Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə63/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   59   60   61   62   63   64   65   66   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
188 
5.  Buludlar  günəşi  aradan  götürə  bilmir,  sadəcə,  onun  üzərinə 
pərdə çəkir. Qeyb də belədir. İmam görünməsə də mövcuddur.  
 
Sual:  299.  Biz  “fətrət”,  yəni  imamət  cərəyanının  qırıldığı 
dövrdəyikmi? 
Cavab:  Әhməd  Katib  deyir:  “Bəzi  şiələr  elə  düşünürlər  ki, 
peyğəmbərlik  cərəyanı  qırıldığı  kimi  imamət  cərəyanı  da  qırıla  bilər. 
Onlar  öz  iddialarını  müəyyən  rəvayətlərlə  sübuta  yetirirlər.  Onlar 
düşünürlər  ki,  Allahın  qəzəbi  bu  cərəyanı  qıra  bilər.  Onlar  deyirlər: 
“Hazırda həmin dövrdür.”  
Әvvəla, Şeyx Müfid “Әl-füsulul-muxtarə” kitabında imam Həsən 
Әsgəridən  (ə)  sonrakı  müxtəlif  quruplar  haqqında  danışdıqdan  sonra 
buyurur: “Amma yaşadığımız hazırkı dövrdə 12 imamçı şiədən başqa 
firqə qalmayıb.”
1
 
İkincisi,  Әhməd  Katibin  üz  tutduğu  rəvayətləri  araşdırdıqda 
görürük  ki,  bu  rəvayətlər  nəinki  həzrətin  mövcudluğunu  inkar  etmir, 
hətta  bu  mövludu  təsdiqləyir.  Bəzi  rəvayətləri  nəzərdən  keçirək: 
Məhəmməd  ibn  Fərəc  deyir:  İmam  Әbu-Cəfər  mənə  yazdığı 
məktubunda  bildirirdi:  “Әgər  Allah-təala  öz  xalqına  qəzəblənsə  bizi 
onlardan uzaqlaşdıracaq.”
2
  
Bu  rəvayət  aşkar  şəkildə  həzrət  Mehdinin  (ə)  mövludunu 
təsdiqləyir.  Rəvayətdən  məlum  olur  ki,  o  mövcuddur,  amma 
nəzərlərdən qeybdədir.  
Üçüncüsü,  bu  rəvayətlər  sənəd  baxımından  zəifdir.  Mərhum 
Məclisi də bu məsələni qeyd etmişdir.  
Dördüncüsü,  bu  rəvayətlər  qrupu  mütəvatir  rəvayətlərə  ziddir. 
Mütəvatir  rəvayətlərdə  bildirilir  ki,  yer  üzü  heç  vaxt  höccətsiz  ola 
bilməz.  
 
Sual: 300. Həzrət Mehdi (ə) qeyb dövründə hansı işləri görür? 
Cavab: Böyük qeyb dövründə həzrətin çox mühüm işləri var. O 
zahiri  hakimiyyətə  malik  olmasa  da,  bütün  işlərə  nəzarət  edir  və 
müəyyən işlərə qatılır.  
İmamət  və  rəhbərlik  şəni  onu  öz  vəzifəsini  ən  üstün  şəkildə 
yerinə yetirməyə sövq edir. Həzrətin ömrü Allaha itaət yolunda keçir. 
İmam  öz  ictimai  vəzifələrini  insanların  ümumi  faydası  istiqamətində 
                                                 
1
 “Әl-füsulul-muxtarə”, s. 259. 
2
 “Kafi”, c. 1, s. 343. 


 
189 
yerinə yetirir. İnsanların hidayəti, müxaliflərə qarşı möminlərə yardım, 
müşkül  məsələlərin  həlli,  fərdlərin  moizə-nəsihəti,  xəstələrə  şəfa, 
yolda qalmışlara bələdçilik, elm və maarif təlimi, ehtiyaclılara iqtisadi 
yardım, çətinliyə düşənlərin fəryadına çatmaq həzrətin işlərindəndir.  
Həzrətin mühüm işlərindən biri də şiə cəmiyyətini nizama salmaq, 
elmi hövzələri tarix boyu nəzarətdə saxlamaqdır.  
 
Sual:  301.  İmamın  hadilik,  tərbiyəçilik  vəzifəsi  onun  qeybdə 
olması ilə bir araya sığırmı? 
Cavab:  Kəlam,  fəlsəfə  və  irfan  kitablarına  müraciət  etdikdə 
imamətin iki təfsiri ilə rastlaşırıq: 
1.  Kəlam  əsasında  tərif:  İmamət  dini  və  dünyəvi  işlərə  bir  nəfər 
vasitəsi ilə rəyasətdir.
1
  
2.  Fəlsəfi-irfani  tərif:  İmamət  peyğəmbərlik  kimi  bir  mənsəbdir, 
bu iki məqam arasında vəhydən savay fərq yoxdur. Peyğəmbərliyə aid 
olan bütün vəzifələr (vəhydən savay) imamətə də aiddir. İmamət eyni 
zamanda insanları zəruri kamala çatdırmaq üçün batini yardımdır.  
Uyğun  tərifə  əsasən,  din  və  dünya  işlərinə  rəyasət  bu  mənada 
imamət  şənindəndir.  12  imamçı  şiə  əqidəsinə  əsasən  bu  məna 
mötəbərdir. Bu səbəbdən də imamət dinin üsulu sayılmışdır.  
Әllamə  Təbatəbai  buyurur:  “İmamət  itaət  məqamıdan  üstün  bir 
həqiqət, din və dünya rəyasəti, yer üzündə xilafət və canişinlikdir.”
2
  
İmamətin məna dərinliyi budur ki, o batini bir hidayət olub, xalq 
üzərində vilayətdir. Bu hidayət istəyə doğru səydən başqa bir şey deyil.  
Mütəkəllimlər  (kəlam  alimləri)  imamətə  verdikləri  tərifdə  bir 
neçə dəlilə əsaslanır: Lütf qaydası, şəriətin hifzi zərurəti, Allah dininin 
aydınlaşdırılması. Bütün bunlar imamın xalq arasında hüzuru ilə təmin 
edilir.  
Soruşula bilər ki, bu lütf imamın qeybi ilə necə uyğun gəlir? 
Әvvəla,  Sahibəzzəman  şəriətin  ümumi  hifz  edənidir.  O  batil 
ittifaqa qarşıdır.  
İkincisi, ilahi lütfün müxtəlif dərəcələri var. Әziyyət zamanı daha 
çox lütf gətirən iş öndə gəlir. İmamın hüzurunda xalq ilahi lütfə çatsa 
da,  onun  qeybi  zamanı  gerçəkləşən  lütf  daha  mühümdür.  Qeyb 
fəlsəfəsi  haqqında  danışarkən  bu  məsələyə  işarə  olundu.  İmamətin 
ikinci tərifi irfani tərifdir. Bu tərifə əsasən imamət insanların batininə 
                                                 
1
 “Nəhcul-Mustərşədin”, s. 62. 
2
 “Әl-Mizan”, c. 1, s. 271. 


 
190 
nüfuz edə bilən bir həqiqətdir. Bu hidayət sayəsində insanlar məqsədə 
çatır.  
İmamətə  verilən  bu  tərif  qeyblə  uyğun  gəlir.  İmam  qeyb 
dövründə də nəzərdə tutulan işləri görə bilir. Qeyb dövrü boyu həzrətə 
bu sayaq yardımlar göstərilmişdir.
1
 
 
Sual: 302. İmam qeybdə ikən onu necə tanımaq olar? 
Cavab:  Müxtəlif  firqələrə  aid  mənbələrdəki  rəvayətlərə  əsasən 
Peyğəmbər (s) buyurmuşdur: “Dövrünün imamını tanımadan ölən kəs 
cahiliyyət  dövründə  ölmüş  kimidir.”
2
 Bəs  qeybdə  olan  imamı  necə 
tanımaq olar? 
İmamı  tanımaq  dedikdə  onu  zahiri  baxımdan  tanımaq  nəzərdə 
tutulmur.  Məqsəd  imamın  məqamını,  Allahın  yanındakı  yerini 
tanımaqdır.  İmam  şəriəti  qoruyan  kəsdir.  O,  təkvini  və  təşrii  feyz 
vasitəsidir.  O,  Allahın  izn  və  iradəsi  ilə  insanların  batininə  təsir 
göstərir,  onları  haqqa  yönəldir.  O  bütün  əvvəl  və  axır  elmlərin 
toplumudur.  
Bütün bu məlumatları imamı görmədən də əldə etmək olar.  
 
Sual:  303.  Hansı  dəlilə  əsasən  bu  zaman  “axirüz-zəman”,  “son 
dövr” adlanır? 
Cavab:  İslami  rəvayətlərdə  axirüz-zəmanın,  yəni  dünyanın 
sonunun  əlamətləri  zikr  olunmuşdur.  Bu  nişanələr  həyata  keçdikcə 
anlayırıq  ki,  hazırda  həmin  dövrdə  yaşayırıq.  Bu  əlamətlərdən 
bəzilərini yada salaq:  
1.  Qorxu  və  ümidsizliyin  artması  –  İmam  Baqir  (ə)  buyurur: 
“Qorxu və ümidsizlik hakim olmayınca həzrət Qaim qiyam etməz.”
3
 
Başqa  bir  hədisdə  həzrət  buyurur:  “İmam  cəmiyyətin  işləri 
zalımların əlində olan vaxt qiyam edər.”
4
  
2.  Məscidlərin  hidayətdən  uzaqlığı  –  Həzrət  Peyğəmbər  (s) 
axirüz-zamanda  məscidlərin  vəziyyəti  haqqında  buyurur:  “Həmin 
dövrün  məscidləri  zahirən  abad  və  gözəldir.  Amma  bu  məscidlərdə 
hidayət və tərbiyədən xəbər yoxdur.”
5
 
                                                 
1
 “Әl-Mizan”, c. 14, s. 304. 
2
 “Şərhe-Məqasid”, c. 2, s. 375. 
3
 “Nemani”; “Әl-Ğeybət”, s. 235» 
4
 “İbn-Tavus, “Məlahim”, s. 77. 
5
 “Bihar”, c. 2, s. 190. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə