. Digər məsumların buyuruqlarına uyğunluq –  Həsən ibn Cəhm 
deyir:  İmam  Rizaya  (ə)  ərz  etdim  ki,  sizin  tərəfinizdən    bizə  fərqli 
hədislər  çatır.  Həzrət  buyurdu:  “Bizim  tərəfdən  sizə  çatanı  Allahın 
kitabı və bizim hədislərlə müqayisə edin. Әgər uyğun gəlsə, bizdəndir, 
uyğun gəlməsə, bizdən deyil.”
2
  
3.  Ağıla  uyğunluq  –  Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Әgər  sizə 
məndən  bir  hədis  yetişsə  Allahın  kitabı  ilə  müqayisə  edib,  onu 
ağlınızın hökmünə verin. Әgər kitab və ağıla uyğundursa, qəbul edin, 
uyğun deyilsə, divara vurun.”
3
  
 
Sual: 375. “Nüdbə” duası haqqında böyük alimlərin nəzəri nədir? 
Cavab:  Şeyx  Mürtəza  Әnsari  “Әl-məkasib”  kitabında  “Nüdbə” 
duası  haqqında  danışarkən  ona  heç  bir  etiraz  bildirmir  və  sənədini 
araşdırmır.  
Şeyx  Abdullah  Maməğani  və  İrəvani  də  uyğun  duaya  oxşar 
münasibət  göstərmişlər.  
 
Sual: 376. “Nüdbə” duasını kimlər nəql etmişdir? 
                                                 
1
 “Kafi”, c. 1, s. 69. 
2
 “Vəsailuş-şiə”, c. 27, s. 121. 
3
 “Şərhe-üsule-kafi”, c. 2, s. 343. 


 
225 
Cavab: “Nüdbə” duası bir çox alim və hədisçilər tərəfindən nəql 
olunmuşdur.  Onlardan  bəziləri  ilə  tanış  olaq:  Şeyx  Məşhədi,  “Әl-
Məzar”; Seyyid ibn Tavus, “Misbahul-Zair”; “İqbalul-Әmal”; Әllamə 
Məclisi, “Zadul-Məad”;  Şeyx  Cəmil  Әbül-Fərəc  Məhəmmədi  ibn Әli 
ibn  Yaqub  ibn  İshaq  ibn  Әbu-Qürrə  Bənani;  Şeyx  Әbu-Cəfər 
Məhəmməd ibn Hüseyn ibn  Süfyan.  
Mərhum 
Аyətullah  Bürucirdi  buyurur:  “Ricalşünaslığın 
(hədisçiləri  tanımağın) 
yollarından  biri  onların  şagirdlərinin 
şəxsiyyətini  tanımaqdır.  Әgər  Şeyx  Müfid  kimi  bir  şəxsin  daim 
müəyyən bir şəxsə istinad etdiyini və ona irad tutmadığını görürüksə, 
bu özü həmin şəxsin etibarlılığını göstərir.” 
 
Sual:  377.  “Nüdbə”  duasının  rəvayətçisi  imamın  müasiri 
olmadığı halda  bu duanı necə nəql edir? 
Cavab: Kimsə iddia etmir ki, Әbu-Cəfər Məhəmməd ibn Hüseyn 
ibn  Süfyan  Bəzufəri  “Nüdbə”  duasını  vasitəçisiz  nəql  etmişdir. 
İmamdan rəvayət nəql etmək üçün onun müasiri olmaq zəruri deyil.  
Biz  əminik  ki,  bu  duanı  Bəzufəriyə  istinadən  nəql  edənlər  onun 
sənədini göstərməyi zəruri saymamışlar. Ya da Bəzufəri özü “Nüdbə” 
duası  çox  məşhur  olduğundan  onun  sənədini  göstərməyə  ehtiyac 
duymamışdır.  
 
Sual: 378. “Nüdbə” duasını vasitə ilə nəql etmiş Məhəmməd ibn 
Məşhədi kimdir? 
Cavab:  Ayətullah  Xoyinin  Şeyx  Hürr  Amilidən  nəql  etdiyinə 
görə, Məhəmməd ibn Məşhədi Məhəmməd ibn Әli ibn Cəfərdir.
1
 
Mərhum  Hacı  Nuri  isə  “Xatəmeye-Mustədrək”  kitabında  bu 
barədə  deyir:  “Məhəmməd  ibn  Məşhədi  Hairi  kimi  tanınmış 
Məhəmməd  ibn  Cəfər  ibn  Әli  ibn  Cəfər  Məşhədidir.  O  Әbül-Fəzl 
Şazan ibn Cəbrail Qumminin rəvayətçilərindəndir. O, Şeyx Müfiddən 
iki vasitə ilə rəvayət edir.”
2
 
 
Sual:  379.  “Nüdbə”  duasının  digər  bir  rəvayətçisi  olan 
Məhəmməd ibn Әli ibn Әbu-Qürrə kimdir? 
Cavab:  Bu  şəxs  mötəbər  rəvayətçilərdəndir.  Nəccaşi  onun 
haqqında deyir: “O etibarlıdır, xeyli rəvayət eşitmiş və bir çox kitablar 
                                                 
1
 “Məcəme-ricalul-hədis”, c. 17, s. 269. 
2
 “Mustədrəkul-Vəsail”, c. 3, s. 368. 


 
226 
tərtib  etmişdir.  O,  imamiyyə  səhabələri  üçün  kitabları  vərəq-vərəq 
oxumuşdur və bizimlə məclislərdə olmuşdur.”
1
 
 
Sual:  380.  İbn  Məşədi  “Nüdbə”  duasını  Məhəmməd  ibn  Әbu-
Qürrədən necə nəql etmişdir? 
Cavab:  Məhəmməd  ibn  Cəfər  Məşhədi  Məhəmməd  ibn  Әbu-
Qürrənin  müasiri  olmamışdır.  Sadəcə,  Әbu-Qürrənin  “Məzar”  adında 
kitabı var və İbn-Məşhədi öz nəqlində bu kitaba əsaslana bilərdi.  
 
Sual: 381. İbn-Məşhədi mötəbər sayılmışdırmı? 
Cavab:  O,  Әhməd  ibn  İdrisin  şagirdlərindən  sayılır.  Və 
ustadından  rəvayət  nəql etmişdir.  Şeyx Müfid həmin şəxsdən rəvayət 
nəql etdiyi üçün onu Şeyx Müfid tərəfindən etibarlı saymaq olar.  
Bəzufəri haqqında rical kitablarında xüsusi bir qeyd yoxdursa da, 
o  Şeyx  Müfidin  istinadgahı  olduğundan  və  Şeyx  ona  dua  etdiyindən 
onu etibarlı saymaq olar.  
 
Sual: 382. “Nüdbə” duası hansı imamdandır? 
Cavab:  Zahirən,  bu  dua  imam  Sadiq  (ə)  tərəfindəndir.  Bu 
həqiqəti mərhum Məclisi də təsdiqləyir. Amma bəzi mənbələrdən belə 
görünür ki, bu dua Sahibəzzamana aiddir. Belə bir qənaətə gələ bilərik 
ki,  “Nüdbə”  duası  Sahibəzzaman  tərəfindən  yox,  onun  üçün 
yazılmışdır.  
Belə  bir  ehtimal  da  var  ki,  Bəzufəri  bu  duanı  əsrin  məşhur 
rəvayətçilərindən  olmuş  atası  Hüseyn  ibn  Әli  ibn  Süfyandan  nəql 
etmişdir.  Həmin  şəxs  dörd  naib  vasitəsi  ilə  Sahibəzzamanla  rabitə 
saxlaya bilərdi.  
 
Sual: 383. “Nüdbə” duasını şiə alimləri tərtib etməmişdirmi? 
Cavab:  Bəziləri  bu  duanı  şiə  alimlərinə  aid  edirlər.  Amma  bu 
iddia bir sıra səbəblərdən batildir: 
1. Bəzufəri rəvayətin davamında qeyd edir: “Belə görünür ki, bu 
dua  məsum  imam  tərəfindən  bəyan  olunmuşdur.  Çünki  beş  hökm 
(vaciblik,  haramlıq,  müstəhəblik,  məkruhluq,  mübahlıq)  yalnız 
Allahın məsum övliyalarının səlahiyyətində olan işdir.  
2.  Dua  üçün  konkret  bir  vaxtın  göstərilməsi  onun  məsumlar 
tərəfindən nəql olunduğunu bildirir.  
                                                 
1
 “Ricale-Nəccaşi”, s. 283. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə