179
8. Həzrət İsa (ə):Həzrət İsanın iki növ qeybi olmuşdur: Birinci
qeyb Şam və Misirdə 12 il çəkdi, ikinci qeyb dar tək təhlükəsi olan
gündən bu günədək davam edir. Həzrət İsa (ə) həzrət Mehdinin (ə)
zühuru zamanı ədalət hökumətinin təşkilində iştirak edəcək.
Sual: 284. Әgər həzrət Mehdi (ə) xalq arasında görünsəydi,
bunun nə eybi vardı?
Cavab: Bəziləri irad tuta bilər ki, həzrət Mehdi (ə) xalq arasında
görünsəydi, bunun heç bir eybi olmazdı. Unutmamalıyıq ki, həzrət
Peyğəmbər (s) və məsum imamların buyurduğu kimi, zülm-sitəm
quruluşu həzrət Mehdinin (ə) əli ilə devriləsidir. Bu səbəbdən də onun
varlığı iki zümrənin diqqət mərkəzindədir:
a) Әgər imam xalq arasında görünsəydi, dünyanın çoxsaylı
məzlumları onun ətrafında toplanar və ondan qiyam tələb edərdilər.
Hansı ki, hələ ümumdünya ədalət hökuməti üçün şərait yaranmamışdır.
b) Məzlum millətlərə hakim kəsilmiş qaniçən rejimlər öz
mənafelərinə çatmaq yolunda heç nədən çəkinmirlər. Onlar azğın
məqsədlərini həyata keçirmək naminə bütün bəşəriyyəti qurban
verməyə hazırdılar. Onlar həzrət Mehdini (ə) hər an aradan götürə
bilərdilər.
Sual: 285. Allah həzrət Mehdini (ə) qeybə çəkmədən qoruya
bilməzdimi?
Cavab: Әvvəla, möcüzə prinsipcə təbiət qanunlarına ziddir.
Yalnız zəruri hallar istisnadır. Allah həzrət Mehdini (ə) qeybi yolla
qorumaq istəmişdir.
İkincisi, ilahi təqdirlər reallıqlar şəklində dəyişir. Allah-təala
İslam ümmətinin hidayəti üçün 12 məsum imam qərar vermişdir.
Amma onların biri o birinin ardınca şəhadətə yetirildi. Bütün bunlar
həzrət Mehdinin (ə) bir müddət qeyb pərdəsi arxasında qorunması ilə
müşayiət olunan təqdirlə nəticələndi. Məqsəd imamın qeybini hiss
etdirmək, zühur ilə onun qədr-qiymətə çatdırmaq idi.
Üçüncüsü, ayə və rəvayətlərə əsasən, Allah-təalanın qəti
sünnələrindən biri ümmətlərin imtahanıdır. İslam ümməti üçün də bu
qanun istisna deyil. Hər bir ümmət bir yolla imtahana çəkilir. İslam
ümmətinin imtahanı hazırkı dövrdə imamın qeybi ilə bağlıdır.
Müəyyənləşdirilir ki, insanlar məhz qeyb halında din və
məzhəblərində möhkəm dayana bilirlərmi?
180
Sual: 286. İmamın xalq arasında olması ilə sitəmkarları təslim
etmək olmazdımı?
Cavab: Məlum məsələdir ki, bir çoxları haqq-ədalət qarşısında
təslim olmur. Yaranışın ilk günlərindən bu günədək bəşəriyyət
arasında haqq-ədalətə düşmən kəsilənlər olmuşdur. Onlar haqqı
aradan götürmək üçün var qüvvələri ilə çalışmış, öz çirkin
məqsədlərinə çatmaq yolunda heç nədən çəkinməmişlər. Әgər həzrət
Mehdi (ə) qeybə çəkilməsəydi, heç şübhəsiz, onu aradan götürmək
istəyəcəkdilər. Amma şərait yaranmadığından haqqın batilə qələbəsi
mümkün olası deyildi.
Sual: 287. Әgər imam aşkar olub öz dövrünün zalımları ilə sülh
müqaviləsi bağlasaydı nə olardı?
Cavab: Məhdəviyyət (ə) məsələsi ilə tanış olanlar yaxşı bilirlər
ki, həzrət Mehdinin (ə) proqramı digər imamların proqramlarından
fərqlənir. Digər imamlara dinin yayılmasında var gücü ilə çalışmaq
əmr olunmuşdu. Onlara savaş göstərişi verilmədiyindən bəzən öz
dövrlərinin hakimi ilə müqavilələr bağlayırdılar. Amma həzrət
Mehdinin (ə) missiyası başqa imamlardan fərqlidir. Qərara alınmışdır
ki, həzrət yalnız zühur etməklə zülmə qarşı çıxıb ədaləti bərpa etsin.
Bu səbəbdən də onun boynunda kimsəyə beyət olmamalıdır. Çünki
hər an zühur baş verə bilər.
İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Mehdinin (ə) mövludu ona
görə məxfidir ki, zühur etdiyi vaxt kimsə qarşısında öhdəçiliyi
olmasın. Allah Öz əmrini bir gecədə gerçəkləşdirər.”
1
Bundan əlavə, zalım hakimlər hər an bu qiyamı gözlədiklərindən
və həzrətlə heç bir müqavilələri olmadığından çıxış yolunu yalnız onu
öldürməkdə görürlər.
Sual: 288. Әsrin imamının qeyb fəlsəfəsi nədir?
Cavab: Qeyb dövrünün tarix boyu ən aktual suallarından biri
imamın hansı məqsədlə qeybə çəkilməsi olmuşdur.
Araşdırmaya bizə həqiqəti aydınlaşdıracaq bir müqəddimənin
bəyanı ilə başlayırıq:
1. Allah-təala Quran-Kərimdə və İslam peyğəmbəri öz
buyuruqlarında İslam dininin bütün dinlərə qələbəsini vəd etmişlər.
1
“Bihar”, c. 52, s. 96.
181
Allah-təala buyurur: “Öz rəsulunu müşriklər ikrah duysa belə,
bütün dinlərə qalib gəlmək üçün xalqın hidayətinə haqq dinlə
göndərən Odur (Allahdır).”
1
2. Bəndələrin halında ixtilaf göründükcə onların məsləhət və
tədbiri dəyişir. Allah-təala bəndələri ilə bağlı tədbiri öz öhdəsinə
götürmüşdür. Onların ağlını kamilləşdirmiş, onları saleh əmələ
yönəltmişdir. Yalnız bu yolla insan səadətə çata bilər. Әgər insanlar
Allahın göstərişlərinə əməl etsələr, onlara yardım göstərmək Allahın
öhdəsinədir. Vəzifəsini yerinə yetirən insana Allah öz yardımını artırır,
getdiyi yolu onun üçün asanlaşdırır. Amma insan ilahi göstərişlərə
qarşı çıxdıqda, günaha yol verdikdə məsləhət dəyişir və nəticədə
mövqelər də əvəz olur. Bu halda Allah öz tövfiqini, yardımını
insandan kəsir və o məzəmmət olunur. Allah ardıcıl olaraq öz
imamlarını xalqa doğru göndərmişdir. Amma insanlar Allah
övliyalarını qətlə yetirdiklərindən Allah son imamını qeybə çəkmişdir.
3. İstər kiçik, istər böyük ictimai iş münasib şərait tələb edir. Bu
səbəbdən də ümumdünyəvi qiyam üçün xüsusi hazırlıq olmalıdır.
4. Heç şübhəsiz, zühur əsrində dinin qələbəsi fövqəladə qüdrətə,
əhatəli elm və paklığa malik olan rəhbər və imama ehtiyaclıdır.
5. Şiə və sünnilər arasındakı mütəvatir rəvayətlərə əsasən, həzrət
Peyğəmbər (s) özündən sonra ardıcıl şəkildə gələcək 12 imamı
sadalamışdır.
2
6. Rəvayətlərdən və əqli dəlillərdən məlum olur ki, qiyamət
gününədək yer üzündə məsum imamın, ilahi höccətin olması zəruridir.
Mərhum Kuleyni səhih bir sənəd əsasında Әbu-Həmzədən belə
nəql edir: İmam Sadiqdən soruşdum ki, yer üzü imamsız qalarmı?
Həzrət buyurdu: “Әgər yer üzü imamsız qalsa, məhv olacaq.”
3
7. Peyğəmbərin və rəsulların kənara çəkilmə səbəblərindən biri
İslam şəriətini yaymaq məqsədi ilə qətldən qorunmaq olmuşdur. İmam
Mehdi (ə) də qorunmaq üçün təbii vasitələr gücdən düşdüyündən
Allahın əmri ilə qeybə çəkilmişdir.
İmam Sadiq (ə) Zürarəyə buyurur: “Qaim (Mehdi) üçün
qiyamından öncə bir qeyb var.” Zürarə deyir: “Həzrətə ərz etdim ki,
hansı səbəbdən? Həzrət buyurur: “Qətlindən çəkindiyi üçün.”
4
1
“Tövbə”, 33; “Səff”, 9.
2
“Səhihe-Buxari”, c. 8, s. 127.
3
“Kafi”, c. 1, s.179.
4
“Kəmalud-din”, c. 2, s.441.
Dostları ilə paylaş: |