Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə67/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   63   64   65   66   67   68   69   70   ...   93

 
200 
hər  gün  sübhdən  qüruba  qədər  sərdabənin  qarşısında  göz  yaşı  axıdıb 
onun zühurunu gözləyirlər.”
1
 
Әvvəla,  “sərdabə”  dedikdə  hər  bir  tikilinin  alt  təbəqəsində 
yerləşən sərin yer nəzərdə tutulur. Bu sayaq sərdabələr, adətən, İraqda 
müşahidə olunur. Samirra da belə yerlərdəndir. İmam Hadi (ə) öz əhli-
beytinin  asayişi  üçün  belə  bir  sərdabə  tikmişdi.  Bu  sərdabə  onun 
şəhadətindən sonra irs olaraq imam Әsgəriyə çatdı.  
Tarixi  məlumatlara  əsasən,  həzrət  Mehdi  (ə)  mövludundan 
başlayaraq  xalqın,  xüsusi  ilə  zalım  hakimlərin  gözündən  gizli 
qalmışdır.  Atasının  şəhadətindən  sonra  ona  cənazə  namazı  qılıb, 
rəsmən  qeybə  çəkilmişdir.  Həzrət  və  ailənin  digər  üzvləri  bu 
sərdabədən  istifadə  etdiyi  üçün  qeybin  də  bu  yerdə  baş  verdiyi 
bildirilir.  Şiələr  bu  sərdabəni  ona  görə  müqəddəs  sayırlar  ki, 
Sahibəzzaman,  onun  atası  və  babası  bu  sərdabədə  yaşamış,  ibadət 
etmişlər.  Həzrət  Mehdi  (ə)  də  məhz  həmin  yerdə  qeybə  çəkilmişdir. 
İmamın  qeybi  imamın  yaşadığı  yer  olaraq  sərdabəyə  aid  edilmişdir. 
Cahil  fikirdir  ki,  şiələr  imamın  hələ  də  sərdabədə  olduğuna  inanır! 
Çoxsaylı  rəvayətlərə  əsasən,  həzrət  Mehdi  (ə)  yer  üzünün  müxtəlif 
nöqtələrində olur.  
Həzrət müxtəlif dini mərasimlərdə, o cümlədən, həcdə iştirak edir, 
dirilərə  və  ölülərə  şahid  olur.  Bu  səbəbdən  də  müqəddəs  sərdabə 
haqqında və onun ziyarəti ilə bağlı deyilən sözlər cəfəngiyatdan başqa 
bir  şey  deyil.  Şiələr  imamın  Səhlə,  Cəmkəran  məscidlərində  ola 
biləcəyinə  inandıqları  üçün  bu  məscidlərdə  toplaşır,  “Nüdbə”  duası 
oxuyurlar.    Şiələr  yalnız  sərdabəni  müqəddəs  saydıqları  üçün  orada 
toplanıb Allaha dua oxuyurlar.  
Әllamə  Әmini  deyir:  Şiələr  bu  əqidədə  deyil  ki,  imamın  qeybi 
sərdabədə  məhdudlaşır.  Mötəbər  rəvayətlərə  əsasən,  şiələr  inanır  ki, 
imam Məkkədə Allah evinin önündə zühur edəcək. Kimsə bu əqidədə 
deyil ki, müqəddəs sərdabə bu ilahi nuru özündə gizləmişdir. Sadəcə, 
bu  sərdabə  imamların  Samirradakı  evi  olmuşdur.  İraqda  hamı  istidən 
qorunmaq  üçün  bu  sayaq  sərdabədə  yaşayır.  Haqqında  danışılan 
sərdabəni  müqəddəs  edən  isə  üç  məsum  imamın  orada  yaşamasıdır. 
Allah-təala  özü  bu  müqəddəs  məkanda  zikr  və  duaya  icazə 
vermişdir.”
2
 
                                                 
1
 “Tarixe-ibn-Xəldun”, c. 1, s. 199. 
2
 “Әl-ğədir, s. 308,309. 


 
201 
İkincisi,  hər  bir  məzhəbin  əqidəsini  onun  aparıcı  alimlərinin 
kitablarından  öyrənmək  olar.  Şiə  alimlərinin  kitablarına  müraciət 
etdikdə  anlaşılır  ki,  imam  Mehdinin  (ə)  mövludundan  çox-çox 
əvvəllərdən başlamış hazırkı dövrədək hətta avamlar arasında belə bir 
etiqad  olmamışdır.  İmamın  hələ  də  sərdabədə  olması  düşmənlər 
tərəfindən uydurulmuş bir böhtandır.  
 
Sual:  327.  Böyük  qeyb  dövründə  həzrət  Mehdinin  (ə)  məkanı 
haradadır? 
Cavab:  Bir  çox  rəvayətlərdən  məlum  olur  ki,  Sahibəzzaman 
nəinki  müqəddəs  sərdabədə  deyil,  hətta  onun  heç  bir  daimi  məkanı 
yoxdur.  
İmam Mehdi (ə)  İbrahim ibn Məhzyara xitabən buyurur:  “Atam 
mənə  vəsiyyət  edib  ki,  məxfi  və  uzaq  yerlərdə  məskən  salıb  azğın 
insanların pisliklərindən amanda qalım. Bu vəsiyyət məni uca dağlara 
çəkib apardı.”
1
 
Bəli,  bəzi  rəvayətlərə  əsasən,  həzrət  Mehdinin  (ə)  yalnız  xüsusi 
şiələrə məlum olan müəyyən məkanı vardır.  
İshaq ibn Әmmar imam Sadiqdən (ə) belə nəql edir: “Qaim üçün 
iki  qeyb  var:  biri  qısa,  o  biri  uzun.  Qısa  qeyb  dövründə  xüsusi 
şiələrdən  savay  kimsə  onun  yerini  bilməz.  Böyük  qeyb  dövründə 
yalnız ən yaxın dostlar onun yerindən xəbər tutar.”
2
 
 
Sual:  328.  Həzrət  Mehdi  (ə)  müqəddəs  sərdabədən  zühur 
edəcəkmi? 
Cavab:  Şiələrə  atılan  növbəti  böhtanlardan  biri  budur  ki,  guya 
onlar imamın sərdabədən zühur edəcəyinə inanır. Amma şiələrin hədis 
və kəlamlarına müraciət etdikdə görürük ki, deyilənlər iftiradan başqa 
bir  şey  deyil.  Şiələr  inanır  ki,  həzrət  Mehdi  (ə)  öz  babası  peyğəmbər 
kimi Məkkədən zühur edəsidir.  
Fəzl ibn Şazan uzun bir hədisdə imam Sadiq (ə) və həzrət Әlidən 
(ə)  belə  nəql  edir:  “Ey  Hüseyn,  о  sənin  doqquzuncu  övladındır!  O 
rükn və məqam arasında (Məkkədə) zühur edəcək...”
3
 
Şeyx  Səduq  imam  Sadiqdən  (ə)  belə  nəql  edir:  “Bizdən  olan 
Qaim  qorxudan  hifz  olunmuş,  qələbə  ilə  təmin  edilmiş  kəsdir...  O 
                                                 
1
 “Bihar”, c. 99, s. 108. 
2
 “Kafi”, c. 1, s. 340. 
3
 “Möcəmi-əhadisul-imamul-Mehdi (ə)”, c. 3, s. 23. 


 
202 
zühur etdiyi vaxt Kəbəyə sığınar, həmin vaxt onun ətrafında 313 nəfər 
cəm olar.”
1
 
Qeyb dövrünün vəzifələri 
Sual: 329. Qeyb dövrünün möminlərinin əsrin imamı (ə) ilə bağlı 
hansı vəzifələri var? 
Cavab:  Həzrət  Mehdi  (ə)  ilə  bağlı  şiələrin  hər  birinin  ağır 
vəzifələri vardır. Bu vəzifələrdən bəzilərini xatırlayaq: 
1.  Mehdinin  (ə)  zühurunun  qətiliyinə  iman  –  Sünnə  əhli 
rəvayətlərində  oxuyuruq  ki,  Peyğəmbər  (s)  buyurmuşdur:  “Hər  kəs 
Mehdinin  (ə)  zühurunu  inkar  etsə,  Məhəmmədə  nazil  olanı  inkar 
etmişdir.”
2
 
2.  Fitnələr  zamanı  səbir  və  dinə  bağlılıq  –İmam  Sadiq  (ə) 
buyurmuşdur:  “Bizim  Qaimin  qeybi  dövründə  əmrimizə  bağlanan  və 
qəlbi hidayətdən sonra çaşmayan kəsin xoş halına!”
3
 
3. İmam Mehdinin (ə) vilayətinə bağlılıq - İmam Baqir (ə) həzrət 
peyğəmbərin  dilindən  belə  nəql  edir:  “Bizim  əhli-beytin  Qaimini 
görənin xoş halına! Qiyamından öncə ona iqtida edənin xoş halına!”
4
 
4. Allah-təaladan imam Mehdi (ə) (onu tanımaq) mərifəti diləmək 
–  Kuleyni  Әbu-Bəsirdən  nəql  edir  ki,  imam  Baqir  (ə)  buyurmuşdur: 
“İmaməti  tanıdınmı?”  Әrz  etdim  ki,  bəli,  and  olsun  Allaha,  Kufədən 
xaric olmamışdan tanıdım.” Buyurdu: “Bu vaxt üçün sənə yetər.”
5
 
5.  Beyətin  təzələnməsi  və  itaətdə  sabitlik  –  Әhd  duasında 
oxuyuruq:  “Pərvərdigara!  Həqiqətən,  mən  onun  (həzrət  Mehdi)  üçün 
bu  günümdə  əhd-peymanı,  beyətimi  təzələyirəm.  Elə  bir  beyət  ki, 
ondan  ayrılmamışam  və  heç  vaxt  onu  zay  etməmişəm.  Pərvərdigara! 
Məni o həzrətin köməkçilərindən, müdafiəçilərindən qərar ver...”
6
 
6. Şübhə və iradlara cavab – İmam Sadiq (ə) buyurur: “Özünüzü 
şəkk-şübhədən uzaqlaşdırın, şəklərdən pəhriz edin, bundan həzər qılın. 
Mən Allahdan sizin tövfiq və öyüd istəyirəm.”
7
 
                                                 
1
 “Kəmalud-din”, s.331. 
2
 “Fəraidus-səmteyn”, c. 2, s. 324. 
3
 “Kəmalud-din”, s.358. 
4
 “Kəmalud-din”, s.286; “Bihar”, c. 51, s. 72. 
5
 “Kafi”, c. 1, s. 185. 
6
 “Bihar”, c. 102» 
7
 “Bihar”, c. 51, s. 146. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə